İnkarı-inkar dialektikanın ümumi qanundur, gerçəklikdəki inkişafın perspektiv-lərini, meyllərini və istiqamətlərini, forma və nəticələrini bildirir. İnkarı inkar-gerçəkliyin bütün sahələrində (təbiətdə,cəmiyyətdə və irrakda)fəaliyyət təsirinə malik olan,inkişafda qarşısıalınmazlıq və varisliyi vəhdət halında əks etdirən, köhnənin bir çox cəhətlərinin yenidən təkrarlandığını ifadə edən ümumi qanundur.İnkişaf prosesində inkar yeninin köhnəni əvəz etməsidir; ölüb getməkdə olanın yeni yaranmaqda olanla əvəz olunmasıdır; Köhnəlik zəminində yaranan yeninin tədricən möhkəmlənməsi, inkişaf etməsi və qələbəsidir; eyni zamanda köhnənin bir çox cəhətlərinin yenidə təkrarlanmasıdır. “İnkar”termininu fəlsəfəyə ilk dəfə Hegel gətirmiş, “inkarı inkar” bir ümumi dialektik qanun şəklində də Hegel işlətmişdir. Hegelin dialektik sistemdə inkişaf, ziddiyyətlərin əmələ gəlməsi və aradan qaldırlımasından ibarətdir. İnkarlı inkişaf xüsusiyyəti gerçəklik hadisələrinə daxilən xasdır,o hadosələrə kənardan gətrilə bilməz, obyektivdir, maddi hadisələrin inkişafının real momentidir. “Heç bir sahədə öz əvvəlki mövcudluq formalarını inkar etməyən inkişaf baş verə bilməz”(K.MarksTəbiət,cəmiyyət və təfəkkür sadə, adı məlumatlar belə inkarın inkarın ən ümumi qanun olduğunu aydın sübut edir.Lakin inkarı-inkar nə qədər ilkin ona qayıtma, köhnənin sadəcə qayıdış, köhnənin olduğu kimi təkrarlanması demək deyildir, onun yeni əsaslarla inkişafı, daha da zənginəşdirilməsi yüksəldilməsidir.Bu “yeni anlayışdır, lakin köhnəyə nisbətən daha yüksək, daha zəngin anlayışdır.Köhnə onun inkarı və ziddiyyətləri ilə zənginləşmişdir; inkar edən özündə köhnəni də əks etdirın,lakin daha çox,onun özündə olandan daha artıq əks etdirir.Bu onun vəhdəti və əkslikləridir.
Dialektikanın kateqoriyaları, fəlsəfi kateqoriyaların xüsusi elmlərin anlayışları ilə qarşılıqlı münasibəti. Dialektikanın kateqoriyalarının təsnifatı. Ən ümumi və universal əlaqələri ifadə edən kateqoriyalar: təkcə, xüsusi və ümumi, qanunauyğunluq və qanun, mahiyyət və təzahür; struktur əlaqələrini ifadə edən kateqoriyalar: tam və hissə, sistem və struktur, məzmun və forma; determinist (səbəbiyyət) əlaqələrini ifadə edən kateqoriyalar: səbəb və nəticə, zərurət və təsadüf, imkan və gerçəklik. Dialektikanın kateqoriyalarının idraki və metodoloji əhəmiyyəti vardır.