1. Fəlsəfənin predmeti və sosial funksiyaları “Fəlsəfə



Yüklə 340,51 Kb.
səhifə98/115
tarix04.06.2022
ölçüsü340,51 Kb.
#60619
1   ...   94   95   96   97   98   99   100   101   ...   115
felsefeimtahansualları

47. Cəmiyyət və təbiət
Cəmiyyət və təbiət
Ümumiyyətlə, «təbiət» sözü geniş və məhdud mənada işlədilir. Geniş mənada təbiət dedikdə, varlıq, kainat, hərəkətdə olan materiyanın bütün rəngarənglikləri, onun çox saylı vəziyyətləri və xassələri anlaşılır. Bu zaman təbiət cəmiyyəti də özünə daxil edir. Lakin digər nöqteyi– nəzərə görə, təbiət dedikdə, cəmiyyət və onun yaratdıqlarının onsuz mövcud ola bilmədikləri başa düşülür. Təbiət maddi obyekt kimi, inkişaf edən orqanizm kimi, mürəkkəb struktura malikdir. Təbiətin əsasını elementar hissəciklər və sahə təşkil edir ki, onlar da öz növbəsində kosmik aləmi, kainatı yaradırlar. Elementar hissəciklərdən atomlar formalaşır onlardan da kimyəvi elementlər təşkil olunur
Təbiət reallıq olmaqla yanaşı həm də ciddi fəlsəfi düşüncələrin və elmi axtarışların obyektidir. Bu məsələni aydınlaşdırarkən əvvəlcə “təbiət” anlayışının məzmununu açıqlamaq lazımdır. Təbiətə defintiv yanaşmaq, yəni ona bir mənalı və qısa tərif vermək cox cətindir.
Təbiət anlayışı yalnız insanı əhatə edən coğrafi mühitdən ibarət deyil, bu anlayışa həm də gələcəkdə insan fəaliyyətinin obyekti olan maddi sistemlərdə daxildir. “Təbiət” geniş mənada dünyanı, aləmi, kainatı sonsuz forma müxtəlifliyinə malik olan bütün mövcudatı əhatə edir. Bu mənada o materiya və varlıq anlayışlarınadan cox yaxındır.
Təbiət, onun “yaradılması” və təkəmülü məsələsi fəlsəfi təhlildən hələ xeyli əvvəl mifoloji təfəkkürün obyekti olmuşdur. İnsan cəmiyyətinin ibtidai dövrlərində hər bir xalqın öz əsatirləri, mifləri var idi. Belə ki, dünyanın və həyatın mənşəyi, təbiət və orada baş verən hadisələr, insanlar, allahlar, əfsanəvi qəhrəmanlar, ruhlar haqqında coxlu rəvayətlər yaratmışlar.
Ətraf aləm haqqında biliklər genişləndikcə təbiət tədricən onun qanunlarını öyrənən, onu təsdiq edən, sirlərini açan elmlərin, yəni təbiətşünasliğın obyektinə çevrilmişdir.
Təbiət hər şeydən əvvəl obyektiv reallıqdır.Yəni o insanların şüurundan, iradəsindən, arzu istəyindən asılı olmayaraq mövcuddur. Hələ insanlar yox ikən təbiət mövcud olmuşdur. İnsanlar yalnız təbiətdə müəyyən təbii şəraitdə yaşaya bilər. Odur ki, insan təbiəti, ordakı proses və hadisələri öyrənməyə, dərk etməyə və onlardan öz xeyrlərinə istifadə etməyə can atmışdır. Hollandiya filosofu Spinoza yazırdı: “Təbiət həmişə və hər yerdə eynidir. Təbiətin hadisə və poseslərinin əsasında duran qanun və qaydalar da həmişə hər yerdə eynidir. Odur ki, idrakın əsas vəzifəsi təbiətin bu unversal qanunlarını dərk etməkdir”.
Hələ qədim zamanlardan başlayaraq insanlar təbiətin fəlsəfi izahını verməyə çalışmışlar. Müxtəlif dövrlərdə “Təbiət” anlayışına bir-birindən əsaslı surətdə fərqlənən məzmunlar verilmiş və müxtəlif fikirlər söyləmişlər. Onların böyük qismi təbiyyətə ciddi başlanğıc kimi yanaşır onun su, torpaq, od və hava kimi təbii ünsürlərdən onların müəyyən nisbətdə birləşməsindən və yaxud “apeyron” adlandırılan, konkret forması və xasissələri olmayan qeyri-müəyyən maddədən əmələgəldiyini idda edirdilər.
Orta əsrlərdə təbiət haqqında, onun mənşəyi, strukturu və inkişafı haqqında bunlardan köklü surətdə fərqlənən görüşlər sistemi formalaşmışdır. Bu dövrdə hökümran olan dini dünyagörüş təbiət haqqındakı təsəvvürlərə də ciddi təsir göstərmişdir. Onlar təbiətin allah tərəfindən yaradılmasını və idarə olunmasını idda edirdilər.
Bu dövrdə belə bir fikir geniş təbliğ edilirdi ki, Allah insanlara dünyanı və onu yaradanı dərk etmək üçün iki bilik mənbəyi, iki kitab bəxş etmişdir.Bunlardan biri müqəddəs yazılar, digəri isə təbiətdir. Allah təbiəti ona görə xəlq etmişdir ki, insanlar onların yox yerdən yaradanın böyüklüyünü, hər şeyə qadir olmasını dərk etsinlər.
Bu zaman təbiətə və onun strukturuna olan baxışlarda qədim yunan filospfu Aristotel və məhşur astronom alim Ptlomeyin geosentrik sistemi çox mühüm yer tutdu. Bu sistemə görə Yer kürəsi kainatın mərkəzində dayanıb, bütün planetlər, o cümlədən də günəş onun ətrafında hərlənir.Dini dünyagörüşün əsasında duran geosentrik sistem XVI əsrin ortalarında heliosentrik sistemin kəşf edilməsinə qədər hökümranlıq etmişdir. Dini dünyagörüşün həqiqiliyini şübhə altına alan əsərlər qadağan edilərək yandırılırdı. N.Kopernikin, Q.Qalileyin, C.Brunonun və digər alimlərin taleyi, onların əsərlərinin aqibəti buna misaldır.
Polşa astronomu N.Kopernikin kəşf etdiyi heliosentrik sistemi Ptlomeyin geosentrik sistemini tamamılə rədd etdi. İtaliyan filosofu və şairi C.Bruno təbiətin inkişafına dair orjinal fikirlər irəli sürmüşdür “ Sonsuzluq, kainat və dünyalar haqqında” adlı əsərində təbiərin sonsuzluğu, kainatın hüdudsuzluğu ideyasını əsaslandırmağa çalışmışdır. ( 8 il həbsdə saxlanıldıqdan sonra tonqalda diri-diri yandırılmışdır.) C.Bruno qeyd etmişdir ki, insan təbiəti,oradakı cisimləri, proses və hadisələri dərk etməklə həm də daxilindəki Allahı dərk etmiş olur.
Cəmiyyət həyatı üçün zəruri olan keyfiyyətcə başqa təbii mühit, bütün canlıların yaşadığı sfera-biosfera adlanır. Biosfera bitki və heyvanlardan başqa həm də insanı əhatə edir. Biosfera sözünü ilk dəfə J.B.Lamark işlətmişdir. Avstrya alimi E.Zyuss XIX əsrdə bu terminə geoloji məna vermiş biosferi canlı orqanizmlərin yaşadığı yer kimi başa düşmüşdür. Lakin sonralar biosfera təlimini böyük rus alimi, təbiətşünası V.İ.Vernadski özünün xüsusi təlimilə zənginləşdirmişdir. O, 1926 cı ildə yazdığı “Biosfer” adlı kitabında biosferanı canlı orqanizmlərin yaşadığı yer örtüyü kimi şərh etmişdir.
Noosfera yunan sözü olub zəka,ağıl mənasını verir. Başqa sözlə noosfera planetimizin şüurlu insan fəaliyyəti ilə əhatə olunmuş sahəsi deməkdir. Noosfera canlı və şüurlu varlığın yaşadığı mühütə deyilir. Bu təlimi ilk dəfə elmə Teyyar de Şarden və E.Lepua tərəfindən gətirilmiş Bernadski tərəfindən isə inkişaf etdirilmişdir. Bernadskiyə görə bəşər cəmiyyətinin meydana gəlməsi və inkişafı ilə biosfer qanunauyğun şəkildə noosfera keçir. Çünki, bəşəriyyət getdikcə təbiət qanunlarına sahib olur və texnikanı inkişaf etdirərək öz tələbatlarına uyğun olaraq təbiəti getdikcə daha da dəyişdirir. Hazırda noosfera insanın kosmosa çıxması və planetin dərinliklərinə nüfuz etməsi sayəsində fasiləsiz olaraq genişlənmə prosesindədir.
İnsan və təbiət.
Bütün canlılar kimi insanında həyatı və fəaliyyəti yalnız təbiətdə, müəyyən tarixi şəraitdə mümkündür. İnsanı əhatə edən təbii şərait ətraf mühid adlandırılır. Bu mühitlə insan arasında cıx qarşılıqlı əlaqə mövcuddur. Mühit insana təsir etdiyi kimi insanda mühütə təsir göstərir. Başqa canlılardan fərqli olara insan mühütə uyğunlaşır və təbiəti özünə uyğunlaşdırır. Odur ki, insanı əhatə edən mühiti 2 yerə təbii və süni mühitə bölmək olar.
Təbii mühit insanın durmadan artan təlabatını tam ödəyə bilmədiyinə görə insan öz təsərrüfat faliyyəti ilə onu zənginləşdirməyə calışır və ikinci təbiət adlandırılan süuni mühiti yaradır. Süni və təbii mühit bir-birini tamamlayır, insanın həyat bə fəaliyyəti üçün lazımı şərait yaradır.
İnsanla təbiət arasındaki münasibət insanın istehsal fəaliyyəti nəticəsində həyata kecirilir. Bu fəaliyyət təbiətdə, onun sərvətləri zəmnində baş verir. Nəticədə insanla təbiət arasında geniş əlaqə və mübadilə yaranır. Bu cəmiyyətin mövcud olmasının , həyat və fəaliyyətini davam etdirməsinin zəruri şərtidir.


Yüklə 340,51 Kb.

Dostları ilə paylaş:
1   ...   94   95   96   97   98   99   100   101   ...   115




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin