7.Sıxılmış qazın təzyiqi
Neftin qazla həddindən artıq doyduğu halda, sərbəst qaz layın yuxarı hissəsində toplanaraq, qaz papağı əmələ gətirir. Neftin yatağın neftli hissəsindən seçildiyi və onda qaz təzyiqinin düşdüyü halda, qaz papağında yüksək təzyiq altında olan qaz genişlənməyə və nefti quyuların dibinə sıxmağa başlayır.
İşlənmə başlayana qədər mövcud olmayan qaz papağının istismar prosesində tədricən layda əmələ gəlməsi halları məlumdur. İstismar prosesində qaz papağının əmələ gəlməsinə aşağıdakılar yardım edir: 1) layın təzyiqinin layda sərbəst qazın peyda olmasına gətirib çıxaran neftin qazla doyma təzyiqindən aşağı düşməsi; 2) layın üst hissəsində qazın tez miqrasiyasına şərait yaradan layın yaxşı keçiriciliyinin olması; 3) layın qazın miqrasiyasını və qaz papağının yaranmasını sürətləndirən əhəmiyyətli mailinin mövcudluğu.
Qeyd olunmuş şərtlərin eyni vaxtda təsiri qazın işlənməyə başlamazdan öncə mövcud olmuş qaz papağına daha yaxşı miqrasiya etməsinə yardım edir. Bunun sayəsində qaz papağı ölçülərinin artması sürətlənir, çünki onun genişlənməsi təkcə təzyiqin düşməsi deyil, həm də qaz kütləsinin artması hesabına baş verməyə başlayır.
8.Neftdə həll olunmuş qazın genişlənməsi
Kollektorların keçiriciliyinin pisləşməsi və ya quyularda neftin gücləndirilmiş seçimi zamanı qazın təsir mexanizmi bir qədər dəyişir.
Təzyiq düşdükcə ayrılan və neftdə xırda qovuqcuqlar şəklində dağılmış qaz (şəkil 201) səthin yuxarı hissəsi deyil, ən yaxın quyuların dibinə tərəf hərəkət edir. Təzyiqin kəskin azalmağa başladığı quyuya yaxınlaşdıqda qaz qovuqcuqları genişlənir və birləşməyə başlayaraq, ayrı-ayrı məsamə kanallarını bütünlüklə tutur.
Göstərilmiş xüsusiyyətləri nəticəsində əmələ gələn və daha sonra genişlənən qaz qovuqcuqları bütün neftə sirayət edir və onu quyuların dibinə sıxışdırır. Lakin qazın çox kiçik qatılığı səbəbindən qaz qovuqcuqlarının sürüşməsi baş verir və neftin sıxılması zamanı ümumilikdə onların faydalı iş əmsalı kiçilir.
Şəkil 201. Layda qaz qovuqcuqları nüfuz etmiş neft
Qara rənglə neft, ağ rənglə qum dənələri, ağ dairələrlə qaz qovuqcuqları göstərilib
Dostları ilə paylaş: |