Xxxv fəsil İctimai elmlərdə fənn proqramları Ümumi hissə a Giriş



Yüklə 1,14 Mb.
səhifə3/16
tarix02.12.2016
ölçüsü1,14 Mb.
#681
1   2   3   4   5   6   7   8   9   ...   16

Ev tapşırığı

Aşağıdakı bilik və qabiliyyətlər qiymətləndirilir:

  • Problemin dərk edilməsi

  • İnformasiyanın əldə edilməsi və təşkili

  • Əlaqələrin və istiqamətlərin müəyyən olunması

  • Kommunikasiya

  • Tədris

  • Əməkdaşlıq

  • Problemlərin həlli

  • Yaradıcılıq

  • Tarixi zamanın anlaşılması

  • Ətraf mühitə məsuliyyət və qayğı

  • Tarixi-coğrafi tədqiqat

  • Məkanda istiqamətlənmə

  • Tarixi dövrün duyulması

  • Əyani vasitələrdən istifadə etmək və onları yaratmaq

  • Tənqidi təfəkkür

Qabiliyyətlər aşağıdakı fəallıqla qiymətləndirilir:

  • Anlayışların və terminlərin izahları və ya onlardan istifadə etməklə

  • Hadisələrin və proseslərin müzakirəsi zamanı mülahizələrin dəlilləşdirilməsi ilə

  • Qoyulmuş suala verilmiş cavabla

  • Müzakirə olunan məsələ ilə əlaqədar mülahizə və təhlil ilə

  • Qoyulmuş problemlərin həlli yollarının formalaşdırılması ilə

  • Əyani vasitələrdən istifadə etməklə və onları yaratmaqla

  • Təqdimatla

  • Diskussiyada söylənilmiş mülahizələr və dəlillərlə

  • Yazılı nümunələr yaratmaqla



  1. Yekun qiymətləndirmə

Aşağıdakı qabiliyyətlər qiymətləndirilir:

  • Tənqidi şəraitlərdə (test, yoxlama yazı və s.) bilik və qabiliyyət-vərdişlərin aşkara çıxarılması

  • Problemlərin dərk edilməsi

  • İnformasiyanın tapılması və təşkili

  • Əlaqələrin və nisbətlərin müəyyən edilməsi

  • Kommunikasiya

  • Tarixi-coğrafi tədqiqat

  • Problemin həlli

  • Yaradıcılıq

  • Məkanda istiqamətlənmə

  • Tarixi dövrün dərk olunması

  • Əyani vasitələrdən istifadə etmək və onları yaratmaq

  • Ətraf mühitə məsuliyyət və qayğı

  • Tənqidi təfəkkür

Yekun tapşırıqlarının tipləri:

  • Yoxlama yazı işi

  • Testləşdirmə

  • Sual-cavab

  • Mövzu-esse

  • Təqdimat

  • Layihə

  • Referat

  • Tədqiqat

  • Diskussiya

  • Konfrans

____________________________

Yekun işləri həm şifahi (diskussiya, tamaşa) və yazılı (test, əsər, tarixi-coğrafi mövzu), eləcə də qarışıq (təqdimat və ya layihənin təqdimatı) formasında tədris mövzusunun, mövzular blokunun və ya tədris prosesinin müəyyən mərhələsinin başa çatdırılmasından sonrakı iş.



Yekun tapşırıqlarının ödəyəcəyi tələblər

  • Tapşırığın hər bir tipinə özünüqiymətləndirmənin ümumi rubrikası əlavə olunmalıdır;

  • Ümumi rubrika konkret tapşırığın şərti və keçilmiş materialın nəzərə alınması ilə dəqiqləşdirilməlidir;

  • 1bal rubrikaya daxil olan meyarlara bölünməlidir;

  • Fənn standartının o nəticələri göstərilməlidir, hansıların ki, qiymətləndirilməsi yekun tapşırığına xidmət edir.

Qiymətləndirmə rubrikasının nümunələri:

Təqdimatın qiymətləndirmə rubrikası

Bu halda şagirdlərə hər bir meyarda sıfır və ya bir bal verilir və yekun balın çıxarılması üçün onların cəmi hesablanır. Maksimum cəm on baldır.






Şagirdin adı, soyadı




1.

2.

3.

4.

5.

6.

7.

8.

9.

10.

Maraqlı giriş (problemin eyniləşdirilməsi)

1




























Tədqiqatın/əsərin aşkara çıxarılma qabiliyyəti

1




























Yaradıcılıq bacarığı

1




























Problemin həlli yollarının təklifi

0




























Mövzunun anlaşıqlı təqdimatı (məntiqi ardıcıllıq)

0




























Söhbət (aparılması, tembri)

1




























Əyani vəsaitlərdən istifadə

0




























Auditoriya ilə əlaqə

1




























İnformasiyanı əldə etmək bacarığı (adekvat sual-cavab)

1




























Zaman limitinin qorunması

0




























Cəmi

6




























Layihənin qiymətləndirilməsinin ümumiləşdirilmiş rubrikası

Maksimum yekun balının bölünməsi ilə toplanmış balların on ballı qiymətləndirməyə keçirilməsi baş verəcəkdir.






Elementar

1 bal

Qəbul edilən

2 bal

Ustalıq

  1. Bal

1.Məqsəd

Yaxşı həkk olunmamışdır, qaranlıqdır

Bir məqsədə fokuslaşma baş verir

Yaxşı formalaşdırılmış məqsədlər, asan qavranılası

2.Təşkilatçılıq

Zəif təşkil edilmişdir, ideyalar arasında məntiqi zəncir yoxdur, bu da oxucunu/dinləyicini çaşdırır

Ardıcıllıq düşünülmüşdür, təşkilati əlamətlərlə, ideyalar arasında bəzi keçid sadədir, bəzisi anlaşılmaz

Yaxşı təşkil olunmuş format, bir ideyadan o birisinə məntiqi keçid, təşkil layihənin səmərəliyini artırır

3.Məzmunun korrektliliyi

Uyğunsuzluğa, yanlış informasiyaya tez-tez rast gəlinir

Əsasən dəqiqdir, bəzi uyğunsuzluqlar və ya yanlış informasiya ilə

Tamamilə düzgündür, faktlar dəqiq və aydındır

4.Dil funksionallığı

Dil cəhətdən rəvan deyildir, səhvləri çoxdur

Dil cəhətdə aydındır, azacıq səhvlərlə

Dili rəvandır, durğu işarələrinə əməl olunmuşdur

5.Tədqiqat

Tədqiqat qeyri-səmərəli planlaşdırılmışdır, istifadə olunan mənbələr etibarlı deyildir, analiz səthidir

Tədqiqat planlaşdırılmışdır, lakin qrupun potensiyalından bütövlüklə istifadə olunmamışdır, məhdud miqdarda mənbələrdən istifadə olunmuşdur, analiz qəbul ediləndir

Tədqiqat planlaşdırılmışdır, bir neçə mənbədən istifadə edilmişdir və təhlil dərindir

6.Əyaniliklər

Əyani vasitələr bir çox hallarda məzmuna uyğun gəlmir, yaxud da qrup tərəfindən yaradılmamışdır

Əyani vasitələrin məzmunla əlaqəsi aydındır, lakin yeknəsəqdir,

Rəngarənglik, məzmunun ardıcıllığı, səhmanlı icra

7.Yaradıcılıq

Qrup tərəfindən az yaradıcılıq enerjisinin xərclənməsi

Bəzən qrupun orijinal fikirləri nəzərə çarpır, bu da layihənin yaxşı aşkar edilməsinə kömək göstərir

Qrupun orijinallığı, yenilik və özünəməxsus baxış nəzərə çarpır ki, bu da layihəni maraqlı edir

8.Fənlərlə əlaqələr

Fənlərdə qrupun kompetensiyası nəzərə çarpmır, faktların qeyri-dəqiq interpretasiyasına rast gəlinir

Mülahizələr bir və ya iki fəndən alınmış biliklə əlaqədardır

Əsas mülahizələrin müxtəlif fəndən alınmış biliklə əlaqələndirilməsi baş verir ki, bu da qrupun bir çox istiqamətlərdə kompetensiallığına işarə edir

9.Nəticələr

Nəticələr formalaşdırılmamışdır

Nəticələr tədqiqata adekvat şəkildə formalaşdırılmışdır, lakin dəqiq deyildir

Nəticələrdə yenilik vardır (orijinallıq), tədqiqatla məntiqi əlaqə hiss olunur, onlar aydın formalaşdırılmışdır

10.Təqdimat

Layihənin məğzi səmərəli aşkar edilməmişdir, fikrin formalaşdırılmasında və cavabların verilməsində çətinlik yaranır, əyani vasitələrdən məqsədyönlü istifadə olunmamışdır

Layihənin məzmununu qaranlıq formalaşdırır, əyani vasitələrdən istifadə edir, sualların əksəriyyətinə cavab verir

Layihənin məğzi aydın formalaşdırılmışdır, nitq rəvandır, auditoriyaya rəğməndir, əsas ideyalar açılmışdır, əyani vasitələrdən istifadə edir və bütün suallara cavab verir

Referatın qiymətləndirilmə rubrikası

Bu halda 3-cü və 5-ci kriterilər 0-2 bal ilə, bütün qalanlar isə 0 və ya 1 bal ilə qiymətləndirilir. Maksimum cəm on baldır.






Şagirdin adı, soyadı




1













1.Məqsəd/tezis-tədqiqat nəticəsində deyilmiş əsas ideya

1













2.Referatın təşkili

1













3.Məzmunun dəqiqliyi, faktiki etibarlılıq

2













4.Dil rəvanlığı

0













5.Tədqiqat

2













6.İllüstrasiyalar/əyani vasitələr¹

1













7.təqdim olunmuş fikrin dəlillərlə və misallarla möhkəmləndirilməsi

1













8.Nəticələr

1













Cəm

9













Diskussiyanın qiymətləndirilməsi rubrikası

Konkret şagirdin hər bir meyarının qarşısında yekun balı qoyulur, bütün meyarlarda aldığı ballar cəmləşdirilir və altıya bölünür (onların orta hesabı hesablanır).






III səviyyə (8-10 bal)

II səviyyə (5-7 bal)

I səviyyə (1-4 bal)

Dinləmə

Həmişə natiqi dinləyir və diqqət yetirir

Tez-tez dinləyir və natiqə baxır

Nadir hallarda dinləyir və natiqə baxır

Söhbət

Rəvan danışır və dinləyicilərə baxır

Nitqi əsasən başa düşüləndir və dinləyicilərə baxır

Nitqi aydın deyil, dinləyicilər başa düşməkdə çətinlik çəkirlər

_____________________________

¹⁰tarix üçün 6-cı meyarı nəzərdə tutmaya bilərik, müvafiq olaraq 7-ci meyar maksimum 2 balla qiymətləndirilməlidir



Qeyri-verbal kommunikasiya

Səmərəli qavraya və qeyri-verbal kommunikasiya formalarından istifadə edə bilər (gözlə, jestlərlə, mimikalarla, səslə)

Tez-tez qeyri-verbal əlaqə yarada bilər

Qeyri-verbal kommunikasiya formalarından nadir hallarda istifadə edir

İştirak


Diskussiyanın mövzusuna zəruri şərhlər və mülahizələr söyləməklə maraq göstərir

Əsasən maraq göstərir. Şərhlər və fikirlər həmişə mövzuya uyğun gəlmir


Marağı azdır. Öz mülahizələrini diskussiya mövzusu ilə əks etdirmir və ya əlaqələndirməyi bacarmır

Kooperasiya

Sinif yoldaşları ilə əməkdaşlıq edir, başqalarının fikir söyləmələrini gözləyir və diskussiya qaydalarına əməl edir

Əsasən sinif yoldaşları ilə əməkdaşlıq edir, bəzən başqasının söhbətinə qoşulur, əsasən diskussiyanın qaydalarına əməl edir

Az əməkdaşlıq edir və diskussiya qaydalarına az əməl edir

Mülahizənin dəlilləşdirilməsi

Mülahizə orijinaldır və faktlarla, anlayışlarla dərinləşdirilmişdir, məsələ ilə məntiqi əlaqə vardır

Mülahizəni möhkəmləndirmək üçün mübahisəli faktlar və anlayışlardan istifadə olunmuşdur

Mülahizə məsələ ilə məntiqi əlaqədən məhrumdur və faktlardan istifadə olunmamışdır

Yüklə 1,14 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin