1. Keçiriciliyin quyuların məhsuldarlıq əmsalı üzrə müəyyən edilməsi



Yüklə 193,39 Kb.
səhifə5/15
tarix07.01.2024
ölçüsü193,39 Kb.
#205908
1   2   3   4   5   6   7   8   9   ...   15
Geleoji əsaslar

Şəkil 103. 2 quyusu və 1 quyusunun dinlənilməsi

Etalon əyrisi üçün n= –3; m=1


Etalon əyrisinin tək-tək koordinatları ilə üst-üstə düşən koordinatlar üçün aşağıdakı tənliklər düzgündür:


(VIII.10)


(VIII.11)

burada C – müşahidə quyusunda təzyiqin dəyişilməsini qeydə alan cihazın şkala vahidində atmosferin miqdarıdır.


Əyrilərin işlənməsinin rahatlığı və lay parametrlərinin müəyyən edilməsi zamanı hesablamaların azaldılması üçün loqarifm toru blankında iki: müəyyən edilməsi üçün – şaquli və müəyyən edilməsi üçün – üfüqi nomoqram çəkilmişdir. Hər bir nomoqram iki şkaladan ibarətdir. Aşağı şkalalardan birində quyular arasında müxtəlif R məsafə göstəriciləri, digərində isə müxtəlif göstəriciləri verilmişdir. müəyyən etmək üçün loqarifm torunun zaman oxundakı t0=1 etalon əyrisinin müvafiq oxuna uyğun nöqtəni dinlənilən quyular arasında məsafəyə müvafiq olan R şkalasındakı nöqtə ilə düz xətlə birləşdirmək lazımdır. Bu xətti aşağı şkala ilə kəsişənədək davam etdirərək, kəsişmə üzrə göstərici hesablanır. Dərəcə əmsalı m loqarifm torunun oxu üzrə müəyyən edilir. Faktiki əyrinin 102 göstəricisi 10m+1 absisinə uyğundursa, buradan m=1 və s. Analoji olaraq, şaquli şkalalar üzrə (kh/μ) C hesablanır. Qeydiyyat cihazının bölünmə qiymətini bilərək, kh/μ müəyyən edilə bilər.

Şəkil 104. Müşahidə quyusunun dayanmasından əvvəl və sonra təzyiqin dəyişmə əyrisi.
Bu tədqiqatların hidrodinləmə metodu ilə işlənilməsi qaydası aşağıdakı kimidir:
1) loqarifm kağızında tədqiqat məlumatlarına əsasən faktiki dinlənmə əyrisi qurulur;
2) faktiki əyrinin üzərinə etalon əyrisi qoyulur və etalon əyrinin tək-tək koordinatlarının faktiki əyrinin hansı koordinatları ilə üst-üstə düşdüyünü qeydə alırlar;
3) nomoqramlara əsasən və (kh/μ) C müəyyən edilir, daha sonra isə məlum C üzrə kh/μ və bundan sonra k müəyyən edilir.
Nümunə. Müşahidə quyusunda aktiv quyunun dayanmasından əvvəl və sonra təzyiqin dəyişməsi əyrisi qeydə alınmışdır (şəkil 104, əyri ABC).
Ötürücü-quyu dayananədək səthi şəraitdə debit (Q= 87 t/sutka) lay şəraitində debitə (Q= 122 m3/sutka) müvafiqdir. Aktiv və müşahidə quyuları arasında məsafə R=750 m. Dinlənmə müşahidə quyusunda səthi diferensial manometrlə C=15,75·10-4 kqs/sm2/mm civə sütunu bölünmə qiyməti ilə həyata keçirilir. Aktiv quyu saat 16.40 dəqiqədə saxlanılmışdır.
AB əyrisinin başlanğıc sahəsinə əsasən müşahidə quyusunda təzyiqin aktiv quyunun iş rejiminin dəyişməsi ilə bağlı olmayan ümumi dəyişikliyi müəyyən edilir – ABD əyrisi (fon). Aktiv quyunun dayanması anından hesablayaraq və ABD düz xəttindən ABC əyrisinə qədər ordinatlar quraraq, lg Δp, lg t miqyasında ötürücü quyunun dayandırılması təsirinin faktiki əyrisi alınır və onun üzərinə üst-üstə düşməni təmin etməklə, etalon əyrisi qoyulur (şəkil 103).
Belə ki, nəzərdən keçirilən nümunədə etalon əyrisinin t0=1-ə müvafiq olan ordinatı loqarifm torunda 1770 dəqiqəyə uyğun olan absis oxunu kəsir. Bu nöqtəni məsafə oxundakı R=750-yə müvafiq nöqtə ilə birləşdirir və şkalası ilə kəsişənədək davam etdiririk (şəkil 103). Belə ki, nəzərdən keçirilən halda m=2 olarsa, =54 000 sm2/s olacaq.
Etalon əyrisinin p0=1-ə müvafiq absisi ordinat oxunu 8,2-10n+2 nöqtəsində kəsir. Bu nöqtəni ΔQ şkalasındakı 122 m3/sutkaya uyğun nöqtə ilə birləşdirir və (kh/μ) C şkalası ilə kəsişənədək davam etdiririk. n=1,0 olduğunu nəzərə alaraq, (kh/μ) C=1,35·10-2 kimi müəyyən edilir. Qeydiyyat manometri şkalasının bölünmə qiyməti (C=15,75·10-4) kimi məlumdur, burada kh/μ = 8,51 D · m/sPz.



Yüklə 193,39 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin