1. Fəlsəfənin predmeti və sosial funksiyaları “Fəlsəfə


Dövlət, tarixi tipləri, əlamətləri, atributları və funksiyaları



Yüklə 340,51 Kb.
səhifə102/115
tarix04.06.2022
ölçüsü340,51 Kb.
#60619
1   ...   98   99   100   101   102   103   104   105   ...   115
felsefeimtahansualları

50. Dövlət, tarixi tipləri, əlamətləri, atributları və funksiyaları
Cəmiyyətin siyasi təşkilinin mühüm ünsürünü dövlət təşkil edir. Dövlətin mənşəyi və mahiyyəti sosiologiyada mühüm yer tutur.
Dövlətin mənşəyi haqqında bir çox nəzəriyyələr vardır: 1) İlahiyyat nəzəriyyəsidir (neotamistlər) onlar dövlətin Allah tərəfindən verilməsini göstərirlər. 2) Psixoloji nəzəriyəyə görə dövlət insan psixikasında hakimiyyət və tabelik cəhdlərinin məhsuludur. 3) Coğrafi nəzəriyyənin tərəfdarları dövlətin əmələ gəlməsinin əsasını xüsusi coğrafi mühitdə görürlər. Bunun nümayəndələri tarixçi Çiçerin, Solavyev, keopolitikanın əsasını qoyan alman Pateli və başqalarıdır. 4) Zorakılıq nəzəriyyəsidir.
Bu nəzəriyyənin tərəfdarları Qumpleviç, Dürinq, Kautski və b. olmuşdur. 5)Üzvi dövlət nəzəriyyəsinin tərəfdarları dövlətə canlı orqanizm kimi baxır, ona bioloji qanunlar şamil edirlər.
Məlumdur ki, hakim sinif siyasi hökmranlığını və iqtisadi qüdrətini möhkəmləndirmək məqsədilə bir çox siyasi təşkilatlar yaradır, və onun vasitəsilə cəmiyyəti idarə edir. Bunlardan bəziləri hakim sinfin rəhbər vəziyyətini möhkəmləndirir, digərləri siyasi mübarizədə köməkçi vasitə kimi çıxış edir, üçüncülər, siyasi hakimiyyətdəki böhranı dəyişir, dördüncüsü isə siyasi ittifaqın təşkilat forması kimi özünü göstərir.
Hakim sinif bir-birilə əlaqədə və bir-birindən asılı olan dövlət və qeyri-dövlət təşkilatlarının köməyi ilə öz hakimiyyətini həyata keçirir.
Dövlət qanunçuluq, icraedici, və məhkəmə orqanları vasitəsilə bu sistemdə mühüm yer tutur. Dövlət tarixi kateqoriyadır, yəni o həmişə mövcud olmamış, inkişafın müəyyən mərhələsində meydana gəlmişdir. Deməli, dövlətə ehtiyacı olmayan cəmiyyət forması olmuşdur.
Bu cəmiyyət ibtidai – icma quruluşu olmuşdur. Bu cəmiyyət ibtidai –icma quruluşu olmuşdur. Kollektiv əmək və istehsal alət və vasitələri üzərində ictimai mülkiyyətin olması, insanın insan tərəfindən istismarına, cəmiyyətdə bərabərsizliyə, beləliklə də cəmiyyətin siniflərə bölünməsinə imkan vermirdi. Qəbilə üzvləri bir-biri ilə qan qohumluğuna görə və kollektiv istehsal həmçinin kollektiv istehlaka əsaslanırdı.
Qəbilə - tayfa ictimai-istehsal təşkilatları həmin adamların hərbi dəstələrini təşkil etmişdir. Ali hakimiyyət icma şuralarına tabe idi. Bu dövrdə qəbilələri bir-biri ilə onlaqın adət və ənənələri birləşdirirdi. Qəbilə icması daha təcrübəli və hörmətli adamlardan qəbilə başçısını – ağsaqqalı seçirdi. Ağsaqqal özünün mənəvi nüfuzuna, müdrikliyinə və adət normalarına arxalanaraq qəbiləyə başçılıq edirdi.
Qəbilələr tayfa birliklərinə çevrilirlər. Tayfada qəbilə kimi idarə olunurdu. Onun başında qəbilə başçılarından ibarət tayfa şurası dururdu.
Cəmiyyətin iqtisadi inkişafı nəticəsində ilk dəfə maldarlıq, sonradan sənətkarlıq əkinçilikdən ayrıldı və nəhayət ərzaqların mübadiləsi ilə məşğul olan xüsusi təbəqə - tacirlər meydana çıxdı. Birinci əmək bölgüsü sərvətlərin xeyli artmasına səbəb oldu və ilk dəfə olaraq müntəzəm mübadilə üçün imkan yaratdı. Bununla da cəmiyyət ağalara və qullara, istismarçılara və istismar olunanlara bölündü.
İkinci ictimai əmək bölgüsü nəticəsində azad adamlarla qullar arasındakı fərdlərlə yanaşı azad adamların özləri arasında mühüm əmlak fərqləri əmələ gəldi.
Artıq qalan vəsait get-gedə icmanın müəyyən üzvlərinin, ayrı-ayrı zəngin ailələrin əlində toplandı və bunun da nəticəsində ibtidai-icma quruluşu daxilində tədricən əmlak bərabərsizliyi ortaya çıxdı. İstehsal alətlərinin əməyin təkmilləşməsi, əmək bölgüsünün geniş miqyas alması, əmək məhsullarının mübadiləsinin inkişafı ibtidai –icma quruluşunu ciddi keyfiyyət dəyişikliklərinə uğradı, xüsusi mülkiyyətin və barışmaz ziddiyyətli siniflərin ortaya çıxmasına səbəb oldu.
Qəbilə və tayfa başçıları icma mülkiyyətini tədricən mənimsəməyə, özgə əməyini geniş miqyasda istismar etməyə başladılar.
Beləliklə, kollektiv mülkiyyət və kollektiv əmək istehsal alət və vasitələri üzərində xüsusi mülkiyyətlə və insanın insan tərəfindən istismarı ilə əvəz olundu. Hökmranlıq edən quldarlar sinfi və istismar olunan qullar sinfi meydana çıxdı. Bu proses ibtidai icma quruluşunu dağıtdı və dövlətin əmələ gəlməsinə səbəb oldu. Buradan aydın olur ki, dövlətin əmələ gəlməsi xüsusi mülkiyyətin ortaya çıxması və cəmiyyətin barışmaz siniflərə parçalanması ilə əlaqədardır. İlk dövlətlər quldar dövləti olub, əvvəlcə qədim Şərq ölkələrində, sonra isə Yunanıstanda və Romada meydana gəlmişdir. Dövlət sinifli cəmiyyətin üstquruluşunun tərkib hissəsi olan siyasi təşkilat kimi yarandı. Dövlət müəyyən inkişaf pilləsində cəmiyyətin məhsuludur.
Dövlətin mahiyyətini onun həmişə müəyyən bir səbr və zorakılıq arasına malik olması, idarə edərkən, hökm sürərkən cəbr üsullarından istifadə etməsi təşkil edir.
Barışmaz ziddiyyətli cəmiyyətdə dövlət bir sinfin başqa sinif üzərində ağalığını saxlamaq maşını bir sinfin başqa sinifə zülm etməsi maşını, bir sinfin başqa sinfi əzməsi üçün aparatdır.
Dövlət iqtisadi cəhətdən hökmran olan sinfin siyasi hakimiyyətinin həyata keçirilməsini təmin edən xüsusi siyasi təşkilatdır.
İstismarçı dövlətlərlə demokratik tipli dövlətləri mahiyyətcə təhlil etdikdə aydın olur ki, istismarçı dövlətlərə verilən tərifi qeyd-şərtsiz demokratik tipli dövlətlərə tətbiq etmək olmaz.
İstismarçı dövlətlər birinci növbədə istismar olunanları, məzlumları tabelikdə saxlamaq üçün aparatdır.
Dövlət bütün ölkə miqyasında hakimiyyətin vahid ərazi təşkilatıdır.
Sinifli cəmiyyətin və dövlətin əmələ gəlməsi ilə əhali artıq qan qohumluğu üzrə deyil, qohumluq qəbilə və ya tayfa əlaqələrinə görə deyil, inzibati – rayon, ştat ərazi üzrə ayrılmağa, qruplaşmağa başladı.
Dövlətin ən mühüm əlamətləri bunlardır; 1) əhalinin qəbilə bölgüsünü ərazi əlamətlərinə görə bölgünün əvəz etməsi; 2) Silahlı adamlardan ibarət xüsusi dəstələr, əhaliyə deyil, bu və ya başqa bir sinfə mənsub olan xüsusi hakimiyyət; 3) Vergi sisteminin tətbiq olunması.
Dövlətin xüsusiyyətlərindən, onun əlamətlərindən birini də dövlət hakimiyyətinin suveren xarakteri təşkil edir. Suveren dövlət hakimiyyətinin ayrılmaz xüsusiyyəti, atributu, olub, onun tamlığı, ölkə daxilində və beynəlxalq münasibətlərdə siyasi müstəqilliyi deməkdir. Suveren dövlət öz ölkəsinin ümumi nümayəndəsi kimi çıxış edir və onun həssələri arasında rəsmi əlaqə saxlayır.
Dövlətin iki funksiyası vardır: daxili və xarici.
Sinifli cəmiyyətdə dövlətin daxili funksiyası məzlum sinifləri itaətdə saxlamaqdan, istisimarçı siniflərin hökmranlığını təmin etməkdən ibarətdir. Xarici funksiya bir dövlətin ərazisini və mənafelərini başqa dövlətlərdən müdafiə etmək və ya onun ərazisini başqa dövlətlərdən və xalqların hesabına genişləndirmək məqsədi güdür.
Məlumdur ki, cəmiyyətin sinfi quruluşu dəyişdikcə dövlətin tipi də dəyişir. Məsələn, quldarlıq – feodalizm ilə, feodalizm kapitalizm ilə, kapitalizm isə sosializm ilə əvəz olundu. Hər bir dövlətin xarakterik cəhətini cəmiyyətin iqtisadi quruluşu müəyyən edir.
3. Dövlətin tipini onun hansı iqtisadi bazisi müdafiə etdiyini, hansı hakim sinfin mənafeyinə xidmət etdiyini göstərir.
Dövlətin mahiyyəti və mühüm cəhətləri isə müvafiq ictimai quruluşun iqtisadi və siyasi əsası ilə müəyyən edilir.
Dövlətin forması üç zəruri cəhətdən: 1) siyasi idarə üsulundan (rejimdən), 2) idarəçilik formasından və 3) dövlət quruluşu formasından ibarətdir.
Siyasi rejim dedikdə cəmiyyətə dövlət rəhbərliyini həyata keçirmək üsullarının cəmi, əhalinin demokratik hüquqlara və azadlıqlara malik olub – olmaması, onun dövləti idarə etmək işlərində nə dərəcədə iştirak etməsi və s. nəzərdə tutulur.
Siyasi idarə üsulunun özü də müxtəlif olur; burjua demokratik idarə üsulu (İsveçrə, Avstriya) və s.
İdarəçilik forması anlayışına dövlətin ali hakimiyyət orqanlarının sistemi, onların təşkili üsulu, onlar arasındakı qarşılıqlı münasibətlərin əsası, ölkənin idarə olunmasında hakim sinfin nə dərəcədə bilavasitə iştirakı daxildir.
İstismarçı dövlətlər üçün əsasən monarxiya və yaxud respublika idarəçilik formaları xarakterikdir. Monarxiya idarəçilik formasında ali hakimiyyət səlahiyyəti bir şəxsə (kral, çar, imperator, şah, sultan və s) aid olur, dövlətin başçısı sayılan həmin şəxs hakimiyyət başına varislik yolu ilə keçir, öz hərəkətləri üçün heç bir hüquqi məsuliyyət daşımır və hakimiyyət səlahiyyətini ömürlük həyata keçirir.
Respublika idarəçilik formasında ali hakimiyyəti müəyyən müddət seçilən və nümayəndəli xarakter daşıyan orqana həvalə edilir.
Respublika idarəçilik formasının özü də iki formada aristokratiya və demokratiya formasında olur.
Aristokratiya müəyyən bir qrupun hakimiyyətinə əsaslanır.
Demokratiya forması isə xalqın hakimiyyətinə əsaslanır.
Müasir dövrdə burjua respublikalarının özü də müxtəlif olur, o cümlədən prezidentli (ABŞ, Azərbaycan) və parlamentli (İtaliya) burjua respublikaları.
Prezidentli respublikada dövlətin başçısı, həm də hökümətə başçılıq edir. Parlamentli respublikada isə parlament orta mövqe tutur. O, dövlətin başçısını və hökuməti seçir. Hökumət seçməkdə qalib gəlmiş partiya və yaxud partiyaların bloku tərəfindən təşkil edilir. Prezident və hökumət parlament qarşısında məsuliyyət daşıyır.
Dövlət quruluşu dedikdə dövlət hakimiyyətinin ərazi təşkilini, dövlətin mərkəzi orqanları ilə yerli orqanları arasındakı, habelə dövlətin ayrı-ayrı tərkib hissələrinin öz arasındakı və onların hər biri ilə dövlətin özü arasındakı qarşılıqlı əlaqə və münasibətlərin xarakterini başa düşmək lazımdır. Bu baxımdan dövlətlər sadə (unitar) və mürəkkəb (federativ) olurlar. Məsələn: Fransa, Yaponiya, Türkiyə, Polşa, Bolqarıstan, və s. unitor; ABŞ, Hindistan, Rusiya, və s. federativ dövlət quruluşuna malikdirlər.
Unitar dövlət quruluşunda bütün ölkə üçün vahid dövlət hakimiyyəti orqanları mövcud olur ki, bunlar da suverenliyini həyata keçirir. Federativ dövlət quruluşunda dövlət suverenliyi, həm bütün ölkəni təmsil edən ali hakimiyyət orqanları, həm də federasiyanın tərkibinə daxil olan dövlətlərin ali hakimiyyət orqanları tərəfindən həyata keçirilir.
Dövlətin vacib əlamətlərindən birini hüquq təşkil edir. Hüquq dövlətə xas olan təzahürdür, dövlət hüquqsuz keçinə bilməz. Dövlətin iradəsi dövlət hakimiyyəti tərəfindən qoyulan qanun şəklində ifadə olunur. Dövlət fəaliyyət göstərmək üçün, öz siyasətini həyata keçirmək üçün qarşısında qoyulan vəzifələri həll etmək üçün müvafiq hüquq normaları müəyyən edir və onların yerinə yetirilməsinə nail olur.
Müasirlik baxımından dövlətə aşağıdakı tərifi vermək olar. Dövlət bütün vətəndaşlar üçün məcburi xarakter daşıyan dövlət hakimiyyətinin köməyilə müəyyən ərazidə müəyyən əhalinin həyatını təşkil və idarə etmək məqsədilə yaradılan və cəmiyyətin siyasi sistemində xüsusi, başlıca, spesifik yer tutan təsisatdır. Dövlətin mahiyyəti onun funksiyalarında təzahür edir.
İbtidai icma quruluşunda insanların davranışı adətə əsasən tənzim olunduğu halda, sinifli cəmiyyətdə daha adətin gücü, ənənənin gücü kifayət etmədi. Qanunlar meydana çıxdı ki, bunlara da riayət olunması dövlətin cəbr hakimiyyəti tərəfindən, onun məhkəmə, prokrorluq, polis, həbsxanalar və i.a. kimi orqanları tərəfindən təmin edilir.
Hüquq dövlət idealını keyfiyyətcə yeni səviyyədə əsaslandıran klassik alman fəlsəfəsinin banisi İ.Kant olmuşdur. Onun hüquq və dövlət haqqında təlimi ilk böyük siyasi doktrina idi.
İ.Kantın xidməti bundan ibarətdir ki, hüquq və dövlət anlayışı haqqında məsələ onun fəlsəfəsində metodoloji qaydada irəli sürüldü. Onun ideyalarının təsiri altında Almaniyada hüquqi dövlət nəzəriyyəsinin işlənib hazırlanmasına xüsusi diqqət yetirildi. “Hüquqi dövlət” anlayışını ilk dəfə işlədən Robert fon mol (1799-1875) olmuşdur. Alimlərin zəhməti sayəsində hüquqi dövlət ideyası terminoloji müəyyənlik kəsb etdi. Almaniyadan kənara çıxıb başqa ölkələrə yayıldı.
Hüquqi dövlət haqqında təsəvvür iki başlıca prinsip əsasında – dövlətdə qaydalara əməl etmək və vətəndaşların müdafiə olunması ilə yaranır.
Hüquqi dövlətin başlıca məqsədi ictimai həyatın bütün formalarında öz vətəndaşlarının hüquq və azadlıqlarının həyata küçirilməsinə təminat verməkdir. Lakin həmin məqsədə çatmaq bu şərtlə mümkündür ki, vətəndaşlar öz növbəsində qanunlara və mövcud sistemin təsisatlarına hörmətlə yanaşsınlar.
Təsis sözü ərəb dilindən götürülmüş mənası təsis edilmiş şeylər, əsası qoyulanlar deməkdir.
Hüquqi dövlət hamı üçün vahid və məcburi olan hüquq qaydalarını, sosial, irsi və digər statusdan asılı olan qeyri – bərabərliyin və müxtəlif hüququn ləğvini nəzərdə tutur.
Hüquqi dövlətin başlıca təsisatlarına və prinsiplərinə aşağıdakılar daxildir: 1) müxtəlif siyasi partiyalar, və təşkilatlar vasitəsilə yaradılan nümayəndəlik; 2) seçki sistemi; 3) parlamentadium 4) konstitusiyalıq və hakimiyyətin bölünməsi; 5) kilsənin dövlətdən ayrılması; 6) ideologiyanın dövlətdən kənar olması; 7) azadlığın bərabərlik üzərində üstünlüyü.
Hüquqi dövlətdə hüquq ayrıca fərdin azadlığının təminatçısı kimi çıxış edir. Hüquq şəxsiyyətin, mülkiyyətin, mənzilin, xüsusi həyat tərzinin, mənəvi azadlığın və s. toxunulmazlığını təmin edir. Cəmiyyətdə adamlar yox, qanun hökmranlıq etməlidir. Dövlətin funksiyası isə bundan ibarət olmalıdır ki, vətəndaşlar arsındakı münasibətləri hüquq əsasında tənzimləsin.
Hüquqi dövlət hüququn üstünlüyünü nəzərdə tutmaqla dövləti obyektivlik və qərərsizlik meyarı əsasında fəaliyyətə məcbur edir. Hüquqi dövlətin mühüm əhəmiyyəti odur ki, burada bütün vətəndaşlar, prezident və ya süpürgəçi, general və ya sıravi əsgər, zavod direktoru və ya fəhlə qanun qarşısında bərabərdir və onun pozulmasına görə bərabər məsuliyyət daşıyır.

Yüklə 340,51 Kb.

Dostları ilə paylaş:
1   ...   98   99   100   101   102   103   104   105   ...   115




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin