Şəkil 101. Jirnovski yatağının 54-cü quyusunda quyu dibi təzyiqin bərpa olunma əyrisi
Debit q m3/sutka ilə verilmişdir. Düstura yerləşdirməzdən öncə onu sm3/s-ə keçirmək lazımdır:
Layın gücü h həmçinin sm ilə ifadə edilməlidir, yəni A = 1300 sm. Keçiricilik əmsalını düsturdan müəyyən edək (VIII 1.7)
Qeyri-mükəmməllik nəzərə alınmaqla quyunun radiusunu tapırıq. Əvvəlcə tapaq:
(VIII.8) ifadəsindən:
,
Lakin xəbərdar etmək lazımdır ki, layın keçiriciliyinin və quyuların qeyri-mükəmməlliyinin təzyiqin bərpa olunması əyrilərinə əsasən müəyyən edilməsinin təsvir olunmuş metodikası bütün hallarda tətbiq edilə bilməz.
Quyu gövdəsi tutumunun mövcudluğu işləyən quyunun işinin dayandırılmasından sora mayenin laydan quyuya hərəkətinin davam etməsinə gətirib çıxarır. Buna nasoslu quyularda maye səviyyəsinin qalxmasına nəzarət etməklə əmin olmaq mümkündür.
Layın hidrodinamik modelində (hidrointeqratorda) aparılmış təcrübələr göstərdi ki, təzyiqin ilkin bərpa əyriləri quyu gövdəsi tutumundan, yəni, quyunun diametrindən asılı olaraq müxtəlif cür təhrif olunur. Şəkil 102-də diaqramda yarıloqarifm miqyasında çəkilmiş təzyiqin bərpa olunması əyriləri verilmişdir. Yuxarı düz xətt quyunun kəsiyinin sıfıra bərabər olduğu hala uyğundur. Aşağıda əyrilər seriyası yerləşir. Göründüyü kimi, quyunun kəsiyi nə qədər böyük olarsa, əyri də əsas düz xətdən bir o qədər aralanır. Bu əyrilərin xarakterik xüsusiyyəti həmçinin onların, mürəkkəb şəkildə əyilərək, düz xəttə yaxın, lakin layın fiziki xassələrini bilavasitə əks etdirən əsas birbaşa xəttə nisbətən böyük bucaq altında keçən kifayət qədər böyük sahəyə malikdirlər.
Şəkil 102. Təzyiqin bərpa olunması əyriləri
Əyrilərin üzərindəki rəqəmlər – quyuların kəsikləri
Hidrointeqratorda alınmış əyrilər fontan vurmayan quyularda quyunun mənsəbindən aşağı səviyyədə təzyiqin bərpa olunması əyrilərinə müvafiqdir.
Böyük qaz amilli fontan vuran quyularda sürgü bağlandıqdan sonra maye və qazın laydan quyuya daxil olması davam edir və bu zaman daxilolma intensivliyi qaz amilinin həcmi ilə sıx bağlıdır. Kəsik sahəsi əvəzinə qaz amili göstəricisini qoysaq, şəkil 102 nəzərdən keçirilən halı əks etdirə bilər. Müvafiq olaraq, keçiriciliyin təzyiqin bərpası əyriləri üzrə müəyyən edilməsi üçün bilavasitə yalnız kiçik qaz amilli fontan vuran quyularda aparılan ölçülmələrdən istifadə etmək olar. Böyük qaz amilli fontan vuran quyular və fontan vurmayan quyular üçün əyrilər əvvəlcədən təkrar işlənilməli və bunun üçün ölçülmələri fontan vuran quyularda təkcə quyu dibində dərin diferensial manometrlə deyil, həm də istər bufer, istərsə də borulararası sahədə mənbədə dəqiq manometrlərlə aparılmalıdır.
Quyunun işi dayandıqdan sonra mayenin quyuya axını nəzərə alınmaqla təzyiqin bərpa olunması əyrilərinin iki işlənməsi metodu təklif olunmuşdur: a) inteqral və b) diferensial.
Laplas dəyişikliklərindən istifadə edən inteqral metod tədqiq edilən quyulardan müəyyən məsafədə layın əsas parametrlərinin dəyişdirilməsi zonalarının müəyyən edilməsi baxımından kifayət qədər perspektivlidir. Lakin bu metodun bu və ya digər dəyişiklik yolu ilə əldə olunmuş müqayisə edilən nəticələrə ilkin əyrilərin göstəricilərinin onların bütün uzunluğu boyu təsir göstərməsi ilə şərtlənən ciddi çatışmazlığı da var. Buna görə də, ilkin faktiki əyrinin hər hansı bir hissəsinin qüsurlu olduğu halda, bu müxtəlif dərəcədə, lakin həmişə axtarılan lay parametrlərinin müəyyən edilməsi üçün istifadə edilə əyrilərin (düz xətlərin) bütün sahələrində əks olunur. Faktiki əyrinin bir hissəsinin mühüm qüsuru hətta absurd nəticələrə də gətirib çıxara bilər ki, buna da əyrilərin işlənilməsi praktikasında rast gəlinir.
Diferensial metodun da öz çatışmazlıqları var. Diferensial metod maye axınının müntəzəm azalmasından çıxış edir. Axının müntəzəm dəyişməsi zamanı ikinci törəmənin tətbiqi bu andan əvvəlki ən yaxın zaman anlarında axını ən dəqiq şəkildə nəzərə almağa imkan verir. Axının stabil olmadığı və onun dəyişməsi dövrlərinin işlənmə vaxtı intervallarından (və ya ölçülərdən) az olduğu halda isə, ikinci törəmənin tətbiqi qərarı dəqiqləşdirmir, əksinə, təhrif edərək, nöqtələrin səpələnməsinə gətirib çıxarır. Təkrar diferensiasiya zamanı həmçinin ölçülərdəki xətalar da artır. Bütün bunlar belə hallarda ikinci törəmənin istisna olunması zərurətini doğurur.
Dostları ilə paylaş: |