1. Fəlsəfənin predmeti və sosial funksiyaları “Fəlsəfə



Yüklə 340,51 Kb.
səhifə84/115
tarix04.06.2022
ölçüsü340,51 Kb.
#60619
1   ...   80   81   82   83   84   85   86   87   ...   115
felsefeimtahansualları

Subyektiv yanaşma. Yuxarıda təhlil edilmiş yanaşmalarda həyatın hamı üçün ümumi olacaq mənası axtarılır. Subyektiv yanaşma isə həyatın mənasını ayrıca insan və onun məqsədlərində axtarır.
Avstriya psixoloqu Viktor Frankl (1905-1997) oxşar məna axtarışının üç əsas istiqamətini göstərir: yaradıcılıq (yaratma və özünüyaratma), təəssürat (gözəllik, xeyir, həqiqətdən vəcdə gəlmək) və münasibət (dünyanın optimist qavranılması).
İnsan öz həyat yolunu seçməkdə azaddır. O səhv və uğursuzluqdan sığortalanmayıb. Etika isə insana məna axtarışlarında yalnız təqribi istiqamətlər göstərə bilər. Həyatın mənasını hazır şəkildə əldə etmək üçün onu yaşamaq və bir çox çətinliklərə sinə gərmək lazımdır.
44. İdrak, elmi idrak, empirik və nəzəri səviyyələri
İdrakın ən ümumi problemləri fəlsəfi biliyin struktur elementi olan idrak nəzəriyyəsi, və yaxud qnoseologiya (yun. gnosis –bilik, logos –təlim) tərəfindən öyrənilir. Fəlsəfədə “idrak nəzəriyyəsi” terminini 1854-cü ildə şotland filosofu Ceyms Frederik Ferye(1808-1864) daxil etmişdir.

İdrak nəzəriyyəsi fəlsəfə ilə birlikdə meydana gəlmiş və hər bir fəlsəfi sistemin ayrılmaz tərkib hissəsi olmuşdur. Qədim yunan fəlsəfəsində idrakı və onun təbiətini təhlil etməyin əsasını Demokrit, Platon, Aristotel, Epikür, skeptiklər və stoiklər qoymuşlar. Yeni dövrdə Avropada idrak nəzəriyyəsi F.Bekon, R.Dekart, C.Lokk, B.Spinoza, Q.Leybnits, İ.Kant, D.Didro, G.Hegel, L.Feyerbax tərəfindən inkişaf etdirilmişdir. Müsəlman Şərq ölkələrində isə bir sıra mütəfəkkirlər, o cümlədən Ə.Bəhmənyar, Ə.Sührəvərdi, E. Miyanəci, Ş. Sührəvərdi, S. Urməvi, N.Tusi, M.F.Axundov və başqaları idrak nəzəriyyəsinin zənginləşməsinə öz töhfələrini vermişlər.

İdrak problemi müasir fəlsəfədə də mərkəzi yerlərdən birini tutur.

İdrak nəzəriyyəsi idrakın mənşəyi və mahiyyəti, biliyin strukturu və inkişaf qanunları, onun əsası və me'yarı, idrakın pillələri və əsas formaları, elmi tədqiqatın prinsipləri, metod və üsulları haqqında bütöv bir fəlsəfi tə'limdir. Bu tə'lim iki hissədən - in'ikas nəzəriyyəsindən və elmi tədqiqatın metodologiyasından ibarətdir.



İdrak nəzəriyyəsi fəlsəfənin əsas məsələsinə, xüsusən onun ikinci tərəfinə verilən cavabla əlaqədardır. Mə'lum olduğu kimi, fəlsəfənin əsas məsələsinin həmin tərəfi insan şüurunun xarici aləmi dərk etmək qabiliyyətinə malik olub-olmaması məsələsindən ibarətdir. Dünyanın prinsip e'tibarilə dərk edilib-edilməməsi məsələsi insan fikrini əsrlər boyu özünə cəlb edən ən vacib fəlsəfi məsələlərdən olmuşdur.

Yüklə 340,51 Kb.

Dostları ilə paylaş:
1   ...   80   81   82   83   84   85   86   87   ...   115




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin