1. Fəlsəfənin predmeti və sosial funksiyaları “Fəlsəfə


Heraklit fəlsəfəsinin əsas ideyalarından biri də əksliklərin mübarizəsi və vəhdəti (eyniliyi) ideyasıdır



Yüklə 340,51 Kb.
səhifə22/115
tarix04.06.2022
ölçüsü340,51 Kb.
#60619
1   ...   18   19   20   21   22   23   24   25   ...   115
felsefeimtahansualları

Heraklit fəlsəfəsinin əsas ideyalarından biri də əksliklərin mübarizəsi və vəhdəti (eyniliyi) ideyasıdır. Heraklitə görə, aləmdə hər şey əksliklərdən, qarşıdurmada olan qüvvə və təmayüllərdən ibarətdir. Əksliklərin mübarizəsi hər şeyin, bütün proseslərin mahiyyətini müəyyənləşdirir. Eyni zamanda fəaliyyətdə olan əks istiqamətli qüvvələr şeylərin daxili harmoniyasını müəyyənləşdirən “gərgin” vəziyyəti əmələ gətirirlər. Əgər əksliklərin vəhdəti, eyniliyi onların mübarizəsinin şərtidirsə, əksliklərin harmoniyası isə mübarizə nəticəsində pozulmuş vəhdətlərinin daimi bərpasını təmin edir.
Heraklit hesab edir ki, insan biliyinin mənbəyi hiss üzvlərinin fəaliyyətidir: “Mən nəyi görmək, eşitmək, tanımaq olarsa, ona üstünlük verirəm”. Lakin, o, hiss üzvlərinin də idrak prosesində yerini müəyyənləşdirməyə çalışır: “Gözlər qulaqlardan daha yaxşı şahidlərdir”. Bununla yanaşı, efesli müdrik belə hesab edir ki, hiss üzvlərinin verdiyi məlumatlar zəka süzgəcindən keçməyənə qədər onlara inanmaq lazım deyil. Yəni hiss üzvlərinin verdiyi məlumatı yalnız zəka düzgün təfsir edə bilər. Ona görə də zəkanın mənbəyi olan ruh necədirsə, hiss üzvlərinin verdiyi məlumatların dəyəri də elədir: “Barbar ruha malik insanlar üçün gözlər və qulaqlar pis şahidlərdir”.
Dövrün əsas fəlsəfi problemi –ilkbaşlanğıc problemi Heraklit fəlsəfəsində orijinal həllini tapmışdır. Fales və Anaksimen kimi o da materiya formalarından birini ilkmateriya ilə eyniləşdirir. Heraklit belə forma qismində nisbətən daha hərəkətli, dəyişkən “ünsür” və faktiki proses olan odu seçmişdir.
10. Sokratın fəlsəfi görüşlərin
Antik fəlsəfədə klassik dövr üç böyük filosofun adı ilə bağlıdır: Sokrat, Platon, Aristotel. Platon Sokratın, Aristotel isə Platonun şagirdi olub. Onların fəlsəfi yaradıcılığı təkcə Antik fəlsəfə deyil, bütövlükdə dünya fəlsəfəsinin klassik dövrü hesab edilir.
Sokrat. Antik fəlsəfədə klassik dövr Sokratla başlayır. Sokrat(m.ö.469-399) Afinada anadan olub. Öz təlimini şifahi yaymış, heç bir əsər yazmamışdır. Çoxsaylı şagirdləri olmuşdur. Rəsmi dövlət Tanrıları tanımamaqda, yeni tanrılar yaratmaqda və gənclərin mənəviyyatını pozmaqda ittiham edilərək ölümə məhkum edilib. Məhkəmənin hökmünə görə özü zəhər içməklə qətlə yetirilib.

Yüklə 340,51 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   115




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin