1. Fəlsəfənin predmeti və sosial funksiyaları “Fəlsəfə



Yüklə 340,51 Kb.
səhifə93/115
tarix04.06.2022
ölçüsü340,51 Kb.
#60619
1   ...   89   90   91   92   93   94   95   96   ...   115
felsefeimtahansualları

İnduksiya elə bir idrak metodudur ki, onun vasitəsilə fikir nisbətən az ümumi müddəalardan daha çox ümumi müddəalara doğru hərəkət edir, Bu mə'nada induksiya xüsusidən ümumiyə aparan əqli nəticə üsuludur. İnduktiv yolla əldə edilmiş əqli nəticənin obyektiv əsasını hadisələrin və ya onların xüsusi əlamətlərinin təkrarlanması təşkil edir.
.
İnduktiv yolla əldə edilmiş bu əqli tıəticədə fikrin transformasiyası xüsusidən ümumiyə doğru istiqamətlənmişdir.
İnduksiyaya əks olan elmi idrak metodu deduksiyadır. Deduksiya ümumi faktlardan xüsusiyə aparan əqli nəticə üsuludur.
İnduksiya və deduksiya elmi idrakın əkslikləridir. Lakin bu əkslik təkcə bunda təzahür etmir ki, induksiya fikrin xüsusidən ümumiyə, deduksiya isə ümumidən xüsusiyə doğru hərəkətidir, induksiya və deduksiyanın fərqi həm də bundadır ki, idrak prosesində induksiya əsasında ehtimallı bilik, deduksiya əsasında isə səhih bilik qazanılır. Digər bir fərq isə bundan ibarətdir ki, induksiya idrak prosesində qazanılmış empirik materialların ümumiləşdirilməsi üsulu, deduksiya isə elmi idrakın ən yüksək formaları sayılan fərziyyə və nəzəriyyələrin təşkili üsuludur. Aralarındakı fərqlərə baxmayaraq, induksiya və deduksiyanı nə bir-birinə qarşı qoymaq, nə də bir-birindən ayırmaq olmaz. Elmi idrakda bu metodlar üzvi olaqədə olub, bir-birini qarşılıqlı surətdə tamamlayır.
Elmi tədqiqatın empirik-nəzəri metodlarından biri də modelləşdirmədir.
Modelləşdirmə elmin yeni nailiyyəti deyildir, onun tarixi illəri əhatə edir. Tibb elminin atası sayılan Hippokrat hələ 2500 il bundan əvvəl insan gözünü öyrənmək üçün öküz gözündən bir model kimi istifadə etmişdir. Modelləşdirmə elə bir elmi üsuldur ki, onun vasitəsilə bir prosesi öyranməklə tədqiqi bilavasitə çətin olan digər bir anoloji prosesin xarakteri haqqında mülahizə yürüdülür. Coğrafi və topoqrafık xəritələr, qlobus, molekulların kimyəvi tərkibini və strukturunu əksetdirən düsturlar modelə misal ola bilər.
İdrak prosesinin təhlili göstərir ki, insanın idraki fəaliyyətinin səmərəsi iki yolla artırıla bilər: birincisi, idrak prosesində istifadə olunan təbii imkanları qüvvətləndirmək yolu ilə, ikincisi, idrak obyektini ona nisbətən müəyyən üstünlüyə malik olan digər obyektlə əvəz etmək yolu ilə. Birinci yola yeni cihaz və qurğuların yaradılması, ikinci yola isə modellərdən istifadə olunması uyğun gəlir.
Model idrak obyektini əvəz edən və onun haqqında əlavə informasiya mənbəyi rolunu oynayan maddi və ya ideal sistemdir. İdrak prosesində, müasir elmi idrakın müxtəlif sahələrində müxtəlif tipli modellərdən istifadə olunur. Hazırlanmasında istifadə olunan materialın növündən asılı olaraq modelləri maddi (və ya fiziki) və ideal (və ya xəyali) modellərə ayırırlar.
Maddi modellərə ağac, metal, şüşə, plastik kütlə və digər maddi cisimlərdə təcəssüm tapan modellər daxildir. Məsələn, qlobus Yer kürəsinin modelidir. Maddi modellər vasitəsilə tədqiqat obyektinin strukturunu, xarakterini, mahiyyətini öyrənmək olur.
İdeal modellər isə aşağıdakı növlərə bölünür:

  1. əyani-surətli modellər (məsələn, atomun Rezerford və Bor modeli, müxtəlif sxemlər və s.);

  2. işarə modelləri (məsələn, kimyəvi simvollarla ifadə olunan kimyəvi modellər - məsələn, benzol molekulunun modeli və s.)

İşarə modelləri riyaziyyatda və məntiqdə geniş yayılmışdır. İşarə modelləri idrak obyektinin əlaqə, münasibət və funksiyalarını işarə etməyə imkan verir.
Modellər idrak prosesində iki qnoseoloji funksiyanı yerinə yetirirlər:

  1. model informasiya mənbəyidir;

  2. model biliyi fiksə etmək vasitəsidir.

Modelin birinci funksiyasının obyektiv əsasını orijinala oxşarlığı təşkil edir. Modelin bu xassəsi bir sıra anlayışlar, o cümlədən analogiya, izomorfizm, homomorfizm vasitəsilə təsvir olunur.

Yüklə 340,51 Kb.

Dostları ilə paylaş:
1   ...   89   90   91   92   93   94   95   96   ...   115




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin