Xxxv fəsil İctimai elmlərdə fənn proqramları Ümumi hissə a Giriş



Yüklə 1.14 Mb.
səhifə4/16
tarix02.12.2016
ölçüsü1.14 Mb.
1   2   3   4   5   6   7   8   9   ...   16

Tarix fənni üzrə yekun tapşırığının konkret misalı:

Mövzu yazın: “Birinci səlib yürüşü”.

  1. Tədqiqatın əsas ideyasını, tezisini formalaşdırın;



  1. Referatın strukturuna əməl edin (giriş, əsas hissə, nəticə) və mövzuya istifadə olunmuş ədəbiyyat siyahısını əlavə edin;

Referatın qiymətləndirilməsi rubrikası

1.Məqsəd/tezis-tədqiqatın əsas ideyasının formalaşdırılması

0-1

0 Bal – tədqiqatın məqsədi müəyyənləşdirilməmişdir/

tədqiqatın məqsədi aydın müəyyən edilməmişdir



-

1 Bal – girişdə, seçilmiş mövzuya münasibətdə o suallar aydın təqdim edilmişdir, hansılarda ki, referatda cavab verilmişdir

2.Referatın təşkili (referatın strukturu-girişi, əsas hissəsi, nəticələri) və istifadə olunmuş resurslar, hansıların ki, bazasında referat yaradılmışdır

0-1

0 Bal –əsasında referatın yerinə yetirildiyi resurslar aydın deyildir, işin strukturu yoxdur, referatın adekvat biblioqrafiyası yoxdur

-

1 Bal –şagirdin referatı hansı bazada yerinə yetirdiyi yaxşı görünür; təqdim edilmiş biblioqrafiya elmi əsərlərlə komplektləşdirilmişdir

3.Məzmunun dəqiqliyi, faktiki etibarlılığı

0-2

0 Bal - əldə edilmiş material çox azdır, ilkin mənbələri tanımır, təkrar mənbələr işlənilməmişdir

1 Bal – axtarılmış material birinci və ikinci mənbələri əhatə edir, lakin təqdim edilmiş mənbələr səthi işlənmişdir, yəni şagird yalnız materialı qismən anlayır

2 Bal – birinci və ikinci mənbələri tanıyır, əldə edilmiş faktlar etibarlıdır, çünki mənbənin oxunulması asan baş verir; birinci və ikinci mənbələr müvafiq işlənib-hazırlanmışdır, şagird mənbələrə tənqidi münasibət nümayiş etdirir

4.Dil rəvanlığı

0-1

0 Bal – dili rəvan deyildir, fikirlər ardıcıllıqla verilməmişdir

-

1 Bal –dil aydın və başa düşüləndir, mülahizələr ardıcıldır

5.Tədqiqat (mənbələrin qarşılıqlı uyğunluğu və qarşılıqlığı əsasında öz ehtimalının işlənib-hazırlanması)

0-2

0 Bal – şagirdin mövzuya münasibətdə mövqeyi nəzərə çarpmır, onun referatı orijinal əsər təəssüratı yaratmır; şagird mənbələrin təhlili qabiliyyətini nümayiş etdirə bilmir, plagiatlıq nəzərə çarpır

1 Bal – şagird mənbələrin təhlili qabiliyyətini nümayiş etdirir, lakin mənbələrdə faktların və ehtimalların seçilməsində çətinlik çəkir, buna müvafiq olaraq onun tərəfindən deyilmiş bəzi ehtimalın əsası yoxdur

2 Bal –şagird faktı və ehtimalı bir-biri ilə inandırıcılıqla fərqləndirir, birinci və ikinci mənbələri müvafiq işləmişdir, onların təhlili əsasında müvafiq ehtimallar söyləyir, ardıcıllıqla yerləşdirilmiş materialın əsasında özü üçün maraqlı suallara cavab verir

6. İllüstrasiyalar/

əyani vasitələr¹¹

0-1

-

-

-

7.Təklif olunmuş mülahizənin dəlil və misallarla dərinləşdirilməsi

0-2

0 Bal – öz mövqeyi yoxdur

1 Bal – məsələyə münasibətdə öz görüşünü təqdim etməyə çalışır, lakin öz mövqeyini müdafiə etməkdə çətinlik çəkir

2 Bal –fənni yaxşı bildiyini nümayiş etdirir, işlədiyi materialdan istifadə etməklə öz mövqeyini yaxşı formalaşdırır və onu dəlillərlə əlaqələndirir, inamlı mülahizə yürüdür, nəzərə alır, lakin təsirlərə kor-koranə inanmır

8.Nəticələr

0-1

0 Bal – referatda verilmiş nəticələr dəlilləşdirilməmişdir və yanlışdır




1 Bal –tədqiqatın nəticələrini yekunlaşdırır, bunun oxuculara çatdırılmasını yaxşı bacarır




Yekun balı












  1. Müvafiq faktiki materialı o dərəcədə işləyin ki, sizə aşağıdakı məsələlər üzrə mülahizə yürütmək imkanı versin:

  • Avropalıların Yaxın Şərqə təcavüzü nə üçün və necə inkişaf etdi

  • Onu doğuran məqsədlər nədən ibarət idi

  • Bu yürüş hansı nəticələrə gətirib çıxardır

___________________

¹¹ Tarix fənni üçün 6-cı meyarı nəzərə almaya bilərik. Bu halda 7-ci meyar maksimum 2bal ilə qiymətləndirilir.

ç) Mülahizə zamanı fərqli mövqeləri müzakirə edin, onları genişləndirin, öz mövqeyinizi formalaşdırın və onu əsaslandırın;

d) Referatın tam işlənib hazırlanması üçün: məsələ barədə mövcud olan ilkin və sonrakı mənbələrlə tanış olun və onlar üzərində işləyin.



Standarta uyğunluq – misal X sinfin tarix standartının istiqamətinə uyğundur – tarixi interpretasiya və tədqiqat – 4-cü, 5-ci, 6-cı, 7-ci nəticələrin və istiqamətlərin – kommunikasiya – 8-ci nəticəsi ilə, eləcə də, XI sinfin tarix standartının istiqaməti ilə - dövlət idarəsi və siyasət – 5-ci nəticə ilə.

Coğrafiya üzrə yekun tapşırığının konkret misalı:

Mövzunu təqdim edin – “Almaniyanın kompleks xarakteristikası”,

  1. Aşağıdakı məsələləri müzakirə edin: 1) Almaniyanın fiziki-coğrafi yerləşməsi, 2) Təbii resursları, 3) Əhalisi (cins-yaş strukturu, miqrasiya, iqtisadi cəhətcə fəal əhali), 4) İqtisadi vəziyyəti (təsərrüfat sahələri, nəqliyyat), 5) Siyasi vəziyyəti (siyasi strukturu).

  2. Mülahizə yürüdün və nəticələr çıxarın (dünya siyasi xəritəsində ölkənin yeri və onun inkişafının gələcək perspektivləri).

Qiymətləndirmə meyarları

İlk beş məsələni müzakirə edir

0-1-2

0 Bal – yalnız bir və ya iki məsələni səthi müzakirə edir

1 Bal – tapşırıqda verilmiş məsələlərin yarıdan çoxunu müzakirə edir

2 Bal – hər beş məsələni müzakirə edir


Məzmun ardıcıllığına əməl edir

0-1

0 Bal –bir məsələdən digərinə ardıcıllıqla keçmir

-------------

1 Bal – məsələləri ardıcıllıqla müzakirə edir


Təhlil və tənqidi düşüncə qabiliyyəti nümayiş etdirir

0-2

0 Bal – yalnız faktlara diqqət yetirir, konkret düşüncə qabiliyyətini nümayiş etdirməyi bacarmır

1 Bal – bir-iki məsələni təhlil edir və onlara münasibətdə öz mövqeyini əks etdirir

2 Bal

Şagird materialda verilmiş məsələləri müzakirə edir, onlarla əlaqədar öz mövqeyini əks etdirir



Əyani vasitələrdən istifadə edir

0-1

0 Bal – Əyani vasitələr mövcud deyildir və yaxud cüzidir

----------------

1 Bal –məruzəyə rəngarəng əyani vasitələr əlavə olunmuşdur


Aydın və rəvan danışır

0-1

0 Bal – aydın danışmır, fikir ifadə etməkdə çətinlik çəkir




1 Bal – aydın danışır, nitqi rəvandır


Qoyulmuş suallara cavab verir, öyrənilmiş məsələləri bildiyini nümayiş etdirir

0-1

0 Bal – auditoriya tərəfindən qoyulmuş suallara ümumiyyətlə cavab vermir.




1 Bal – suallara adekvat cavab verir, bilik və təhlil qabiliyyəti nümayiş etdirir


Vaxt limitinə əməl edir

0-1

0 Bal – vaxt limitinə əməl etmir




1 Bal - vaxt limitinə əməl olunmuşdur


Nəticə/nəticələr çıxarır

0-1-2

0 Bal –nəticə çıxara bilmir/qeyri-adekvat nəticə/lər çıxarır

1 Bal

Müəyyən nəticələr çıxarır, lakin onları əsaslandıra bilmir



2 Bal – maraqlı nəticələr çıxarır, onların sosial-iqtisadi kontekstini aydınlaşdırır və əhəmiyyətli amillərin təhlili əsasında izah edir, mülahizə maraqlı və inandırıcıdır




Standartla uyğunluq – yekun tapşırığı XI sinfin coğrafiya standartının ikinci nəticəsinə uyğundur:

XXXVI Fəsil

İbtidai pillədə fənn kompetensiyaları

IV Sinif

Mülki müdafiə və təhlükəsizlik (hərəkətin təhlükəsizliyi)

Standart

İstiqamətlərə əsasən ilin sonunda nail olunası nəticələr:

Şəxsi təhlükəsizliyin təminatı

Fövqəladə vəziyyətlərdə təhlükəsiz davranışın əsasları

Təh.IV.1. Şagird təhlükəsiz hərəkət qaydalarından istifadə edə bilər.

Təh.IV.2. Şagird əhalinin çox olduğu yerlərdə və səhra şəraitlərində təhlükəsiz davranış qaydalarına əməl edə bilər.

Təh.IV.3. Şagird qeyri-adi şəraitdə təhlükəsiz davranış əsaslarını təsvir edə bilər.

İlin sonunda nail olunası nəticələr və onların indikatorları

İstiqamət: şəxsi təhlükəsizliyin təminatı

Təh.IV.1. Şagird təhlükəsiz hərəkət qaydalarından istifadə edə bilər.

Nəticə göz önündədir, əgər şagird:



  • Yol hərəkəti qaydalarını tanıyırsa;

  • Konkret vəziyyəti yol hərəkəti qaydalarına uyğunlaşdıra bilirsə.

Təh.IV.2. Şagird insanın çox olduğu yerlərdə və səhra şəraitlərində təhlükəsiz davranış qaydalarına əməl edə bilər.

Nəticə göz önündədir, əgər şagird:



  • Müxtəlif qeyri-sabit üst qatlarda (məs.: suda, buz üzərində və s.) təhlükəsiz hərəkət etmə qaydalarını sadalaya bilirsə;

  • İctimai nəqliyyatda və ya başqa insan çox olan yerlərdə təhlükəsiz davranış qaydalarını sadalaya bilirsə;

  • Səhra şəraitlərində hərəkət etmək üçün zəruri əşyaları, onların təyinatını sadalaya bilirsə və onlardan istifadə etmək qaydalarını bilirsə.

İstiqamət: fövqəladə vəziyyətlərdə təhlükəsiz davranışın əsasları

Təh.IV.3. Şagird qeyri-adi şəraitdə təhlükəsiz davranış əsaslarını təsvir edə bilər.

Nəticə göz önündədir, əgər şagird:



  • Yad mühitdə hərəkət etməyin və ya yaşamağın mümkün təhlükələrini sadalaya bilirsə;

  • Konkret mühitə uyğun olaraq təhlükəsiz davranış qaydalarını təsvir edə bilirsə.

Proqramın məzmunu

IV sinif üçün məcburi məzmun məsələlərinin siyahısı

(Aşağıda sadalanan məsələlər bu sinif üçün ayrılmış bütün məzmunun 60%-ni təşkil edir).



İctimai nəqliyyatda, attraksionlarda və qeyri-ordinar şəraitdə təhlükəsizlik: təhlükəsizlik qaydaları: metroda, avtobusda, nəqliyyat dayanacaqlarında, attraksionlarda, şəhərdə istiqamətlənmə, yad şəxslərlə münasibətlərdə, qeyri-ordinar (qeyri-adi) şəraitdə davranış qaydaları və s.

Yollarda təhlükəsizlik: yol hərəkəti qaydaları və nişanları; svetoforlarda və yol nizamlayıcılarında işarələrə əsasən hərəkət qaydaları. Velosipedlə hərəkət zamanı təhlükəsizlik. Uşaq qruplarının hərəkəti qaydaları və s.

Qeyri-sabit üst qatlarda (suda, bataqlıqda, buz üzərində və s.) təhlükəsizlik:

Üzmək, su üzərində istirahət üsulları, hərəkət, yaxud insan boğularkən, buzun davamlılığı göstəriciləri, buz üzərində hərəkət qaydaları, donmaqdan özünü müdafiə və s. üzrə təhlükəsizlik qaydaları.



Turist qabiliyyət-vərdişləri: qrupun formalaşdırılması. Təşkilati hazırlıq, marşrutun müəyyənləşdirilməsi; turistin ləvazimatları; arxa çantası və kəndir; düşərgələrin təşkili; yürüş zamanı təhlükəsizliyin təminatı; istiqamətin məğzi. Üfüqün müəyyənləşdirilməsi növləri; kompas, yerində istiqamətlənmə; yürüşə çıxmış qrupun hərəkəti; maneələri dəf edərkən sığorta və özünü sığorta; ərzaqlar və qab-qacaq; ocaq qalamaq, yarış zamanı yemək hazırlamaq.

V-VI Siniflər

Bizim Gürcüstan

Standart

İstiqamətlərə əsasən 2 ilin sonunda nail olunası nəticələr:

Zaman və məkan

Dövlət idarəçiliyi və siyasət

Ətraf mühit və iqtisadiyyat

İnsan və cəmiyyət

Mədəniyyət və din

İc.təh.V-VI.1. Şagird xəritələri oxuya və onlardan istifadə edə bilər.


İc.təh.V-VI.6. Şagird müxtəlif tarixi dövrdə Gürcüstanda mövcud olmuş idarəçilik formalarını səciyyələndirə bilər.


İc.təh.V-VI.10. Şagird Gürcüstan əhalisinin xüsusiyyətlərini saya bilər.


İc.təh.V-VI.15. Şagird insanların bu və ya digər cəmiyyətə mənsubiyyətinə əsasən müxtəlif nişanə və şərtlərini tanıya bilər.

İc.təh.V-VI.20. Şagird Gürcüstanda mövcud olan dinləri təsvir edə bilər.


İc.təh.V-VI.2. Şagird informasiya ötürülməsinin müxtəlif vasitələrindən istifadə edə və yarada bilər (cədvəl, qrafik, foto, sxem, təsvir).


İc.təh.V-VI.7. Şagird ölkənin idarəolunmasında iştirak edən Gürcüstan tarixinin tanınmış şəxsiyyətlərini xarakterizə edə bilər.


İc.təh.V-VI.11. Şagird Gürcüstanın coğrafi obyektlərini məskunlaşma tipləri ilə əlaqələndirə bilər.


İc.təh.V-VI.16. Şagird müxtəlif cəmiyyətləri onlar üçün xarakterik olan əlamət-xüsusiyyətləri və qaydalarına əsasən müqayisə edə bilər.

İc.təh.V-VI.21. Şagird mədəniyyətin müxtəlif komponentlərini fərqləndirə və onların qarşılıqlı əlaqəsini müzakirə edə bilər.


İc.təh.V-VI.3. Şagird sxematik xəritələr tərtib edə bilər.


İc.təh.V-VI.8. Şagird şəxsiyyətlərin və müxtəlif sosial təbəqənin Gürcüstan tarixində rolu barədə mülahizə yürüdə bilər.


İc.təh.V-VI.12. Şagird diyarı təbii resurslarına əsasən xarakterizə edə və onların əhəmiyyəti barədə mülahizə yürüdə bilər.


İc.təh.V-VI.17. Şagird müxtəlif tarixi dövrdə insan ləyaqətinə, azadlığına və bərabərliyinə əməl olunmasını təsvir edə bilər.


İc.təh.V-VI.22. Şagird Gürcüstan əhalisinin mədəniyyət oxşarlıq-fərqləndirici cəhətlərini təsvir edə və müvafiq səbəbləri müzakirə edə bilər

İc.təh.V-VI.4. Şagird xronoloji vahidləri (il, əsr, minillik) və illərin qeydiyyatı sistemini (qədim və yeni era) izah edə və onlardan istifadə edə bilər.


İc.təh.V-VI.9. Şagird Gürcüstan tarixinin müxtəlif mərhələlərində əhali üçün müharibə və sülh nəticələrini müqayisə edə bilər.


İc.təh.V-VI.13. Şagird təbii resurslardan səmərəli və hərtərəfli istifadə etmək barədə mülahizə yürüdə bilər.


İc.təh.V-VI.18. Şagird müxtəlif cəmiyyətlərdə uşağın hüquq-vəzifələrini fərqləndirə bilər.


İc.təh.V-VI.23. Şagird səyahətin və ticarətin əhəmiyyəti barədə mülahizə yürüdə bilər.


İc.təh.V-VI.5. Şagird tarixi faktları müvafiq dövrlərlə əlaqələndirə bilər.





İc.təh.V-VI.14. Şagird qədim dövrlərdən bu günədək kommunikasiyaların inkişafı barədə fikir yürüdə bilər.


İc.təh.V-VI.19. Şagird qanunilik ilə dinc yanaşı yaşamağı əlaqələndirə bilər.





2 İlin sonunda nail olunası nəticələr və onların indikatorları

İstiqamət: Zaman və məkan

İc.təh.V-VI.1. Şagird xəritələri oxuya və onlardan istifadə edə bilər.

Nəticə göz önündədir, əgər şagird:



  • Xəritələrin əfsanəsi biliyini büruzə verə bilirsə;

  • Gürcüstanla həmsərhəd olan ölkələri və iri coğrafi obyektləri tanıya bilirsə;

  • Siyasi xəritə/atlasdan istifadə edirsə və Gürcüstanın diyarlarını və diyar mərkəzlərini tanıya bilirsə;

  • Xəritələrin köməyi ilə Gürcüstanın sərhədlərinin müxtəlif tarixi dövrlərdə dəyişilməsini müzakirə edə bilirsə;

  • Gürcüstanı xarici aləmlə birləşdirən yolları göstərə bilirsə (məs.: Qara dənizin vasitəsi ilə);

  • Koordinatların vasitəsi ilə xəritədə coğrafi obyektləri müəyyənləşdirə və axtara bilirsə;

  • Tematik xəritələrdən lazımi informasiyanı seçə və onlardan istifadə edə bilirsə.

İc.təh.V-VI.2. Şagird informasiya ötürülməsinin müxtəlif vasitələrindən istifadə edə və yarada bilər (cədvəl, qrafik, foto, sxem, təsvir).

Nəticə göz önündədir, əgər şagird:



  • Qrafikləri və cədvəllərdə verilmiş informasiyanı oxuya və bunlardan istifadə edə bilirsə;

  • Müxtəlif vasitələrlə ötürülmüş informasiyanı hər hansı bir əlamətə əsasən (məs. illərin və ya sahələrə əsasən) müqayisə edə bilirsə;

  • Müxtəlif vasitələrdən əldə edilmiş informasiyanın təsnifatını apara bilirsə;

  • Eyni tip vasitə ilə verilmiş informasiyanı bir və ya iki nişanəyə əsasən qruplaşdırmağı bacarırsa;

  • Müxtəlif vasitələrlə tarixi və ya coğrafi informasiyanı təqdim etməyi bacarırsa.

İc.təh.V-VI.3. Şagird sxematik xəritələr tərtib edə bilər.

Nəticə göz önündədir, əgər şagird:



  • Gürcüstanın konturlu xəritələrini doldura bilirsə (relyefin formaları, hidroqrafik obyektlər, diyarlar və yaşayış məskənləri, memarlıq abidələri);

  • Yerində sadə ölçmələr apara bilirsə və yerin planlaşdırılması üzrə obyektləri qeyd etməyi bacarırsa;

  • Doğma diyarın xəritəsini tərtib edərkən onda zəruri elementləri - başlığı, əfsanəni, rəmzləri, üfüqin cəhətlərini əks etdirməyi bacarırsa.

İc.təh.V-VI.4. Şagird xronoloji vahidləri (il, əsr, minillik) və illərin qeydiyyatı sistemini (qədim və yeni era) izah edə və onlardan istifadə edə bilər.

Nəticə göz önündədir, əgər şagird:



  • Zaman vahidlərini bir-biri ilə bərabərləşdirə bilirsə (məs.minillik – 10 əsr; əsr – 100 il və s.);

  • Terminlərdən – qədim era-yeni era, bizim il qeydiyyatına qədər/bizim il qeydiyyatı ilə, qədim il hesabı/yeni il hesabı, İsa Məsih doğulanadək/İsa Məsih doğulandan sonra – istifadə edə bilirsə;

  • Zaman xəttində (şkalasında) konkret tarixi tarixləri və ya tarixi mərhələləri qeyd etməyi bacarırsa.

İc.təh.V-VI.5. Şagird tarixi faktları müvafiq dövrlərlə əlaqələndirə bilər.

Nəticə göz önündədir, əgər şagird:



  • Əhəmiyyətli tarixi faktları sadalaya bilirsə;

  • Konkret tarixin mənsub olduğu əsri və ya minilliyi sadalaya bilirsə;

  • Konkret tarixi hadisəni – ilkin gec prinsipi ilə fərqləndirməyi bacarırsa; məs.:

Tbilisinin Kartlinin İlk gürcü kitabının çapı

paytaxt elan olunması

Qurucu Davidin çarlığı


İstiqamət: dövlət idarəçiliyi və siyasət

İc.təh.V-VI.6. Şagird müxtəlif tarixi dövrdə Gürcüstanda mövcud olmuş idarəçilik formalarını səciyyələndirə bilər.

Nəticə göz önündədir, əgər şagird:



  • Müxtəlif tip idarəçilik sisteminin əsas xüsusiyyətlərini, onları qeyd edən terminləri saya bilirsə və onlardan düzgün istifadə etməyi bacarırsa;

  • Hakimiyyətin müxtəlif formalarını bir-biri ilə müqayisə edə bilirsə.

İc.təh.V-VI.7. Şagird ölkənin idarəolunmasında iştirak edən Gürcüstan tarixinin tanınmış şəxsiyyətlərini xarakterizə edə bilər.

Nəticə göz önündədir, əgər şagird:



  • Müxtəlif zamanlarda fəaliyyət göstərmiş şəxsləri sadalaya, onların idarəçilik strukturlarında rolunu müəyyənləşdirə bilirsə;

  • Hakimləri dövrlərə əsasən bir-birindən fərqləndirə bilirsə;

  • Hakimiyyətdə iştirak edən tarixi şəxslər tərəfindən keçirilmiş dövlət tədbirlərini sadalaya və xarakterizə edə bilirsə. Onların nəticələri barədə öz mülahizələrini deməyi bacarırsa;

  • Zaman şkalasında, onun fikrincə, ən əhəmiyyətli 4 (yaxud 5) gürcü siyasi xadiminin qədim dövrdən bu günədək qeyd edə və onları xarakterizə edə bilirsə.
1   2   3   4   5   6   7   8   9   ...   16


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə