5.2. Sadə bəndlərin keçid xarakteristikası 5.2.1. Ətalətsiz (mütənasib, gücləndirici) bənd
Bu bəndlərdə istənilən zaman çıxış kəmiyyəti giriş kəmiyyətinə mütənasibdir.
Dinamika tənliyi: y(t) = k u(t).
Ötürmə funksiyası: W(p) = k.
Keçid xarakteristikası: h(t) = k 1(t).
Vahid siqnal verildikdə çıxışda alınan siqnal girişdəki siqnala nəzərən ani olaraq k dəfə artır (şək.43). k = 1 olduqda bənd özünü göstərmir (tərpənməz qalır) k = - 1 olduqda isə giriş siqnalını invers edir.
İstənilən real bənd ətalətə malikdir, lakin müəyyən olunmuş dəqiqliklə bəzi real bəndlər ətalətsiz görünə bilər (məs. reduktor, potensiometr, elektron gücləndirici və s.).
Dostları ilə paylaş: |