Xxxv fəsil İctimai elmlərdə fənn proqramları Ümumi hissə a Giriş



Yüklə 1,14 Mb.
səhifə13/16
tarix02.12.2016
ölçüsü1,14 Mb.
#681
1   ...   8   9   10   11   12   13   14   15   16

Proqramın məzmunu

X sinif üçün məcburi məzmun məsələlərinin siyahısı

(Aşağıda sadalanan məsələlər bu sinif üçün ayrılmış bütün məzmunun 80%-ni təşkil edir).



  1. Biz və tarix:

Tarix fənni (tarix nəyi öyrədir?); peşə - tarixçi

  1. Tarixin xronologiyası

  1. Təqvim (Qərb və Şərq təqvimləri – Yuli, Qriqoriyan, müsəlman, Ömər Xəyyam)

  2. İllərin hesablanması sistemləri (era, koronikon, hicri)



  1. Tarixin mərhələləşdirilməsi:

  1. Tarixin başlıqlarla mərhələləşdirilməsi

  2. Mərhələləşdirilmənin Ptolemey sistemi

  3. Dünya tarixinin üç üzvlü bölünməsi

  4. Marksizm və tarixin mərhələləşdirilməsi

  5. Tarixin sivilizasiyalara əsasən mərhələləşdirilməsi

  6. Gürcüstan tarixinin mərhələləşdirilməsi



  1. Tarix və tarixin sahələri (gürcü və xarici materialların əsasında):

  1. Mənbəşünaslıq (tarixi mənbə nə deməkdir? Tarixə qədər ki, mənbələrin təsnifatı; tədqiqatın metodologiyası (keçmişin tarixi mənbələr vasitəsi ilə rekonstruksiyası ); Mənbələr: sənədli və ya nəqli;

  2. Arxeologiya

  3. Etnologiya/etnoqrafiya

  4. Tarixi coğrafiya/tarixi kartoqrafiya

  5. Numizmatika və bonistika

  6. Heraldika və genealogiya

  7. Tarix və informatika



  1. Tarix elmlərinin tarixi (tarixşünaslıq):

  1. Qədim yunan tarixşünaslığı: Herodot, Tukidide, Ksenofont; Pollibiy – birinci dünya tarixinin yaradılmasına cəhd; Strabon-tarix ilə coğrafiyanın sintezi

  2. Roma tarixşünaslığı: Yuli Qeysər, Titus Livius, KorneliusTatsitus; Plutarx və Svetonius – bioqrafik əsərlər; Amiane Martseline

  3. Bizans tarixşünaslığı: Evsebi Kesarielli – “Kilsə tarixi” və Qelas Kesarielli; Prokofi Kesarielli və Aqatiya Skolastikos; Konstantine Profirogent – çələngli tarixçi, Anna Kumnina, Mikael Panaretos;

  4. Erməni tarixşünaslığı: orta əsrlərin erməni tarixşünaslığı

  5. Gürcü tarixşünaslığı: “Kartlinin həyatı” nədir, qədim və yeni sikl: “Kartlinin həyatı”; Vaxuşti Baqrationi; gec orta əsrlərin gürcü tarixçiləri (Parsadan Qorgicanidze, Papuna Orbeliani, Oman Xerxeulidze); gürcü tarixşünaslığı XIX-XX əsrlərdə

  6. Orta əsrlərin və dirçəliş dövrünün tarixi düşüncəsi: orta əsrlərin Qərbi Avropa tarixşünaslığı (Qriqol Turelli, Beda Badivdebulli, Aynhard...); Ərəb və İran tarixçiləri (İbn-Baldun, Təbari, Əl-Fərik); Lorenso Vala, Makiavelli; Frensis Bekon, Jan Boden

  7. Qədim səyahətçilərin qeydləri: gürcü səyahətçiləri (Çaxruxadze, Rafiel Danibeqaşvili); Plano Karpini, Marko Polo; İbn-Bətutə; Kastel, Şarden, Quldenştendt

  8. Maarifçilik dövrünün tarixi düşüncəsi: Cambattist VikoVolter, Monteskyö; Yum

  9. XIX əsrdə tarixi düşüncə: Teodor Momzen – Nobel mükafatlı tarixçi; Leopold Fon Ranke, İppoliten; pozitivistlər

  10. XX əsrdə tarixi düşüncə: Benedito Kroçe – Tarix nəzəriyyəçisi; Robin Kollinqvud – “Tarixi İdeya”; Anallar məktəbi



  1. Tarixi necə öyrənirik :

  1. İlkin və təkrar mənbələr

  2. Yazılı mənbələrin tənqidi/interpretasiyası



  1. Tarixi mövzu necə yazılır: Tədqiq olunası mövzunun seçilməsi və mövzu üzərində iş prosesi, tarixi inşanın strukturu, tarixi əsər necə yazılır (əsərin dili və tərtibatı, kitabxanadan istifadə və kitab üzərində işin planlaşdırılması).


X Sinif

Coğrafiya (dünya coğrafiyası)

Standart

İstiqamətlərə əsasən ilin sonunda nail olunası nəticələr:

Zaman və məkan

Ətraf mühit və iqtisadiyyat


Ətraf mühit və sosial sistemlər

Coğ.X.1. Şagird siyasi xəritənin formalaşdırılmasını dünyada baş verən əhəmiyyətli hadisələrlə əlaqələndirə bilər.


Coğ.X.2. Şagird bir sıra sosial və iqtisadi parametrlərə əsasən dünyada ölkənin yerini təhlil edə bilər.

Coğ.X.3. Şagird ölkələrin təsnifatı əsasında onların inkişaf perspektivlərini təhlil edə bilər.

Coğ.X.4. Şagird ölkələri müxtəlif xüsusiyyətlərinə görə müqayisə edə və oxşarlıq-fərqlərin səbəbləri üzrə mülahizə yürüdə bilər.


Coğ.X.5. Şagird əhalinin məskunlaşmasının xüsusiyyətlərini tədqiq edə və demoqrafik şəraiti təhlil edə bilər.

Coğ.X.6. Şagird ərazi və geosiyasi faktorların cəmiyyətin inkişafına təsirini təhlil edə bilər.


İlin sonunda nail olunası nəticələr və onların indikatorları

İstiqamət: Zaman və məkan

Coğ.X.1. Şagird siyasi xəritənin formalaşdırılmasını dünyada baş verən əhəmiyyətli hadisələrlə əlaqələndirə bilər.

Nəticə göz önündədir, əgər şagird:



  • Dünyanın siyasi xəritəsinin formalaşdırılmasının əsas mərhələlərini ayıra bilirsə, siyasi xəritədə əks olunmuş say və xüsusiyyət dəyişiklikləri barədə mülahizə yürüdə bilirsə; nəticələri onun üçün arzuolunan formada əks etdirirsə;

  • Qrup şəklində iş zamanı əldə edilmiş informasiyanı XX əsrin 90-cı illərində baş verən proseslər barədə informasiyaları sadalayırsa və onları müasir siyasi xəritənin formalaşdırılması ilə əlaqələndirirsə; səbəb-nəticə əlaqəsini arzu olunan formada əks etdirirsə;

  • Dövrə əsasən dünyanın siyasi xəritəsinin dəyişikliklərini konturlu xəritəyə köçürə bilirsə və tematik atlas yaradırsa.

İstiqamət: ətraf mühit və iqtisadiyyat

Coğ.X.2. Şagird bir sıra sosial və iqtisadi parametrlərə əsasən dünyada ölkənin yerini təhlil edə bilər.

Nəticə göz önündədir, əgər şagird:



  • Ölkələrin inkişafına kömək göstərən və mane olan (coğrafi yerləşmə, sosial, iqtisadi və siyasi) amilləri sadalayır və qruplaşdırırsa; qeyd edilən amillərin ölkələrin inkişafına təsirini təhlil edir və öz münasibətini əks etdirə bilirsə;

  • Ölkənin inkişaf səviyyəsinin göstəricisinin öz meyarlarını işləyib hazırlayırsa (iş yerləri, ticarət obyektləri, orta aylıq əməkhaqqı, nəqliyyat, yaşayış yeri) və öz mülahizələrini əsaslandırmağı bacarırsa;

  • Ölkənin Şimal-Cənuba bölünməsi (iqtisadi inkişaf səviyyəsinin göstəricisi) xəritəsinə diqqət yetirirsə və ölkələri qitələrin və inkişaf səviyyəsinə əsasən cədvəldə qruplaşmasını bacarırsa;

  • Elə resursların siyahısını tərtib edir və bir-biri ilə müqayisə edirsə, hansılar ki, zəngin və yoxsul ölkələrin təsərrüfatında istifadə olunur; resurslar ilə iqtisadi inkişaf səviyyəsi arasında mövcud olan əlaqələr barədə fikir yürüdə bilirsə;

  • Bütöv daxili məhsul və humanitar inkişaf indeksinə əsasən ölkələrin göstəricilərini müqayisə etməyi bacarırsa; onların hər biri barəsində dəqiq inkişaf ritmi və ya nöqsanlar üzrə öz fikirlərini deyə bilirsə.

Coğ.X.3. Şagird ölkələrin təsnifatı əsasında onların inkişaf perspektivlərini təhlil edə bilər.

Nəticə göz önündədir, əgər şagird:



  • Regional bölünmə prinsipini başa düşürsə; bir neçə fərqli regionun xəritəsi ilə tanış olur və onların ayrılması prinsiplərindən məqsədli istifadə etmək barədə fikir yürüdə bilirsə;

  • Hər bir qrupda birləşmiş ölkələri onlar üçün xarakterik olan təbii şəraitlərə (xarakterik landşaftlar: tropik meşələr, arid landşaftlar və s.) əsasən müqayisə edirsə; öz mülahizələrini müxtəlif formada təqdim etməyi bacarırsa;

  • Xəritədə və müxtəlif coğrafi vasitələrdə verilmiş informasiyanın əsasında BMT-nin təsnifatına əsasən hər bir qrupda birləşmiş ölkələrin təsərrüfatlarının qabaqcıl sahələrini xarakterizə edir və müqayisə edirsə; yaranmış problemlər və inkişaf perspektivləri barədə mülahizə yürüdə bilirsə;

  • Regionları təbii şəraitlərə, təbii resurslara, iqtisadiyyatın sahələrinə, əhali və inkişaf perspektivlərinə əsasən müqayisə edirsə; bu qruplar arasında mümkün əlaqələr barədə mülahizə yürüdə bilirsə;

  • Mülahizələr söyləyir və qrup halında iş zamanı müxtəlif ölkələrin sabit inkişafı üçün əhalidən, resurslardan və ənənələrdən səmərəli istifadə olunmasının əhəmiyyəti barədə müddəaları əsaslandırmağı bacarırsa.

Coğ.X.4. Şagird ölkələri müxtəlif xüsusiyyətlərinə görə müqayisə edə və oxşarlıq-fərqlərin səbəbləri üzrə mülahizə yürüdə bilər.

Nəticə göz önündədir, əgər şagird:



  • Xəritənin və başqa əyani vasitələrin köməyi ilə ölkələrin təbii resurslarını tədqiq edir, başqa ölkələrdən analoqlar gətirə bilirsə (məs.: tropik meşələr, düzənliklər, tayqa və s.);

  • Əhalinin statistik göstəricilərini (xəritələr, cədvəllər, qrafiklər, diaqramlar və s.) təhlil edirsə, əhalinin sıxlığı, məskunlaşmanın özünəməxsusluqları barədə mülahizə yürüdürsə; başqa ölkələrin analoji göstəricilərini müqayisə edir və nəticələri fərqli formatda əks etdirirsə;

  • Öyrəniləsi ölkənin ənənələrinin meydana gəlməsinin coğrafi və tarixi-mədəni özünəməxsusluqlarını tədqiq edirsə; başqa ölkələrlə müqayisə edir və ölkənin inkişafı üçün ənənələrin rəngarəngliyindən necə istifadə etmək ehtimallarını irəli sürə bilirsə;

  • Ölkələri iqtisadi fəaliyyətin sahə strukturu əsasında inkişafının mərhələlərinə əsasən (aqrar, sənaye, post sənaye) qruplaşdıra bilirsə;

  • İdxal-ixrac göstəricilərinə söykənərək ölkə resursları və təsərrüfatın ixtisaslaşdırılmasının sahələri barədə mülahizə yürüdürsə; ölkələri qeyd edilən göstəricilərə əsasən müqayisə edirsə;

  • Ölkədə mövcud olan problemləri (təbii resurslar və insan resursları, sosial-iqtisadi, siyasi və ekoloji) təhlil edirsə; mövcud olan problemlərin müvəffəqiyyətli həlli barədə ehtimal yürüdə bilirsə;

  • Mətni informasiyanı və müxtəlif tip coğrafi vasitələri təhlil edir və seçilmiş ölkənin dünya fonunda rolunun necə dəyişdiyini müəyyənləşdirə bilirsə; ölkənin gələcək perspektivləri barədə ehtimal bildirirsə (sosial-iqtisadi və hərbi-siyasi potensial).

İstiqamət: ətraf mühit və sosial sistemlər

Coğ.X.5. Şagird əhalinin məskunlaşmasının xüsusiyyətlərini tədqiq edə və demoqrafik şəraiti təhlil edə bilər.

Nəticə göz önündədir, əgər şagird:



  • Dünya əhalisinin irqi və etnik strukturunun coğrafi özünəməxsusluqları əsasında müvafiq xəritə yaradırsa;

  • Statistik informasiya əsasında əsas dinləri yaranma vaxtlarına, eyni dinə mənsub ölkələrin sayına və əhalinin sayına (xalqın rəngarəngliyi) əsasən qruplaşdırırsa; nəticələri arzuolunan formada əks etdirirsə (cədvəl, xəritə və s.);

  • Statistik informasiyanın təhlili əsasında ölkələri müxtəlif sosial-demoqrafik kateqoriyalarına (həyatın uzunömürlülüyü, doğum, səhiyyə və təhsilin səviyyəsi) əsasən qruplaşdırırsa; nəticələri onun üçün arzuedilən formada əks etdirirsə;

  • Statistik informasiyanın və müvafiq demoqrafik göstəricilərin təhlili əsasında demoqrafik keçid fazalarını müqayisə edirsə; müxtəlif fazalarda olan ölkələri cədvəldə qruplaşdırırsa;

  • Demoqrafik siyasətin əhəmiyyəti barədə mülahizə yürüdürsə, qrup halında iş zamanı demoqrafik siyasətin qiymətləndirilməsi kriterilərini işləyib-hazırlayırsa, müqayisə edir və müxtəlif ölkələrdə həyata keçirilmiş demoqrafik siyasətin nəticələrini (müvəffəqiyyətli və ya müvəffəqiyyətsiz) təhlil edirsə;

  • Dünya əhalisinin artım proqnozlarını təhlil edirsə və onun regional özünəməxsusluğu barədə fikir yürüdə bilirsə; dünya əhalisinin gələcək ssenarilərini müqayisə edirsə və nəticələri onun üçün arzuedilən formada əks etdirə bilirsə;

Coğ.X.6. Şagird ərazi və geosiyasi amillərin cəmiyyətin inkişafına təsirini təhlil edə bilər.

Nəticə göz önündədir, əgər şagird:



  • Coğrafi yerləşmənin səviyyələrini (regional, qitə, dəniz sahili, zonal, qonşuluq və inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrlə münasibətlər) xarakterizə edirsə; qeyd edilən göstəricilərə əsasən müxtəlif ölkələri cədvəldə qruplaşdırırsa;

  • Misallar gətirir və müxtəlif ölkələri idarəçilik formalarına və ərazi quruluşuna əsasən müqayisə edə bilirsə;

  • Dünyanın regional diferensiyası barədə mülahizə yürüdür və regionları tarixi-coğrafi və ekoloji əlamətlərinə görə müqayisə edirsə;

  • Qrup halında iş zamanı geo-siyasətin tərkib hissəsi olan əhəmiyyətli komponentləri (iqtisadi, demoqrafik, sosial və hərbi siyasət) qruplaşdırırsa və qeyd edilən meyarlara əsasən ölkələri geosiyasi xəttə əsasən qruplaşdırırsa;

  • Əhəmiyyətli beynəlxalq hərbi-siyasi, maliyyə və iqtisadi təşkilatların onlara üzv olmuş ölkələrin inkişafı üçün rolunu təhlil edirsə. Ölkələri əsas təşkilatlara aid edə bilirsə; onların genişləndirilməsi perspektivləri barədə mülahizə yürüdür və müvafiq xəritələr yarada bilirsə.

Proqramın məzmunu

X sinif üçün məcburi məzmun məsələlərinin siyahısı

(Aşağıda sadalanan məsələlər bu sinif üçün ayrılmış bütün məzmunun 60%-ni təşkil edir).



Dünyanın siyasi xəritəsi. Siyasi xəritənin formalaşdırılması mərhələləri:²¹

  1. 1-ci mərhələ - qədim dövr

  2. 2-ci mərhələ - orta əsrlər dövrü

  3. 3-cü mərhələ - yeni dövr

  4. 4-cü mərhələ - ən yeni dövr

  5. 5-ci mərhələ - müasir dövr

Ölkələrin tipologiyası:

  1. Ölkələr, ərazilərinin böyüklüyünə əsasən

  2. Ölkələr, əhalisinin sayına əsasən

  3. Ölkələr, coğrafi yerləşmələrinə əsasən

  4. Ölkələr, təbii resurslarına əsasən

Dünyanın demoqrafik vəziyyəti:

  1. İrqlər, etnik və dini struktur

  2. Demoqrafik keçid nəzəriyyəsi

  3. Demoqrafiya siyasəti

Siyasi coğrafiya və geosiyasət:

  1. Ölkələr, ərazi-inzibati quruluşa əsasən

  2. Ölkələr, idarəçilik formasına əsasən

  3. Ölkələr, xarici-siyasi xəttə əsasən (hərbi birləşmələr və bitərəf ölkələr)

  4. Əhəmiyyətli beynəlxalqa hərbi-siyasi, iqtisadi, maliyyə, humanitar və idman təşkilatları

_______________

²¹Kursivlə verilmiş məzmun məcburi deyildir



  1. BMT (UNİCEF, UNESCO)

  2. NATO

  3. Avropa İttifaqı, Avropa Şurası

  4. MDB

  5. Dünya Ticarət Təşkilatı

  6. OPEK

  7. Qırmızı xaç cəmiyyəti

  8. Olimpiya komitəsi

  9. Ölkələr sosial-iqtisadi inkişaf səviyyəsinə əsasən (Humanitar inkişaf indeksi)

  10. İnkişaf etmiş və inkişaf etməkdə olan ölkələr ( Şimala və Cənuba bölünmə)

Ölkələrin regional bölünməyə əsasən tipologiyası:²²

  1. Şimali Amerika (ABŞ);

  2. Cənubi Amerika (Braziliya, Çili)

  3. Avropa (Almaniya, Birləşmiş Krallıq)

  4. Asiya (Çin, Hindistan)

  5. Avstraliya və Okeaniya (Avstraliya)

  6. Afrika (Cənubi Afrika Respublikası)


_________________________

²² Hər bir qrupun ümumi xarakteristikası/ümumi şərhi və hər bir kateqoriyaya əsasən ən azı iki ölkəsinin xarakteristikası

X Sinif

Mülki təhsil

Standart

İstiqamətlərə əsasən ilin sonunda nail olunası nəticələr:

Şəxsi inkişaf

Sabit inkişaf


Özünüidarəetmə və idarətmə

Mül.X.1. Şagird cəmiyyətdə öz yerini müəyyənləşdirə bilər.

Mül.X.2. Şagird insan ləyaqətlərinin məğzini təhlil edə bilər

Mül.X.3. Şagird azad şəxsiyyət ilə fəal vətəndaşın xüsusiyyətlərini əlaqələndirə bilər.

Mül.X.4. Şagird özünün gələcək fəaliyyətinin planını tənqidi qiymətləndirə bilər.


Mül.X.5. Şagird sosial problemlərin həllində düşünülmüş iştirak və əməkdaşlıq edə bilər.

Mül.X.6. Şagird rəngarəng cəmiyyətdə ədalətli münasibətlərin təmin edilməsi imkanlarını təhlil edə bilər.

Mül.X.7. Şagird vətəndaş cəmiyyətinin mühüm əsaslarını tədqiq edə bilər.

Mül.X.8. Şagird Gürcüstanın sabit inkişaf imkanlarını tədqiq edə bilər.


Mül.X.9. Şagird Gürcüstanda özünüidarəetmənin və dövlət idarəçiliyi sisteminin inkişaf prosesini təhlil edə bilər.

Mül.X.10. Şagird Gürcüstan vətəndaşının ictimai-siyasi həyatda fəal iştirak etmək imkanlarını tədqiq edə və bunlardan istifadə edə bilər.

Mül.X.11. Şagird ölkənin demokratikləşdirilməsində vətəndaşların rolunu təhlil edə bilər.


İlin sonunda nail olunası nəticələr və onların indikatorları

İstiqamət: şəxsi inkişaf

Mül.X.1. Şagird cəmiyyətdə öz yerini müəyyənləşdirə bilər.

Nəticə göz önündədir, əgər şagird:



  • Özünü mənsub hesab etdiyi ictimai qrupu müəyyənləşdirirsə və onun nailiyyətləri və maraqları qrupun maraqları və nailiyyətləri ilə nə dərəcədə uyğun gəldiyini qiymətləndirə bilirsə;

  • Özünün şəxsi təcrübəsi əsasında keçmişdə baş vermiş və bugünkü həyatda baş verən əhəmiyyətli hadisələr barəsində mülahizə yürüdürsə, onları bir-biri ilə əlaqələndirirsə və keçmişdə əldə edilmiş nailiyyət və ya müvəffəqiyyətlərin indiki dövrdə nail olunmuş nəticələrə nə dərəcədə təsir göstərdiyini təhlil edirsə, bu hadisələrdə özünün şəxsi rolunu qiymətləndirməyi bacarırsa.

Mül.X.2. Şagird insan ləyaqətlərinin məğzini təhlil edə bilər.

Nəticə göz önündədir, əgər şagird:



  • İnsan ləyaqətlərinin məğzini izah edə bilirsə;

  • İnsan ləyaqətlərinin meyarlarını müxtəlif sosial-mədəni mühitdə müzakirə edir və universal uyğunluqları ayıra bilirsə;

  • Müxtəlif cəmiyyətdə insan ləyaqətlərinə hörmət amilləri barədə mülahizə yürüdürsə;

  • Silahlı münaqişələrin qurbanları olanların ləyaqətlərinə hörmət göstərmək imkanları barədə fikir yürüdə bilirsə.

Mül.X.3. Şagird azad şəxsiyyət ilə fəal vətəndaşın xüsusiyyətlərini əlaqələndirə bilər.

Nəticə göz önündədir, əgər şagird:



  • Şəxsiyyətin azadlığı və vətəndaşın fəallıq əlamətlərindən oxşarlıqları ayıra bilirsə;

  • İnsan hüquqları və azadlıqlarını Gürcüstan vətəndaşının vəzifələri ilə əlaqələndirə bilirsə;

  • Cəmiyyətdə azad şəxsiyyətin fəal vətəndaş üçün zəruri şərtləri barədə mülahizə yürüdə bilirsə.

Mül.X.4. Şagird özünün gələcək fəaliyyətinin planını tənqidi qiymətləndirə bilər.

Nəticə göz önündədir, əgər şagird:



  • Həyata keçirilməsini özü planlaşdırdığı ehtimal edilən hərəkətləri müəyyənləşdirirsə, onları əhəmiyyətinə əsasən dərəcələrə bölürsə;

  • Sinif yoldaşları ilə birlikdə ümumi gələcək məqsədləri qeydə alırsa, fərqli məqsədləri müddətlərinə əsasən cədvəl əsasında bir-birinə uyğunlaşdıra bilirsə, onların reallığı və nail olunma yolları barədə mülahizə yürüdürsə;

  • Özünün imkanlarının və məqsədlərinin təhlili əsasında fəaliyyətin ehtimala əsasən özünün gələcək fəaliyyəti ilə əlaqələndirəcəyi sahələri sadalayır;

  • Sinifdə öz həmfikirlərini aşkar edirsə, hansılarla ki, birlikdə bu sahə barədə informasiya topladığı və onu müzakirəsindən sonra özünün gələcək ehtimal olunan fəaliyyətini müəyyənləşdirirsə.

İstiqamət: sabit inkişaf

Mül.X.5. Şagird sosial problemlərin həllində düşünülmüş iştirak və əməkdaşlıq edə bilər.

Nəticə göz önündədir, əgər şagird:



  • Özünün yaşadığı yerdə müxtəlif sosial azlıqları ayıra bilər (məs.: tənha qocalar, əlillər, himayəsiz uşaqlar, immiqrantlar və s.); bu adamlara münasibətdə cəmiyyətin qarşılıqlı əlaqələrinin özünəməxsusluqları barədə mülahizə yürüdürsə;

  • Gürcüstanda, onun fikrincə, bütün mühafizə olunmayan sosial qrupları ayıra bilirsə və cəmiyyət tərəfindən onlara yardım göstərmək imkanları barədə mülahizə yürüdürsə; öz mülahizələrini əsaslandıra bilirsə;

  • Sinif yoldaşları ilə birlikdə öz yaşayış məntəqəsində onun günün sağlam rejimi ideyasının populyarlaşdırılmasına hansı xidmətləri göstərə biləcəyini müzakirə edirsə; plan tərtib edir və məktəbin özünüidarəetmə orqanları ilə razılıq əsasında, informasiya-maarifləndirmə kampaniyasını həyata keçirirsə;

  • Sinif yoldaşlarından ibarət qrupla birlikdə, onun fikrincə, cəmiyyətin kömək durması zəruri olan ictimai qrupu seçirsə; bu qrupun ümumi məqsədlərini və vəzifələrini aşkar edirsə; sinif yoldaşları ilə birlikdə bu ictimai qrupun (yaxud da konkret nümayəndənin) yardımedici tədbirlərini və məktəb özünüidarəetməsinin köməyi ilə planlaşdırırsa, seçilmiş qrupa kömək məqsədi ilə yerli hakimiyyətin nümayəndələri ilə əməkdaşlıq edirsə;

  • Məqsədi məktəbin zərurətlərinin və sinif yoldaşlarının müvafiq imkanlarının dəqiqləşdirilməsindən ibarət olan “Məktəbə nə əlavə edə bilərik” sinif diskussiyasında iştirak edirsə; əvvəlki ildə göstərilmiş analoji işin nəticələrini nəzərə alır və özünün sinif yoldaşları ilə razılaşdırdığı fəaliyyət planını işləyib hazırlayırsa; planlaşdırılmış fəallıqlarda (məs.: məktəb kitabxanasının və ya idman salonunun tamamlanması, aşağı sinif şagirdlərinin ekskursiyalarında şagirdlərə kömək göstərmək, məktəbin və ya onun ətrafının abadlaşdırılması və s.)onun üçün ayrılmış rolu icra edirsə.

Mül.X.6. Şagird rəngarəng cəmiyyətdə ədalətli münasibətlərin təmin edilməsi imkanlarını təhlil edə bilər.

Nəticə göz önündədir, əgər şagird:



  • Cəmiyyətdə ədalətli münasibətlərin şərtlərini xarakterizə edir və rəngarəngliyin əlamətləri ilə əlaqələndirməyi bacarırsa;

  • Bərabərlik prinsipini və münasibətlərin ədalətlilik normalarını bir-biri ilə əlaqələndirməyi bacarırsa;

  • Şəxsiyyətə qanuna əməl etməyin nə üçün həvalə olunduğunu izah edirsə; qeyri-qanuni hərəkətlərin səbəb ola biləcəyi təhlükələri təsvir edir və qiymətləndirirsə;

  • Sinif yoldaşları ilə birlikdə, öz şəxsi müşahidələri əsasında, hər hansı bir münaqişəli situasiyanı seçir və oynayırsa, onun nizama salınmasının mümkün yollarını müzakirə edirsə (məs.: mənafelər mövqeyindən, qaydalar mövqeyindən), verilmiş hal üçün ən səmərəlisini seçə bilirsə, öz mülahizəsini əsaslandırırsa;

  • Öz sinfinin nümunəsində (özünün və sinif yoldaşlarının maraqlarının təhlilindən sonra) insanın şəxsi və ictimai mənafeləri barədə fikir yürüdə bilirsə; nəzərə alınması ictimai razılıq üçün zəruri olan ümumi mənafeləri ayırırsa;

  • Tarixi keçmişdən və ya müasir həqiqətdən hər hansı bir ölkəni seçir və onun sosial strukturunu təsvir edirsə; müxtəlif sosial qrupun hüquqi vəziyyətini, əlaqələrini və hər birinin ictimai-siyasi həyatda rolunu müzakirə edirsə; təhlilin nəticələri ilə sinif yoldaşlarını tanış edirsə;

  • “Uşaqlar qanunu nə üçün pozurlar” diskussiyasında iştirak edirsə; yetkinlik yaşına çatmamış uşaqların hüquqları və onları qanunvericilik təminatları ilə müdafiə etmək barədə mülahizə yürüdürsə; “Həmyaşıdıma nə tövsiyə edərdim” mövzusunda inşa yazırsa;

  • Müxtəlif tip (məs.: oğurluq, narkotiklərin yayılması, qətl, korrupsiya, ayrı-seçkilik, dələduzluq, zorakılıq, insan alveri – trafikinq və s.) cinayətlərin baş verməsi səbəbləri və onları azaltmaq yolları barədə mülahizə edə bilirsə;

  • “Bizim cəmiyyətin qanunçuluq mədəniyyəti vardırmı?” sinif diskussiyasında iştirak edirsə; özünün yaşadığı məntəqədə (yaxud ölkədə) bu məsələlərə cəmiyyətin münasibətini qiymətləndirirsə; vətəndaşların, qanunvericilik və hüquq-mühafizə orqanlarının qarşılıqlı əlaqəsi barədə mülahizə yürüdürsə; sinifdə keçirilmiş diskussiyanın protokolunu və ya hesabatını yazırsa;

  • “Hansı qaydalar daha güclüdür – yazılmış yoxsa yazılmamış?” mükalimələrində iştirak edirsə; öz mövqeyini konkret nümunələrin (müasir gerçəklikdən, bədii ədəbiyyatdan və ya tarixdən) müzakirəsi və qiymətləndirilməsi zamanı onun söykəndiyi meyarları ayıra bilirsə;

  • Onun hüquqlarının pozulduğu halda necə davranacağı barədə mülahizə yürüdürsə və öz hüquqlarını müdafiə zamanı başqasının hüquqlarını nəzərə almalı olduğunu izah edə bilirsə.

Yüklə 1,14 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin