14.Neftin həlledicilərlə qarışma yolu ilə sıxışdırılması rejimi. Neftin həlledicilərlə qarışma yolu ilə sıxışdırılması prosesi ən müxtəlif şəraitdə - istər ilkin işlənmə mərhələsi, istərsə də son mərhələdə, artıq tükənmiş layda həyata keçirilə bilər.
Başlıca şərt qarşılıqlı həll olunan mayelərin qarışdırılması zamanı bu mayelərin sərhədində kontaktın və bununla yanaşı səth dartılma gücünün itdiyi halda qarışma yolu ilə sıxışdırmanın yaradılmasıdır.
Həlledici qismində durulaşdırılmış qazların tətbiq edildiyi halda, layda bu qazların duru vəziyyətdə olduğu təzyiqə malik olmaq lazımdır, yəni, propan-butan fraksiyaları üçün təxminən 16 kqs/sm2.
15.Neftin yüksək təzyiqli qazla qarışma yolu ilə sıxışdırılması rejimi. Bu rejimdə sıxışdırma mexanizmi neftin həlledicilərlə qarışma yolu sıxışdırılması rejimi ilə eynidir.
Neftin yüksək təzyiqli qazla qarışma yolu ilə sıxışdırılması zamanı başlıca şərt neftin qeyri-məhdud miqdarda sıxılmış qazda həll edilməyə başladığı təzyiqin yaradılmasıdır.
Bu şərtə əməl olunmadıqda, sıxılmış qazın yüksək təzyiqinə baxmayaraq, proses qarışma yolu ilə sıxışdırılma hesab edilə bilməz və bu halda rejim neftin qazla sıxışdırılması rejimidir.
16.Ümumilikdə yataqlarin işlənməsi sistemləri Neft yataqlarının məhsuldar təbəqəsinin gücü geniş həddə, bir neçə on metrdən yüz və minlərlə metrədək dəyişə bilər. Lay dəstəsində neftverən layların sayı birdən bir neçə on layadək tərəddüd edə bilər. Birinci halda yataq birlaylı, ikincidə çoxlaylı adlanır. Birlaylı yatağın işlənilməsi nisbətən sadədir: bütün quyular bu və ya digər ardıcıllıqla bir layda qazılır.
Çoxlaylı yataqda ilk növbədə kəsikdə müstəqil işlənən obyektlər və ya istismar neft obyektləri fərqləndirilməlidir. İstismar neft obyekti dedikdə neftverən lay dəstəsinin bir kifayət qədər güclü neftverən laya ayrıldığı, yaxud üst və alt qat bərk süxurları arasında ayrı-ayrı neft aralıq qatı sıralarından ibarət hissəsi başa düşülməlidir.
Çoxlaylı neft yatağının iki işlənməsi sistemi mövcuddur: a) hər bir aşağı layın özündən yuxarıdakı laydan sonra işləndiyi yuxarıdan aşağı sistem (şəkil 295, b); neftverən layların yerləşmə ardıcıllığı qaydasında aşağıdan başlayaraq istismara verildiyi və bu zaman yuxarı layların aşağıdakıların işlənməsi sona çatanadək işlənməyə başlaya biləcəyi aşağıdan yuxarı sistem (şəkil 295, b).
Şəkil 295. İşlənmə sxemi
a – yuxarıdan aşağı sistem; b) aşağıdan yuxarı sistem. Rum rəqəmləri layların qazılması qaydasını işarələyir.