Xxxv fəsil İctimai elmlərdə fənn proqramları Ümumi hissə a Giriş



Yüklə 1,14 Mb.
səhifə1/16
tarix02.12.2016
ölçüsü1,14 Mb.
#681
  1   2   3   4   5   6   7   8   9   ...   16
XXXV Fəsil

İctimai elmlərdə fənn proqramları

1. Ümumi hissə

a) Giriş

İctimai elmlərin fənn qrupunda yanaşı olaraq – tarix, coğrafiya, mülki təhsil, mülki müdafiə və təhlükəsizlik fənləri birləşmişdir. Onlar Gürcüstanın Ümumi Təhsil sistemində kəsişmə yerini tutur. Onlar məlumatlandırılmış, aktiv və məsuliyyət hissinə malik vətəndaşların yetişdirilməsinə kömək edir, şagirdə doğma məkan haqqında məlumat verir, onun vətənpərvər və humanist şəxsiyyət kimi formalaşmasını şərtləndirir. Bununla yanaşı, qeyd edilmiş fənlərin tədrisi şagird üçün vətəndaş kompetensiyalarının işlənib hazırlanması və cəmiyyətdə vətəndaşlıq mədəniyyətinin qazanılması üçün mühüm əhəmiyyətə malikdir. Ümumi təhsilin hər üç pilləsində (ibtidai, baza və orta məktəb) bu fənlər koordinasiyalaşdırılmış, şagirdin yaş xüsusiyyətləri və imkanları nəzərə alınmaqla tədris edilir. Dərs prosesi irsi və ardıcıllıq prinsipi əsasında qurulub.



b) İctimai elmlərin tədrisinin məqsəd və vəzifələri

İctimai elmlərin tədrisinin məqsədləri:



  • Tarix, coğrafiya, hüquq, iqtisadiyyat, siyasət və digər ictimai elmlərin əsasında şagirdə biliyin verilməsi.

  • Dünyanın vahid şəkildə dərk olunmasına yardım etmək və baş verən proseslərdə Gürcüstanın yerinin müəyyənləşdirilməsi.

  • Şagirdin vətənpərvər və məsuliyyətli vətəndaş kimi formalaşmasına yardım etmək.

  • Onun azad şəxsiyyət kimi və cəmiyyətin tamhüquqlu üzvü kimi formalaşmasına kömək etmək.

  • Şagirdə humanist dünyagörüşünün formalaşmasına yardım göstərmək.

  • Onlarda möhkəm iradə yaratmaq, özünün və yanındakının müxtəlif fövqəladə vəziyyətlərdə həyatlarını xilas etmək, fövqəladə vəziyyətlərdə səhvsiz və təhlükəsiz hərəkət etmək bacarığını formalaşdırmaq.

Bilik

İctimai elmlər biliyin qazanılmasına şərait yaradır ki, bu da gəncin azad şəxsiyyət və məsuliyyətli vətəndaş kimi formalaşması üçün vacibdir. Müxtəlif ictimai elmlərin öyrənilməsi şagirdə dünya kontekstində öz ölkəsinin hökumət, mədəni, iqtisadi və siyasi maraqlarını analiz etmək üçün yardım edir. Eyni zamanda, şagird gərək hansı təbii mühitdə yaşadığını, insanın bu və ya digər fəaliyyətinin mühitə hansı ziyan vurduğunu, təbii mühiti necə mühafizə etmək və qorumaq lazım olduğunu bilməlidir. Məhz, ictimai elmlərin öyrənilməsi ilə yeniyetmənin şəxsi ailəvi ictimai həyatda müstəqil qərarların qəbul edilməsi, həyata keçirilməsi haqqında biliyi inkişaf edir. Bugünkü dinamik etnik və mədəni cəhətdən rəngarəng dünyada cəmiyyətin funksiya göstərməsi üçün qarşılıqlı idrak mühüm əhəmiyyət kəsb edir. Şagird məhz ictimai elmləri öyrənərkən insan haqlarının müdafiəsi və şəxsiyyətə hörmət, şəxsi və başqasının məişətinin qorunub saxlanması haqqında bilik əldə edir.

Şagird yaşına uyğun olaraq biliyin addim-addım qazanılması yolu ilə siyasi sistem qanunun nə olduğunu, hansı siyasi sistemlərin mövcud olduğunu bilməlidir. Özünün demokratik cəmiyyət və qanunun aliliyi qarşısında məsuliyyət və hüquqlarını bilməli; Gürcüstanda insan haqlarının müdafiəsinin beynəlxalq dairələri, insan haqlarının müdafiəsinin mexanizm və vasitələrini tanımalıdır və sair.

Şagird özünü öz ailəsinin, cəmiyyətin, məktəb icmasının və sinfin, qonşu icmanın, referent qrupun (bu və ya digər etnik, dini azlığın, yaxud imtiyazlı xalqın və s.), gürcü cəmiyyətinin üzvü kimi dərk etməli; öz ölkəsinin cəmiyyətinin və referent icmasının mədəniyyətini tanımalı; Gürcüstanda və ya dünyada yaşayan başqa cəmiyyətlərin mədəniyyətlərini tanımalı; qayğı əxlaqının nə olduğunu və nə üçün dəyərli olduğunu analiz etməlidir və s.

Şagird addım-addım, pillələrlə öz ölkəsinin iqtisadi vəziyyətinin əsas aspektləri ilə tanış olmalıdır: malın, xidmətin, əməyin və işçi bazarının, minimal əmək haqqının, alıcılıq qabiliyyətini və s; imkan daxilində, sahibkarın hüquq və vəzifələri, məsuliyyət və etik istifadənin əhəmiyyəti və prinsipləri şəffaflığının əhəmiyyəti barəsində məlumatı olmalıdır və s.

Şagird addım-addım, pillə-pillə dayanıqlı inkişaf, ətraf mühitin müdafiəsi, sağlam həyat tərzi, həyat və sağlamlıq üçün təhlükəli vəziyyətlərin qiymətləndirilməsi, fövqəladə durumlarda hərəkət, fərdi və kollektiv müdafiənin imkanlarından istifadə, həkimə çatdırılanadək zərərçəkmişə ilkin tibbi yardımın göstərilməsi kimi sahələrdə biliyə malik olmalı; öz ölkəsinin, regionunun Avropa və dünyada baş verən proseslərlə əlaqəsini hiss etməli; bütün bu prosesin qarşılıqlı əlaqəsini dərk etməli; bəşəriyyətin, dünyanın vahid bir cəmiyyəti kimi qarşısında dayanan siyasi, iqtisadi, ətraf-mühit və sosial səbəbləri dərk etməlidir.

Bu prosesdə o da nəzərdə tutulur ki, şagirdin informasiya əldə etməklə paralel spesifik və ümumi bacarıq-qabiliyyətləri inkişaf edir, yüksək əqli dəyərləri formalaşır.

Konkret tematika/məsələlər/konsepsiyalar hər bir sinif və fənn proqramlarının məzmununda açıqlanır. Qeyd edilmiş biliyin əldə edilməsi fənnin spesifikası və ardıcıllığını, eləcə də şagirdlərin yaş imkanlarını nəzərə alır.



Bacarıq-qabiliyyətlər

Doğma ölkənin və dünyanın tarixi-coğrafi hadisələrinin öyrənilməsi prosesində şagirdin aşağıdakı qabiliyyətləri inkişaf etməlidir:



  • Məkanda oriyentasiya

  • İnformasiyanın axtarılması və təşkili

  • Kommunikasiya

  • Öyrənmək qabiliyyəti

  • Tədqiqat

  • Yaradıcılıq qabiliyyəti

  • Faktların və hadisələrin, tarixin interpretasiyası

  • Əyaniliklərin istifadəsi və yaradılması

  • Coğrafi hadisələrin proseslərin və qanunauyğunluqların yayılmasının müəyyənləşdirilməsi

  • Əməkdaşlıq

  • Vətəndaşlıq mövqeyinin işlənib hazırlanması, tənqidi və müdafiəsi

  • Tolerantlıq

  • Fərdi və ictimai problemlərin analizi və müxtəlif məsələlər arasında əlaqələrin müəyyənləşdirilməsi

  • Fərdi və ictimai problemlərin həlli

  • İctimai vəziyyətlərin və proseslərin modelləşdirilməsi

  • Həyat və sağlamlıq üçün təhlükəli vəziyyətlərinin qiymətləndirilməsi

  • Fövqəladə vəziyyətlərdə fəaliyyət

Vəzifələr

Şagirdlərdə yüksək mənəvi dəyərlərə əsaslanmış vəzifələr formalaşmalıdır:



  • İnsan həyatına, mənliyinə və hüquqlarına hörmət etmək

  • Şərik olmaq və qayğı göstərmək

  • Vətən sevgisi

  • Prinsipiallıq və vətəndaşlıq şücaəti

  • Vicdanlılıq və əməksevərlilik

  • Tarazlıq

  • Tolerantlıq

  • Peşəkarlıq

  • Doğruluq və qanuna hörmət

  • Təhlükəsiz həyat tərzi sürmək

  • Insan həyatına qəsd etməmək və onun sağlamlığına qayğı göstərmək

  • Dövlətə və onun qəhrəmanlarına hörmət etmək

q) İctimai elmlərin müxtəlif pillələrdə tədrisi

İbtidai pillə

Məktəbin ibtidai pilləsində elmlərin müstəqil tədrisi V sinifdən başlanır. Şagirdlər 2 il ərzində” Bizim Gürcüstan “kursunu öyrənəcəklər. Bu fənn üçün tövsiyə olunmuş tədris yükü hər il 3 həftəlik saatla müəyyənləşdirilib.

“Bizim Gürcüstan” 2 illik tədris kursu şagirdə öz ölkəsini hər tərəfli görməsinə, ona qarşı məhəbbətin dərinləşməsinə yardım edir.

Bu yaşda şagirdlər dərk etməlidirlər ki, onlar cəmiyyətin başqa üzvləri kimi bu cəmiyyətin vətəndaşlarıdırlar. Onlar anlamalıdırlar ki ,Gürcüstan vətəndaşlarını ümumi mühit, keçmiş ,indiki zaman və gələcək birləşdirilir və bugünkü Gürcüstan bir dövlət kimi onların birliyinə əsaslanır.

Kurs çərçivəsində V sinifdən uşaq: tarixi məsələlərin öyrənilməsinə, coğrafi əsaslara və mühüm metodlara yiyələnməyə -müxtəlif tarixi –coğrafi məlumatların təsvirinin qrafiki vasitələrindən (xəritə, qlobus, cədvəl, diaqram, qrafika, foto, sxematik rəsm və s.) istifadəyə başlayır, vətəndaş cəmiyyəti üçün xarakterik olan prinsiplərlə tanış olur.

Tədris kursunun mərkəzində insan, bilavasitə onun ətrafında mövcud aləm dayanır. Başlanğıc pillənin bu mərhələsində şagird öz ölkəsi, onun bölgələri ,yerləri ilə tanış olur ki, bunlarla da keçmişdə baş vermiş müxtəlif maraqlı hadisələr ,şəxsiyyətlər və mədəniyyət abidələri əlaqəlidirlər. Bu, şagirdin keçmişinə qarşı marağını artıracaq və gənclərdə fərqli pərakəndə məlumatların bütöv şəkildə dərki-analizini asanlaşdıracaq. Yaş xüsusiyyətlərinə əsaslanaraq müxtəlif vacib anlayışların müəyyənləşdirilməsinə başlanır ki, bu da növbəti pillədə şagirdin yaddaşında onun Vətəni anlayışı kimi aydın şəkildə bütövləşəcək. Yuxarıda sadalananların hər biri diyarşünaslıq prinsipindən istifadə edilməklə tədris edilir.

Diyarşünaslıq prinsipi əsasında Vətənin tarixi və coğrafiyasının öyrənilməsi ilə uşaqlar öyrənəcəklər ki, Gürcüstanın əsas özünəməxsusluqlarından biri onun təbii, etnik, dini və mədəni rəngarəngliyidir.

V-VI siniflərdə şagirdlər Gürcüstan tarixinin əhəmiyyətli məsələləri ilə tanış olacaqlar. Müəllimin köməyi ilə uşaqlar müxtəlif sosial, iqtisadi, siyasi, mədəni tərəflərdən Gürcüstanın keçmişi və müasir dövrünü əlaqələndirməyi bacarmalıdırlar. İnformasiya əldə etmək üçün onlara müxtəlif növ mənbələr göstərməliyik ki, bu da bu yaş üçün müvafiq dərin mülahizə və giriş imkanlarını verəcək. Nəticədə şagirdlər onu da aşkar edəcəklər ki, keçmişi müxtəlif perspektivlərdən görə və dərk edə bilərlər.

Şagird özünün yaşayış məkanını, Gürcüstanın diqqətəlayiq yerlərini, onun rəngarəng mədəniyyətini, təbii şəraitini, təbii resursların və iqtisadiyyatın yayılmış sahələrini tanımalıdır.

Şagirdlər keçmişin bu günə və ətraf mühitin insanların qərarlarına hansı təsir göstərdiyini, insanların əvvəl necə yaşadıqları, necə qərar qəbul etdikləri, əməklə necə məşğul olduqları və müharibə etdikləri, hansı məişət özünəməxsusluqlarının xarakterik olması və s. ilə tanış olurlar. Bu informasiyaya malik olmaqla birlikdə gənclərdə zamanı duymaq hissi inkişaf edir. Onlar tədricən mühüm tarixi və ya coğrafi hadisələri xronoloji çərçivəyə sala bilərlər.

Onlar insanların təcrübəsinin rəngarəngliyini açıq-aşkar görəcəklər. Şagirdlər artıq bildiklərini və yaxud yenicə bir şəxsiyyət, vətəndaş, eləcə də cəmiyyətin üzvü kimi özləri haqqında öyrəndiklərini analiz edirlər.

Şagirdlər xalqın və dövlətin nə olduğunu, dövlətin zaman və məkanda necə qurulması, onun gənclərin ətrafındakı mühitdə , onların gündəlik həyatlarında necə təqdim olunması barədə mülahizə yürütməlidirlər. Şagirdlər aşağıda verilmiş əsas termin və anlayışları öyrənməlidirlər:



  1. Tarix –fənn və məqsədi, mənbələr, interpretasiyası, daimilik və dəyişkənlik;

  2. Coğrafiya –xəritə, ərazi, sərhədlər, inzibati bölgü, diyar, region, təbii mühit, relyef, hidroqrafiya, iqlim, flora, fauna, təbii resurslar, əhali, məntəqələr, iqtisadiyyat sahələri, insan və təbiət arasında əlaqə, ətraf-mühitin müdafiəsi;

  3. Zaman1-xronologiya, keçmiş, bu gün, gələcək, təqvim, zaman vahidləri, əvvəl/erkən, tarixi dövr/mərhələ;

  4. Məkan –təbii mühit, yer, ərazi, təbii və antropogen landşaft –yaşayış məntəqələrinin tipləri və funksiyaları;

  5. İqtisadiyyat –kənd və şəhər təsərrüfatı, ticarət, pul münasibətləri və kommunikasiya; yollar, nəqliyyat; quru, çay, dəniz, hava; mobil telefon, poçt, elektron poçt;

  6. Elm –təhsil, kəşf, ixtira, ixtisas, müşahidə, təcrübə, əsaslandırmaq, elmi fikrin inkişaf etdirilməsi;

  7. Mədəniyyət –memarlıq, xəttatlıq, geyim, qida, gigiyena, ənənə, adət-ənənə, folklor, elm;

  8. Din –mərasim, mif, Allaha ibadət, iman;

  9. Xalq –şəxsiyyət, ailə, əcdadlar, cəmiyyət/zümrələr və onun üzvləri, davranış normaları, qaydalar, əhali –doğum/ölüm, təbii artım, çoxluq/azlıq, cins-yaş strukturu;

  10. Dövlət –vətəndaş, idarəçilik və onun formaları, siyasət, qanun, təhlükəsizlik, münaqişə və əməkdaşlıq, asayiş, hüquq, rəmzilik;

“Bizim Gürcüstan” standartı ilə müəyyən olunmuş nəticələrə nail olmaq üçün ictimai elmlər müəllimi tədrisin rəngarəng yanaşmalarına malik olmalıdır ki, fənni öyrənən zamanı şagirdlər effektiv şəkildə əsas anlayışları qavrasın, qabiliyyət-vərdişləri inkişaf etdirsin və baza pilləsi üçün daha hazırlıqlı olsunlar.

______________________________



1 Zaman şkalası VI sinifdə daxil olur. V sinifdə tarixi hadisələrin zaman məxsusluğu üçün hadisələrin bugünkü gündən uzaqlaşdırılmasından istifadə edirik.

Əsas yanaşmalar

Anlayışların öyrənilməsi

İctimai elmlərin baza və orta pillələrində tədris yalnız şagirdin müvafiq hazırlıq şəraitində mümkündür. Mürəkkəb sosial, mədəni və siyasi hadisələrin öyrənilməsi və analizi şagirdlərin baza anlayışlarını bilmədən qeyri-mümkündür.

İctimai elmlərin əsas anlayışları bütün kurs ərzində düşünülmüş şəkildə, hər tərəfli işlənib hazırlanmalıdır. Bu anlayışlara real həyatda, şəxsi təcrübə və mühitlə əlaqəli şəkildə nail olunması uğurlu hesab edilir. Onların hər tərəfli işlənib hazırlanması şagirdlər tərəfindən Gürcüstanın keçmişinin müxtəlif nümunələri ilə tanışlıq, sonra onların analizi əsasında və onlar arasında müxtəlif şəkilli əlaqələrin qurulması ilə mümkün olacaq. Dərin öyrənmə nəticəsində şagirdlər öyrəndiklərini müxtəlif kontekstlərə uyğunlaşdıra bilərlər.

Başlanğıc pillənin bu mərhələsində uşaqlar sadə coğrafi təcrübələrin aparılmasını öyrənirlər. Müvafiq olaraq tapşırıqları planlaşdırarkən növbəti cəhətlər nəzərə alınmalıdır:



Mənbələrlə və yaxud əyani vəsaitlərlə iş – informasiyanın axtarılması/işlənilməsi/ötürülməsinin müxtəlif vasitələrindən istifadə etmək.

Dərsin keçirilməsi üçün müəllim rəngarəng mənbələr və əyani vəsaitlərdən istifadə etməlidir. Bunlar dərslikdə mövcud müxtəlif növ mənbələr, müəllim tərəfindən mövzuya uyğun hazırlanmış, şagird tərəfindən düzəldilmiş və toplanmış material, sənədli və ya bədii film; ailə albomları, sənədlər, yazışma, köhnə əşyalar (məs., əmək aləti, yaxud köhnə telefon aparatı) ola bilər. Mənbələr və əyaniliklərlə iş həm sinif otağında, həm də sinifdən kənarda, məsələn, muzeydə, məktəb həyətində baş verir.

Yuxarıda əks olunmuş əsas informasiya mənbələri elə seçilməlidir ki, şagirdlərdə yavaş-yavaş oxumanın baza qabiliyyətləri (məzmunun çıxarılması, paralellərin aparılması və nəticənin çıxarılması üçün əsas məsələlərin müəyyənləşdirilməsi ) inkişaf etsin. Uşaqlar müəyyən etməlidirlər ki, həm mətni, həm fotoşəkili, eləcə də əşyanı “oxumaq” olar. Bu hər bir informasiyanın axtarılmasını nəzərdə tutur.

Növbəti mərhələdə şagirdlər əldə etdikləri informasiyanın müqayisə/təsnifatlandırılması üzərində işləyirlər. Məs.:



  • Cədvəlin və yaxud da vərəqin vasitəsilə çapın, kompüterin və ya başqa müasir elektron kommunikasiya vasitələrinin ixtirasının nəticələrini qruplaşdırır;

  • Xəritənin köməkliyi ilə cədvəldə Gürcüstanın bölgələrinə əsasən şəhərləri qruplaşdırır;

  • Dövlət idarəçiliyinin müxtəlif formalarını bir-biri ilə müqayisə edir və onun fikrincə özünün qəbul etdiyini seçir;

  • Müxtəlif yaşayış məntəqələrinin funksiya göstərməsi üçün vacib şərtləri sadalayır; onun əhəmiyyəti barəsində mülahizə yürüdür.

  • Bu yaşda şagirdlərdə gərək informasiyanı vizual formada (qrafik, cədvəl, rəsm) təsvir etmək qabiliyyətinin əsası qoyulsun. Şagirdlərin iştirakı ilə yaradılmış əyani vəsaitlərdən istifadə şagirdlərin motivasiyasını tədris resursuna çevirir.

Simulyasiya

Yuxarıda sadalanan baza anlayışlarının yaxşı qavranılması üçün şagirdlər üçün situasiya və ya prosesin simulyasiya texnikasından istifadə etmək yetərincə maraqlı və məhsuldar olar.



  • Müəllimin köməyi ilə sinif yoldaşları ilə birlikdə şagird məşhur dövlət xadimi haqqında tamaşa qoyurlar; tamaşada “Şamlıq meşəsində kəsilmiş şümşad” verilmiş tarixi faktlar barəsində (məs., “Balaca Kaxi”) mülahizə yürüdür.

  • Konkret resursun qeyri-rasional istifadəsinin simulyasiya oyunlarında iştirak edir (məs., yeni il yolkaları və s. ilə alver).

  • Bu cür aktivliklər uşaqlara problemlərin/anlayışların dekonstruksiyasına və növbəti vahid, analiz edilmiş qavramaya yardım edəcək. Simulyasiya oyunlarının digər növü də rollu oyunlardır. Rollu oyunlar zamanı şagirdlər müxtəlif situasiyaları oynayırlar ki, burada da müxtəlif maraqlanan tərəflər və ya şəxslər perspektivdən hadisəni, prosesi və ya anlayışı təsvir edirlər.

Mülahizə/analiz – bu mərhələ üçün planlaşdırılmış çalışmalar və aktivliklər az-çox artıq qavranılmış informasiyaya əsaslanmalıdır, məs.:

  • İdarəçilikdə iştirak edən tarixi şəxslər tərəfindən keçirilmiş dövlət tədbirlərini sadalayır və xarakterizə edir. Onların nəticələrini müəyyənləşdirir;

  • Zaman şkalası üzərində onun fikrincə, qədim dövrdən bu günədək ən mühüm dörd (və ya beş) gürcü siyasi xadiminin qeyd edir və onları xarakterizə edir;

  • Müharibələri (özünümüdafiə, işğalçı) və onların nəticələrini xarakterizə edir;

  • Həlledici döyüşlər, məşhur padşahlar və başqa tanınmış tarixi şəxsiyyətlərin fəaliyyəti haqqında mülahizə yürüdür.

Şəfqət və mənimsəmə

Keçmişin simulyativ rekonstruksiyası ilə birlikdə gündəlik məişətin, adət-ənənələrin təsviri zamanı şagirdlərə keçmişdə yaşamış insanların motivasiyalarını, arzularını, xəyallarını nəinki analiz , həmçinin hiss etmək imkanını verəcək mənimsəmə təlimlərinin daxil edilməsi daha çox əyləncəli və məhsuldardır. Bu təlimlər onların gözü ilə dünyanı görməyə, başqa dövrün insanlarının həyatını yaşamağa şərait yaradır.



Şagirdlərin müvafiq təşkilatlandırılması sosial və kommunikasiya qabiliyyət-bacarıqların çoxtərəfli inkişafının vacib elementidir.

İctimai elmlər müəllimləri sinfi təşkil edərkən, məsələn, qrup şəklində işləyərkən şagirdlərə qoyulmuş məsələni birgə həll etmək imkanını yaratmalı, müxtəlif rollarda çıxış etməlidirlər: istənilən şagirdə nümayəndə və ya lider olmaq imkanı verilməlidir. Əgər şagird yaxşı təqdimatçıdırsa, bu o demək deyil ki, o, həmişə qrupda keçirilən işləri təqdim etsin.



İnsan və cəmiyyət

İnsan və cəmiyyət –istiqamətin nəticələrinə nail olmaq üçün onların şagirdin şəxsi təcrübəsinə əsaslanaraq müzakirə edilməsi əhəmiyyətlidir. Ailəsinin və ya doğma bölgənin nümunələrini müzakirə etməklə. Müəllim dərs prosesini elə aparmalıdır ki, şagirdlərdə insan ləyaqətinə, azadlıq və tarazlığına hörmət inkişaf etsin. Bu, dəyərlərə əsaslanaraq şagirdlərdə etik və məsuliyyətli davranışın formalaşmasına yardım etməlidir. Dəyərlər insanın, vətəndaşın hüquq-vəzifələrini öyrənmək yolu ilə formalaşır ki, bu da ölkəmizin mədəni irsinə, ənənələrinə söykənir. Müəllim vətəndaşlıq dəyərlərinin formalaşdırılması ilə onlarda Vətən sevgisini də inkişaf etdirməlidir. O, elə bir mənbələrdən istifadə etməlidir ki, şagirdlər aktual məsələlər üzərində düşünsünlər və onlarda müsbət münasibətlər kök salsın.

Sinifdənkənar iş informasiyanın müxtəlif vasitələrlə axtarıb tapma qabiliyyətinin inkişafına istiqamətlənib.

Bu yaş qrupu ilə fənnin spesifikasından əlavə, sinifdənkənar işlər də planlaşdırılmalıdır. Bu, asanlıqla həyata keçirilə bilər, çünki şagirdlərin sıx sosial və təbii mühitinə (ailəsinə, məhəlləsinə, küçəsinə, məktəbinə, icmasına) toxunur. Məktəbdən kənarda şagirdlərə müşahidə aparmaq (məs., nəqliyyatın hərəkətini, memarlığı) , müsahibə şəklində lazımi informasiyanı axtarıb tapmaq, soyad genealogiyası, və ya küçə, şəhərlər haqqında və s. lokal tarixləri toplamaq və s. marşrutun və yaxud sxemin qurulması üçün ölçülər aparmaq, rəsmlər çəkmək tapşırığı verilməlidir. Bu cür aktivliklər fənnin öyrənilməsini daha əyləncəli, biliyin əldə edilməsini isə daha effektiv edir.

Sadalanmış metodik yanaşmalar nəinki əzbər, eləcə də yazılı şəkildə həyata keçirilə bilər.

Baza pilləsi

Baza pilləsində tarixin, coğrafiya və vətəndaşlıq təhsilinin tədrisi şagirdə insan təcrübəsinin rəngarəngliyini göstərməlidir. Bəşəriyyətin inkişafı fonunda öz ölkəsinin nailiyyətlərini, əhəmiyyətini. Şagirdlərə həm Gürcüstanın, eləcə də dünyanın təbii, siyasi, sosial, iqtisadi, mədəni, dini və etnik rəngarənglikləri ötürülməlidir. Şagird bu informasiyaya əsaslanaraq keçmiş və müasir dövrün əhəmiyyətli tarixi və ya coğrafi hadisələrini, proseslərini analiz etməyi və müxtəlif cəmiyyətlərin inkişafının oxşar-fərqliliklərin görməyi bacarmalıdır.



Tarix

Bu pillədə şagirddə tarixi düşüncə qabiliyyəti formalaşmalıdır: mümkün qədər tarixi hadisələrin səbəblərini izah etməyi və onun nəticələrini analiz etməyi bacarmalıdır; tarixi prosesə müxtəlif cəhətdən (siyasi, sosial, iqtisadi, mədəni, dini) baxmaq; tarixi hadisəyə və şəxsiyyətə fərqli interpretasiyanın mövcudluğu səbəblərini müəyyənləşdirmək, fərqli izah-aydınlaşdırmaları müqayisə etmək və qiymətləndirmək. Tarixi mənbələri axtarmaq², tarixi materialı (tarixi yazılı mənbələr, arxeoloji və ya etnoqrafik material, tarixi mövzuda yaradılmış bədii əsərlər, foto-şəkillər və s.) müqayisə etmək və təhlil; tarixi mövzunu yazmaq³, tarixi mövzuda keçirilən debatlarda iştirak etmək.



Coğrafiya

Baza pilləsinin sonunadək şagird ümumi coğrafiya anlayışlarını bilməli; lokal, regional və qlobal səviyyələrdə cərəyan edən təbii, sosial-iqtisadi və siyasi proseslərin məkan aspektlərini başa düşməli; ərazi bölgüsü prinsiplərini dərk etməli; əhalinin, sənaye və qeyri-sənaye sahələrinin məkan üzrə bölünmələrini başa düşməlidir. O, həmçinin Gürcüstanın (təbii şəraitlərinin, resurslarının, məskunlaşmalarının, iqtisadi sahələrinin, sosial sahənin, iqtisadi şəraitin, regional vahidləri) və başqa ölkənin coğrafi xüsusiyyətlərini müqayisə etməyi və bunun əsasında oxşarlıq-fərqlərin və əlaqələrin müəyyənləşdirilməsini bacarmalıdır; xəritədən və başqa coğrafi vasitələrdən aldığı informasiyanı genişləndirməyi və təhlil etməyi bacarmalıdır; sadə tematik xəritələri tərtib etməyi; coğrafi mövzunu yazmağı; coğrafi problemlərlə əlaqədar debatlarda iştirak etməyi, bütün yuxarıda sadalananarı öyrənmək şagirdə iqtisadi mədəniyyətin formalaşdırılmasında kömək göstərməlidir.



Mülki təhsil

Humanitar dəyərlərə əsaslanan mülki təhsil şagirdə cəmiyyət və dövlət qarşısında öz hüquq-vəzifələrini həyata keçirməkdə və insan hüquqlarının, idarəçiliyin və iqtisadiyyatın inkişaf

_____________________

² Arzuolunandır ki, tarixi və ya coğrafi materialın əldəedilməsi və işlənilməsi zamanı şagird informasiya texnologilarından (internet və ya CD-Rom vasitələrindən informasiyanın axtarılmasında, kompüter proqramlarının köməyi ilə materialın işlənilməsində və elektron poçt vasitəsi ilə informasiyanın mübadiləsində) istifadə etsin.

³ Bu pillədə şagirdə onun keçirdiyi tədqiqat əsasında dəlilləşdirilmiş mövzunu yazmağı öyrətməliyik ki, bu da aşağıdakılardan ibarətdir: girişdə mövzunun əsas probleminin qısa şərhi və bu problemlərə özünün şəxsi mövqeyini əks etdirmək; əsas hissədə öz mövqeyini təsdiq etmək üçün dəlillər və misallar gətirmək; nəticədə isə - mövzunun əsas hissəsində deyilmiş dəlilləri və mülahizələri yekunlaşdırmaq.

etdirilməsi haqqında əldə etdiyi nəzəri biliyi gündəlik həyatla uyğunlaşdırmaqda kömək göstərməlidir. Fənni öyrənərkən onda əhəmiyyətli vətəndaşlıq qabiliyyət-vərdişləri inkişaf etdirilməlidir: Öz mövqeyini formalaşdırmaq və müdafiə etmək; öz hərəkətini tənqidi qiymətləndirmək; fərqli fikrə, milli, dini və mədəniyyətə malik insanlara hörmət etmək; ictimai faydalı işlərdə iştirak etmək və qanuna hörmət etmək.

Mülki təhsil şagirdə identik inkişafda, özünü dərk etmədə kömək göstərməlidir. Onun tədrisi nəticəsində yeniyetmə özünün və ya başqalarının müxtəlif kontekstdə üzvlüyünü dərk etməyi və şəxsiyyət kimi anlamağı bacarmalıdır; o, azadlığı həm hüquq və ya eyni zamanda məsuliyyət kimi qavramalı və cəmiyyəti də müxtəlif maraqlara, dəyərlərə, tələbatlara malik subyektlərin qarşılıqlı əlaqəli kompleks vahid kimi dərk etməlidir. Ən başlıcası isə, mülki təhsilin köməyi ilə şagird özünün gələcək maarif və ya əmək yolunu müəyyənləşdirməlidir.

Mülki təhsilin köməyi ilə şagird ətraf mühitinin mühafizəsinin zəruriliyini başa düşəcək və onun cəmiyyətin sabit inkişafı ilə əlaqəsini başa düşəcək; sabit inkişafın müasir dünyanın xilas edilməsi üçün nə dərəcədə əhəmiyyətli olduğunu aşkar edəcəkdir; şagird elə bir ətraf mühitin yaradılmasında fəal iştirak etməyi öyrənməlidir ki, orada xoşməramlılıq, insan ləyaqətinə hörmət etmək, qarşılıqlı yardım, fikir mübadiləsi həyat qaydasına çevrilmişdir.

Mülki təhsilin tədrisi prosesində şagird: Gürcüstanı bir dövlət kimi dərk etməli; özünü onun vətəndaşı kimi tanımalı; mülki, siyasi, iqtisadi, mədəni həyatda iştirak etmək forma və vasitələrini öyrənməli; dövlətin hüquqi bazasının əhəmiyyəti kimi demokratiyanı, konstitusiyanı, Milli və beynəlxalq qanunvericiliyi başa düşməli; özünün və başqasının hüquqları və vəzifələri arasında mövcud olan əlaqəni dərk etməli və özünün və başqasının hüquqlarını müdafiə etmək üçün konkret addımlar atmağı bacarmalı; insan/uşaqların hüquqlarının əhəmiyyətini dərk etməli və onları müdafiə etmək üçün həyata keçiriləsi konkret hərəkətlər etməyi bacarmalı; insanların spesifik qruplaşmalarının hüquqlarını müdafiə etməyin əhəmiyyətini dərk etməli və onları müdafiə etmək üçün konkret addımlar atmağı bacarmalıdır.


Yüklə 1,14 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin