1. İdarəetmə prinsipləri



Yüklə 1,35 Mb.
səhifə33/75
tarix07.03.2022
ölçüsü1,35 Mb.
#53444
1   ...   29   30   31   32   33   34   35   36   ...   75
AİN muhazirelerin konspekti (2)

7.2. Tənzimləmə qanunları

Şəkil 59-da müəyyən avtomatik tənzimləmə sistemi verilib. OY- idarəetmə obyekti. P-tənzimləyici. u-idarəetmə təsir. y0- tənzimlənn parametrin tapşırıq qiyməti. y-tənzimlənən parametrin cari qiyməti. e-meyletmə.

Obyektə təsir edən idarəetmə təsiri müəyyən riyazı asılılığı reallaşdıran konstruktiv quruluşa malik tənzimləyicilərdə hasil olunur. Bu riyazı asılılıqlara tənzimləmə qanunları deyilir.

Onlardan sadəsi proporsional tənzimləmə qanunu adlanır (şəkil 60а).


u(t) = Ke(t)
harada ki , u(t) – idarəedici təsir , e(t) – tənzimlənən parametrin tapşırıq qiymətindən meyletməsi , K – P tənzimləyicisinin proporsionallıq əmsalıdır.

Tənzimləyicinin çıxışında idarəedici təsir yaratmaq üçün tənzimlənən parametrin meyletməsi olmalıdır və bu meyletmə idarəetmə obyektinə təsir edən f(t) – həyəcanlandırıcı təsirə mütənasib olmalıdır. Başqa sözlə AİS bütovlükdə statik olmalıdır.



Belə tənzimləyicilər P – tənzimləyici adlanır.

Belə ki idarəetmə obyektində idarə olunan parametr həyacanlandırıcı təsirlə öz qiymətini dəyişir ( şəkil 60) , başlanğıc halda tənzimləyicinin girişinə çox kiçik e fərqi verilir və idarəedici təsir u – ya nəzarət zəif olur. Sistemin işini yaxşılaşdırmaq üçün idarəetmə prosesini sürətləndirmək lazımdır.

Bunun üçün də tənzimləyiciyə diferensiallayıcı və ya gücləndirici bənd əlavə olunur ki, bu bənddə tənzimləyicinin çıxış siqnalı giriş siqnalının dəyişməsinə, yəni, diferensialına mütənasib olur.

Belə tənzimləmə qanunu proporsional – diferensial tənzimləmə adlanır.


Yüklə 1,35 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   75




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin