11.Neftin su ilə sıxışdırılması rejimi. Laya əlavə enerjinin verilməsi zamanı, xüsusilə yüksək təzyiqli yeni yüksək məhsuldarlığa malik nasosların yaradılması ilə əlaqədar olaraq, lay təzyiqi və bununla birlikdə mayenin laydan seçilməsi geniş çərçivədə dəyişə bilər, xüsusi olaraq, layda təzyiq basılma xəttində ilkin təzyiqdən artıq yüksələ bilər.
Lakin neftin su ilə sıxışdırılması rejimində əsas şərt dinamik lay təzyiqinin və quyuların dib təzyiqinin neftin qazla doyma təzyiqindən aşağı düşməsinə yol verməməkdir.
Su vurma rejiminin təsviri zamanı qeyd olunmuş suyun az qatılığa malik neft yatağına daxil olması zamanı hərəkətə müqavimətin artması rejimi neftin su ilə sıxışdırılması rejimi zamanı mühüm əhəmiyyət kəsb etmir, çünki bu maneə basılma xəttində layda təzyiqin bir qədər artması ilə asanlıqla kompensasiya oluna bilər.
Suvurma və elastik-suvurma rejimlərində olduğu kimi, bu rejimin də xarakterik xüsusiyyəti qaz amilinin stabilliyidir.
12.Qazlaşmış neftin su ilə sıxışdırılması rejimi. Qazlaşmış neftin su ilə sıxışdırılması rejimi neftin su ilə sıxışdırılması rejiminə çox yaxındır və yalnız işlənilən sahə hissəsində təzyiqin doyma təzyiqindən aşağı düşməsi ilə fərqlənir ki, bu da qazın bir hissəsinin həll olunmuş vəziyyətdən sərbəst vəziyyətə ayrılmasına gətirib çıxarır. Ayrılmış qaz qovuqcuqları həll olunmuş vəziyyətdə olur. Sahənin digər hissəsində dinamik lay təzyiqi doyma təzyiqini aşır.
Təzyiqin doyma təzyiqindən aşağı düşdüyü sahənin ölçüsündən və təzyiqin düşmə kəmiyyətindən, eləcə də təzyiqin düşmə müddətindən asılı olaraq, ilk dövrdə qaz amili ilkin qaz amilini əhəmiyyətli dərəcədə aşa bilər. Daha sonra, sərbəst qaz laydan sıxışdırıldıqdan sonra qaz amili kəskin şəkildə neftə həll olunmuş qazın miqdarı həcmində azalır.
13.Neftin (qazlaşmış neftin) qazla sıxışdırılması rejimi. Rejimin təzahür etmə rejimi və onun effektivliyi lay təzyiqinin doyma təzyiqindən nə qədər aşağı düşməsindən sıx asılıdır.
Eyni həcmdə neftin sıxışdırılması üçün layın ilkin tükənməsi zamanı təzyiq nə qədər azalarsa, bir o qədər də çox neft sərf olunur.
Qazın laya vurulduğu ilk dövrdə neftin sıxışdırılması prosesi daimi qaz amili şəraitində baş verir. İlkin olaraq təzyiq nə qədər çox azalarsa, neftin laya vurulan qazla sıxışdırılması zamanı qaz amili bir o qədər çox olar. Daha sonra 0,1 – 0,2 neft həcmi sıxışdırıldıqdan sonra qaz amilinin artımı baş verir.
Rejimin effektivliyi qazın yatağın üst hissəsinə vurulması zamanı əhəmiyyətli dərəcədə artır. Bu zaman yatağın alt hissələrinə axan neftin və layın qaz papağına qalxması ilə yuxarı hərəkət edən qazın qravitasiya bölgüsü baş verir.
Sonuncu halda rejim qazvurma rejiminə (qaz papağı rejiminə) yaxınlaşır.