1. İdarəetmə prinsipləri



Yüklə 1,35 Mb.
səhifə46/75
tarix07.03.2022
ölçüsü1,35 Mb.
#53444
1   ...   42   43   44   45   46   47   48   49   ...   75
AİN muhazirelerin konspekti (2)

10.2. Dayanıqlıq ehtiyatı


İstismar şəraitində müəyyən tələb və səbəblərə görə sistemin parametrləri müəyyən hədlər daxilində dəyişə bilər. Əgər sistem dayanıqlılıq sərhədinə yaxındırsa onda bu parametrlərin dəyişməsi sistemi dayanıqsız hala gətirir. Ona görə də ATS-ləri layihələndirərkən çalışırlar ki, bu dayanıqlıq sərhədindən mümkün qədər uzaq məsafədə olsun. Bu məsafənin dərəcəsi dayanıqlıq ehtiyatı adlanır.

Naykvist dayanıqlıq kriterisinə görə sistemin AFTX-sı (-1, j0) kritik (böhran) nöqtəsindən nə qədər çox uzaqlıqda olarsa sistemin dayanıqlılıq ehtiyatı bir o qədər böyük olar. Dayanıqlıq ehtiyatı modula və fazaya görə 2 qrupa ayrılır.

Modula görə dayanıqlıq ehtiyatı açıq sistemin AFTX-nın ox istiqamətində kəsişmə nöqtəsi ilə kritik nöqtə arasında qalan h məsafəsi ilə təyin olunur. (şək.75).


Fazaya görə dayanıqlıq ehtiyatı olduğu kəsmə tezliyi üçün (hodoqrafın vahid çevrəni kəsmə nöqtəsinə uyğun gələn tezlik) təyin olunur və sistemin dayanıqlıq sərhədinə çatana qədər nə qədər mənfi faza sürüşməsi ala bilməsinin mümkün olduğunu göstərir. Mərkəzi koordinat başlanğıcı olan çevrənin kəsişmə nöqtəsindən keçməklə şüa çəkilir və bu şüa ilə həqiqi ox arasında qalan bucağa fazaya görə dayanıqlıq ehtiyatı deyilir.

Qeyd olunduğu kimi, açıq sistemin ötürmə əmsalı böyüdükcə AFTX-nın hər bir nöqtədəki modulu da böyüyür. K-nın müəyyən qiymətlərində K = Kкр olur və AFTX kritik nöqtədən keçərək (şək.76) dayanıqlıq sərhədinə keçir. K > Kкр olduqda isə qapalı sistem dayanıqsız olur. Müstəsna hallarda K-nın kiçilməsi də qapalı sistemi dayanıqsız hala gətirə bilər. (şək.77). Bu halda dayanıqlıq ehtiyatı AFTX-in kritik nöqtələri arasında 2 parça ilə h1h2, ilə təyin olunur.




Adətən ATS-in yaranmasında hφ dayanıqlıq ehtiyatı tələbi qoyulur ki, o bu sərhədlərdən kənara çıxmasın. (şək.78).



Yüklə 1,35 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   75




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin