1. Fəlsəfənin predmeti və sosial funksiyaları “Fəlsəfə


Elmi idrakın empirik-nəzəri metodları



Yüklə 340,51 Kb.
səhifə92/115
tarix04.06.2022
ölçüsü340,51 Kb.
#60619
1   ...   88   89   90   91   92   93   94   95   ...   115
felsefeimtahansualları

Elmi idrakın empirik-nəzəri metodları.
İnsanın əqli fəaliyyətinin universal metodlarından biri də abstraktlaşdırmadır. Abstraktlaşdırma metodunun mahiyyəti cisimlərin qeyri-mühüm xassə, münasibət və əlaqələrindən fikrən sərfnəzər edilməsindən, bu cisimlərin tədqiqatçını maraqlandıran bir və ya bir neçə mühüm əlamətinin seçilib götürülməsindən ibarətdir.
Elmi idrakın empirik-nəzəri metodları içərisində analiz və sintez xüsusi yer tutur.
Analiz öz məzmunu e'tibarilə hər hansı tamı, yaxud mürəkkəb hadisəni fikrən öz tərkib hissələrinə, elementlərinə, əlaqələrinə ayırmaq və onlardan bə'zilərini seçib götürmək üçün istifadə olunan üsul və qanunauyğunluqların məcmusudur. Sintez isə cismin ayrı-ayrı hissə və elementlərini fikrən bir tam halında birləşdirməyə imkan verən üsul və qanunauyğıraluqların məcmusudur. Sintez prosesində tamı təşkil edən hissələrin hər birinin yeri və rolu dəqiq müəyyən edilir.
Əgər analiz prosesində konkretdən abstrakta, təkcədən ümumiyə, mürəkkəbdən sadəyə keçilirsə, sintezin gedişində proses abstraktdan konkretə, ümumidən təkcəyə, sadədən mürəkkəbə doğru cərəyan edir.
Analiz və sintez bir-birindən ayrılıqda mövcud ola bilməz. Analiz və sintezin qarşılıqlı əlaqəsinin konkret təzahürü özünü aşağıdakı cəhətlərdə göstərir:
Əvvəla, analiz və sintez bir-birini qarşılıqlı surətdə şərtləndirirlər. Bu o deməkdir ki, analizin həyata keçirilməsi üçün cisim özünün tam halında, bütün tərəf və əlaqələrinin sintezi halında təsəvvür olunmalıdır.
İkincisi, analiz və sintez sadəcə olaraq bir-birini tələb etmir, konkret idrak prosesində həm də bir-birini müşayiət edirlər. Məsələn, materialların elektrik və istilik xassələrini öyrənərkən bir tərəfdən onların ayrı-ayrı xassələri seçilib götürülür, digər tərəfdən bu xassələr müvafiq anlayışlarla (istilikkeçirmə, sıxlıq, bərklik, müqavimət və s.) təsbit olunur.
Üçüncü, bir tərəfdən isə seçilmiş xassələrə görə bu materiallar qruplaşdırılaraq naqillərə, yarımkeçiricilərə və dielektriklərə bölünürlər. Beləliklə, analiz və sintez elmi idrakda əksliklərin ayrılmaz vəhdəti kimi çıxış edirlər.
İdrak prosesində faktlardan onların nəzəri sintezinə keçid empirik-nəzəri tədqiqat metodlarından olan induksiya və deduksiya vasitəsilə baş verir.

Yüklə 340,51 Kb.

Dostları ilə paylaş:
1   ...   88   89   90   91   92   93   94   95   ...   115




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin