1. Keçiriciliyin quyuların məhsuldarlıq əmsalı üzrə müəyyən edilməsi



Yüklə 193,39 Kb.
səhifə15/15
tarix07.01.2024
ölçüsü193,39 Kb.
#205908
1   ...   7   8   9   10   11   12   13   14   15
Geleoji əsaslar

18. Aşağıdan yuxarı işlənmə sistemi

Aşağıdan yuxarı işlənmə sistemi 1930-cu ildən sonra geniş tətbiq edilməyə başladı. Bu sistem üzrə işlənmə aşağı, dayaq laydan (baza obyektindən) başlanılır.


Dayaq lay a) texniki müasir inkişaf səviyyəsində istismar quyularının kütləvi qazılması üçün əlçatan dərinlikdə yerləşməli; b) yüksək məhsuldarlıq və neftin növbənövlüyünə malik olmalı; c) kifayət qədər yaxşı kəşf olunmuş böyük sahəyə malik olmalı, yəni işlənməyə tam hazır olmalıdır. Dayaq layın dib suyuna malik olmaması daha arzuolunandır.
Yuxarıda yerləşən neft layları əhəmiyyətinə görə aşağıdakılara bölünür:
a) müstəqil işlənmə obyekti olan, yəni, müstəqil quyu şəbəkəsi ilə qazılan neftverən laylar. Bu laylar yüksək məhsuldarlıq prinsipi üzrə seçilir və yaxşı ifadə olunmuş təzyiq rejiminə malik olmalı və ya lay təzyiqi saxlanılmaqla istismar olunmalıdır. Onlar dayaq layla eyni zamanda, lakin sürətli templərlə qazılma şərti ilə işlənilə bilər (şəkil 295, b, III lay);
b) bərpa obyektləri olan neftverən laylar; onlara yalnız az debitə malik laylar aiddir. Onların işlənilməsi quyuların aşağı laylar tükəndikdən və ya su gəldikdən sonra bərpa olunması ilə həyata keçirilir (şəkil 295, b, II lay).
Aşağıdan yuxarı işlənmə sistemi yuxarıdan aşağı işlənmə sistemi ilə müqayisədə bir sıra üstünlüklərə malikdir.
Dayaq layın işlənilməsi zamanı istismar quyuları yuxarıda yerləşən bütün neftverən layları kəsib keçir və bu zaman onların qruntların seçilməsi yolu ilə və geofizika metodları vasitəsilə tam öyrənilməsi mümkün olur. Dayaq layın qazılması prosesində yatağın bütün texniki xüsusiyyətləri ətraflı şəkildə işıqlandırılır və eyni zamanda bütün yuxarı layların işlənilməyə hazırlanması həyata keçirilir. Bunun sayəsində yataqda kəşfiyyat quyularının sayı kəskin azalır.
Dayaq layında neft çıxmayan istismar quyuları yuxarı laylara qaytarıla bilər və bu xüsusilə neftvermə konturlarının yuxarı laylara genişləndiyi hallara aiddir. Qazılan quyular hələ işlənilməmiş yuxarı layları açır ki, bu da quyuların qarşılıqlı gilləşməsi mümkünlüyünü istisna edir.
Aşağıdan yuxarı işlənmə sisteminin xüsusi üstünlüyü bütün müstəqil işlənmə obyektlərinin eyni zamanda istismar olunması mümkünlüyüdür ki, bunun da sayəsində neft yataqlarının mənimsənilməsi templəri əhəmiyyətli dərəcədə artır.
Yüklə 193,39 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin