1. Gəncləri ailə həyatına hazırlanmasında ailə dəyərlərinin yeri


İmperiyalar dövründə ailə dəyərləri



Yüklə 35,33 Kb.
səhifə5/7
tarix31.12.2021
ölçüsü35,33 Kb.
#49673
1   2   3   4   5   6   7
ailə dəyəri

3.İmperiyalar dövründə ailə dəyərləri

Hər bir millətin dili və dini, mədəni-mənəvi irsi onun dəyərlər sistemini özündə ehtiva edir. Totalitar rejim xalqların milli-mənəvi dəyərlərinə müxtəlif formalarda, məhv etməyə çalışırdı. Məqsədli şəkildə kənar ideyaları və adətləri cəmiyyətə nüfuz etdirməklə onları milli adət-ənənələrin nüvəsinə daxil edir və özəyi dağıtmağa çalışırdılar. Tarixin təhrif edilərək gənclərə ötürülməsi və tarixi yaddaşın silinməsi prosesinə başlanılmışdı. Bunun üçün insanların beynini işğal etmək lazım idi. Total rejimdə məktəblər bu niyyətin gerçəkləşməsində geniş meydana çevrilməkdə idi. Belə ki, ilk gündən məktəblərdə dərs alan gənclərin vətənpərvər ruhda yetişməməsi üçün rejim öz gizli niyyətlərini realaşdırmağa başladı.

Ailə dövlətin və cəmiyyətin əsasını təşkil edən ən mühüm institutlarından biri olduğu kimi hər bir dövlətdə ailə hüquqlarının həyata keçirilməsi və müdafiəsi qanunvericiklə müəyyənləşir. Nikah könüllü razılıq əsasında bağlanılır. Qarşıda duran əsas məsələlərdən biri erkən nikahların qarşısının alınması idi. Azərbaycan SSR-də qadının nikah yaşı xüsusi qanunvericilik aktına görə 16 yaş təsdiq edilmişdir.

Kişi və qadınların de-fakto bərabərliyi ilk öncə qadının de-yure – hüquqi bərabərliyindən başlanır və «sosialist inqilabı»nın Azərbaycan qadınına verdiyi hüquqi azadlıq qısa zaman kəsiyində tam reallaşa bilməzdi. Mövcud sosial-ictimai münasibətlərin keçmişə bağlılığı hələ çox güclü idi.

Qadınlar bəzən rəsmi şəkildə ərindən öz arzusu ilə boşanmaq istədikdə şəriət qanunlarına görə boşanma ala bilməzsə, təkrar 2-ci nikaha daxil ola bilmir və çıxılmaz vəziyyətə düşürdü. Çünki şəriətə görə kişilərdən fərqli olaraq qadınların boşanma hüququ yox idi. Azərbaycan SSR MİK bu məsələnin qanuni yolla həll edilməsini Xalq Ədliyyə Komissarlığına tapşırmışdı.

Həmin dövr aşağıdakı məişət təzahürləri ASSR-də cinayət qanunvericiliyinə əsasən sosial- təhlükəli cinayətlər hesab edilirdi:

Çoxarvadlılıq, qadının aldadılaraq satış məqsədilə qaçırılması, onların pritonlara yerləşdirilməsi, istismar və digər məqsədlərlə istifadəsi; qadının razılığı olmadan nikah məqsədilə qaçırılması; nikah yaşı çatmayanlarla nikaha girmə; nikah yaşı çatmadıqda və ya qanuni nikah ləğv edilmədiyi halda din xadimlərinin şəriətlə nikah bağlaması; qadının azadlığa çıxmaq və öz hüquqlarının bərpası yolunda mübarizə zamanı öldürülməsi; nikah yaşı çatmayanların nişanlanması və s.

Sovet hökuməti Azərbaycan milli ailə modelini dağıdırdı. Ərlərinin, ailə başçılarının razılığı olmadan qadın və qızları təhsil almaq adı ilə Bakıya gətirir (fikrimizcə bu proses tədricən uyğunlaşma şəraitində baş verməli idi-G.İ.), onları lazımı təyinatı yerlərdə yerləşdirə bilmir, zəruri gündəlik yaşam ehtiyacları ödənməyən ucqar kəndlərdən gələn çarəsiz qız və qadınlar gecələri küçələrdə, dəniz sahilində keçirməyə məcbur qalıb pozulurdular. Deməli, dolayısı yolla istehlakçının özü elə məhz sovet hökuməti idi. Növbəti mərhələdə ailə başçıları tərəfindən “namusunu təmizləmək” məqsədilə öldürülən bu qadınların ərləri “qolçomaq” damğası ilə törətdikləri cinayətə görə güllələnirdilər. İkinci bir halda ictimai rəy köhnə mövqelərdən birdən –  birə uzaqlaşmır, adətənənələrin möhkəm kök saldığı cəmiyyət ictimai işlərə meyl edən qadınlara qarşı sərt münasibətini dəyişmək istəmirdi. Məsələn, 1931-ci ildə seçkiqabağı kompaniyada fəal qadınların öldürülməsi ilə bağlı göstərilir ki, Balakəndə Firdost İsmayılqızı sovet ictimai işində və seçkiqabağı kompaniyada iştirakına görə «qolçomaq» əri tərəfindən öldürülmüşdü.

Nəticədə ailədə kimsəsiz qalan uşaqlar yaxşı halda müxtəlif şəhərlərdə yetimlər evlərinə göndərilir və beynəlmiləl tərbiyə alırdılar. Onların Azərbaycan milli-mənəvi dəyərlərini hansı formada daşıyacağı məlum deyildi.

Hökumətin xüsusi qərarına əsasən 8 sentyabr 1923-cü ildən sonra bağlanan dini nikahlar  heç bir hüquqi qüvvə daşımırdı. Kəbin aktının etibarlılığı üçün nikaha daxil olanların imzası tələb edilmir, sadəcə olaraq göstərilən şəraiti təsdiq edən molla və şahidlərin imzası kifayət edir. Qəbul edilmiş qərara əsasən kəbin aktının və mehrin etibarlılığı 1927-ci ilə qədər qüvvəsini saxlayırdı. Bütün cəhdlərə baxmayaraq rejim bu məsələlərdə öz istəklərinə nail ola bilmirdi. Köhnə adət- ənənələr, ictimai şüur problemlərin qalmasını şərtləndirirdi. 1926-cı ildə xalq məhkəmələrində qa- dınlarla bağlı 1269 işə baxılmışdır ki, onlardan 355-i boşanmalar haqqında, 84-ü əmlak iddiaları, 15-i kəbin pulları haqqında, 382-si aliment alınması haqqında, 433-ü isə digər məsələlərlə baglı idi.

Azərbaycan Respublikasında ailə-nikah, qəyyumluq və vətəndaş vəziyyəti ilə bağlı məsələlərə dəqiq aydınlıq gətirilməsi ilə bağlı Azərbaycan SSR MİK vətəndaşların yaş həddinin təyin edilməsində həkim-ekspertlərin və icraiyyə komitələrinin iştirakı barədə VM-nın 222 maddəsində dəyişikliklər etmək haqqında 19 dekabr 1929-cu ildə xüsusi qətnamə qəbul olunur [AR MDA: f.379, siy.1, iş 2907, v.2]. 4 sentyabr 1929-cu ildə Azərbaycan SSR MİK və XKS tərəfindən Azərbaycan SSR qanunlar məcəlləsində «Ailə, nikah və qəyyumluq haqqında qanun»a yeni əlavələr edilir: a) uşaqların valideynləri öldükdə, b) valideynlərin uşaqları saxlamağa kifayət qədər vəsaiti olmadığı hallarda yetkinlik yaşı çatmayan və ehtiyacı, əmək qabiliyyəti olmayan uşaqların saxlanmasında ögey ana və ögey ata da məsuliyyət daşıyır:

Ögey ata və ya ana əgər uşaq valideyni ölənə qədər onların öhdəsində olarsa, göstərilən «b» maddəsinin qüvvəyə mindiyi müddətədək onlar bu məsuliyyəti daşımağa məcburdur. Ögey oğul və ya qız 10 ildən artıq müddətdə ögey ata və ya ananın himayəsi altında yaşadığı halda ögey ata və ya ananın ehtiyacı və ya əmək qabiliyyəti olmadıqda onları saxlamağa borcludurlar.

Bu dövr qəbul edilmiş qərar, sərəncam, fərman və qanunların çox böyük əksəriyyəti kağız üzərində qalırdı. Çox vaxt bu rəsmi sənəd və hüquqi normalar RSFSR-dəki müvafiq sənədlərin mexaniki olaraq Azərbaycana «köçürülməsi» təəssüratı yaradırdı. Məsələn, elə bu qərarda nəzərdə tutulurdu ki, «…Anaların və uşaqların mühafizəsinin kəndlərdə daha geniş təşkili üçün kəndli

qadınların hamiləliyi ilə bağlı sığorta haqqında təşkilatlarla qarşılıqlı məsələ qaldırılıb işlənilsin…».

Lakin həyat reallıqları hamar kağız üzərində qalan pafoslu qərarlardan kəskin şəkildə fərqlənirdi. Elə təkcə respublika rəhbərlərinin adına yazılmış şikayət ərizələrindən məlum olur ki, qadınlara qarşı həm ayrı-ayrı şəxslər, həm də dövlət bürokratiyası tərəfindən törədilən qanunsuzluqlar və özbaşınalıqlar geniş miqyas almışdı. Qadınların tarixən əldə etdiyi siyasi təcrübəsinin xüsusiyyətlərinin çağdaş siyasi proseslərdə gender bərabərsizliyinin mənbəyi olduğunu aşkara çıxarırdı. Hətta rəsmi kommunist mətbuatı belə etiraf edirdi ki, bəzi uğurlara baxmayaraq tədbirlərin çoxu kağız üzərində qalırdı. Yəni, de-fakto və de-yure bir-birini təsdiqləmirdi.


Yüklə 35,33 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin