5.Zaman xarakteristikaları 5.1. Zaman xarakteristikaları anlayışı
AİS-lərin və ya bəndin dinamik xüsusiyyətlərini öyrənmək üçün obyektə özündə real təsirləri əks etdirən məlum həyəcanlandırıcı təsirlər verilir. Bu təsirlərə reaksiyasına görə sistemin dinamik xüsusiyyətləri haqqında fikir yürütmək olar. Həm də belə təsirlərə sistemin reaksiyasını bilməklə onun giriş kəmiyyətinin dəyişməsi zamanı özünü necə apardığını bilmək olar.
Ən çox yayılmış sadə siqnallar vahid pilləvari siqnal, impuls siqnalı və harmonik siqnallardır. İstənilən mürəkkəb formalı u(t) siqnalını ayrı-ayrı ui (t) siqnallarının cəmi şəklində ayırmaq olar. Sistemin bu cəmlərin hər birinə reaksiyasını bilmək, daha sonra superpozisiya prinsipinə görə çıxış kəmiyyətinin y(t) dəyişməsini çıxış siqnallarını yi(t) cəmləməklə almaq olar.
AİN-də əsasən vahid pilləvari siqnallardan istifadə olunur.
Dostları ilə paylaş: |