1. Fəlsəfənin predmeti və sosial funksiyaları “Fəlsəfə


Elmi idrakın ən yüksək forması nəzəriyyədir



Yüklə 340,51 Kb.
səhifə90/115
tarix04.06.2022
ölçüsü340,51 Kb.
#60619
1   ...   86   87   88   89   90   91   92   93   ...   115
felsefeimtahansualları

Elmi idrakın ən yüksək forması nəzəriyyədir. Nəzəriyyə -gerçəkliyin müəyyən sahəsinə aid olan hadisələri təsvir və izah etməklə bu sahədə təzahür edən bilik sistemidir. Tədqiqatın empirik səviyyəsində qazanılımş biliklər nəzəriyyədə ümumi ideyalar əsasında vahid sistemə salınaraq onun abstraksiyaları, ideallaşdırmaları və digər prinsipləri əsasında daha da dəqiqləşdirilir. Xarici amil isə nəzəriyyə ilə təcrübə arasındakı ziddiyyətdir. Hər iki amil nəzəriyyənin inkişafının səbəbidir.
Elmi idrak son dərəcə mürəkkəb, ziddiyyətli və sonsuz bir prosesdir. İnsanı əhatə edən aləmin sirlərinə bələd olmaq, cisim və hadisələrin həqiqi mahiyyətini, daxili əlaqələrini, inkişaf qanunauyğunluqlarını aşkara çıxarmaq cəhdi bir çox insan nəsillərinin, bütün elm nümayəndələrinin birgə səylərini tələb edir. Tədqiqatçı maddi və mə'nəvi aləmin mahiyyətinə nə qədər dərin nüfuz edirsə, idrak prosesi də bir o qədər mürəkkəb və çox cəhətli olur. Buna görə də elmi idrakın düzgün metodlarının tapılması, həqiqi biliklərin əldə edilməsinin üsul və qaydalarının müəyyənləşdirilməsi məsələsi mühüm elmi-metodoloji əhəmiyyət kəsb edir. Odur ki, yalnız tədqiqatın nəticələri deyil, habelə ona aparan yollar da, elmi idrakda istifadə olunan metodlar da həqiqi olmalıdır.
Elmi idrak metodu anlayışı və onların bölgüsü.
Metod yunan sözü olub ("melodos") hərfiyyən yol, tədqiqat, şərh üsulu mə'nasına uyğun gəlir. Metod məqsədə çatmaq - gerçəkliyin dərk olunmasına və onun praktiki dəyişdirilməsinə nail olmaq üçün istifadə olunan üsullar ilə insanların nəzəri və praktiki fəaliyyətini tənzimləyən müəyyən prinsiplərin məcmusudur. R.Dekartın tə'birincə desək, hər bir elmi yaradıcılığın xüsusi bir alətə böyük ehtiyacı vardır. Bu alət isə metoddur. Elmi idrak metodu alimin yaradıcı fəaliyyətini düzgün istiqamətləndirməklə öz tədqiqatı sahəsində həqiqi biliklərə yiyələnməkdə ən qısa və optimal yolu seçməkdə ona yaxından kömək edir. Elmi idrak metodu elmi tədqiqatda düzgün istiqamət götürməyə, vaxta və enerjiyə qənaət etməyə, həqiqətə daha səmərəli yolla çalmağa imkan verir.
İdrak üsulu və biliyin xüsusi forması olmaq e'tibarilə elmi idrak metodu obyektiv və subyektiv momentləri ehtiva edir. Dərk olunmuş qanunauyğunluqlar metodun obyektiv tərəfini, bu qanunauyğunluqlar əsasında işlənib hazırlanmış gerçəkliyin dərk olunması və praktiki dəyişdirilməsi üsulları isə onun subyektiv tərəfini təşkil edir.
Müasir elm zəngin idrak metodlarına malikdir. Bunun da səbəbi aydındır: öz təbiəti e'tibarilə sonsuz və rəngarəng olan maddi dünyanın hər bir predmeti, hadisəsi özünə xüsusi yanaşma üsuhı, spesifik tədqiqat metodu tələb edir. Bu isə ehni tədqiqatdakı mövqelərindən və elmin inkişafındakı rollarından asılı olaraq metodları müxtəlif əsaslara görə təsnif etməyə əsas verir. Müasir elmdə metodlarm ümumilik dərəcəsinə görə təsnifatı xüsusilə geniş yayılmışdır. Bu baxımdan metodları şərti olaraq üç böyük qrupa bölürlər:

  1. Gerçəkliyin ancaq müəyyən hadisələrinin tədqiqinə yarayan və bir qayda olaraq yalnız bir elmin hüdudlarında tətbiq olunan xüsusi metodlar. Məsələn, riyaziyyatda riyazi induksiya, biologiyada hibridləşdirmə, kosmoqoniyada radioaktiv parçalanma metodu, fizikada spektral analiz, ədəbiyyatda realizm və s. xüsusi metodlardır.

  2. Elmi idrakın bir sıra elmlərdə, hətta bə'zən bütün elmlərdə tətbiq olunan ümumi metodları. Bu metodlar konkret idrak prosesinin bütün mərhələlərində deyil, onun idrak obyektinin ancaq müəyyən tərəflərini, xassələrini açan xüsusi mərhələlərində tətbiq olunurlar. Analizsintez, induksiyadeduksiya, eksperiment, abstraktlaşdırma, ideallaşdırma və s. elmi idrakın ümumi metodlarıdır.

3) Gerçəkliyin bütün sahələrində, idrak prosesinin bütün mərhələlərində tətbiq olunan ən ümumi elmi idrak metodu dialektikadır. Dialektlk metod universal metod olsa da, elmi idrakın gedişinə və nəticələrinə onun tə'siri ancaq xüsusi və ümumi metodlar vasitəsilə həyata keçirilir.
Elmi idrakm ümumi metodlarının da təsnifatı mühüın əhəmiyyət kəsb edən fəlsəfi məsələlərdəndir. Biliyin öz aralarında qarşılıqlı əlaqələnən empirik və nəzari səviyyələrinə uyğun olaraq elmi idrakın ümumi metodlarını üç qrupa ayırmaq olar:

  1. biliyin yalnız empirik səviyyəsində tətbiq olunan empirik tədqiqat metodları: müşahidə, müqayisə, ölçmə, eksperiment;

  2. biliyin yalnız nəzəri səviyyəsində tətbiq olunan nəzəri tədqiqat metodları: ideallaşdırma, formallaşdırma, aksiomatik metod, abstraktdan konkretə yüksəlmə metodu;

  3. biliyin həm empirik, həm də nəzəri səviyyəsində tətbiq olunan empirik-nəzəri tədqiqat metodları: analiz sintez, induksiya deduksiya, modelləşdirmə, tarixi məntiqi, abstraktlaşdırma və s.



Yüklə 340,51 Kb.

Dostları ilə paylaş:
1   ...   86   87   88   89   90   91   92   93   ...   115




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin