Xxxv fəsil İctimai elmlərdə fənn proqramları Ümumi hissə a Giriş



Yüklə 1,14 Mb.
səhifə15/16
tarix02.12.2016
ölçüsü1,14 Mb.
#681
1   ...   8   9   10   11   12   13   14   15   16

Roma imperiya dövründə:

  1. Prensipat və dominat - Romanın iqtisadiyyatı, mədəniyyəti, ictimai münasibətləri; Karakala edikti

  2. Roma imperiyası və Gürcüstan, Romanın Parfiya və Sasanilər İranı ilə əlaqələri



  1. Xalqların böyük köçü:

  1. Roma və “Vəhşi aləm”, IV-VI əsrlərdə Avropada və Yaxın Şərqdə dəyişikliklər (Alman tipli birləşmələr, Hunlar; Romanın süqutu, Avropanın siyasi xəritəsi)

  2. Şərqi Roma imperiyası – Bizans



  1. Xristianlıq – dünya dini: Katakomba kilsəsindən Milan Elikdinə qədər, Roma imperiyasında və ondan kənarda missionerliyin nəticələri, xristianlaşma zamanı “Möcüzə” fenomeni (franklar, Kartli, Ermənistan və s.); Netar Avqustine və Kapadokiyalı rahiblər; gürcü kilsəsi, dünya xristian kilsə yığıncaqları və Gürcüstan



  1. Köhnə rəqiblər yeni reallıqda – V-VI əsrlərdə xristian Bizansı və Məzdəkilər İranı:

  1. V əsrdə Yaxın Şərqdə və Cənubi Qafqazda İran ilə Bizans arasında mübarizə

  2. I Yustinian (Qərbsə Romanın bərpasına göstərilən cəhdlər və Şərqdə qədim imperiya iddiaları (Xosrov ilə, yəni Şirvanla münasibətlər, Eqrisidə böyük müharibə)

  3. Yustinianın hüququ (əhəmiyyəti və miqyasları), mədəniyyəti və quruculuğu

  1. Orta əsrlərin Avropa sivilizasiyasının formalaşması (siyasi tarix kontekstində);

  1. Papalıq

  2. Avropa feodalizmi, Orta əsrlərdə şəhərlər; Avropada kommuna

  3. Gürcüstanda feodalizm

  1. Orta əsrlərdə xristian aləmində təsir uğrunda mübarizə:

  1. Herakl Qeysər və onun dövrü, onun Şərqə və Gürcüstana yürüşləri, Cənubi Qafqaz ölkələrində xarici siyasət istiqaməti məsələləri

  2. İkonaçılıq və onun Qərbə və Şərqdə siyasi-dini nəticələri

  3. Vahid Qərbi Avropa Böyük Karlın imperiya çələngi altında, Roma Papası ilə Konstantinopol patriarxı arasında qarşıdurma; Makedoniya sülaləsi və Gürcüstan, kilsə ixtilafları və Gürcüstan, gürcü çarlarının xarici siyasət nailiyyətləri

  1. Ərəblər – islamın meydana gəlməsi, şiələr və sünnilər, əməvilər və abbasilər, ərəblər Avropada, Gürcüstanda ərəbçilik, ərəb mədəniyyəti

  2. Türk-səlcuqlar – Səlcuq dövlətinin yaradılması, işğallar, Malazgird döyüşü, türk-səlcuqlar və Gürcüstan

  3. Səlib dövrü – səlib yürüşlərinin məqsədləri, hadisələrin xronikası, cəngavərlik ordenləri, nəticələr, səlibçilər və Gürcüstan

  4. Monqolların işğalları və bunun nəticələri, monqollar Gürcüstanda

  5. Orta əsrlərdə yeni reallıq:

  1. Avropada və Şərqdə (o cümlədən Gürcüstanda) “Universitetlər dövrü” , Avropa və Şərq fəlsəfi fikri, elm, yazıçılıq; gürcü mədəniyyətinin “Qızıl dövrü”

  2. Rütbə, nümayəndəli orqanlar: böyük azadlıqlar xartiyasından parlamentədək (baş ştatlar, korteslər, Landstaqlar və s., Gürcüstanda rütbə-nümayəndəli orqanın yaradılmasına cəhd)

  1. İntibah dövrü –Bizans dekadensi və İtaliyada intibahın başlanğıcı, intibahın və humanizmin xüsusiyyətləri, intibahın Avropa mərkəzləri

  2. Konstantinopolun süqutu:

  1. Osmanlı dövlətinin yaranması və ilk işğallar

  2. Katolik Avropa və Bizans: Bizansın süqutunun Avropa və Gürcüstan üçün əhəmiyyəti (mədəni, iqtisadi və siyasi aspektləri);anti-osmanlı koalisiyası və Gürcüstan

  1. Böyük coğrafi kəşflər:

  1. Yeni gediş-gəliş yollarının və qitələrin kəşf edilməsi

  2. Kolumba qədərki Amerika

  3. Müstəmləkəçilik dövrünün başlanğıcı

  4. Böyük coğrafi kəşflərin Gürcüstan üçün əhəmiyyəti

  1. Reformasiya və reformasiyaya qarşı:

  1. Reformasiyanın məqsədləri, Martin Lüter, vahid katolik aləmin parçalanması;

  2. V Karlın fəaliyyətinin iki istiqaməti

  3. İngiltərə kilsəsi, Lüteranizm, Kalvinizm, Avropada dini müharibələr; İezuitlər ordeni və katolikliyin renovasiyası, katolik missionerlər Gürcüstanda

  1. XVI-XVIII əsrlərdə Gürcüstan və onun qonşuları:

  1. Avropada islam ekspansiyasına qarşı mübarizə

  2. Dünya meydanında Rusiyanın peyda olması və Reç-Pospolita

  3. Zaqafqaziyada İranın və Türkiyənin maraqları və Gürcüstan məsələsi

  1. Hollandiya və İngiltərə inqilabları:

  1. Feodal münasibətlərinin pozulması, Hollandiya inqilabı və onun əhəmiyyəti

  2. XVI-XVII əsrlərdə İngiltərənin irəliləməsinin əsasları; İngiltərə inqilabının ilkin şərtləri, gedişi; Kromvel protektoratı

  1. Yeni qitədə yeni dövlət – ABŞ:

  1. Amerikanın müstəmləkələşməsi

  2. “Müstəqillik bəyannaməsi” – Tomas Ceferson

  3. ABŞ-ın yaranması

  1. Böyük Fransa inqilabınadək qitə Avropası:

  1. Absolutizm (mütləqiyyət): Rişelye, Mazarini, XIV Lui

  2. Absolutizm dövrünün iqtisadi ideyaları: merkantilistlər və fiziokratlar

  3. VI Vaxtanq və onun dövrünün mədəniyyəti

  4. Birinci Pyotrun islahatları

  5. Avropada yeddiillik müharibə

  6. Gürcüstanın xarici oriyentasiyası məsələsi, Georgiyevsk Traktatı

  1. Böyük Fransa inqilabı:

  1. Maarifçilik, maarifçilik dövrü ideyalarının Gürcüstana təsiri

  2. Fransa inqilabının ilkin şərtləri, gedişi

  3. 18 Brümer Çevrilişi

Zəruri əyani vasitələr: Tematik tarixi xəritələr

XI Sinif

Coğrafiya (Qlobal coğrafiya)

Standart

İstiqamətlərə əsasən ilin sonunda nail olunası nəticələr:

Zaman və məkan

Ətraf mühit və iqtisadiyyat


Ətraf mühit və sosial sistemlər

Coğ.XI.1. Şagird qloballaşdırma proseslərini məkan-zaman aspektlərini xarakterizə edə bilər.


Coğ.XI.2. Şagird sosial-iqtisadi xarakterli qlobal problemləri təhlil edə bilər.

Coğ.XI.3. Şagird təbii və antropogenik xarakterli qlobal məsələlər barəsində mülahizə yürüdə bilər.


Coğ.XI.4. Şagird siyasi xarakterli qlobal problemlər barədə mülahizə yürüdə bilər.

Coğ.XI.5. Şagird qloballaşma prosesinin sosial-mədəni aspektləri barədə mülahizə yürüdə bilər.

Coğ.XI.6. Şagird qlobal problemlərin həllində lokal, regional və beynəlxalq səviyyələrdə işlənib-hazırlanmış əlaqələndirilmiş siyasətin zəruriliyini dərk edə bilər.


İlin sonunda nail olunası nəticələr və onların indikatorları

İstiqamət: Zaman və məkan

Coğ.XI.1. Şagird qloballaşma proseslərinin məkan-zaman aspektlərini xarakterizə edə bilər.

Nəticə göz önündədir, əgər şagird:



  • “Qlobalizasiya” və “qloballaşma” terminlərini fərqləndirirsə;

  • Qlobalizasiya indeksinin ölçülməsi metodu (KOF indeksini, yaxud Kerney (AT Kearney) indikatorları) təhlil edirsə və hər bir meyarın (siyasi qloballaşma, iqtisadi qloballaşma, sosial qloballaşma, fərdi əlaqələr, informasiya əlaqələri, mədəni yeniliklər) məkan bölünməsi barədə mülahizə yürüdürsə;

  • Qloballaşma indekslərinin hesablanması metodlarının tamlığı və onlardan təcrübədə istifadə etmək imkanları barədə fikir yürüdə bilirsə;

  • Ölkələrin məkan-zaman yaxınlaşmasında nəqliyyatın və kommunikasiyanın inkişafının rolunu təhlil edirsə;

  • Onun üçün aktual olan problemlərin məkan-zaman xüsusiyyətlərini tərtib edirsə; “qlobal” anlayışını müəyyənləşdirir və bu problemə statusun verilməsi üçün meyarları işləyib-hazırlayırsa;

  • Qlobal problemlər arasında səbəb-nəticə əlaqələri barədə ehtimal yürüdürsə və müvafiq sxem tərtib edirsə;

  • Qlobal problemlərin siyahısını işləyib-hazırlayırsa və mövcud olanla müqayisə edirsə; problemlərin yaranması və transformasiyası (yaranma, kəskinləşmə, nizama salma, dəyişdirmə) səbəblərini təhlil edirsə;

  • Qlobal problemlər siyahısından Gürcüstan üçün ən aktual problemləri seçirsə; onların transformasiyası məkanını və zamanını müəyyənləşdirirsə; problemin gedişini əks etdirən sxem tərtib edirsə.

İstiqamət: ətraf mühit və iqtisadiyyat

Coğ.XI.2. Şagird sosial-iqtisadi xarakterli qlobal problemləri təhlil edə bilər.

Nəticə göz önündədir, əgər şagird:



  • Müasir dünyada maliyyə axınlarının miqyasları barədə mülahizə yürüdürsə; beynəlxalq maliyyə orqanlarının və transmilli korporasiyaların fəaliyyətinin miqyasları barədə mülahizə yürüdürsə;

  • Beynəlxalq donorlar və təşkilatlar tərəfindən ayrılmış yardımlar və borclar barədə fikir yürüdə bilirsə;

  • Silahlanmaya qənaətlənmiş xərclərin hansı sosial və iqtisadi səmərəni gətirə biləcəyi barədə mülahizə yürüdürsə;

  • Sosial-iqtisadi xarakterli qlobal problemlər arasında (məs. beynəlxalq əmək miqrasiyası və pul göndərişləri (remitansları)) və məntiqi əlaqə yaradırsa və onların miqyasları barədə mülahizə yürüdürsə;

  • Xəritələr və başqa mənbələr əsasında ölkələr arasında ərzaq və xammalın qeyri-bərabər bölünməsini təhlil edirsə; proqramın lokal, regional və qlobal səviyyələrdə həllinin mümkün yolları barədə ehtimallar söyləyirsə;

  • Minilliyin inkişaf məqsədləri ilə (MDG) tanış olursa, onlardan birini seçirsə və problemin aktuallığını xarakterizə edirsə; onların həllinə yönəldilmiş BMT proqramları ilə tanış olursa;

  • İnkişafın müxtəlif pilləsində durmuş ölkələri seçirsə; hər bir qlobal sosial-iqtisadi problemlərin nə dərəcədə kəskinliklə üzə çıxmasını və problemlərə münasibət bildirməyin yollarının nə dərəcədə fərqləndiyini müqayisə edirsə;

  • Geridə qalmanın parametrlərini aradan qaldırmağa yönəlmiş tədbirləri təhlil edir və dünya regionlarının proqnozlu (gələcək) “sosial-iqtisadi inkişaf” xəritəsini tərtib edirsə.

Coğ.XI.3. Şagird təbii və antropogen xarakterli qlobal məsələlər barəsində mülahizə yürüdə bilər.

Nəticə göz önündədir, əgər şagird:



  • İnsan fəaliyyəti nəticəsində yaranmış ətraf mühiti mühafizə xarakterli qlobal problemlərin tarixi keçmişdən bu günədək olan dövrünü təhlil edə bilirsə; onların mümkün birləşdirilməsi barədə ehtimal irəli sürürsə;

  • Müxtəlif coğrafi vasitələrdən istifadə etməklə atmosferin, hidrosferin, o cümlədən dünya okeanının, pedosferin və biosferin mənimsənilməsinin əsas istiqamətlərini təhlil edirsə;

  • Hər hansı bir komponentə yiyələnməklə əlaqədar qlobal problemi seçirsə, ona təhlükəsiz yiyələnmək barədə mülahizə yürüdürsə və nəticələri arzuolunan formada əks etdirirsə;

  • İllüstrasiyalardan və başqa mənbələrdən istifadə etməklə qlobal coğrafi problemləri və iqtisadiyyatın bu problemlərin şərtləndiriciləri olan sahələri arasında əlaqələr yaradırsa; tematik xəritələrdən istifadə edirsə və geoloji problemlərin aşkara çıxarılmasının mental xəritəsini tərtib edirsə;

  • “İstehsalın genişləndirilməsi və iqtisadi balansın qorunub-saxlanması” mövzusunda mükalimələrdə iştirak edirsə;

  • Qrup halında iş zamanı hər hansı bir qlobal geoekoloji problemi seçir, onun nizama salınmasının bir neçə əhəmiyyətli tədbirini ayırır və problemin inkişafı ssenarisini yaradırsa; nəticələri onun üçün arzuedilən formada (qrafika, diaqram və s.) əks etdirirsə;

  • İl boyu müxtəlif mənbələrdən (elmi ədəbiyyat, dövri nəşrlər, informasiya vasitələri) təbii və texniki fəlkətlər barədə informasiya toplayırsa²³; onları xəritədə yerləşdirirsə və zaman xronoloji xəttində qeyd edirsə; nəticələri təhlil edir və sinif yoldaşları qarşısında təqdim edirsə.

___________________

²³ Müəllim ilin əvvəlində qeyd edilən məsələ ilə əlaqədar tapşırıqlar verir və il boyu monitorinq həyata keçirir.



İstiqamət: ətraf mühit və sosial sistemlər

Coğ.XI.4. Şagird siyasi xarakterli qlobal problemlər barədə mülahizə yürüdə bilər.

Nəticə göz önündədir, əgər şagird:



  • Siyasi xarakterli qlobal problemlərin meydana gəlməsi, inkişafı və məkan xüsusiyyətlərini təhlil edirsə, qeyd olunan məsələyə öz münasibətini əks etdirirsə;

  • Əldə olunmuş informasiya əsasında (statistik göstəricilər, KİV) dünya ölkələrinin hərbi-siyasi potensialını təhlil edirsə və hər bir vətəndaşın və ölkənin dünyada sülh və inkişaf işinə hansı hədiyyəni daxil edə biləcəyi barədə fikir yürüdə bilirsə;

  • Ölkələrdən biri tərəfindən tərksilah və sülhün qorunub-saxlanması işində atdığı konkret addımları seçir və tanış olursa (informasiya vasitələrindən) və hadisələrin inkişafının mümkün proqnozlarını işləyib-hazırlayırsa (sxem, ssenari);

  • Müharibələrin, etnik münaqişələrin və terrorizmin meydana gəlməsinin səbəb-nəticə əlaqələrini müəyyən edirsə, aşkara çıxmasının formalarını və məkanlarının özünəməxsusluqları arasında fərqlərini müqayisə edirsə;

  • İnformasiya toplayır və informasiya əsasında dünya əhəmiyyətli terrorçu təşkilatlarla və onların fəaliyyət arealları ilə tanış olursa;

  • Toplanmış informasiyanın əsasında dünyada və Gürcüstanda mövcud olan etnik münaqişələrin və geniş əks-səda doğurmuş terrorçuluq aktları barədə mülahizə yürüdürsə; “Qaynar nöqt ələr” xəritəsini tərtib edə bilirsə.

Coğ.XI.5. Şagird qloballaşma prosesinin sosial-mədəni aspektləri barədə mülahizə yürüdə bilər.

Nəticə göz önündədir, əgər şagird:



  • Dünyada mədəni diffuziyanın müxtəlif təzahürləri ilə tanış olur və “qlobal mədəniyyət” xüsusiyyətləri barədə mülahizə yürüdürsə: musiqi, televiziya, idman, turizm;

  • Müasir dünyada urbanik landşaftların homogenləşməsi barədə mülahizə edirsə;

  • Mədəniyyətin qlobal diffuziyasının aspektləri – dil, turizm, mətbəx, media, qlobal brendlər (məs.: Makdonald, Koka-Kola) barədə mülahizə yürüdür və yerli mədəniyyətin rolunun azalması ilə əlaqələndirirsə;

  • Antiqloballaşma ideyaları ilə tanış olur və “Qloballaşma millətçiliyə qarşı” mövzusunda mülahizə yürüdə bilirsə;

  • Qloballaşmanın müsbət və mənfi amilləri barədə fikir yürüdə bilirsə.

Coğ.XI.6. Şagird qlobal problemlərin həllində lokal, regional və beynəlxalq səviyyələrdə işlənib-hazırlanmış əlaqələndirilmiş siyasətin zəruriliyini dərk edə bilər.

Nəticə göz önündədir, əgər şagird:



  • Əhalinin (ailə, icma, ölkə, region və dünya) yaşayış qaydası, ətraf mühitin mühafizəsinin anlayırsa, təhsilin və yerli qanunvericiliyin səbəb-nəticə əlaqələri barədə fikir yürüdə bilirsə; onların sabit inkişafı üçün əhəmiyyəti barədə öz münasibətini əks etdirə bilirsə;

  • Qlobal problemlərə münasibətdə beynəlxalq təşkilatların təyinatı məsələsi barədə informasiya toplayır və təhlil edirsə, onlar tərəfindən qlobal problemlərə münasibət və nizama salınması ilə əlaqədar nəticələr çıxarırsa;

  • Qlobal problemlərlə əlaqədar Gürcüstan tərəfindən imzalanmış konvensiyalarla və öhdəliklərlə tanış olursa; sorğu tərtib edir və sosial sorğunun qeyd edilən prosesdə cəmiyyətin və fərdlərin məlumatlandırılması və bu prosesə qoşulmanın öyrənilməsi məqsədlərini müqayisə edirsə;

  • Gürcüstanda və ya hər hansı bir başqa ölkədə qlobal problemlərlə əlaqədar həyata keçirilmiş və ya keçirilməmiş konvensiyaların və ya öhdəliklərin barəsində informasiya toplayırsa;

  • Beynəlxalq ekoloji tarixlərlə tanış olursa və siniflə birlikdə onlar üçün maraqlısını seçirsə və müvafiq tədbirlər hazırlayırlarsa (açıq dərs, sərgi, konfrans və s.);

  • Beynəlxalq güc tətbiq etmənin qlobal problemlərin nizama salınmasında nə kimi rol oynadığı barədə və bunun bəşəriyyətin sabit inkişafı perspektivləri üçün nə dərəcədə əhəmiyyətli olduğu barədə mülahizə yürüdürsə. Nəticələri arzuolunan formada təqdim edirsə.

Proqramın məzmunu

XI sinif üçün məcburi məzmun məsələlərinin siyahısı

(Aşağıda sadalanan məsələlər bu sinif üçün ayrılmış bütün məzmunun 60%-ni təşkil edir).



Giriş

  1. Qloballaşma

  2. Qloballaşma indeksi

  3. Qlobal problemlər və onların baş verməsi səbəbləri

  4. Qlobal problemlərin qarşılıqlı əlaqəsi

  5. Bəşəriyyət və sabit inkişaf perspektivi

  6. Gürcüstan və qlobal problemlərlə əlaqədar konvensiyalar²⁴

Siyasi xarakterli qlobal problemlər

  1. Yaranma səbəbləri

  2. Müharibələr

  3. Dünya əhəmiyyətli münaqişələr

  4. Terrorizm

  5. Terrorçuluq təşkilatları

  6. Siyasi xarakterli problemlərin həlli yolları (sülh üçün mübarizə və inkişaf)

Sosial-iqtisadi xarakterli problemlər və xüsusiyyətləri

  1. Qlobal problemlər və beynəlxalq təşkilatlar

  2. Qlobal sosial-iqtisadi problemlər

  3. Maliyyə axınları

  4. Qlobal-demoqrafik problemlər

  5. Əmək miqrasiyası və pul göndərişləri

  6. Ərzaq problemi. Təbii resursların qeyri -bərabər bölünməsi

  7. Yaşayış səviyyəsi və dərəcəsi

  8. Qlobal sosial və etnomədəni problemlər

  9. Mədəni imperializm və mədəni diffuziya

  10. Antiqloballaşma hərəkatı

  11. İnkişaf etmiş və inkişaf etməkdə olan ölkələrin qlobal sosial-iqtisadi problemləri

__________________

²⁴Kursivlə verilmiş məzmun məcburi deyildir



  1. Sosial-iqtisadi xarakterli problemlərin həlli yolları

  2. Beynəlxalq ekoloji tarixlər

  3. Minilliyin inkişaf məqsədləri (MDG)

Təbii və antropogen problemlər

  1. Təbii mühit və onunla bağlı problemlər

  2. Ətraf mühitə yiyələnmək problemləri: atmosfer, hidrosfer, pedosfer

  3. Dünya okeanı və onun problemləri

  4. Qlobal geoekoloji problemlər – kritik regionlar

  5. Texniki tərəqqi və qlobal problemlərin meydana gəlməsi

  6. Qlobal xarakterli təbii və antropogen problemlərin həlli yolları

  7. Dağlıq ərazilərlə əlaqədar problemlər

  8. Sahil zonasına yiyələnmək və onu mühafizə problemləri.


XII Sinif

Tarix

Standart

İstiqamətlərə əsasən ilin sonunda nail olunası nəticələr:

Ətraf mühit və iqtisadiyyat

Dövlət idarəçiliyi və siyasət

İnsan və cəmiyyət

Din və mədəniyyət

Tar.XII.1. Şagird XIX və XX əsrlərdə dünyada və Gürcüstanda baş verən əhəmiyyətli iqtisadi dəyişiklikləri təhlil edə bilər.

Tar.XII.2. Şagird iqtisadiyyatın inkişafı üçün resursların əhəmiyyətini təhlil edə bilər.


Tar.XI.3. Şagird XIX və XX əsrlərdə idarəçilik strukturlarında baş vermiş dəyişiklikləri təhlil edə bilər.

Tar.XII.4. Şagird siyasi tarixin məsələlərini müzakirə edə bilər. Dünya tarixi prosesində Gürcüstanın yerini müəyyənləşdirə bilər.


Tar.XII.5. Şagird XIX və XX əsrlərdə sosial strukturların qarşılıqlı münasibətlərini tədqiq edə bilər.

Tar.XII.6. Şagird cəmiyyətin həyatına yeni və ən yeni tarix dövründə formalaşmış sosial strukturların təsiri barədə mülahizə yürüdə bilər.


Tar.XII.7. Şagird dinin əhəmiyyəti barədə mülahizə yürüdə, XIX və XX əsrlərdə onun dünyaya və Gürcüstana təsirini qiymətləndirə bilər.

Tar.XII.8. Şagird müxtəlif mədəniyyətlərin əlaqələrini tədqiq edə bilər.


İlin sonunda nail olunası nəticələr və istiqamətlərə əsasən onların indikatorları

İstiqamət: ətraf mühit və iqtisadiyyat

Tar.XII.1. Şagird XIX və XX əsrlərdə dünyada və Gürcüstanda baş verən əhəmiyyətli iqtisadi dəyişiklikləri təhlil edə bilər.

Nəticə göz önündədir, əgər şagird:



  • İqtisadiyyatın inkişafı üçün texniki tərəqqinin əhəmiyyəti barədə mülahizə yürüdürsə;

  • Hər hansı bir münaqişənin (müharibənin) iqtisadi ilkin şərtləri və nəticələri barədə mülahizə yürüdülən mövzu yaza bilirsə;

  • Miqrasiya prosesinin səbəbləri və nəticələri;

  • Müxtəlif dövrdə baş vermiş iki miqrasiya prosesini seçir və onların səbəbləri və nəticələri barədə mülahizə yürüdürsə;

  • Bir ölkənin nümunəsində müxtəlif dövrdə ölkələrin iqtisadi münasibətlərinin inkişafında dövlətin rolunun necə dəyişdiyi barədə yazılı mülahizə yürüdə bilirsə;

  • Əsas iqtisadi nəzəriyyələri seçir və onların əhəmiyyəti barədə söhbət açırsa;

  • Müasir dünyada və Gürcüstanda şəhərin və kəndin payına düşən rol barədə mülahizə yürüdə bilirsə;

  • Öz ölkəsinin (rayonunun, şəhərinin, kəndinin) nümunəsində iqtisadi inkişafın və demoqrafik problemlərin qarşılıqlı əlaqəsi barədə mülahizə yürüdürsə; başqa ölkələrlə paralellər aparırsa;

  • Gürcüstan iqtisadiyyatının regionun, imperiyanın və dünyanın iqtisadiyyatına inteqrasiyası barədə mülahizə yürüdə bilirsə (məs.: Gürcüstan və Qafqaz, Gürcüstan və Sovet İttifaqı, Gürcüstan və dünya).

Tar.XII.2. Şagird iqtisadiyyatın inkişafı üçün resursların əhəmiyyətini təhlil edə bilər.

Nəticə göz önündədir, əgər şagird:



  • Bir ölkəni (regionu) seçir və təbii və antropogen dəyişikliklərin onun iqtisadi inkişafına hansı təsiri göstərdiyi barədə mülahizə yürüdürsə, tarixi misallardan istifadə edirsə, təsirin miqyaslarını ötən dövrün misalları ilə müqayisə edirsə;

  • Texnoloji dəyişikliklərin və iqtisadi inkişafın qarşılıqlı təsiri barədə mülahizə yürüdürsə;

  • Əhalinin sayının və sıxlığının ölkənin iqtisadi inkişafına hansı təsiri göstərdiyi barədə fikir yürüdürsə;

  • Hər hansı bir ölkəni seçir və onun ərazisində tapılan xammalın bu ölkənin iqtisadi prioritetlərinə necə təsir göstərəcəyi (göstərdiyi) barədə mülahizə yürüdə bilirsə.

İstiqamət: dövlət idarəçiliyi və siyasət

Tar.XI.3. Şagird XIX və XX əsrlərdə idarəçilik strukturlarında baş vermiş dəyişiklikləri təhlil edə bilər.

Nəticə göz önündədir, əgər şagird:



  • Dövlətin idarəçilik strukturlarında dəyişikliklərin zəruriliyinin mümkün səbəbləri barədə mülahizə yürüdürsə;

  • Ölkələrdən birini seçir və qrup halında diskussiya zamanı tarixən onun idarəçilik strukturlarında baş vermiş dəyişikliklər barədə mülahizə yürüdürsə;

  • Müxtəlif ölkələrdə mərkəz ilə regionların qarşılıqlı istiqamətlərini müqayisə edirsə;

  • Qrup halında iş zamanı dövlət idarəçiliyinin müxtəlif modellərini müqayisə edirsə (monarxiyalı, konstitusiyalı– monarxiyalı, parlament, prezident, avtoritar respublika); onların hər birinin neqativ və pozitiv cəhətləri barədə öz qiymətini verirsə;

  • İki relyefi seçir və onların arasında başvermə səbəblərini, davam etmə prosesini və nəticələrini müqayisə edirsə;

  • Qrup halında iş zamanı dövlət quruluşunun fərqli sistemlərini müqayisə edirsə (unitar, federal, konfederasiyalı), onların hər birinin mənfi və müsbət cəhətləri barədə öz qiymətini verirsə; müasir Gürcüstan üçün hansı sistemin yaxşı olacağı barədə mülahizə yürüdürsə.

Yüklə 1,14 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin