Xxxv fəsil İctimai elmlərdə fənn proqramları Ümumi hissə a Giriş



Yüklə 1.14 Mb.
səhifə14/16
tarix02.12.2016
ölçüsü1.14 Mb.
1   ...   8   9   10   11   12   13   14   15   16

Mül.X.7. Şagird vətəndaş cəmiyyətinin mühüm əsaslarını tədqiq edə bilər.

Nəticə göz önündədir, əgər şagird:



  • Vətəndaş cəmiyyəti nə deməkdir? – diskussiyasında iştirak edirsə. Gürcüstanda siyasi partiyaların, ictimai təşkilatların və KİV-in rolu barədə mülahizə yürüdə bilirsə; başqa ölkələrlə paralellər keçirə bilirsə;

  • Özünün yaşadığı yerdə (regionda) ictimai təşkilatlardan birini seçir və onun barəsində informasiya toplayırsa; bu təşkilatın yaradılması məqsəd və səbəbləri barədə mülahizə yürüdə bilirsə;

  • Gürcüstanda insan hüquqlarının pozulması cəhətcə ən əhəmiyyətli ictimai hadisəni sadalaya bilirsə, onunla əlaqədar dərc olunmuş materiallarla tanış olursa, toplanmış informasiya əsasında referat yazırsa: hansı hüquqların pozulduğunu göstərirsə və əgər bu hüquqlar pozulmasaydı, cəmiyyət hansı nəticəni ala bilərdi.


Mül.X.8. Şagird Gürcüstanın sabit inkişaf imkanlarını tədqiq edə bilər.

Nəticə göz önündədir, əgər şagird:



  • Özünün yaşadığı yerin nümunəsində insanların məhsul almaq üçün həyata keçirdikləri müxtəlif fəaliyyətlərini sadalayırsa və onları məhsulun istehsalı və ya xidmətə əsasən qruplaşdırmağı bacarırsa; hər bir fəaliyyət sahəsinə istifadə olunmuş resursların tiplərini uyğunlaşdırırsa (məs.: təbii, insani, kapital);

  • Sinif yoldaşlarından ibarət qrupla birlikdə müdafiəsi ictimai asayiş və cəmiyyət üçün təhlükəsiz yaşamaq şərtlərini təmin edən (məs.: məktəb, ailə, məhəllə, şəhər və s.) bir neçə qanunu və Konstitusiya hüququnu seçir və köçürürsə;qanunun təminatının zərurəti və qanunçuluğun təmin edilməsi barədə diskussiyalarda iştirak edirsə;

  • İnsanın təbii vəziyyəti barədə informasiya toplayır və təhlil edirsə; bədii ədəbiyyatın və ya tarixi mənbələrin nümunəsində “İnsan üçün canavar”olan cəmiyyətin modelini təsvir edirsə və orada hər hansı bir bioloji cəmiyyətin həyat tərzi ilə müqayisə edirsə; təhlil əsasında hər hansı bir cəmiyyətdə (məs.: məktəb, qonşuluq, kənd, sənaye müəssisəsi, ölkə və s.) razılığa nail olmaq şərtlərini müəyyənləşdirirsə;

  • “Hansı qaydalar daha güclüdür – yazılmışlar, yoxsa yazılmamışlar?” mükalimələrində iştirak edirsə; öz mövqeyini konkret misalların (müasir gerçəklikdən bədii ədəbiyyatdan və ya tarixdən) müzakirəsi ilə əsaslandırırsa və qiymətləndirmə zamanı əsaslandığı meyarları ayıra bilirsə;

  • Onun hüquqları pozulduğu halda necə davranacağı barədə mülahizə yürüdürsə və özünün hüquqlarını müdafiə etdikdə başqasının azadlıqlarını necə nəzərə almalı olduğunu izah edə bilirsə;

  • Müxtəlif sosial mühitin (məs.: dostluq, qonşuluq, peşə və ictimai birləşmələr) formalaşdırılması və sabitliyin müəyyənləşdirilməsi amilləri üzrə mülahizə yürüdürsə (məs.: ümumi dəyərlər, mənafelər, xüsusiyyətlər, şərtlər, nailiyyətlər və s.); Gürcüstan üçün xarakterik olan xüsusiyyətlər barədə mülahizə yürüdə bilirsə; başqa ölkələrlə paralellər keçirirsə.

İstiqamət: özünüidarəetmə və idarəetmə

Mül.X.9. Şagird Gürcüstanda özünüidarəetmənin və dövlət idarəçiliyi sisteminin inkişaf prosesini təhlil edə bilər.

Nəticə göz önündədir, əgər şagird:



  • Hər hansı bir dövlət hüquq-mühafizə orqanını (məs.: polis, məhkəmə, xalq müdafiəçisi və s.) və ya ictimai təşkilatın nümunəsində onların hüquqi səlahiyyətlərini, təyinatını (yaxud məqsədlərini) və fəaliyyətinin hüquqi müdafiəsini müzakirə edə bilirsə; mövcud təcrübənin nöqsanlarını və müvəffəqiyyətli cəhətlərini qiymətləndirməyi bacarırsa;

  • Zaman şkalasında Gürcüstanın dövlət idarəçiliyinin inkişafının bir neçə (3-5) əhəmiyyətli hadisəsini qeyd edirsə; hər bir hadisənin səbəb olduğu nəticələr barədə mülahizə yürüdürsə; həmin dövrün başqa dövlətləri ilə paralellər aparırsa (məs.: qonşu ölkələr, millət, Yaxın Şərq, Şərqi Asiya və ya Amerika);

  • Gürcüstan Demokratik Respublikasının və I Konstitusiyanın müasir gürcü dövlətçiliyi üçün əhəmiyyəti barədə mülahizə yürüdürsə; Konstitusiyalı varisliyi təsdiq edən faktlar söyləyirsə və dəyişiklikləri təhlil edirsə (məs.: dövlət quruluşu, idarəçilik, seçki sistemi və s.); baş vermiş dəyişikliklərə münasibətdə öz mövqeyini aşkarlayırsa;

  • Gürcüstanın qüvvədə olan Konstitusiyasını müzakirə edərkən onun qəbul olunmasının ilkin şərtləri və nəticələri barədə fikir yürüdə bilirsə; öz mülahizələrini cədvəl şəklində çəkə bilirsə;

  • Özünüidarəetmənin inkişafının Gürcüstan dövlətçiliyi üçün əhəmiyyətini sadalaya bilirsə;

  • Cəmiyyətin demokratikləşdirilməsi və suverenliyi barədə öz fikrini bəyan edə bilirsə; Gürcüstana bənzər (əhalinin sayına əsasən) bir neçə dövləti seçir və onu Gürcüstanla müqayisə edirsə, qeyd edilən iki əlamətə əsasən müqayisə edirsə; oxşarlıq və fərqləri ayıra bilirsə;

  • Gürcüstanın dövlət idarəçiliyinin müasir sistemini (strukturunu, onun hissələrinin funksiyalarını və qarşılıqlı əlaqələrini) öyrənə bilirsə; Gürcüstanın keçmişində mövcud olmuş idarəçilik sistemlərini demokratiklik və qanunun aliliyi nöqteyi-nəzərindən müqayisə edə bilirsə; işin nəticələrini müzakirə etmək üçün sinif yoldaşlarına təqdim edirsə.

Mül.X.10. Şagird Gürcüstan vətəndaşının ictimai-siyasi həyatda fəal iştirak etmək imkanlarını tədqiq edə və bunlardan istifadə edə bilər.

Nəticə göz önündədir, əgər şagird:



  • Zaman xəttində onun üçün əhəmiyyətli hüquq qazandığı və onun xüsusi vəzifələrinin meydana çıxdığı mərhələləri qeyd edirsə; həmin xəttə onun fərqli (əlavə və ya genişlənmiş) hüquq-vəzifələri meydana gəldiyi (məs.: idarə etmə, seçkilərdə iştirak etmə, ailə qurmaq, hərbi xidmət və s.) mərhələləri qeyd edirsə; “Mənim hüquqlarım və vəzifələrim” mövzusunda esse yaza bilirsə;

  • Hər hansı bir son dövrkü münaqişəni seçir (məs.: öz təcrübəsindən, sinifdə baş verənlərdən, KİV vasitəsi ilə geniş əks-səda doğurmuşlardan və s.) və sinif yoldaşlarından ibarət qrupla birlikdə onu müzakirə edirsə, münaqişənin hansı kateqoriyaya mənsub olduğunu müəyyənləşdirirsə (dəyəri, informasiyasıı, qarşılıqlı asılılığı, təsisat xarakterli, mənafelər mövqeyindən), münaqişədə iştirak edən tərəflərin hərəkətlərini ayıra bilirsə; qrupla birlikdə onu doğuran səbəblər və onun nizama salınması yolları barədə fikir yürüdə bilirsə;

  • Öz həmyaşıdları üçün fəal məsələlər üzrə mülahizə yürüdürsə (dostluq, valideynlə əlaqə, peşə seçimi və s.); verilmiş məsələ ilə əlaqədar müxtəlif mövqenin güclü və zəif cəhətlərini dəqiqləşdirməyi bacarırsa;

  • Məktəbin inkişafı (məs.: tədrisin keyfiyyəti, texniki təchizat, gəlirlərin artması, milli və ya beynəlxalq layihələrdə iştirak və s.) ilə əlaqədar sinif diskussiyasında və ya məktəb özünüidarəetməsinin müvafiq orqanının müzakirəsində iştirak edirsə, öz mövqeyini konkret ifadə edir və müdafiə etməyi bacarırsa;

  • Onun üçün və ya hər hansı bir ictimai qruplaşma üçün aktual konkret problemi seçirsə (məs.: təhsil almaq, məşğuliyyət, insan hüquqlarının pozulması, mülki mübahisələr, vergi münaqişələri, sosial təhlükəsizlik, səhiyyənin və ətraf mühitin mühafizəsi, siyasi və ya dini ayrı seçkilik və s.); təhlili əsasında tərəflərin hüquqlarının müdafiəsi və qanuni hərəkətlərin nəzərə alınması ilə konkret problemin həlli planını yazmaq üçün informasiya toplayırsa (bir neçə variant mümkündür); problemin həllində öz rolunu müəyyənləşdirirsə, həmfikirlər toplayır və plana uyğun hərəkət edirsə; öz iştirakının səmərəliliyini qiymətləndirir və nəticələri sinif yoldaşları ilə bölüşürsə;

  • Vətəndaşların həyatından hər hansı bir konkret münaqişəli halı (sosial, iqtisadi və ya siyasi) seçirsə; yaranmış vəziyyətlə və tərəflərin mənafeləri ilə tanış olursa; sinif yoldaşları ilə birlikdə qeyd edilən halı və onun həllinin alternativ variantlarını oynaya bilirsə; bu yolların pis və ya yaxşı cəhətləri barədə mülahizə yürüdürsə və dostları ilə birlikdə münaqişənin ədalətli həllinin planını əks etdirirsə.

Mül.X.11. Şagird ölkənin demokratikləşdirilməsində vətəndaşların rolunu təhlil edə bilər.

Nəticə göz önündədir, əgər şagird:



  • Demokratiyanın əks olunması və inkişaf etdirilməsi barədə mülahizə yürüdürsə; Gürcüstanın və hər hansı bir ölkənin nümunələrini müqayisə edirsə;

  • Müəllimlə və sinif yoldaşları ilə birlikdə tədris ili ərzində onlar üçün məcburi xarakter daşıyan hüquqlar və vəzifələr siyahısını tərtib edə bilirsə;

  • Gürcüstan Konstitusiyası ilə təsbit edilmiş hüquqlar və vəzifələr barədə fikir yürüdürsə və insan hüquqlarının beynəlxalq bəyannamə ilə təsbit olunmuş hüquq və vəzifələr barədə mülahizə yürüdürsə və onları müqayisə edirsə;

  • Gürcüstanın və ya başqa ölkənin tarixindən cəmiyyətin təsiri ilə dövlət idarəçiliyində dəyişikliklərin baş verdiyini əks etdirən hadisələri sadalayırsa; bu hadisələrin nəticələrini demokratiya quruculuğunun irəliləyişi (yaxud əks tərəfə) nöqteyi-nəzərindən qiymətləndirirsə;

  • Demokratiyanın əsas prinsiplərini xarakterizə edir və onları insan hüquqları və vəzifələri ilə əlaqələndirirsə; öz mülahizələrini onun üçün məlum olan beynəlxalq sənədlərin müddəalarının köməyi ilə əsaslandırırsa (məs.: İnsan Hüquqları Üzrə Ümumi Bəyannamə, İnsan Hüquqları Üzrə Avropa Konvensiyası, Uşaqların Hüquqlarını Müdafiə Konvensiyası və s.);

  • Gürcüstan Konstitusiyasında Gürcüstan vətəndaşlarının seçki hüquqlarına aid olan maddələr tapırsa; onların təhlili əsasında onların demokratik və ədalətli seçkilər prinsipləri ilə uyğunlaşdırılması barədə fikir yürüdürsə (məs. ümumi, birbaşa, gizli səsvermə, bərabərlik) öz məktəbinin, yaşayış yerinin və regionunun nümunəsində müxtəlif seçki (məs.: majoritar, proporsional və s.) sistemlərini vətəndaşların hüquqlarının müdafiəsi mövqeyindən qiymətləndirməyi bacarırsa;

  • İctimai-siyasi həyatdan əhəmiyyətli hadisələri seçir və sinif yoldaşlarından ibarət qrupla birlikdə bu hadisədə insanların iştirakının motivasiyasını, imkanlarını və dərəcəsini müzakirə edirsə; müvafiq hüquqi sənədlərin təhlili əsasında ictimai şərikli iştirakın həvəsləndirilməsi üçün tövsiyələr yazırsa;

  • Məktəbin qəyyumlar şurası və ya müdiriyyətinin tədris prosesi ilə əlaqədar qərarları ilə tanış olur və dostları ilə birlikdə müzakirə edirsə; bunların məktəbdə ictimai (məs.: şagirdlərin özünüidarəsində, pedaqoqların, valideynlərin, qonşu əhalinin və s.) mənafelərini nə dərəcədə nəzərə alındığını təhlil edirsə və yoldaşlarından ibarət qrupla birlikdə məktəbin inkişafında cəmiyyətin iştirakı barədə illik hesabat layihəsini yazırsa.


Proqramın məzmunu

X sinif üçün məcburi məzmun məsələlərinin siyahısı

(Aşağıda sadalanan məsələlər bu sinif üçün ayrılmış bütün məzmunun 60%-ni təşkil edir).



Şəxsi inkişaf

  1. Özünüqiymətləndirmə, məqsədyönümlük və nailiyyət

  2. Şəxsi həyatını idarə və qiymətləndirmə

  3. Şəxsiyyətin azadlığı və vətəndaşlığı

  4. İnsan ləyaqəti və şəxsi ləyaqət

  5. Savad almaq və peşə hazırlığına yiyələnmək imkanları

  6. Öz ölkəsində və xaricdə əmək hüquqları

  7. Yetkinlik yaşına çatmaq – yeni imkanlar və məsuliyyətlər

Dayanıqlı inkişaf

  1. Ailə öhdəlikləri və məsuliyyət

  2. Bərabərlik və ədalətlilik: bərabər qanunauyğunluqlar, əsasları, müdafiə mexanizmləri

  3. Sosial mühafizə və onun mexanizmləri

  4. Problemlərin idarə olunması/həlli

  5. Müxtəlif cəmiyyətdə münaqişələr və onların nizama salınması

  6. Məhdudlaşdırılmamış və məhdudlaşdırılmış münasibətlər

  7. Əməkdaşlıq və rəqabət

Özünüidarə və idarə

  1. İctimai fikir, ictimai qərarlar və onları qəbul etmək formaları

  2. İştiraketmə mədəniyyəti: imkanlar, formalar və mexanizmlər

  3. Şəffaflıq və kütləvilik

  4. İctimai sifariş və dövlət öhdəlikləri

  5. İnsan hüquqlarını müdafiə vasitələri: azad, ədalətli məhkəmə və hüquq müdafiəçiləri

  6. Vətəndaş və qulluqçu-məsuliyyətlərin bölünməsi

  7. Azad vətəndaş cəmiyyətin əsasıdır

  8. Özünüidarəetmənin əsasları və inkişaf

  9. Gürcüstanın dövlət idarəçiliyinin inkişafı.

XI Sinif

Tarix

Standart

İstiqamətlərə əsasən ilin sonunda nail olunası nəticələr:

Ətraf mühit və iqtisadiyyat

Dövlət idarəçiliyi və siyasət

İnsan və cəmiyyət

Din və mədəniyyət

Tar.XI.1. Şagird dünya tarixi proseslərdə iqtisadi amilin əhəmiyyəti barədə mülahizə edə bilər.

Tar.XI.2. Şagird resursların və iqtisadiyyatın qarşılıqlı təsirini təhlil edə bilər.


Tar.XI.3. Şagird dövlətin nə olduğunu və əhəmiyyətini təhlil edə bilər.

Tar.XI.4. Şagird idarəçilik strukturlarının formalaşdırılması və zamanda dəyişikliklərin analizini edə bilər.

Tar.XI.5. Şagird Gürcüstanda və dünyada daxili və xarici siyasətin köklü məsələlərini tədqiq edə bilər.


Tar.XI.6. Şagird sosial strukturların qarşılıqlı münasibətlərini tədqiq edə bilər.


Tar.XI.7. Şagird bu və ya digər ölkənin maddi və mənəvi mədəniyyətinə dinin təsirini təhlil edə bilər.

Tar.XI.8. Şagird müxtəlif mədəniyyətlərin qarşılıqlı təsiri məsələlərini tədqiq edə bilər.


İlin sonunda nail olunası nəticələr və istiqamətlərə əsasən onların indikatorları

İstiqamət: ətraf mühit və iqtisadiyyat

Tar.XI.1. Şagird dünya tarixi proseslərdə iqtisadi amilin əhəmiyyəti barədə mülahizə edə bilər.

Nəticə göz önündədir, əgər şagird:



  • İqtisadi qarşılıqlı münasibətlərin iki formasını seçir və onları bir-biri ilə müqayisə edə bilirsə (məs.: orta əsrlərdə emalatxana və XVIII əsrdə manufaktura);

  • İqtisadi qarşılıqlı əlaqələrin formalarından birini seçir və Gürcüstanda və hər hansı bir başqa ölkədə onun formalaşması və inkişafını müqayisə edirsə (məs.: Gürcüstanda və Qərbi Avropada feodal təsərrüfatı);

  • Coğrafi mühitin, əhalinin sayının və sıxlığının bu və ya digər dövlətin və ya xalqın itisadi inkişafına hansı təsiri göstərdiyi barədə mülahizə yürüdə bilirsə;

  • Müxtəlif dövrlərdə baş vermiş iki miqrasiya prosesini seçir və onların səbəblərini və nəticələrini müqayisə edə bilirsə;

  • Hər hansı bir münaqişənin (müharibənin) iqtisadi ilkin şərtləri və nəticələri barədə mülahizə yürüdülən mövzu yaza bilirsə;

  • İki imperiya seçir və onların əyalətlərdə və müstəmləkələrdə yürütdükləri iqtisadi siyasəti bir-biri ilə müqayisə edirsə(məs.: İngiltərənin və İspaniyanın öz müstəmləkələrində yeritdikləri siyasət);

  • Bu və ya digər iqtisadi nəzəriyyəni tanıyır və onun bu və ya digər ölkənin (regionun) iqtisadi inkişafına təsir göstərdiyi barədə fikir söyləyə bilirsə.

Tar.XI.2. Şagird resursların və iqtisadiyyatın qarşılıqlı təsirini təhlil edə bilər.

Nəticə göz önündədir, əgər şagird:



  • Təbii və antropogen dəyişikliklərin iqtisadi inkişafa necə təsir göstərdiyi barədə mülahizə yürüdə bilirsə (məs.: donuqluq, qədim Şərq sivilizasiyalarında irriqasiya amilinin əhəmiyyəti...);

  • Dövrlərdən birini seçir və texnoloji dəyişikliklərin və iqtisadi inkişafın qarşılıqlı təsiri barədə mülahizə yürüdə bilirsə;

  • Dövlətlərdən birini seçir və onun ərazisində tapılmış xammalın bu ölkənin iqtisadi prioritetlərinə necə təsir göstərdiyi barədə mülahizə yürüdə bilirsə.

İstiqamət: dövlət idarəçiliyi və siyasət

Tar.XI.3. Şagird dövlətin nə olduğunu və əhəmiyyətini təhlil edə bilər.

Nəticə göz önündədir, əgər şagird:



  • Dövlətin xüsusiyyətləri barədə fikir yürüdə bilirsə;

  • Müxtəlif ölkələrin dövlətlərini tipoloji əsasda qruplaşdırırsa, onları bir-biri ilə müqayisə edirsə;

  • Dövləti sosial təşkilatın başqa formaları ilə müqayisə edirsə; onun müsbət və mənfi cəhətləri barədə mülahizə yürüdə bilirsə.

Tar.XI.4. Şagird idarəçilik strukturlarının formalaşdırılması və zamanda dəyişikliklərin analizini edə bilər.

Nəticə göz önündədir, əgər şagird:



  • Dövlət idarəçiliyi strukturlarında dəyişikliklər zəruriyyətinə nə səbəb olduğu barədə mülahizə yürüdürsə;

  • İdarəçiliyin bu və ya digər formasının bu və ya digər dövr üçün xarakterik olduğu barədə öz mülahizəsini ifadə edə bilirsə;

  • Gürcüstanda müxtəlif dövrdə mövcud olan idarəçilik strukturlarını müxtəlif ölkələrdə eyni dövrdəki idarəçilik strukturları ilə müqayisə edirsə;

  • İki inqilabı seçir və onların başvermə səbəblərini müqayisə edirsə.

Tar.XI.5. Şagird Gürcüstanda və dünyada daxili və xarici siyasətin köklü məsələlərini tədqiq edə bilər.

Nəticə göz önündədir, əgər şagird:



  • Dövlətlərdən birini seçir və hər hansı bir dövrdə onun inkişafını və parçalanmasını şərtləndirən xarici və daxili amilləri qruplaşdıra bilirsə;

  • Dövrlərdən birini seçir və müxtəlif dövlətlərin Gürcüstana münasibətdə maraqlarını müqayisə edirsə;

  • Gürcü dövlətinin (dövlətçiliyinin) sonrakı inkişafına təsir göstərmiş Dünyada inkişaf edən əhəmiyyətli tarixi hadisələr barədə mövzu yaza bilirsə;

  • Sinif yoldaşlarından ibarət qrupla birlikdə siyasi xadim seçir və onun tərəfindən seçilmiş xarici və ya daxili siyasət xəttinin nəticələri barədə fikir yürüdə bilirsə (məs.: II Erekle tərəfindən Georgiyevsk traktatının imzalanması);

  • Hər hansı bir konkret dövrü seçir, o dövrün dünya dövlətinin (dövlətlərinin) maraqlarını ayırırsa. Gürcü dövlətinin (dövlətlərinin) bu konkret dövryə münasibətdə yerini və rolunu müəyyənləşdirə bilirsə.

İstiqamət: İnsan və cəmiyyət

Tar.XI.6. Şagird sosial strukturların qarşılıqlı münasibətlərini tədqiq edə bilər.

Nəticə göz önündədir, əgər şagird:



  • Şəxsiyyətin əmlak və sosial vəziyyəti arasında qarşılıqlı münasibətləri haqqında öz mülahizəsini söyləyə bilirsə;

  • Eyni dövrün iki və ya üç ölkəsinin sosial strukturlarını müqayisə edir və onlar arasında fərqləri və oxşarlıqları göstərə bilirsə;

  • Müxtəlif cəmiyyətdə fərqli sosial təbəqələrin nümayəndələrini qruplaşdırır və onların hüquq və vəzifələri barədə mülahizə yürüdürsə;

  • Əkinçi və heyvandar insanların və yaxud dağ ilə aranın sosial strukturlarını müqayisə edir və onlar arasında oxşarlıqlar və fərqlər tapırsa.

İstiqamət: din və mədəniyyət

Tar.XI.7. Şagird bu və ya digər ölkənin maddi və mənəvi mədəniyyətinə dinin təsirini təhlil edə bilər.

Nəticə göz önündədir, əgər şagird:



  • Gürcüstanın və başqa ölkələrin xristianlığa qədərki, dini təsəvvürlərini və onların incəsənətə və məişətə təsirini müqayisə edirsə;

  • Əsas monoteist dinlər arasında mövcud olan oxşarlıqlar və fərqlər barəsində mülahizə yürüdürsə;

  • Dünyanın monoteist dinlərinin məğzində mövcud olan doqmatik fərqləri tanıyırsa;

  • Sinif diskussiyası zamanı xristianlığın gürcü xalqının incəsənətinə və məişətinə hansı təsiri göstərdiyi barədə mülahizə söyləyirsə; başqa hər hansı bir xristian ölkəsi ilə paralellər aparırsa;

  • Milli və ruhani hakimiyyətləri arasında müxtəlif dövrlərdə və ya ölkələrdə münasibətlərin necə dəyişdiyi və bu dəyişikliklərin ölkənin mədəni inkişafına necə təsir göstərdiyi barədə mülahizə yürüdürsə.

Tar.XI.8. Şagird müxtəlif mədəniyyətlərin qarşılıqlı təsiri məsələlərini tədqiq edə bilər.

Nəticə göz önündədir, əgər şagird:



  • Bu və ya digər xalqın mədəniyyətinin başqa ölkənin tarixi-mədəni gerçəkliyinə pozitiv və ya neqativ təsir göstərdiyi barədə mülahizə yürüdür və bunları sadalaya bilirsə (məs.: ərəblər və İspaniya, monqollar və Rusiya);

  • Fərdi və qrup halında iş zamanı başqa mədəniyyətin təsir göstərdiyi gürcü mədəniyyəti abidələrini (məs.: ədəbiyyat, təsviri incəsənət) sadalayırsa; öz seçimini əsaslandırırsa;

  • Gürcü dini və ya milli təyinatlı abidələri seçir və analoji təyinata malik başqa ölkələrin abidələrinin memarlığını aşkara çıxarırsa;

  • Müxtəlif dövrlərin urbanik mərkəzlərini bir-biri ilə müqayisə edirsə (məs.: Roma dövrünün şəhəri və orta əsrlərin şəhəri);

  • Orta əsrlər Gürcüstanının şəhərlərindən birini hər hansı bir Şərq və ya Avropa şəhəri ilə müqayisə edirsə və onun memarlığına və məişətinə müxtəlif mədəniyyətlərin təsiri barədə mülahizə yürüdürsə;

  • Sinif diskussiyası zamanı Avropa və Şərq mədəniyyətlərinin qarşılıqlı münasibətləri və hər birinin gürcü xalqının incəsənətinə, məişətinə təsiri barədə fikir söyləyə bilirsə.


Proqramın məzmunu

XI sinif üçün məcburi məzmun məsələlərinin siyahısı

(Aşağıda sadalanan məsələlər bu sinif üçün ayrılmış bütün məzmunun 80%-ni təşkil edir).



  1. Ən qədim insan:

  1. İnsanın yaranması barədə nəzəriyyələr (kreativ və təkamül)

  2. Ən qədim insan (inkişafın antropoloji pillələri, Dmanisi kəşfləri və onların əhəmiyyəti)



  1. İbtidai cəmiyyət:

  1. Sosial strukturlar: soyadı, icma (liderin rolu və funksiyası, iyerarxiya prinsipi, soyadlarında və icmalarda əmək funksiyaları); ibtidai din və incəsənət; “Sosial-iqtisadi” sistem

  2. Dünyada və Gürcüstanda ibtidai cəmiyyətin inkişafının mərhələləri;



  1. Dövlətin yaranması:

  1. Dövlətin yaranması barədə nəzəriyyələr

  2. Dövlətin əsas xüsusiyyətləri: yazı, idarəçilik sistemi və s.

  3. Sivilizasiya nə deməkdir? Qədim çay sivilizasiyası – Misir, Şumer, Babilistan

  4. Assuriyalılar, Hetlər, Urartu; qədim Şərq dövründə qədim gürcü dövlətçilik vahidləri



  1. Quru imperiyası – b.e.ə. VI-IV əsrlərdə Əhəmənilər İranı (işğallar, Kiçik Asiyalı Yunan şəhərləri və Yunanıstanla münasibətlər; Eqrisi ilə münasibətlər, Cənubi-Qərbi gürcü tayfaları İranın tərkibində, zərdüştlük).



  1. Dəniz – şəhər sivilizasiyaları:

  1. Finikiya şəhər-dövlətləri və müstəmləkəçilik

  2. Yunan polisləri, Dövlət idarəçiliyinin formaları

  3. Böyük Yunan müstəmləkəsi və onun Qara dəniz sahilindəki nəticələri, Yunan mədəniyyətinin yayılma arealı

  4. Yunan-İran müharibələri

  5. Afina İttifaqı – birinci dəniz “İmperiyasının” yaradılmasına cəhd

  6. Pelopones müharibələri

  7. Eqrisi və Antik Yunanıstan

  1. Makedoniyalı İsgəndər və Ellin dövrü:

  1. Makedoniyalı İsgəndərin imperiyası, Ellinləşdirmə və Ellin dövlətlər

  2. Gürcü dövlətləri və Ellin aləmi



  1. Roma:

  1. Romanın yaranması: Roma cəmiyyəti, dövlət quruluşu-çarlıq/respublika

  2. Romalıların işğalları (Pun müharibələri, Selekvilərlə müharibə, Mitridatvari müharibələr və Gürcüstan); Respublikanın süqutu


1   ...   8   9   10   11   12   13   14   15   16


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə