1. Fəlsəfənin predmeti və sosial funksiyaları “Fəlsəfə


Cəmiyyətin sosial strukturu



Yüklə 340,51 Kb.
səhifə99/115
tarix04.06.2022
ölçüsü340,51 Kb.
#60619
1   ...   95   96   97   98   99   100   101   102   ...   115
felsefeimtahansualları

48. Cəmiyyətin sosial strukturu
Cəmiyyət fərdlərin mexaniki birliyi olmayıb, daxili əlaqə və münasibətlərdən ibarət olan canlı orqanizmdir. Ümumiyyətlə cəmiyyət yoxdur, cəmiyyət deyərkən müəyyən konkret tarixi inkişafdan asılı olan müxtəlif insan qruplarının sabit birliyi nəzərdə tutulur.
Siniflərin, ictimai təbəqələrin və qrupların məcmusu, onların qarşılıqlı münasibətləri sistemi cəmiyyətin sosial strukturu təşkil edir. Başqa sözlə cəmiyyətin sosial strukturu dedikdə hər bir cəmiyyətin sosial münasibətləri sisteminə daxil olan sinfi, milli-etnik, ailə, demoqrafik, məişət və s. münasibətləri nəzərdə tutur. Mənzil, təhsil, müalicə, əmək, istirahət, şəhər, kənd və s. əlaqədar olan münasibət və fəaliyyət formaları da buraya daxildir.
Cəmiyyətin sosial strukturunun başlıca tərkib hissəsini siniflər, sosial qruplar, ictimai təbəqələr, sosial-siyasi birliklər, millətlər, xalqlar, milli qrumlar, əhalinin digər qrupları, ailə və onlar arasında yaranan münasibətləri təşkil edir.
Cəmiyyətin sosial- sinfi və siyasi münasibətlərinin fəaliyyət mexanizminin dərk edilməsi üçün iki anlayış bir – birindən fərqləndirilməlidir. “Cəmiyyətin sosial strukturu” və “cəmiyyətin sinfi strukturu”. Birinci ikinciyə nisbəti daha geniş anlayışdır, sinfi struktur da sosial münasibətlər sisteminə daxildir.
Bütövlükdə ictimai münasibətlərdə əsasən, aşağıdakı münasibət qrupları daxildir: 1) Sosial-iqtisadi və bölgü münasibətləri (əməyə, mülkiyyətə, istehsala, mübadiləyə, maddi və mənəvi sərvətlərin insanlar arasında bölüşdürülməsinə, onların sosial təlabatının ödənilməsinə olan münasibətlərin və s. ifadəsi) daxildir: 2) Sosial-sinfi münasibətlər (siniflər, ictimai təbəqə və qruplar arasında olan əlaqə və qarşılıqlı münasibətlərin ifadəsi); 3) Sosial – siyasi münasibətlər (cəmiyyət üzvlərinin dövlətə, qanunvericilik icra hakimiyyətinə, hüquq və vəzifələrə, ictimai-siyasi hərəkətlərə və partiyalara və i.a. olan münasibətlərinin ifadəsi); 4) Sosial – demoqrafik münasibətlər (əhali qrupları: şəhər və kənd əhalisi, qadın –kişi, qoca, gənc, yeniyetmə, müxtəlif peşə qrupları və s. arasındakı əlaqə və münasibətlərin ifadəsi); və 5) Sosial – etik və ya mənəvi münasibətlər (millətlər, xalqlar, etnik qruplar və s. arasındakı əlaqə münasibətlərin ifadəsi).
Siniflərlə insan birliyinin tarixi formaları arasında da müəyyən qarşılıqlı əlaqə vardır.
Sinfin fəlsəfi anlayışının və tərifinin verilməsində də həmin mühüm əlamətlər nəzərə alınmalıdır.
Sinif – tarixi inkişafın müəyyən mərhələsində istehsal sistemində tutduqları yerə görə, istehsal alət və vasitələrinə olan (əsasən rəsmən qanuniləşdirilmiş) münasibətlərinə görə və yaradılmış ictimai sərvətlərdən pay almaq üsulu və həmin payın miqdarına görə fərqlənən böyük insan qruplarına deyilir.
Sinif etnik – milli deyil, sosial tarixi hadisədir.
İnsanların etnik tarixi birlik forması olan qəbilə tayfada sinif yox idi. Qəbilə - tayfa birliyinin əsas əlamətləri qan qohumluğu və mənəvi, adət - ənənə ümumiliyi idi. Sonra meydana çıxan, quldarlıq və feodalizm dövründə mövcud olan xalq birliyində quldarlar və qullar, feodallar və kəndlilər sinifləri olmuşdur. Xalq birliyinin əsas əlaməti din, ərazi və mədəniyyət ümumiliyi idi. Kapitalizm dövrünün məhsulu olan millət birliyində isə burjuaziya, fəhlələr, mülkədarlar, kəndlilər sinfi vardır. Millət birliyinin əsas əlamətləri ərazi, din, mədəniyyət və iqtisadi həyat ümumiliridir.
Dünya sosioloji fikrində sosial stratifikasiya - cəmiyyətin sosial təbəqələrə bölünməsi haqqında təlim geniş yayılmışdır. Bu nəzəriyyənin tərəfdarları qeyd edirlərki stratlar (təbəqələr) cəmiyyətdə mühüm rol oynayır və cəmiyyətdəki sosial münasibətlər müxtəlif stratlar arasındakı münasibətlərdən ibarətdir.
Qərbdə sosial stratifikasiyanı çox vaxt sosial bərabərsizliklə eyniləşdirir.

Yüklə 340,51 Kb.

Dostları ilə paylaş:
1   ...   95   96   97   98   99   100   101   102   ...   115




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin