1. Fəlsəfənin predmeti və sosial funksiyaları “Fəlsəfə



Yüklə 340,51 Kb.
səhifə87/115
tarix04.06.2022
ölçüsü340,51 Kb.
#60619
1   ...   83   84   85   86   87   88   89   90   ...   115
felsefeimtahansualları

Əqlinəticə. Mücərrəd təfəkkür təkcə anlayış və hökmlərdən ibarət deyil. Gerçək təfəkkür prosesində anlayış və hökmlər müstəqil, bir-birlərindən ılaqəsiz şəkildə çıxış etmirlər. Əgər daha mürəkkəb əqli fəaliyyət olan düşüncəni bir zəncirə bənzətsək, anlayış və hökmləri bu zəncirin həlqələri adlandırmaq olar. Düşüncənin, fikri prosesin nisbətən bitmiş yekun vahidi əqlinəticədir. Əqlinəticə -ilkin şərt, və yaxud müqəddimə adlandırılan bir, yaxud bir neçə hökmdən məntiqi yolla çıxarılan yeni hökmdür. Məhz əqlinəticə sayəsində insan biliklərini genişləndirir, indiyə qədər qazanılmış biliklərdən yeni bilik əldə edir. Məsələn, insan bilir ki, pələng yırtıcı heyvandır, bütün yırtıcılar isə ət yeyir. Burdan belə məntiqi nəticə çıxarmaq olar ki, pələng də ət yeyir.

İdrak prosesində qazanılmış biliyin faydalı olması, insana həyatda düzgün istiqamət götürməyə imkan verməsi və nəzərda tutulan məqsədlər əsasında gerçəkliyi dəyişdirməyə kömək edə bilməsi üçün o həqiqi olmalı, gerçəkliyə uyğun gəlməlidir. Biliyin gerçəkliyə uyğunluğu məsələsi fəlsəfədə həqiqət problemi adlanır. Həqiqətin mahiyyəti məsələsi biliyin gerçəkliyə uyğun olub-olmaması məsələsidir. Bəs bunu necə yoxlamaq olar?


Bu məsələ biliyin həqiqiliyi problemində başlıca məsələdir. Fəlsəfədə biliklərin insandan və bəşəriyyətdən asılı olmayan məzmunu obyektiv həqiqət adlanır. Soruşulur: biliklərin insandan və bəşəriyyətdən asılı olmayan məzmununu biz hansı üsulla yoxlaya bilərik?
Əvvəlki fəlsəfədə belə üsullardan ikisi mə'lumdur. Onlardan birincisi biliyin məntiqi təhlili və ona aparan mülahizələrdir. Məsələn, Platon belə güman edirdi ki, yalnız əbədi və dəyişilməz ideyalar baqqında bilik həqiqət sayıla bilər. İkinci üsul isə hissi seyrə, müşahidəyə aiddir. Əvvəlki materialistlərin əksəriyyəti məhz bu baxışa tərəfdar olmuşlar. Lakin hissi qavrayışlar abstrakt bilik verə bilmədiyi üçün biliklərimizin həqiqiliyinin yoxlanılması vasitəsi, həqiqətin me'yarı ola bilməzlər. Hissi obrazlar subyektiv olub, obyekti qavrayan fərddən, onun əsəb sisteminin halından, hazırlıq dərəcəsindən, müşahidə şəraitindən, sosial-mədəni amillərdən asılıdır. Buna gorə də bu fəlsəfədə idrakın fundamental ünsürlərindən biri kimi insanların praktiki fəaliyyəti idrakın sxeminə daxil edilərək o, "obyekt-praktiki fəaliyyət-subyekt" şəklinə salınmışdır.
İnsanların şüurlu fəaliyyətinin əsasını təşkil edən praktika həm də bu fəaliyyəti ehtiva edir. Praktika ilə idrakın daxili əlaqəsini nəzərə alaraq idrak nəzəriyyəsinin əsas müddəalarını belə ümumiləşdirmək olar:
1) biliklərimizdə əks olunan aləm fasiləsiz dəyişməkdə və inkişafdadır;
2) praktika və onun əsasında baş verən idrak prosesində istifadə olunan vasitələr durmadan dəyişilir və inkişaf edir;
3) praktika əsasında qazanılan və praktika vasitəsilə yoxlanılan biliklər fasiləsiz dəyişilib inkişaf etdiyindən obyektiv həqiqətin özü də fasiləsiz dəyişilir və inkişaf edir.
Nisbi və mütləq həqiqət obyektiv həqiqətin müxtəlif səviyyələri və formalarıdır. Konkret biliklərimiz cəmiyyətin, elmin, texnikanın inkişaf səviyyəsindən asılı olan nisbi həqiqətlərdir. İdrakm səviyyəsi yüksəldikcə biz mütləq həqiqətə daha çox yaxınlaşırıq. hər bir nisbi həqiqət özlüyündə mütləq həqiqətin zərrəsi, mütləq həqiqət isə nisbi həqiqətlərin sonsuz ardıcıllığının hüdududur.

Yüklə 340,51 Kb.

Dostları ilə paylaş:
1   ...   83   84   85   86   87   88   89   90   ...   115




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin