Tar.VIII.9. Şagird demokratik dövlətin əsaslarını təsvir edə bilər.
Nəticə göz önündədir, əgər şagird:
-
Demokratiyanın meydana gəlməsi və inkişafının tarixi mərhələlərini bölə və təsvir edə bilirsə;
-
Demokratiyanın əsas prinsiplərini xarakterizə edə və onları insan hüquqları və vəzifələri ilə əlaqələndirirsə; öz fikrini ona məlum olan beynəlxalq sənədlərin müddəalarının vasitəsi ilə əsaslandıra bilirsə (məs.:İnsan Hüquqları Barədə Ümumi Bəyannamə, Uşaq Hüquqlarının Müdafiə Konvensiyası və s.);
-
Onun hüquqlarının pozulduğu halda necə davranacağını fikirləşirsə və öz hüquqlarını müdafiə zamanı başqasının hüquqlarını nə üçün nəzərə almalı olduğunu izah edirsə;
-
Sinif yoldaşlarından ibarət qrupla birlikdə avtoritar və ya demokratik cəmiyyət üçün xarakterik olan vəziyyəti oynayırsa; hər iki tip cəmiyyətdə şəxsiyyətə münasibət barədə fikir yürüdə bilirsə.
Tar.VIII.10. Şagird dövlət üçün qanunun aliliyinin əhəmiyyətini izah edə bilər.
Nəticə göz önündədir, əgər şagird:
-
Hər bir vətəndaşın mənafeyi üçün qanunun aliliyinin əhəmiyyəti barədə mülahizə yürüdürsə (məs.: intizam, qarşılıqlı hörmət, insan hüquqlarını müdafiə, ədalət və s); tarixdən və öz müşahidələrindən müvafiq nümunələr gətirirsə;
-
Dövlət üçün Konstitusiyanın mövcudluğunun əhəmiyyəti və onun xarakterik xüsusiyyətləri barədə mülahizə yürüdürsə;
-
Sinif yoldaşlarından ibarət qrupla birlikdə onun fikrincə ölkənin əsas qanununda öz əksini tapmalı olan məsələlərin siyahısını tərtib edirsə, qrupun fikrini başqa qruplara tanış edirsə, onların nümayəndəsinin təqdimatını dinləyirsə, müzakirədə və ümumi qərarın qəbul olunmasında iştirak edirsə;
-
Cəmiyyətdə müxtəlif normaların və qanunların mövcudluğunun zəruriliyi barədə mülahizə yürüdə bilirsə;
-
Cəmiyyətdə fəaliyyət göstərən “yazılmamış qanunlar”ı və qaydaları saya bilirsə, onların əxlaq normalarını təşkil edib-etmədikləri barədə mülahizə yürüdürsə, müxtəlif xalqların mədəniyyətində oxşar “yazılmamış qanunlar” və qaydalar axtarırsa; onları bir-biri ilə müqayisə edir və onların onun üçün nə qədər məqbul olduğunu qiymətləndirə bilirsə;
-
Sinif yoldaşları ilə birlikdə sinifdə ədalətli qarşılıqlı münasibət/davranış qaydaları işləyib-hazırlayır və ona əməl edirsə;
-
Hüququn nə olduğunu izah edirsə və onun əqli dəyərlərinə uyğun gələn qanunları sadalaya bilirsə;
-
İnsanın qanuna əməl etməyə borclu olduğunu izah edə bilirsə; insanın (xüsusən də yetkinlik yaşına çatmamışların) qanunsuz hərəkətlərinin səbəb ola biləcəyi təhlükələri sadalaya bilirsə.
İstiqamət: insan və cəmiyyət
Tar.VIII.11. Şagird insan hüquqlarının əsaslarını və onların inkişafını tarixi şərtlərini təhlil edə bilər.
Nəticə göz önündədir, əgər şagird:
-
Öz hüquqlarından doğuluşu ilə aldığı və əldə etdiyi hüquqları ayıra bilirsə; qeyd edilən hüquqlara əsas vermiş dəyərləri sadalaya bilirsə;
-
Sinif yoldaşlarından ibarət qrupla birlikdə hər hansı bir tarixi dövrü və dövləti seçir, onun nümunəsində ən çox hüquqsuz insanların vəziyyətini təsvir edirsə, dəyərlərini sadalayırsa (məs.: ləyaqət, bərabərlik, azadlıq...), hansıların ki, hüquqları təsvir olunan halda tapdalanır və onların mövcud hüquqları nəzərə alınmırdı;
-
Tarixdən və başqa cəmiyyətin tədris fənlərindən daxil olmuş bilik əsasında insan hüquqlarının müxtəlif kateqoriyasını müqayisə edə bilirsə (məs.: şəxsi, siyasi, iqtisadi və s.) və onların oxşarlıqları və fərqləri barədə mülahizə yürüdə bilirsə;
-
Dünyada insan hüquqlarının inkişafı prosesini: ilkin şərtləri, tələbatları və nəticələri təhlil edirsə;
-
Sinif yoldaşlarından ibarət qrupla birlikdə insan ləyaqəti və ya azadlığının ləkələndiyi situasiyanı oynaya bilirsə, bu dəyərlərin əhəmiyyəti barədə fikir söyləyə bilir və ya öz mülahizələrini təsdiq edə bilirsə.
Tar.VIII.12. Şagird cəmiyyətdə dinc yanaşı yaşamağın zəruri şərtlərini xarakterizə edə bilər.
Nəticə göz önündədir, əgər şagird:
-
Gürcüstanın və ya başqa ölkənin münaqişəli vəziyyəti həll etmək üçün güc tətbiq edilməmiş tarixindən misallar gətirə bilirsə;
-
Etirazı bildirməyin dinc formalarını sayırsa; öz ölkəsinin və ya başqa ölkənin tarixindən misallar gətirirsə və konkret halda etirazın nəticələrini qiymətləndirə bilirsə;
-
İnsanların dinc yanaşı yaşamaları üçün hörmət göstərilməsi zəruri olan dəyərləri sadalaya bilirsə; bunu təsdiq zamanı tarixdən və müasir həyatdan insanların (məs.: fərqli irqin, millətin və ya dinin mövcudluğu şəraitində) dinc yanaşı yaşamağın ona tanış olan nümunələrini gətirə bilirsə;
-
Münaqişəli vəziyyət zamanı ona tanışının mediator (vasitəçi/barışdırıcı) rolunu həvalə etdiyi halı yadına sala bilirsə; sinif yoldaşları ilə birlikdə bu situasiyanı oynayır və yaranmış vəziyyəti (məs.: mühitlər, təhlükələr, tərəflərin imkanları və məqsədləri və s.) və mediatorun rolunu qiymətləndirə bilirsə (məs.: motivasiya, xüsusiyyətlər, bilik, hərəkətlər və s.).
Tar.VIII.13. Şagird siyasi və iqtisadi proseslərin səbəb olduğu sosial dəyişikliklər barədə mülahizə yürüdə bilər.
Nəticə göz önündədir, əgər şagird:
-
Müxtəlif ölkələrdə müharibənin səbəb olduğu sosial dəyişiklikləri yazılı şəkildə müqayisə edə bilirsə;
-
Cədvəldə dövlət idarəçiliyi dəyişikliklərinə səbəb olmuş müharibələrin siyahısını verə bilirsə. Məs.:
Fransa ilə Avropa dövlətləri arasında 1814-1815-ci illər müharibəsi
|
Fransada Burbonların restavrasiyası
|
I Dünya müharibəsi
|
Avstriya – Macarıstanda, Almaniyada, Rusiyada və Osmanlı imperiyalarında monarxiyanın süqutu, Sovet Rusiyasının yaranması;
|
II Dünya müharibəsi
|
Şərqi Avropa ölkələrində sosializm quruluşunun yaradılması
|
-
Sosial səbəblərin doğurduğu müxtəlif münaqişələri (vətəndaş qarşıdurmaları, inqilab, müharibə) cədvəl vasitəsilə qruplaşdıra bilirsə (məs.: Böyük Fransa inqilabı və Rusiyanın 1917-ci il inqilabları);
-
Cədvəl vasitəsi ilə müxtəlif dövrdə Gürcüstanda və Avropada urbanizasiyanın səbəb olduğu sosial dəyişiklikləri qruplaşdıra bilirsə.
Tar.VIII.14. Şagird cəmiyyətdə insanların qarşılıqlı münasibətlərini tədqiq edə bilər.
Nəticə göz önündədir, əgər şagird:
-
İnsanın və cəmiyyətin qarşılıqlı münasibətləri barədə mülahizə yürüdürsə, şəxsiyyətin və cəmiyyətin mənafelərini fərqləndirirsə;
-
Sinif yoldaşlarından ibarət qrupla birlikdə insan tələbatlarının artması barədə müxtəlif mülahizələri müzakirə edirsə; sinif yoldaşlarını qrup tərəfindən sadalanmış və əhəmiyyətinə görə yerləşdirilmiş insan tələbatlarının siyahısını tanış edə bilirsə;
-
Sinif yoldaşları ilə birlikdə insanın mövcudluğu üçün nəyin zəruri olduğu barədə mülahizə yürüdürsə və sadalanmış zərurətləri öz arzusu ilə uyğunlaşdıra bilirsə; insanın tələbatlarının və arzularının yerinə yetirilməsi yollarını sadalaya bilirsə.
İstiqamət: mədəniyyət və din
Tar.VIII.15. Şagird dünyada mövcud olan dini sistemlərin təsnifatını verə bilər və onlar arasında mövcud olan oxşarlıq və fərqləri dərk edə bilər.
Nəticə göz önündədir, əgər şagird:
-
Monoteist və politeist dinlər arasında mövcud olan fərqlər barədə mülahizə yürüdürsə;
-
Dünyada ən geniş yayılmış dinlərin (xristianlığın, islamın) əsas anlayışlarını formalaşdıra bilirsə;
-
Dünya dinlərinin (xristianlıq, islam, buddizm) formalaşmaları tarixi barədə mülahizə yürüdə bilirsə;
-
Xristian kilsəsinin tərkində mövcud olan istiqamətlər (monofizit, katoliklik, pravoslav, protestantlıq) barəsində mülahizə yürüdürsə. Onların formalaşmaları səbəbləri barədə danışa bilirsə;
-
İslamın və xristianlığın formalaşmasına xüsusi töhfə vermiş şəxsiyyətləri sadalaya bilirsə.
Tar.VIII.16. Şagird dünya mədəniyyətinin şah əsərlərini təsvir edə bilər.
Nəticə göz önündədir, əgər şagird:
-
Dünya memarlığının diqqətəlayiq abidələrini saya bilirsə. Onları tarixi dövrlərə əsasən qruplaşdırırsa. Onların yaradılması tarixi barədə mülahizə yürüdürsə;
-
İllüstrasiyalardan istifadə etməklə cədvəldə müxtəlif üslubda tikilmiş memarlıq abidələrini qruplaşdıra və fərqləndirə bilirsə;
-
Dünya ədəbiyyatının şah əsərlərini sadalayırsa. Onları tarixi dövrə əsasən qruplaşdırırsa. Onların müəlliflərinin kimliyi barədə mülahizə yürüdürsə;
-
Dünya ədəbiyyatının şah əsərlərinin məzmunu və əhəmiyyəti barədə söhbət apara bilirsə.
Tar.VIII.17. Şagird təhsil sisteminin əsaslarını öyrənə bilər.
Nəticə göz önündədir, əgər şagird:
-
Uşaqların fərqli dövrlərdə və ya ölkələrdə necə oxuduqlarını bir-biri ilə müqayisə edirsə (məs.: Misirdə və Afinada, Bavariyada və Çində və s.);
-
Universitet sistemini xarakterizə edirsə (məs.: orta əsrlər Avropası universitetinin strukturunu, mühazirəçilərinin və tələbələrinin məişətini, fənlərin sayını və s.);
-
Fərqli dövrlərdə və ya ölkələrdə təhsil almağın qeyri-bərabərliyi barədə mülahizə yürüdürsə; bu bərabərsizliyin səbəblərini göstərirsə;
-
Fərqli dövrlərdə və ya ölkələrdə qızlarla oğlanların təhsil almalarının qeyri-bərabərliyi barədə mövzu yazırsa;
-
Tarixi-ədəbi irsdən fərqli dövrlərdə və mədəniyyətlərdə şagirdin davranış məcəlləsini müəyyənləşdirirsə.
Tar.VIII.18. Şagird cəmiyyətin mədəni əsaslarını tədqiq edə bilər.
Nəticə göz önündədir, əgər şagird:
-
Ona tanış olan sosial mühitin nümunəsində (məs.: ailə, qonşuluq, sinif, dostlar, məskən və s.) onları bir-birlərindən asılı edən amilləri bölə bilirsə (məs.: ümumi zehni dəyərlər, mühitlər və s.;
-
Müxtəlif mədəniyyətlərdə bərqərar olmuş etika normaları ilə tanış olur və qrupun üzvləri ilə birlikdə konkret situasiyanı oynayır və yaxud normaları təqdim edə bilirsə;
-
Müxtəlif dini normaların və qanunların cəmiyyətin inkişafına təsirini müqayisə edə bilirsə(məs.: İran-İslam);
-
Müxtəlif dövrün və ya ölkənin dövlət və ya sülalə rəmzlərini seçə bilirsə;
-
Mədəniliyin xarakterik əlamətləri barədə öz fikrini deyə bilirsə; sinif yoldaşlarının fikirlərini dinləyir və sonra onlarla birlikdə mədəni insanın və cəmiyyətin portretlərini formalaşdırırsa;
-
Müəllimin köməyi ilə sinif yoldaşları ilə birlikdə təbii şəraitləri və yerli əhalinin həyat tərzinin özünəməxsusluğunu öyrənmək üçün özünün doğma guşəsinə sadə etnoqrafik ekspedisiya həyata keçirirsə(məs.: oyma, xalq yaradıcılığı, oyunlar);
-
Sinif yoldaşları ilə birlikdə idmanın yayılmış (dünyada və ya regionda) növünü seçir və onun inkişaf etdirilməsi şərtlərini müzakirə edirsə (məs.: mənşəyi, yayılma dinamikası, səmərəliliyi və s.); idmanın bu növünün tarixi inkişafını konturlu xəritəyə köçürürsə və qrupda müzakirənin nəticələri ilə birlikdə öz sinif yoldaşlarına tanış edirsə;
-
Cəmiyyət üçün beynəlxalq idman təşkilatları və hərəkətlərinin əhəmiyyəti barədə mülahizə yürüdürsə; idmanın beynəlxalq və milli növlərini müqayisə edirsə. Onların populyarlaşması səbəbləri barədə mülahizə yürüdürsə.
Proqramın məzmunu
VIII sinif üçün məcburi məzmun məsələlərinin siyahısı
(Aşağıda sadalanan məsələlər bu sinif üçün ayrılmış bütün məzmunun 80%-ni təşkil edir).
Qədim dünyada münaqişələr
-
Münaqişələrin tipologiyası: ölkələr arasında müharibələr və daxili dövlətçilik münaqişələri
-
Qədim Misirlilərin müharibələri
-
Assuriya müharibəsi (dünya imperiyası yaratmağın birinci cəhdi)
-
Yunan-İran müharibələri, Makedoniyalı İsgəndərin yürüşü
-
Roma və Karfagen (Pun müharibələri)
Yaxın Şərqdə qarşıdurmalar
-
VI-VII əsrlərdə Bizans ilə Sasanilər İranı arasında qarşıdurma
-
Ərəblərin dövləti
-
Türk-səlcuqlar və Yaxın Şərq, Malazgird döyüşü
-
Səlib müharibələri
-
Osmanlı imperiyası, Bizans imperiyasının süqutu və onun dünya tarixi əhəmiyyəti
Avropada münaqişələr
-
Orta əsrlər Avropasında şəhərlərin azadlıq uğrunda mübarizəsi
-
Kilsə ilə dövlət arasında münaqişələr (məs.: II Henrix və Tomas Beket, IV Henrix və VII Qriqol...)
-
XVI-XVII əsrlərin əvvəlində İspaniya ilə İnqiltərə arasında hegemonluq uğrunda mübarizə (“Varfolomey gecəsi”, “Məğlubedilməz Armada”nın məhv edilməsi, Niderlandların müstəqillik uğrunda mübarizəsi)
-
Otuzillik müharibə və Vestfal sazişi: dini və siyasi qarşıdurma
-
İngiltərə: inqilab yoxsa vətəndaş müharibəsi?
-
Fransa: 1789-cu il inqilabı, respublikadan imperiyayadək
-
Napoleonun müharibələri
-
Almaniyanın birləşdirilməsi və XIX əsrdə Avropada qarşıdurmalar
Amerika ərazisində münaqişələr
-
Kortesin və Pisaronun yürüşləri
-
ABŞ-ın müstəqilliyi uğrunda mübarizə
-
ABŞ-da vətəndaş müharibəsi
-
Cənubi Amerikanın azadlığı uğrunda mübarizə, Simon Bolivar
Dünya müharibələri
-
Birinci dünya müharibəsi: iştirakçı tərəflər, müharibənin nəticələri
-
Rusiyada inqilablar və vətəndaş müharibəsi
-
İkinci dünya müharibəsi: ilkin şərtlər, iştirakçı tərəflər, müharibənin nəticələri
-
Beynəlxalq humanitar hüququn əsasları (silahlı münaqişələrin qurbanlarını müdafiə, müharibəni aparma metodları və vasitələrinin məhdudluğu)
İkinci dünya müharibəsində sonra siyasi münaqişələr
-
Soyuq müharibə
-
Soyuq müharibə dövrünün münaqişələri (məs.: Vyetnam müharibəsi, Əfqanıstan müharibəsi...)
-
İsrail və Ərəb aləmi
Demokratiya və totalitarizm
-
Siyasi rejimin kimliyi/lideri və siyasi rejimlər/siyasi rejimlər və vətəndaş cəmiyyəti
-
Fransa böyük inqilabından beşinci respublikayadək
-
“Meydzin restavrasiyası”
-
Türkiyədə Atatürkün islahatları
-
İspaniyada Frankonun hakimiyyəti
-
Almaniyada Hitlerin hakimiyyəti
-
İtaliyada Musollininin hakimiyyəti
-
Sovet İttifaqında Stalinin hakimiyyəti
Münaqişələr və onların sülh yolu ilə həll nümunələri
-
Qeyri-zorakılıq – münaqişələri nizama salmağın dinc yolu. Mahatma Qandi
-
Martin Lüter Kinq və Afro-Amerikalıların vətəndaş bərabərliyi uğrunda mübarizəsi
-
XX əsrin 90-cı illərinin “Məxmərik inqilabları”. Şərqi Avropa ölkələrində
Din
-
Dinlərin təsnifatı
-
Monoteist dinlər (xristianlıq, islam, iudaizm)
Rusiya və Qafqaz
-
Qafqaz (qısa tarixi-coğrafi və etnoqrafik şərh)
-
Cənubi Qafqazın Rusiya tərəfindən işğalı
-
Qafqaz müharibəsi və onun nəticələri
Sovet İttifaqının süqutundan sonra etnik-siyasi münaqişələr
-
Keçmiş Yuqoslaviyada etnik-siyasi münaqişələr, Yuqoslaviyanın parçalanması
-
Sovet İttifaqının parçalanması və postsovet məkanında siyasi münaqişələr (Rusiyanın Çeçenistanda, Dnestryanında müharibələri)
-
Gürcüstanda “Regional münaqişələr” – Rusiyanın Gürcüstana elan olunmamış müharibəsi
İnsan hüquqları
-
İnsanın əsas hüquqları və azadlıqları/ləyaqətdən hüquqadək və azadlığadək
-
İnsanın hüquqlarının nəsilləri və təsnifatı
Dövlət və qanunun aliliyi
-
Qanunun aliliyi və konstitusiya
-
Gürcüstan Konstitusiyası
İctimai münaqişələr və onların tipləri
-
İctimai münaqişələr və onların tipləri
Cəmiyyət və mədəniyyət
-
Cəmiyyətdə münasibətlər və davranış mədəniyyəti/etiketi
-
Keçmişdə heraldika və müasir rəmzlər
Təhsil
-
Təlim-təhsilin rolu və əhəmiyyəti
-
Orta əsrlərdə (Avropa-Gürcüstan) ali təhsilin ən əhəmiyyətli ocaqları
-
Müasir təhsil sistemi
Ticarət və səyahət
-
Ticarət və pulun/uzaq səyahətlərin başlanğıcı
-
Böyük coğrafi kəşflər və onların əhəmiyyəti
-
Qədim gürcü səyahətçiləri
-
Bazar və biznes: biznes və sahibkarlıq
İncəsənət və idman
-
Qəhrəmanlıq eposu (cəngavərlik eposu, Avropa cəngavəri və Samuray məcəlləsi, gürcü nümunəsi və s.)
-
İdmanın meydana gəlməsi, olimpiadalar, qədim gürcü oyunları, idman hərəkatları və təşkilatları
Kommunikasiya
-
Yazının meydana gəlməsi və onun qədim növləri, əlifba yazısı
-
İnformasiyanı ötürmək vasitələri (əlyazma kitabları, kitab çapı, mətbuat, poçt və teleqraf)
-
Müasir kommunikasiya vasitələri (elektron kommunikasiya və informasiya vasitələri)
Zəruri əyani vasitələr: tematik tarixi xəritələr
VIII Sinif
Coğrafiya
Standart
İstiqamətlərə əsasən ilin sonunda nail olunası nəticələr:
Zaman və məkan
|
Ətraf mühit və iqtisadiyyat
|
Ətraf mühit və sosial sistemlər
|
Coğ.VIII.1. Şagird coğrafi informasiyanı əldə etmək üçün xəritəni oxuya və başqa əyani vasitələri təhlil edə bilər.
Coğ.VIII.2. Şagird xəritədə coğrafi obyektlərin və ölkələrin yerləşməsini müəyyənləşdirə bilər.
|
Coğ.VIII.3. Şagird təbii şəraitlərin məskənlərin tiplərinə və təsərrüfatların inkişafına necə təsir göstərdiyini izah edə bilər.
Coğ.VIII.4. Şagird Qafqaz regionunu xarakterizə edə bilər.
Coğ.VIII.5. Şagird qədim dövrdən bu günədək nəqliyyatın inkişafı barədə mülahizə yürüdə bilər.
Coğ.VIII.6. Şagird iqtisadiyyatın inkişafında ticarətin rolu barədə mülahizə yürüdə bilər.
|
Coğ.VIII.7. Şagird miqrasiya prosesinin özünəməxsusluqlarını xarakterizə edə bilər.
Coğ.VIII.8. Şagird urbanizasiya prosesini xarakterizə edə bilər.
Coğ.VIII.9. Şagird dünyada regionların bölünməsi prinsiplərini və ölkələrin təsnifatının əhəmiyyətli kriterilərini xarakterizə edə bilər.
|
İlin sonunda nail olunası nəticələr və onların indikatorları
İstiqamət: Zaman və məkan
Coğ.VIII.1. Şagird coğrafi informasiyanı əldə etmək üçün xəritəni oxuya və başqa əyani vasitələri təhlil edə bilər.
Nəticə göz önündədir, əgər şagird:
-
Əhalinin siyahıya alınması materiallarına əsaslanaraq müxtəlif tip qrafiklər və diaqramlar tərtib edirsə;
-
Əvvəlki dövrün hər hansı bir lokal mühitinin (kiçik yaşayış məntəqəsi: kənd, məhəllə və s.) mental planını tərtib edə bilirsə və həmin yerin müasir planı ilə müqayisə edirsə; bu ili dövr arasında ətraf mühit hansı antropogen dəyişikliklərə məruz qaldığı barədə mülahizə yürüdürsə;
-
Konturlu xəritədə və başqa köməkçi əyani vasitələrdə informasiya yerləşdirə bilirsə;
-
Coğrafi əyani vasitələrdə verilmiş bir tip informasiyanı başqa növdə əks etdirirsə (məs.: dünya xəritəsi əsasında ölkələri qitələrə əsasən qruplaşdırırsa və cədvəl şəklində təqdim edirsə).
Coğ.VIII.2. Şagird xəritədə coğrafi obyektlərin və ölkələrin yerləşməsini müəyyənləşdirə bilər.
Nəticə göz önündədir, əgər şagird:
-
Siyasi xəritədən istifadə edir və şərti işarələri təsvir edirsə (rənglər, sərhədlər), hansılarla ki, ərazilərin (dövlətlər, ayrı-ayrı inzibati vahidlər, paytaxtlar) siyasi xəritədə qeydiyyatı baş verir;
-
Xəritədən və statistik informasiyadan istifadə etməklə cədvəl tərtib edirsə, harada ki, qitələrə əsasən üç ən böyük və üç ən kiçik ölkənin (sahəsinə və əhalisinə əsasən) xarakteristikalarını yerləşdirərsə;
-
Koordinasiya torundan istifadə etməklə müxtəlif coğrafi obyektlərin yerləşməsini, onlar arasında məsafələri və istiqamətləri müəyyənləşdirirsə (dünyanın əhəmiyyətli ölkələri və paytaxtları, Gürcüstanın regionları və inzibati mərkəzləri);
-
Xəritədən istifadə edir və Gürcüstanın yerləşməsi üzrə regional və dünya miqyasları üzrə mülahizə yürüdə bilirsə. Hər hansı bir ölkənin yerləşməsi ilə müqayisə edirsə;
-
Atlasdan istifadə edir və hər hansı bir regionu xarakterizə edirsə (yerləşməsi, sərhədləri, relyefi, hidroqrafik şəbəkəsi, inzibati mərkəzləri);
-
Xəritədən istifadə etməklə Gürcüstanın ümumi-coğrafi yerləşməsini müəyyənləşdirirsə; buna bənzər və fərqli yerləşməyə malik ölkələri müqayisə edirsə, onları cədvəldə qruplaşdırırsa.
İstiqamət: ətraf mühit və iqtisadiyyat
Coğ.VIII.3. Şagird təbii şəraitlərin məskənlərin tiplərinə və təsərrüfatların inkişafına necə təsir göstərdiyini izah edə bilər.
Nəticə göz önündədir, əgər şagird:
-
Konturlu xəritə üzərində müxtəlif tip məskənləri qeyd edir və konkret coğrafi mühitdə onların meydana gəlməsi səbəbləri barədə mülahizə yürüdə bilirsə (məs.: şəhərləri nə üçün çayların sahillərində salırlar);
-
Foto-şəkildən və ya xəritədən istifadə etməklə müxtəlif ərazilər üçün xarakterik olan peyzajlar təsvir edirsə (məs.: tropik meşələr, susuz düzənlik, səhra və s.) və onu bu ölkənin (regionun) təsərrüfat fəaliyyəti ilə əlaqələndirməyi bacarırsa;
-
Foto-şəkillərin vasitəsi ilə müxtəlif coğrafi mühitdə mövcud olan iki məskəni müqayisə edirsə və onlar arasında fərqləri tərtib edirsə (material, memarlıq);
-
Təbii – katastrofik hadisələrdən mümkün müdafiə tədbirləri barədə ehtimal yürüdürsə, onları Gürcüstanda və başqa ölkələrdə tətbiq olunmuş özünümüdafiə vasitələri ilə müqayisə edirsə (məs.: Svan memarlığının qar sürüşmələri təhlükəsi nəzərə alınmaqla uyğunlaşdırılması, tikililərin örtülməsi və s.);
-
Kənd təsərrüfatı bazarının çeşidlərini tədqiq edirsə, onları (məs.: cədvəlin vasitəsi ilə) Gürcüstanın guşələrinə əsasən qruplaşdırırsa, kənd təsərrüfatı tiplərini müəyyənləşdirirsə və nəticələri onun üçün arzu olunan formada təqdim edirsə;
-
Sinif yoldaşları ilə birlikdə müharibənin səbəb olduğu dəyişikliklər barədə informasiya əldə edirsə (su, iqlim, torpaq, meşə); dəyişikliklərin nəticələrini cədvəl və ya şəkil (plakat) qismində təqdim edirsə;
-
Hərbi əməliyyatlar arealında (məs.: İran körfəzində ABŞ-İraq müharibəsinin səbəb olduğu ekoloji fəlakət ) baş vermiş texnogen fəlakətlər barəsində informasiya əldə edir və onun mənfi nəticələri barədə mülahizə yürüdürsə.
Dostları ilə paylaş: |