1. Fəlsəfənin predmeti və sosial funksiyaları “Fəlsəfə



Yüklə 340,51 Kb.
səhifə88/115
tarix04.06.2022
ölçüsü340,51 Kb.
#60619
1   ...   84   85   86   87   88   89   90   91   ...   115
felsefeimtahansualları

ELMI IDRAK

Dünyanın dərk edilməsi prosesi özünün ən yüksək ifadəsini elmdə tapır. Elm-insan fəaliyyətinin tarixən qərarlaşmış, gerçəkliyin dərk olumnasına və onun praktiki dəyişdirilməsinə yönəldilmiş formasıdır.


Elm mə'nəvi istehsal sahəsidir. Buraya daxildir: məqsədə-müvafiq seçilmiş və sistemləşdirilmiş faktlar, məntiqi cəhətdən əsaslandırılmış nəzəriyyələr, fundamental qanunlar, prinsiplər, elmi tedqiqatın metod və üsulları.
Bütövlükdə elmə üç baxımdan yanaşmaq olar: elm eyni zamanda həm bilik sistemi, həm mə'nəvi istehsal, həm də bunların əsasında həyata keçirilən praktiki fəaliyyətdir.
Elmin predmeti nə tədqiq olunur, metodu isə necə tədqiq olunur sualına cavab verir. Gerçəkliyin və ictimai praktikanın keyfiyyət müxtəlifliyi insan təfəkkürünün çoxplanlı xarakterini və elmi idrakın müxtəlif sahələrini muəyyən edir. Elm təkcə insan şüurundan kənarda mövcud olan predmet və hadisələri, hərəkət və qarşılıqlı tə'sirin müxtəlif tiplərini və formalarını deyil, həmçinin onların şüurdakı in'ikasını, insanı, onun zəngin və təkrarolunmaz mə'nəvi dünyasını da ehtiva edir.
Elm maddi istehsalın daxili tələblərindən yaranmışdır. İctimai şüurun hələ lap qədim zamanlarda təşəkkül tapmış əxlaq, din, incəsənət kimi daha qədim növlərindən xeyli sonralar meydana gəlmiş elmin qərarlaşması empirik biliklərin toplanması, zehni əməyin fiziki əməkdən ayrılması və abstrakt təfəkkürün nisbətən yüksək inkişaf səviyyəsinə çatması ilə bağlı olmuşdur. Elmin qərarlaşmasında obyektiv sosial səbəblərlə yanaşı, bir sıra subyektiv amillər, o cümlədən idraka maraq və ona göstərilən təşəbbüs, bilavasitə praktiki dəyərli suallara axtarılan cavablar da az əhəmiyyət kəsb etməmişdir.
İnsan idrakının əsas formalarından olan elm bir sıra sosial funksiyalara malikdir. Sabit və dəyişilməz qalmayan bu funksiyalar elmin özü kimi tarixən müvafiq təkamülə uğrayaraq inkişaf etmişlər. Müasir elmin üç sosial funksiyası xüsusi qeyd edilməlidir:
a) elmin mə'dəni-dünyagörüşü funksiyası;
b) elmin bilavasitə məhsuldar qüvvə olmasından irəli gələn funksiyası;
v) elmin sosial qüvvə olmasından irəli gələn funksiyası.

Yüklə 340,51 Kb.

Dostları ilə paylaş:
1   ...   84   85   86   87   88   89   90   91   ...   115




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin