1. Fəlsəfənin predmeti və sosial funksiyaları “Fəlsəfə



Yüklə 340,51 Kb.
səhifə100/115
tarix04.06.2022
ölçüsü340,51 Kb.
#60619
1   ...   96   97   98   99   100   101   102   103   ...   115
felsefeimtahansualları

Sosial stratifikasiya sosial sistemin üzvlərinin, yəni insanların qeyri-bərabər statusa malik strata və ya səviyyələrdə yerləşməsinə deyilir. Sosial bərabərsizliyə məşğulluq növü, təhsil, mülkiyyət, mənşə, milliyyət, din, şəxsi təsir imkanı və s. kimi müxtəlif amillər səbəb ola bilər. Stratifikasiya gəlirdə, mülkiyyətdə, defisit malların əldə edilməsində və sosİal hakimiyyətin digər formalarına nail olunmasında mövcud fərqləri də nəzərdə tutur, Bu nöqteyi-nəzərdən istənilən cəmiyyət, istənilən mədəniyyət müəyyən dərəcədə sosial bərabərsizliyə malikdir.
Sosial bərabərsizlik müəyyən mənada pozitiv funksiyalar yerinə yetirir, tarixi inkişafın güclü stimulu rolunu oynayır. Ona, görə də əgər onun qarşısına süni sədlər çəkilərsə və onu reqlamentləşdirməyə cəhd göstərilərsə ("bərabərləşdirici sosializmdə" olduğu kimi), o həmin andan inkişafın qarşısını alan bir amilə çevriləcəkdir.

Ailə cəmiyyətin strukturunda mühüm yer tutur.


Ailə ictimai zəruri hadisə olub spesifik inkişaf qanunlarına malikdir. Belə ki, cəmiyyətin həyatında baş verən hər bir əsaslı çevriliş öz əksini birinci növbədə adamların ailə və nigah münasibətlərində tapır.
İnsanlar arasında təbii – zəruri əlaqələr tarixi inkişaf səviyyəsinə görə hər iki cinsə mənsub olanlar arasında nigahın yaradılmasını tələb edir. Nigah ictimai hadisədir. Deməli, nigah ər- arvadlıq münasibətlərinin rəsmiləşdirilməsi olub ailənin hüquqi əsasıdır.
Nigahın təbii – zəruri nəticəsi uşaqların doğulması və onların hüquq normaları bütünlükdə cəmiyyətin deyil, ancaq hakim sinfin müəyyən etdiyi və yalnız onun özünün iradəsini qanun formasında ifadə edən normalardır. Adət normalarından fərqli olaraq hüquq normaları sanksiyalaşdırılmışdır, yəni dövlət hakimiyyətinin qanun aktları ilə təsdiq edilmişdir.

49. İctimai şüur və onun formalari
İctimai şüur - cəmiyyətin mənəvi istehsalının böyük bir hissəsini təşkil etməklə ictimai varlığın inikasıdır. Sosial hadisələrin inikasına və onun məna dərinliyinə görə adi və nəzəri şüur da bir-birindən fərqləndirilir. Adi gündəlik şüur ictimai şüurun ən küütləvi forması olmaq etibarı ilə konkret ictimai varlığa, adi gündəlik həyata münasibətdə fərdlərin əldə etdikləri konkret bilikləri, təsəvvürləri, insan birgəyaşayışına, milli və etnoqrafik xüsusiyyətlərinə, əxlaq normalarına, ailə və məişətə və həyat şəraitinə aid olan şüur səviyyəsidir.
İctimai şüur fərdi şüurdan fərqli olaraq ayrı-ayrı şəxslər, sosial qruplar və xalqlar tərəfindən deyil, bütün bəşəriyyət tərəfindən min illər ərzində yaradılır və o yalnız bəşəriyyətə məxsus olur. İctimai şüur bilavasitə və ya dolayı yolla ayrı-ayrı adamlar tərəfindən yaradılsa da həmin adamların ixtiyarından çıxaraq bütün bəşəriyyətin mənəvi sərvətinə çevrilir. Məsələn, elmi kəşflər, bədii ideyalar, müxtəlif nəzəriyyələr ayrı-ayrı şəxslərin zəkasının məhsulu olsalar da, onlar bütün bəşəriyyətə məxsusdur. İctimai şüur dərin məzmuna malik olub, keyfiyyətcə xüsusi bir mənəvi sistemdir. Bu sistem nəticə e'tibarı ilə ictimai varlıqdan asılı olub onun in'ikası olsa da, özü nisbi müstəqilliyə malikdir. O, ictimai inkişafa tə'sir edən güclü amildir.
Tarixi inkişafda ictimai şüurun da böyük rolu vardır. Buna görə də cəmiyyət haqqında daha dolğun təsəvvürə malik olmaq üçün ictimai şüurun mahiyyətini, onun strukturunu, formalarını və cəmiyyətin həyatındakı rolunu açıqlamaq zəruridir.
İctimai şüurun strukturu, yə'ni onun ayrı-ayrı elementləri maddi münasibətlərdən asılı olub, onların dəyişməsi ilə dəyişir. Bütün bu dəyişikliklər ilk növbədə özünü ictimai şüurun strukturunda büruzə verir. İctimai şüurun strukturunu adi şüur, ideologiyaictimai psixologiya təşkil edir. Bəzi fəlsəfi ədəbiyyatlarda bunları ictimai şüurun səviyyələri kimi də səciyyələndirirlər.
Elmi-nəzəri şüur sosial gerçəkliyin elmi və nəzəri cəhətdən sistemli və ümumiləşdirilmiş inikasıdır. O, daxili mahiyyətli qanun və kateqoriyalar vasitəsilə ifadə olunan inikasıdır. Son vaxtlar elmi ədəbiyyatda «mentalitet» anlayışından istifadə olunur.

Yüklə 340,51 Kb.

Dostları ilə paylaş:
1   ...   96   97   98   99   100   101   102   103   ...   115




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin