46. Dialektikanın qanunları və kateqoriyaları Əksliklərin vəhdəti və mübarizəsi qanununun mahiyyətini inkişaf prosesində rolunu və fəaliyyət mexanizmini dərindən anlamaq üçün “eyniyyət”, “fərqlilik”, “ziddiyyət”, “əkslik”, “münaqişə” və s. anayışların mahiyyətini bilmək onları fərqləndirmək zəruridir. Bu anlayışları iki mənada səciyyələndirmək olar. a)əkslik gerçəklik hadisələrinə xas olan, onların inkişafına şərtləndirən ən ümumi müəyyənlikdir,digər anlayışlar (fəqlilik, ziddiyyət,münaqişə vəs.)isə əksliyin təzahür xüsusiyyətləridir.b) “əkslik”ziddiyyətlərin kəskinləşməsi dərəcəsi,mənafe fərqlərinin artıb tam qütbləşməsi vəbarışmazlığı forması və təzahürüdür.Bu mənada “əkslik”fərqliyin ziddiyyətə, ziddiyyətin inkişaf edib əksliyə və münaqişəyə çevrilməsi prosesinin ifadəsi,ziddiyyətin yüksək və kəskin dərəcəsidir.Deməli,bir hadisədə onu tam ümumi hadisələrlə birləşdirən, “eyniləşdirən”eyniyyət cəhətləri, həm də onları ümumidən ayıran fərqlilik vardır.Eyniyyət-predmet hadisə və proseslərlə başqa predmet, hadisə və proseslər və onarın öz daxili tərəfləri arasındakı əlaqə və münasibətlərin məzmun və formaca, xassə və vasitəcə oxşar, ümmi,eyniyyət təşkil edən cəhətlərin ifadəsinə deyilir.Fərqlilik-predmet, hadisə və prosesin daxili tərəf və meyllərini bir-birindən və başqa xarici hadisələrdən ayıran, fərqləndirən cəhtlərin ifadəsinə deyilir.
Eyniyyət fərqlilik anlayışları nisbidir, müəyyən şərait dəyişdikdə bir-birinə keçə bilirlər. Ziddiyyət-predmet,hadisə və proseslər və onların daxili tərəfləri arasındakı fərliliyin dərinləşməsi, kəskinləşməsidir, mənafe uyğunsuzluğu əksliyin ifadəsidir. Ziddiyyət əskliyə,əsklik və ziddiyyətə çevrilə bilər.
Predmet və hadisələr daxilən obyektiv ziddiyyətli təbiətə malikdir. Məhz belə ziddiyyətli mahiyyət hadisənn ümumi inkişafını şərtləndirir. Lakni fəlsəfə tarixində bu ümumi qanunauuyğun müddəaya münasibət müxtəlif cür olmuşdur.Əslində ziddiyyət obyektivdir, predmet və hadisənin başqa hadisələrlə və daxili tərəflərlə qarşılıqlı münasibətindən irəli gəlir:həyat və ölüm,maqnitin mübət və mənfi qütbləri,canlı və cansız,maddələrin assimilyasiyası və dissimilyasiyası siniflər mübarizəsi-məhz bu obyektiv ümumi qanunauyğunluluğu ifadə edir. Əksliklərin mübarizəsinin kulminasiya nöqtəsi,toqquşması səviyyəsi münaqişədir.Onu deyək ki,yenin meydana çıxması müəyyən müddət(bəzən uzun aman ərzində)köhnənin içərisində,lakin köhnə ilə yeninin mübarizəsi şəraitində baş verir. Bəzən hətta mübarizə edən tərəflər, ziddiyyətə girən meyllər arasında müvəqqəti tarazlıq, müvazilik vəziyyətidə əmələ gələ bilər.
Ziddiyyətlər müxtəlif və rəngarəngdir Daxili ziddiyyətlər-predmet və hadisənin daxilində bir-birinə zidd və ya əks tərəflərin qarşılıqlı təsir münasibətlərini ifadə edən ziddiyyətlərdir.Xarici ziddiyyətlər isə-müəyyən predmet və hadisələrlə,təbii və sosial mühitlə qarşılıqlı əlaqə və qarşılıqlı təsir münasibətlərinin əsk etdirən ziddiyyətlərdir. Daxili ziddiyyətlər mühüm və aparıcıdır,inkişafın mənbəyidir, “öz hərəkətin” səbəbidir.Lakin xarici ziddiyyət və fəaldır,ciddi təsir gücünə malikdir,inkişafı sürətləndirə və ya ləngidə bilər.Onlardan baş açmaq,gerçəklikdə onların vrol və əhəmiyyətini müəyyənləşdirmək üçün əsas ziddiyyətləri qeyri-əsaslardan, ikinci dərəcəli ziddiyyətlərdən fərqləndirmək,ayırd etmək lazımdır.Əsas ziddiyyət-inkişafda aparıcı rol oynayan,həll edilməsi ilə bir çox başqa ziddiyyətə-rin dəı həll edilib aradan çıxmasına səbəb olan ziddiyyətə deyilir.Qeyri əsas ziddiyyət isə inkişaf üçün aparıcı olmasa da,müəyyən təsir edici ziddiyyətlərin onların da mühüm əhəmiyyətlərdir vardır.Baçlıca cə baçlıca olmayan ziddiyyətlər də mahiyyət etibarilə əsas və qeyri-əsas ziddiyyətlərə yaxındıronlara bənzətirlər.Ziddiyyətlərin növlərindən birini də antoqonist ziddiyyətlər təçlik edir.Bunlar təbiətdə bu və ya digər.dərəcədə təzahür etsələrdə, əsasən ictimai və ya cəmiyyət ziddiyyətləridir.Cəmiyyətdəki müxtəlif ictimai və sosial-siyasi mənafeləri olan siniflər,sosial təbəqələr,qruplar xalq və millətlər,ictimai hərəkatlar,partiyalar və arasında mövcud olan qarçılıqlı əlaqəə və münasibətləri əks etdirən ziddiyyətlərdir.Antoqonist ziddiyyətlər ictimai-iqtsadi və sosial-siyasi mənafeləri bir-birinə əks olan siniflər,sosial qruplar və təbəqələr arasındakı ziddiyyətlərdir.Qeyri-antoqonist zidiyyətlər-əsas mənafeləri bir-birinə uyğun gələn,lakin müəyyən mənafeləri fərqli olan tərəflər və ictimai təbəqə və siniflər arasında olan ziddiyyətlərdir.