1. Fəlsəfənin predmeti və sosial funksiyaları “Fəlsəfə


Elmin mə'dəni-dünyagörüşü funksiyası



Yüklə 340,51 Kb.
səhifə89/115
tarix04.06.2022
ölçüsü340,51 Kb.
#60619
1   ...   85   86   87   88   89   90   91   92   ...   115
felsefeimtahansualları

Elmin mə'dəni-dünyagörüşü funksiyası göstərir ki, empirik və nəzəri biliklər sistemi olmaq e'tibarilə elm bir tərəfdən mədəniyyətin, digər tərəfdən isə dünyagörüşünün tərkib hissəsinə çevrilərək ictimai şüur formaları içərisində xüsusi status qazanmışdır.
Hazırda elmin bilavasitə məhsuldar qüvvəyə çevrilməsilə əlaqədar olaraq qazandığı funksiya da onun başlıca xüsusiyyətlərindəndir. Elmin bu funksiyası sosial həyatın və insan fəaliyyətinin bütün sahələrində aydın nəzərə çarpan müasir elmi-texniki tərəqqinin miqyas və tempi ilə bağlıdır. İstehsalın genişlənməsi və ictimailəşməsilə əlaqədar olaraq istehsal prosesində elmin rolu artmış, praktiki olaraq hər şey, hər bir proses elmin predmetinə çevrilmişdir.
Müasir elmi-texniki tərəqqi dövründə elm özünün üçüncü funksiyasını kəsb edərək böyük sosial qüvvəyə çevrlimişdir. Bu funksiyası ilə elm əslində sosial inkişaf prosesinə qoşulmuşdur. Hazırda etmi nəticə və metodlardan sosial və iqtisadi inkişafın qlobal miqyask plan və proqramlannm tərtibində geniş istifadə olunur. Bu plan və proqramlarm işlənib hazırlanması və həyata keçirilməsi təbiət, texniki və humanitar elmlərin birgə tətbiq edil-məsi sayəsində mümkün olur.
Elmi idrakın strukturu mürəkkəb olub müxtəlif elementlərdən təşkil olunmuşdur. Buraya yuxarıda qeyd etdiyimiz anlayış, mühakintə, əqli nəticə ilə yanaşı, məntiqi idrakın fakt, problem, məsələ, ideya, prinsip, qanun, model, fərziyyə, hipotez, nəzəriyyə kimi daha mürəkkəb səciyyə daşıyan formaları da daxildir.
Elmi idrakın mühüm formalarından biri problemdir. Elmi tədqiqat bir-birini əvəz edən problemlər silsiləsi, problem isə elmi biliyin forması, köhnə bilikdən yeni biliyə keçid formasıdır. Elmdə problemlər, adətən, köhnə biliyin kifayət etmədiyi, yeni biliyin isə hələ tam formalaşmadığı vaxtlarda meydana çıxır.
Buna görə də problem elmi idrakın inkişafının zəruri momenti, biliksizlikdən biliyə keçid mərhələsidir.
Elmi idrakın problemlə bağlı mühüm formalarından biri ideyadır. İdeya öz mə'nasına görə məntiqi təfəkkürün anlayış formasına daha yaxındır. Lakin bu yaxınlıq heç də onların eyniliyi demək deyildir. İdeyanın anlayışdan əsas fərqi bundadır ki, hər bir ideya anlayış olduğu halda, heç də hər cür anlayış ideya deyildir. Anlayış və ideyanın fərqi nisbidir. Anlayış yalnız o halda ideyaya çevrilir ki, onun əsasında yeni biliklər sintez olunmuş olsun. Məsələn, darvinizmdə "təbii seçmə", klassik elektrodinamikada "eleklromaqnit sahəsi" anlayışları təbii-elmi anlayışlar olmaqla yanaşı həm də bu nəzəriyyələrin əsasını təşkil edən fundamental ideyalardır. Nəzəri biliyin məzmunu mahiyyəti əks etdirən ideyalarda ifadə olunduğundan hər bir ideya məntiqi cəhətdən biliklərin sistemləşdirilməsi və nəzəriyyənin qurulması prosesini xarakterizə edir. İdeya nəzəriyyənin elementi, onun əsası, nəzəriyyə isə artıq inkişaf edib formalaşmış ideyadır. Məsələn, atom ideyasını Demokrit 2400 il bundan əvvəl irəli sürsə də, bu ideya müxtəlif fiziki və kimyəvi hadisələri izah edən nəzəriyyəyə yalnız XIX əsrdə, tamamilə inkişaf etdikdən sonra çevrilmişdir. Nəzəriyyənin ideyadan əsas fərqi bundadır ki, nəzəriyyə yalnız ideyanı deyil, həm də ondan törəyən bütün anlayışlar sistemini ehtiva edir. İdeyanın nəzəriyyənin strukturuna daxil olan anlayışlardan fərqinə gəldikdə qeyd etməliyik ki, ideya nəzəriyyənin əsasını təşkil edən ən mühüm qanunauyğunluğu, nəzəriyyənin anlayışları isə bu qanunauyğunluğun yalnız ayrı-ayrı tərəflərini əks etdirirlər.
İdeya yalnız anlayışla deyil, habelə biliyin digər forması olan prinsiplə də əlaqədardır. İdeya və prinsipin bu əlaqəsi özünü bunda göstərir ki, prinsip ideyanın abstrakt ifadəsidir.
Gerçəkliyin müxtəlif sahələrində tə'sir göstərən qanunların kəşf və formulə edilməsi elmi idrakın formalarından olan hipotezlərin yaradılmasında mühüm rol oynayır. Hipotez hər hansı bir hadisənin səbəbini izah edən, lakin səhihliyi hazırkı zamanda hələ sübut edilməmiş elmi fərziyyədir. Hipotez idrak prosesində faktlardan qanunlara keçid forması olub, nəzəriyyənin meydana gəlməsində və qərarlaşmasında mühüm rol oynayır. F. Engels hipotezin idraki rolunu yüksək qiymətləndirərək onu "təbiəlşünaslığın inkişaf forması" adlandırmış, akademik S.İ. Vavilov isə obrazlı şəkildə "bütün müasir fizika mövcud fərziyyələr meşəsində yaranmışdır" demişdir.
Müasir fizikada hipotezin mahiyyəti haqqında iki baxış, iki nöqteyi-nəzər mövcuddur. Bu baxışlardan birinə görə hipotez elmi nəzəriyyənin xüsusi növü, digərinə görə isə ehtimallı müddəa-fərziyyədir.
Hipotezin qərarlaşması və inkişafı mürəkkəb və çoxpilləli proses olub, öz inkişafında üç mərhələdən keçir:
1) faktiki materialın toplanması və bunun əsasında müəyyən ehtimallı müddəanın - fərziyyənin irəli sürülməsi;
2) Ehtimallı müddəadan deduktiv üsulla müxtəlif nəticələrin çıxarılması və onların təcrübi taktlarla tutuşdurulması;
3) Hipotezin təsdiqi və təkzibi ilə nəticələnən praktiki yoxlanılması. Hipotezin yoxlanılması zamanı onun gerçəkliyə adekvatlığı təsdiq olunduqda o daha da dəqiqləşdirilərək nəzəriyyəyə çevrilir. Məsələn, Lui de Broylun söylədiyi zərrəciklərin dalğa xassəsinə malik olması fərziyyəsi amerikan fiziklərindən K. Devisson və P. Cermer tərəfindən 1927-ci ildə eksperimental təsdiq olunduqdan sonra daha da dəqiqləşdirilərək elmi nəzəriyyəyə çevrilmişdir.

Yüklə 340,51 Kb.

Dostları ilə paylaş:
1   ...   85   86   87   88   89   90   91   92   ...   115




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin