1. Fəlsəfənin predmeti və sosial funksiyaları “Fəlsəfə


Elmi idrakın nəzəri metodları



Yüklə 340,51 Kb.
səhifə94/115
tarix04.06.2022
ölçüsü340,51 Kb.
#60619
1   ...   90   91   92   93   94   95   96   97   ...   115
felsefeimtahansualları

Elmi idrakın nəzəri metodları.
Elmi idrakın istifadə etdiyi fikri proseslər içərisində ideallaşdırma xüsusi yer tutur. Nəzəri tədqiqatın səmərəli üsullarından olan ideallaşdırma abstraktlaşdirma əməiiyyatı ilə üzvi surətdə bağlıdır. İdeallaşdırma prosesində varlıq "sadələşdirilir", "yoxsullaşdırılır", belə ki, baxılan halda predmetə xas olan az əhəmiyyətli və ya əhəmiyyətsiz parametrlər, əlamətlər ixtisar edilib nəzərə alınmır. Bu proses fikri elementlərin, ideallaşdırılmış, nəzəri obyektlərin yaradılması ilə bağlıdır. Ümumiyyətlə, elmi idrakda gerçəklikdə mövcud olmayan, əməli həyata keçirilə bilməyən "ideal" obyektlərdən geniş istifadə olunur. "Maddi nöqtə" "ideal qaz", "sıxılmayan maye", "mütləq bərk cisim", "nöqtəvi yük", "nöqtə", "düz xətt", "müstəvi", "üçbucaq" və b. anlayışlar fizika və riyaziyyatda istifadə olunan ideal obyektlərdir. Gerçəklikdə bu cür obyektlər olmasa da, onların fikrən quraşdırılması mühüm idraki əhəmiyyət kəsb edir. Bu qəbildən olan obyektlərin quraşdırılması prosesi ideallaşdırma adlanır.
İdeal obyektlərin fikrən quraşdırılması prosesi hökmən şüurun abstraktlaşdırma fəaliyyətini tələb edir. Mosələn, "mütləq bərk cisim" ideal obyektini yaradarkən biz real cisimlərin kənar qüvvələrin tə'sirilə deformasiyaetmə qabiliyyətindən sərfnəzər etmiş oluruq. "Mütləq qara cisim", yə'ni üzərinə düşən işıq enerjisini bütünlüklə uda bilən cismi "yaradarkən" biz belə bir faktdan abstraksiya etmiş oluruq ki, bütün real cisimlər onların üzərinə düşən işıq şüasını az və ya çox dərəcədə əks etdirmək qabiliyyətinə malikdir. İdeallaşdırma zamam fiziki obyektlərə təbiətdə mövcud olmayan və praktiki reallaşa bilməyən xassələr isnad verilir. Məsələn, fizikada "ideal qaz" anlayışından geniş istifadə olunur. Bu elə qazdır ki, onun molekullarının real ölçülərindən və qarşılıqlı tə'sirlərindən sərfnəzər edilmişdir. Təbiətdə ideal qaz yoxdur, lakin buna baxmayaraq, molekulyar-kinetik nəzəriyyənin əsas qanunları (Avoqadro qanunu, Boyl-Mariott, Gey-Lüssak və Şarl qanunları və s.) məhz bu anlayış əsasında öyrənilir.
İdeallaşdırma haqqında yuxarıda deyilənlərdən aydın olur ki, ideal obyektlərin quraşdırılması prosesində biz hökmən aşağıdakı məqsədlərə nail olmalıyıq:

  1. real obyektləri onlara məxsus bə'zi xassələrdən sərfnəzər etməliyik,

  2. bu obyektlərə fikrən qeyri-real, praktiki reallaşa bilməyən hipotetik xassələr isnad etməliyik.

İdrakda ideallaşdırmadan yalnız o hallarda istifadə olunur ki, idrak obyekti kifayət qədər mürəkkəb olmuş olsun. Bu metod əsasında xəyalən yaradılan ideal obyektlər mürəkkəb proseslərə ilk yanaşma olub, bu sonuncuların obyektiv qanunauyğunluqlarının təxmini olsa da, əks etdirilməsi yolunda atılmış çox səmərəli bir usuldur.


Yüklə 340,51 Kb.

Dostları ilə paylaş:
1   ...   90   91   92   93   94   95   96   97   ...   115




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin