1. Keçiriciliyin quyuların məhsuldarlıq əmsalı üzrə müəyyən edilməsi


Keçiriciliyin hidrodinləmə metodu üzrə müəyyən edilməsi



Yüklə 193,39 Kb.
səhifə4/15
tarix07.01.2024
ölçüsü193,39 Kb.
#205908
1   2   3   4   5   6   7   8   9   ...   15
Geleoji əsaslar

3.Keçiriciliyin hidrodinləmə metodu üzrə müəyyən edilməsi

Hidrodinləmə metodu, təzyiqin bərpa olunması metodu kimi, lay təzyiqinin elastik sonsuz layda paylanması düsturu ilə ifadə edilən qanunauyğunluğun istifadəsinə əsaslanır:




(VIII.9)

Layda hidrodinləmə metodunun istifadəsi zamanı iki quyu olmalı və bu halda onlardan biri debit dəyişikliklərinin həyata keçirildiyi aktiv, digəri isə quyu dibi təzyiqinin dəyişikliyinin qeydə alındığı tənzimləyici quyu olmalıdır. Buna müvafiq olaraq, Δp formulunda – aktiv quyu rejimi dəyişdikdən t c sonra boş dayanan (reaksiya verən) quyuda lay təzyiqinin dəyişilməsi kqs/sm3; ΔQ – lay şəraitində aktiv quyu debitinin dəyişməsi sm3/s; R – aktiv və müşahidə quyuları arasında məsafə; E1 – tabulyasiyalı funksiyadır. Bu halda və aktiv və müşahidə quyuları arasında lay zonasını xarakterizə edir.


Hidrodinləmə metodu da təzyiqin bərpası metodu kimi yalnız birfazalı mayeyə malik laylar üçün tətbiq edilə bilər.
Formulla ifadə olunan qanunauyğunluq belədir ki, təzyiqin zamana görə dəyişilməsinin lg Δp lg t koordinatları üzərində qurulmuş bütün asılılıq qrafikləri ΔQ impulsu göstəricisi və , , R parametrlərindən asılı olmayaraq eyni formaya malikdir (əlbəttə ki, layın həmcinslik şərti pozulmayıbsa). Bu qrafiklər sadalanan parametrlərin göstəricilərindən asılı olaraq yalnız koordinat oxlarına nisbətdə müxtəlif cür yerləşə bilər. Eyni hidrokeçiriciliyə, lakin fərqli pyezokeçiriciliyə malik laylar üçün alınmış iki əyri və ya aktiv və müşahidə quyuları arasında müxtəlif məsafələr olarsa, lg Δp lg t koordinatlarında bir əyri digəri ilə münasibətdə zaman oxu boyu yerini dəyişəcək. Və əksinə, müxtəlif hidrokeçiricilik və pyezokeçiriciliyə malik laylar üçün ötürücü quyu və qəbuledici quyu arasında eyni məsafədə çəkilmiş iki əyri lg Δp lg t koordinatlarında tamamilə eyni formaya malik olacaq, lakin biri digəri ilə nisbətdə lg Δp koordinat oxu boyu yerini dəyişəcək. Müxtəlif hidrokeçiricilik və pyezokeçiriciliyə malik laylar üçün çəkilmiş əyrilər istər absis oxu, istərsə də ordinat oxu boyu bir birinə nisbətdə yerini dəyişəcək.
Aşağıda təsvir olunmuş, etalon adlanan əyridən istifadə edən hidrodinləmə nəticələrinin işlənilməsi metodu da buna əsaslanır. Etalon əyrisi şərti tək-tək parametrlərə malik lay üçün lg Δp lg t koordinatları üzərində qurulmuş funksiyası qrafikindən ibarətdir. Etalon əyrinin qurulması zamanı qəbul edilmişdir

İşlərin rahatlığı üçün etalon əyri (şəkil 103) kalka və ya şəffaf şüşədə çəkilməlidir. Faktiki dinlənmə əyriləri loqarifm kağızı vərəqlərində etalonla eyni zaman miqyasında qurulmalıdır.


İşlənilən zaman etalon əyrisi faktiki əyrinin üzərinə qoyulur (hər iki əyri maksimal uzunluğu boyu üst-üstə düşməyənə qədər ordinat və abses oxlarının paralelliyinə riayət etməklə hərəkət edir).
Koordinat oxlarından başqa, etalon əyrisi qrafikində və koordinatlarına cavab verən xətlər çəkilmişdir; etalon və faktiki əyrilər çəkildikdən sonra faktiki əyrinin hansı Δpftf göstəricilərinin etalon əyrisinin və xətləri ilə üst-üstə düşdüyü qeydə alınır.


Yüklə 193,39 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin