Tar.XII.4. Şagird siyasi tarixin məsələlərini müzakirə edə bilər. Dünya tarixi prosesində Gürcüstanın yerini müəyyənləşdirə bilər.
Nəticə göz önündədir, əgər şagird:
-
Dövlətlərdən birini seçir və hər hansı bir dövrdə onun birləşməsi və parçalanmasını şərtləndirən xarici və daxili amilləri təhlil edirsə (Almaniya, İtaliya);
-
Dünyada inkişaf etmiş əhəmiyyətli tarixi hadisələrdən birini seçir və onun Gürcüstana hansı təsiri göstərdiyi barədə mövzu yazırsa;
-
Sinif yoldaşlarından ibarət qrupla birlikdə siyasi xadimi seçir və onun tərəfindən seçilmiş xarici və ya daxili siyasi xəttin nəticələri barədə mülahizə yürüdürsə(məs.: Uinston Çörçil, Otto-Fon Bismark);
-
Müxtəlif ölkənin (regionun) iki xadiminin siyasi ideyalarını seçir, onları müqayisə edir və onlardan hər birinin dünyanın və ya regionun siyasi inkişafına hansı təsiri göstərdiyi barədə öz mülahizəsini ifadə edə bilirsə;
-
Qondarma oyun zamanı qloballaşdırmanın tərəfdaşları və antiqlobalistlərin Gürcüstanın siyasi gücləndirilməsi ilə əlaqədar mövqelərini nümayiş etdirirsə;
-
Qrup halında diskussiya zamanı Gürcüstanda və dünyada separatizm barədə mülahizə yürüdürsə və sinif yoldaşları ilə birlikdə bu problemin həllinin şəxsi modelini yaradırsa.
İstiqamət: İnsan və cəmiyyət
Tar.XII.5. Şagird XIX və XX əsrlərdə sosial strukturların qarşılıqlı münasibətlərini tədqiq edə bilər.
Nəticə göz önündədir, əgər şagird:
-
Şəxsiyyətin əmlak və sosial vəziyyəti arasında qarşılıqlı münasibətləri haqqında öz mülahizəsini söyləyə bilirsə;
-
İki və ya üç ölkənin sosial strukturlarını müqayisə edir və onların fərqlərini və oxşarlıqlarını göstərirsə;
-
Müxtəlif ölkənin fərqli sosial təbəqələrinin nümayəndələrini qruplaşdırır və onların sosial strukturu barədə fikir yürüdürsə;
-
Gürcüstanın nümunəsində siyasi partiyalar ilə müxtəlif sosial təbəqələr arasında münasibətləri təhlil edirsə; Avropa ölkələri ilə paralellər aparırsa;
-
İnqilablardan birini seçir və idarəçilik və sosial strukturlarda onun sayəsində baş vermiş dəyişikliklər barədə mövzu yazırsa;
-
Gürcüstanın və ya hər hansı bir başqa ölkənin nümunəsində ölkənin mədəni həyatına dövlətin qarışması problemlərini tədqiq edirsə.
Tar.XII.6. Şagird cəmiyyətin həyatına yeni və ən yeni tarix dövründə formalaşmış sosial strukturların təsiri barədə mülahizə yürüdə bilər.
Nəticə göz önündədir, əgər şagird:
-
Yeni və ən yeni tarixi dövrdə formalaşmış sosial strukturları sadalayırsa. Onlar arasında mövcud olan oxşarlıqlar və fərqlər barədə mülahizə yürüdürsə;
-
Siyasi partiya anlayışını izah edirsə və cəmiyyətin inkişafında onun əhəmiyyəti barədə mülahizə yürüdürsə;
-
Hər hansı bir aktual problemi seçirsə (məs.: savad almaq, məşğuliyyət, insan hüquqlarının pozulması, mülkü mübahisələr, vergi münaqişəsi, sosial təhlükəsizlik, sağlamlığı və ətraf mühiti mühafizə, siyasi və dini ayrı-seçkilik və s.); tərəflərin hüquqlarının müdafiəsi və qanuni hərəkətlərin nəzərə alınması ilə əlaqədar informasiya toplayır, təhlili əsasında konkret problemin həlli planını (mümkün bir neçə variantı) yazırsa; problemin nizama salınmasına öz rolunu müəyyənləşdirirsə, həmfikirlər toplayır və plana uyğun olaraq hərəkət edirsə; öz iştirakının səmərəliyini qiymətləndirirsə və nəticələri sinif yoldaşları ilə bölüşürsə;
-
Vətəndaşların həyatından hər hansı bir konkret münaqişəli situasiyanı seçirsə (sosial, iqtisadi və ya siyasi); yaranmış vəziyyəti, tərəflərin maraqlarını öyrənirsə; sinif yoldaşları ilə birlikdə qeyd edilən situasiyanı oynayırsa və onun həllinin alternativ variantlarını tapırsa; bu yolların xeyir-ziyanı barədə mülahizə yürüdürsə və dostları ilə birlikdə münaqişənin ədalətli həlli planını əks etdirə bilirsə.
İstiqamət: din və mədəniyyət
Tar.XII.7. Şagird dinin əhəmiyyəti barədə mülahizə yürüdə, XIX və XX əsrlərdə onun dünyaya və Gürcüstana təsirini qiymətləndirə bilər.
Nəticə göz önündədir, əgər şagird:
-
Milli və ruhani hakimiyyətləri arasında müxtəlif dövrlərdə və ya ölkələrdə münasibətlərin necə dəyişdiyi və bu dəyişikliklərin ölkənin mədəni inkişafına necə təsir göstərdiyi barədə mülahizə yürüdürsə;
-
Dinin müasir dünyada identliyin vasitələrindən biri kimi əhəmiyyəti barədə mülahizə yürüdürsə.
Tar.XII.8. Şagird müxtəlif mədəniyyətlərin əlaqələrini tədqiq edə bilər.
Nəticə göz önündədir, əgər şagird:
-
XIX və XX əsrlərin dünya mədəniyyətlərinin əsas tendensiyaları barədə fikir yürüdürsə;
-
Qrup halında və ya fərdi iş zamanı XIX-XX əsrlərin dünya mədəniyyət abidələrini sadalayırsa (məs.ədəbiyyatda, təsviri incəsənətdə), onları cərəyanlarına əsasən qruplaşdırırsa;
-
Sənət adamlarından birini seçir (məs.: Mixail Cavaxişvili, Çarli Çaplin) və onun tərcümeyi-halına və yaradıcılığına əsaslanmaqla sinifdə sənətkar ilə dövlət arasında mövcud olan qarşılıqlı münasibətlər barədə fikir yürüdürsə;
-
Sinifdə diskussiya zamanı Avropa və Şərq mədəniyyətlərinin qarşılıqlı münasibətləri və hər birinin XIX-XX əsrlərin gürcü mədəniyyətinə təsiri barədə mülahizə yürüdürsə;
-
İncəsənətin sahələrindən birini seçir (məs.: ədəbiyyat, rəssamlıq, kino və s.) və onun inkişaf tendensiyalarını Gürcüstanda və dünyanın hər hansı bir ölkəsində (və yaxud regionda) müqayisə edirsə.
Proqramın məzmunu
XII sinif üçün məcburi məzmun məsələlərinin siyahısı
(Aşağıda sadalanan məsələlər bu sinif üçün ayrılmış bütün məzmunun 80%-ni təşkil edir).
-
Napoleonun dövrü və Vyana konqresi
-
Avropada inqilablar dövrü
-
İmperializm və müstəmləkəçilik – Gürcüstan Rusiyanın tərkibində (Rusiya tərəfindən Kartli-Kaxetinin və İmeretinin işğal olunması, Gürcüstanda rus idarəçiliyinin yaranması, XIX əsrin birinci yarısında çarizmə qarşı üsyanlar, M.Vorontsovun islahatları)
-
XIX əsr dünyasında milli azadlıq hərəkatlarının xarakteri – Terqdaleulların çar Rusiyasına qarşı mübarizəsi
-
XIX əsrdə “Şərq məsələsi”: Rusiya-Türkiyə - Rusiya-İran müharibələri və Gürcüstan
-
ABŞ-da vətəndaş müharibəsi
-
Dünya XIX əsrin son rübündə:
-
Fransanın üçüncü Respublikası
-
Almaniyanın birləşdirilməsi
-
İtaliyanın birləşdirilməsi
-
Rusiya İmperiyasında İkinci Aleksandrın islahatları
-
Yeni siyasi ideyalar və Gürcüstan
-
Birinci dünya müharibəsinin başçıları
-
Birinci dünya müharibəsi dövründə (1914-1916 illər) hərbi əməliyyatlar
-
Rusiyada inqilablar və Brest sazişi (Gürcüstanla əlaqəli)
-
Gürcüstan Demokratik Respublikası (formalaşması, daxili siyasəti, beynəlxalq miqyasda tanınmaq uğrunda mübarizə; Rusiya ilə münasibətlər):
-
Qafqazda dünyanın böyük dövlətlərinin qarşıdurmaları
-
Brest sazişindən Moskva və Qars müqavilələrinədək
-
Bolşevik Rusiyası tərəfindən Gürcüstanın anneksiyası
-
Birinci dünya müharibəsinin başa çatması, Paris konfransı (Gürcüstan məsələsi), Birinci dünya müharibəsinin nəticələri, dünyanın yeni siyasi xəritəsi
-
Dünyada totalitarizm:
-
Stalin-Sovet İttifaqı (Gürcüstan Sovet İttifaqının tərkibində)
-
Hitler, Mussolini, Franko; dünya iqtisadi böhranı; Yaponiya İkinci dünya müharibəsinin ön mərhələsində
-
XX Əsrin birinci yarısında cəmiyyət və mədəniyyət XX əsrin birinci yarısında Gürcüstanda (cəmiyyət və mədəniyyət)
-
Birinci dünya müharibəsinin ön dövrü (Münhen barışığı, Molotov- Ribbentrop müqaviləsi, Almaniyanın Avropaya təcavüzü, İtaliya Həbəşistanda, Yaponiya Çində, SSRİ – Finlandiya müharibəsi)
-
İkinci dünya müharibəsinin başlanğıcı –Sovet İttifaqı İkinci dünya müharibəsində, gürcülər ikinci dünya müharibəsində (hər iki tərəfdə)
-
İkinci dünya müharibəsinin nəticələri, Nürnberq prosesi
-
Beynəlxalq humanist hüququn əsasları (silahlı münaqişələrin qurbanlarını müdafiə, müharibənin aparılması metodları və vasitələrinin məhdudlaşdırılması); onun formalaşdırılması və inkişaf etdirilməsi mərhələləri
-
Dünyanın iki düşərgəyə bölünməsi – soyuq müharibənin başlanğıcı (Fultonda Çörçilin nitqi, Marşal planı, Trümen Doktrinası)
-
NATO və Varşava müqaviləsi
-
Gürcüstan Sovet İttifaqının tərkibində - XX əsrin 20-ci və 70-ci illərində milli azadlıq hərəkatları
-
Dünya müstəmləkəçilik sisteminin parçalanması
-
Soyuq müharibə dövründə siyasi böhranlar
-
Yenidənqurma. Sovet İttifaqının və sosializm düşərgəsinin dağılması – Müstəqil Gürcüstan
-
Müasir dünyada cəmiyyət və mədəniyyət: post-sənaye cəmiyyətindən informasiyalı cəmiyyətədək
Zəruri əyani vasitələr: Tematik tarixi xəritələr
XII Sinif
Mülki müdafiə və təhlükəsizlik
Standart
İstiqamətlərə əsasən ilin sonunda nail olunası nəticələr:
Şəxsi təhlükəsizliyin təminatı
|
Fövqəladə şəraitlərdə təhlükəsiz davranışın əsasları
|
Həkiməqədərki təxirəsalınmaz yardım
|
Təh.XII.1. Şagird döyüş vasitələrinin səbəb olduğu təhlükələri xarakterizə edə bilər.
Təh.XII.2. Şagird döyüş vasitələrinin səbəb olduğu təhlükələr zamanı davranış qaydalarından istifadə edə bilər
|
Təh.XII.3. Şagird Gürcüstanın müdafiə və fövqəladə situasiyalarını idarəetmə sistemlərini xarakterizə edə bilər.
Təh.XII.4. Şagird fövqəladə hallarda hərəkət etmək qaydalarından və müdafiə vasitələrindən istifadə edə bilər.
|
Təh.XII.5. Şagird fövqəladə şəraitdə bədən xəsarətlərinə müvafiq olaraq həkiməqədərki təxirəsalınmaz yardım qaydalarından istifadə edə bilər.
|
İlin sonunda nail olunası nəticələr və onların indikatorları
İstiqamət: Şəxsi təhlükəsizliyin təminatı
Təh.XII.1. Şagird döyüş vasitələrinin səbəb olduğu təhlükələri xarakterizə edə bilər.
Nəticə göz önündədir, əgər şagird:
-
Gürcüstan Silahlı Qüvvələrinin silahlandırılmasının əsas sistemlərini təsvir edirsə;
-
Silahlanma sistemlərinə əsasən təhlükələri və mümkün ziyanları qruplaşdırırsa.
Təh.XII.2. Şagird döyüş vasitələrinin səbəb olduğu təhlükələr zamanı davranış qaydalarından istifadə edə bilər
Nəticə göz önündədir, əgər şagird:
-
Müasir döyüş vasitələrinin onlardan irəli gələn təhlükələrlə uyğunlaşdırırsa;
-
Konkret döyüş vasitələrinin əməliyyatları zamanı təhlükəsizliyə əməl etmək qaydalarını təsvir edirsə.
İstiqamət: Fövqəladə şəraitlərdə təhlükəsiz davranışın əsasları
Təh.XII.3. Şagird Gürcüstanın müdafiə və fövqəladə hallarını idarəetmə sistemlərini xarakterizə edə bilər.
Nəticə göz önündədir, əgər şagird:
-
Gürcüstanın müdafiə sistemlərini və onun fəaliyyətinin əsas prinsiplərini təsvir edirsə;
-
Gürcüstanda fövqəladə halların idarə olunması sistemini və onun işinin əsas prinsiplərini təsvir edirsə;
-
Fövqəladə halların idarə olunması prosesində hərbi-mülki əməkdaşlığın əsas elementlərini xarakterizə edirsə;
-
Fövqəladə hallar zamanı əhalinin məlumatlandırılması, evakuasiyası və əhalinin müdafiəsinin əsas prinsiplərini təsvir edirsə.
Təh.XII.4. Şagird fövqəladə hallarda hərəkət etmək qaydalarından və müdafiə vasitələrindən istifadə edə bilər.
Nəticə göz önündədir, əgər şagird:
-
Fövqəladə hallar zamanı məktəbin hərəkət planının prinsiplərini xarakterizə edirsə;
-
Konkret fövqəladə hala müvafiq olaraq məktəb planına müvafiq şəkildə öz hərəkətlərini sadalayırsa;
-
Konkret hala müvafiq olaraq kollektiv və fərdi müdafiə vasitələrindən istifadə olunmasını təsvir edirsə.
İstiqamət: Həkiməqədərki ilk yardım
Təh.XII.5. Şagird fövqəladə şəraitdə bədən xəsarətlərinə müvafiq olaraq həkiməqədərki ilk yardım qaydalarından istifadə edə bilər.
Nəticə göz önündədir, əgər şagird:
-
Konkret fövqəladə hala müvafiq olaraq insan xəsarətlərinin əsas növlərini təsvir edirsə;
-
İnsanın aldığı xəsarət növlərinin tanınan nümunələrini təsvir edir və müvafiq təxirəsalınmaz yardım hərəkətlərini təsvir edirsə;
-
Konkret xəsarətalma halında aşkara çıxarılası təxirəsalınmaz həkiməqədərki yardım hərəkətlərinin ardıcıllığına və şərtlərinə əməl edirsə.
Proqramın məzmunu
XII sinif üçün məcburi məzmun məsələlərinin siyahısı
(Aşağıda sadalanan məsələlər bu sinif üçün ayrılmış bütün məzmunun 60%-ni təşkil edir).
Adi və ümumi xəsarətlərin döyüş vasitələri
-
Gürcüstan Silahlı Qüvvələrinin silahlanma sistemləri: odlu silah, partlayıcı material, döyüş maşınları və müşahidə sistemlərinin növləri, onların əsas parametrləri, döyüş xüsusiyyətləri və xəsarətalma imkanları
-
Silahla işğalın təhlükəsizliyi qaydalarını öyrənmək
-
Müasir döyüş vasitələri və onlardan irəli gələn təhlükələr;
-
Təhlükəsizlik qaydaları, döyüş vasitələrinin nəzarətsiz işə salınması zamanı davranış qaydaları.
Gürcüstan müdafiə sistemlərinin şərhi.
-
Gürcüstanın müdafiə sistemləri və silahlı qüvvələrinin əsas vəzifələri: strukturla və iş prinsipləri ilə tanışlıq; NATO təşkilatı, vəzifələri, strukturu və müttəfiq ölkələrlə əməkdaşlığı
-
Əhalinin və ərazinin müdafiəsinin əsas prinsipləri və metodları; fövqəladə situasiyaların idarəolunması prosesində hərbi-mülki əməkdaşlıq
-
Əhalinin məlumatlandırılması sistemi; evakuasiya, sığınacaq, fərdi müdafiə vasitələri
-
Fövqəladə hallar zamanı təhsil müəssisələrinin fəaliyyət planı
İlkin yardım.
-
Qanaxma zamanı ilkin yardım
-
Sınıq zamanı əl-ayağın funksiyası, təhlükəsiz mövqe, onurğa sütununun zədələnməsi, yarımzədələnmə, sarğı texnikası
-
Yarada yad cisim, qarın və döş-qəfəsinin zədələnmələri
-
Zərərçəkənin xərəklə və xərəksiz köçürülməsi, boyunun funksiyası.
Dostları ilə paylaş: |