2.Təzyiqin bərpası üzrə keçiriciliyin müəyyən edilməsi
İstismar olunan quyunu dayandırsaq, onda təzyiq bərpa olunmağa başlayacaq. Bu təzyiq dəyişikliyi Δp kifayət qədər dəqiqliklə aşağıdakı tənliklə ifadə oluna bilər
(VIII.4)
burada Δp — təzyiqin dəyişməsi; q — quyunun debiti; к — keçiricilik əmsalı; h — layın gücü; t — zaman; rс — qeyri-mükəmməllik nəzərə alınmaqla quyunun radiusu; x — mühitin təzyiqi ötürmək qabiliyyəti əmsalı, həmçinin
, (VIII.5)
burada р — mayenin qatılığı; т — məsaməlilik əmsalı; βs — mayenin sıxıla bilmə əmsalı; βn — süxurun sıxıla bilmə əmsalı.
(VIII.4) tənliyini aşağıdakı şəkildə yazmaq olar:
(VIII.6)
Yazıldığı şəkildə tənliyin müstəvidə düz xətlər dəstəsi tənliyi olduğunu görmək çətin deyil, həminin
(VIII.7)
burada α – düz xəttin absis oxu ilə əmələ gətirdiyi bucaq,
(VIII.8)
ordinatın oxu boyu düz xətlə kəsilən hissəyə müvafiqdir.
Göstərilmiş qanunauyğunluqdan istifadə etməklə, ÜETİ qeyri-mükəmməllik nəzərə alınmaqla layın keçiriciliyinin və quyunun radiusunun aşağıdakı təyin edilməsi metodunu təklif etmişdir.
Quyuda təzyiqin bərpa olunması DQM-4/2 dəqiq diferensial dərinlik manometri ilə təyin edilir, tədqiqat nəticələri isə ordinat oxuna Δp kəmiyyəti, absis oxuna isə lg t kəmiyyətinin qoyulduğu qrafikə daxil edilir.
Şəkil 101-də Jirnovski yatağının 54-cü quyusunun tədqiqi nəticəsində alınmış qrafik təqdim edilmişdir. Qrafikdən görünür ki, əyrinin başlandığı sahə ciddi şəkildə əyilmişdir. Bu hal ümumilikdə bütün tədqiqatlar üçün xarakterikdir və sürgü bağlandıqdan sonrakı birinci dövrdə əyrini təhrif edən əlavə proseslər baş verir. Buna görə də əsas kimi daha gec t zamanında düz xətdən ibarət sahə götürülür, əyrinin başlanğıc hissəsi isə çertyojda düz xəttin punktirlə sola davam etdirilməsi yolu ilə bərpa olunur.
Bu quyu üzrə ilkin məlumatlar aşağıdakılardır: layın gücü h = 13 m, quyunun debiti q = 109 m3/sutka, lay neftinin qatılığı μ = 4,5 sPz, layın məsaməliliyi m = 0,2. Sıxıla bilmə əmsalları və . Qrafik üzrə şəkil 101-də A = 0,25 və B = 0,3 olduğu müəyyən edilir.
Dostları ilə paylaş: |