17. Yuxarıdan aşağı işlənmə sistemi Yuxarıdan aşağı işlənmə sistemi neft sənayesinin quyuların qazılmasının zərbə üsulu və quyuların istismarının vedrə üsulu ilə həyata keçirildiyi ilk inkişaf dövründə əsas işlənmə metodu olmuşdur.
Bu cür geridə qalmış texnika ilə quyular qazılmaqla eyni zamanda möhkəmləndirilir və bu zaman əvvəlki sütunun dayaqdan çıxarılması 70-80 m, çox zaman isə 40-50 metrə bərabər idi. Quyuların vedrə ilə normal istismarının təmin edilməsi üçün sütunun diametri ən azı 273-325 mm olmalı idi. Bütün bunlar quyuların qazılmasına böyük sayda sütunun sərf edilməsi və qazılmanı çox böyük diametrə malik balta ilə başlanmasını tələb edirdi. Axının izolyasiyası qeyri-mükəmməl üsulla – sütun dayağının gilə baxılması və ya dayağın sementlənməsi ilə həyata keçirilirdi.
Yüksək məhsuldarlığa malik laya rast gəldikdə quyu fontan vurmağa başlayır və onun qazılmasının davam etdirilməsi qeyri-mümkün olurdu. Buna görə də açılmış layı işləmək məcburiyyəti yaranırdı. İstismar ərzində layda təzyiq azalır, susaxlayan laylar və neft layının təzyiqləri arasında fərq artırdı. Quyuların tamponajının qeyri-mükəmməlliyi üst qat suların özünə yol tapmasına gətirib çıxarırdı. Bütün bunlar son nəticədə layın istismarını dayandırmağa və yeni, aşağı layın işlənməsinə keçməyə məcbur edirdi.
Burma qazma sisteminin tətbiqi ilə yuxarıdan aşağı işlənmə sistemi neft yatağının işlənməsi üçün maneəyə çevrildi. Aşağı təzyiqli istismar olunan və işlənilmiş laylayın kəsişdiyi halda qazılan quyularda sirkulyasiyanın itirilməsi və qazılan quyuların yaxınlığında yerləşən istismar olunan quyuların gilləşməsi baş verirdi. Bu yuxarıdan aşağı işlənmə sisteminin tətbiq sahəsini kəskin şəkildə azaldırdı.
Hazırda yuxarıdan aşağı işlənmə sistemi yalnız dərində yerləşməyən neftverən layların işlənilməsi zamanı, onların zəif keçiriciliklə xarakterizə olunduğu və onların sonrakı quyularla aşağı laylara keçməsi zamanı hətta kəskin zəifləmiş lay təzyiqində belə gilli məhlulun udulmayacağının gözlənilə biləcəyi halda tətbiq edilir. Yuxarı laylar dəstəsinin özü aşağıdan yuxarı sistemlə işlənilir.