5. Nefti layda hərəkət etdirən qüvvələr
Təbii şərait və istismar şərtlərindən asılı olaraq nefti layda hərəkət etdirən aşağıdakı qüvvələr mövcud ola bilər: a) kontur sularının təzyiqi; b) maye və süxurun elastikliyi; c) sıxılmış qazın təzyiqi; d) neftdə həll olunmuş qazın genişlənməsi; e) neftin ağırlıq gücü; f) məsaməli mühitin daxili səthləri və maye fazaların diferensial enerjisi.
5.Kontur sularının təzyiqi
Neft yatağında ilkin təzyiqi şərtləndirən kontur sularının təzyiqi neft yatağının istismarı prosesində böyük rol oynayır.
Neftin istismar quyuları vasitəsilə hasilatı nəticəsində layda neftin həcmi durmadan azalır. Lakin yüksək təzyiq altında olan kontur suları neft yatağının daxilində hərəkət edərək, itirilmiş həcmi bərpa edir və nefti quyuların dibinə itələyir.
Kontur sularının təzyiqinin yüksək olduğu halda neft yatağı və suların təzyiqi arasında əhəmiyyətli təzyiq fərqi yaratmaq və müvafiq olaraq, neftin yüksək hasilatını təmin etmək mümkündür. Kontur sularının hərəkət effektivliyi onların neftvermə konturunda təzyiqinin nə dərəcədə qorunub saxlanılmasından asılıdır. Kontur sularının təzyiqinin qorunub saxlanılmasına yardım edən əlverişli təbii şərait layın yaxşı keçiriciliyi, layın üst səthinə çıxma yaxınlığı, onun mayenin yataqdan seçilməsindən daha çox böyük miqdarda atmosfer və səth suları ilə dolmasıdır.
Sonuncu şərtin pozulduğu halda, kontur sularının neft yatağına hərəkəti müşahidə olunur, lakin onların təzyiqi azalacaq. Belə ki, məsələn, Oktyabr yatağının XIII, XVI və XXII laylarında 1931-1932-ci illərdə mayenin gücləndirilmiş seçimi nəticəsində bu laylarda kontur sularının təzyiqi çox azalmışdır. Bununla eyni zamanda Qoryaçevodsk rayonunda mənbələr tükənmişdir. Oktyabr yatağında mayenin seçimi azaldıqdan sonra mənbələrin fəaliyyəti yenidən bərpa olunmuşdur.
Kontur sularının təzyiqinin effektivliyi qidalanma sahəsində cüzi uzaqlaşmaqla layın keçiriciliyi pisləşdikcə kəskin azalır. Bu halda neft hasilatı üçün maye və süxurun elastik qüvvələri böyük əhəmiyyət kəsb etməyə başlayır.
Dostları ilə paylaş: |