1. Fəlsəfənin predmeti və sosial funksiyaları “Fəlsəfə



Yüklə 340,51 Kb.
səhifə35/115
tarix04.06.2022
ölçüsü340,51 Kb.
#60619
1   ...   31   32   33   34   35   36   37   38   ...   115
felsefeimtahansualları

İntibah fəlsəfəsi. XIV-XV əsrlərdən başlayaraq Avropa ölkələrində bir sıra ciddi dəyişikliklər başlayır. Bu dəyişikliklər tarixə İntibah adı ilə düşmüş epoxanın başlandığını bildirir. İqtisadi sahədə feodal münasibətlərinin dağılması və ilk burjua münasibətlərinin rüşeymlərinin inkişafı baş verir. Aralıq dənizi hövzəsində ticarətin çiçəklənməsi, bu regionda əlverişli coğrafi mövqeyə malik olan İtaliyada şəhər-respublikaların sürətli inkişafını şərtləndirir. Nəhəng kəşflər bir-birini əvəzləyir: kitab çapı; odlu silah; Kolumbun Amerikanı kəşf etməsi; Vasko de Qamanın Afrikanı dolanaraq Hindistana gedən dəniz yolunu tapması; Magellanın dünya səyahəti ilə Yerin kürə formasında olmasını əyani şəkildə sübut etməsi; coğrafiya və kartoqrafiyanın elmi fənn kimi formalaşması; riyaziyyatda simvolik işarələrin daxil edilməsi; elmi anatomiyanın və fiziologiyanın əsaslarının meydana gəlməsi; insan orqanizmində kimyəvi proseslərin dərkinə və dərmanların öyrənilməsinə cəhd edən “yatrokimya”, və yaxud tibbi kimyanın yaranması; astronomiyada böyük uğurların əldə edilməsi. Ən əsası isə ictimai və mədəni həyatın bütün sahələrində gerçəkləşən sekulyarizasiya, və yaxud din və kilsə institutlarından azad olma, kilsə diktaturasının zəiflədilməsi baş verir. Məhz sonuncu İntibah dövründə mədəniyyətin çiçəklənməsinin vacib şərti olmuşdur.
İntibah dövrü özünü antik mədəniyyətin, antik həyat tərzinin, təfəkkür və qavrama üsulunun dirçəldilməsi kimi dərk edir. “Renessans” sözü də buradan irəli gəlir (fr. “renaissance” –dirçəliş, intibah). Lakin, renessans insanı, istərsə də renessans mədəniyyəti antik dövrdə olduğundan əhəmiyyətli dərəcədə fərqlənir. Çünki, İntibah özünü Orta əsrlər xristianlığına qarşı qoysa da, əslində orta əsrlər mədəniyyətinin məntiqi yekunu kimi yaranır (təsadüfi deyil ki, holland kulturoloqu Y.Heyzinqa bu dövrü “orta əsrlərin payızı” adlandırıb). Ona görə də onda antikliyə xas olmayan cizgilər əksini tapır.
Orta əsrlərdə antik mədəniyyətin tam inkar olunduğunu da söyləmək yanlışlıq olardı. Məlumdur ki, orta əsrlər fəlsəfəsinə əvvəl platonçuluq, sonra isə aristotelçilik böyük təsir göstərib. Bununla belə Orta əsrlərdə antikliyə avtoritet kimi baxırdılarsa, İntibah dövründə o, ideal kimi qavranılır. İntibah dövrünün sənətkarı –rəssam, şair, alim, filosof –antik dövrdəki qəhrəman, orta əsrlərdəki müqəddəslər kimi qəbul olunur.
İntibah dövrü dünyagörüşünün əsas fərqləndirici cəhəti onun incəsənətə meylli olmasıdır: orta əsrlər daha çox dinlə, İntibah isə bədii-estetikliklə səciyyələnir. Əgər antik dövrdə diqqət mərkəzində təbii-kosmik həyat (kosmosentrizm), orta əsrlərdə Allah və onunla bağlı qurtuluş ideyası (teosentrizm) olmuşdusa, İntibah dövründə bədii-estetik və fəlsəfi fikrin episentrinə İnsan qoyulur: ona görə də “antroposentrik” adlandırılır.
Bütövlükdə İntibah dövrünün mədəniyyəti –antik, xristian və şərq mədəniyyətlərinin möhtəşəm sintezidir. Müxtəlif dini, elmi, ədəbi və mistik ənənələrin İntibah dövründə qarışması, çulğaşması əsasında gələcək Qərbi Avropa mədəniyyəti meydana gəlmişdir.
İntibah dövründə ictimai-fəlsəfi fikir əsasən üç istiqamətdə inkişaf etmişdir: humanizm, naturfəlsəfə və ideal cəmiyyət konsepsiyaları.


Yüklə 340,51 Kb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   115




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin