1. Kənd təsərrüfatı statistikası da daxil olmaqla, müəssisələr statistikası üzrə seçmə statistik müşahidələrin aparılmasının yeni qaydaları


Statistik registrdə yerli vahidlərin qeydiyyatı metodikası



Yüklə 243,69 Kb.
səhifə6/8
tarix18.05.2020
ölçüsü243,69 Kb.
#31283
1   2   3   4   5   6   7   8
documents-8-file


2.5. Statistik registrdə yerli vahidlərin qeydiyyatı metodikası
Təsərrüfat subyektlərinin tam qeydiyyatı və onların iqtisadiyyatın sahələrinə düzgün aid edilməsi makroiqtisadi göstəricilərin dəqiq hesablanmasının təmin edilməsi üçün vacib amildir. Son zamanlar statistikada müşahidələrin təşkilinə, əsas obyektin yerli vahidlərlə əlaqələrinə, müşahidə obyektlərinin maliyyə əlaqələrinin əks olunmasına tələbat meydana çıxır. Müəssisələr və sahə statistikalarında struktur müayinələrin genişlənməsi, region (bölgə) və bələdiyyə statistikasının təkmilləşdirilməsi, milli hesablar sistemində statistik müşahidələrin keyfiyyətinin artırılması zərurəti də buna səbəb olur.

Baş məcmuya yerli vahidlərin daxil edilməsinin məqsəd və vəzifələri. Baş məcmuya (BM) yerli vahidlərin daxil edilməsinin əsas məqsədləri aşağıdakılardır:

  • müəssisələr statistikasında və digər işlərdə struktur müayinələrinin aparılması üçün, region (bölgə) və bələdiyyə statistikası çərçivəsində müşahidələrin təşkili üçün əsasın formalaşdırılması;

  • statistik müşahidələr keçirilən zaman iqtisadiyyatın sahələri üzrə qruplaşdırma və ərazi çərçivəsində düzgün məlumatların toplanması;

  • milli hesablar sistemində bütün müşahidə obyektləri üzrə məlumatların istifadəsi.

Nəzərdə tutulmuş məqsədlərə nail olmaq üçün aşağıdakı məsələləri həll etmək vacibdir:



  • müəssisə və təşkilatların ərazi struktur vahidlərinin identifikasiyasını və məlumatların toplanması məsələlərini əhatə edən metodologiya və təlimatın hazırlanması;

  • yerli vahidlər haqqında daha etibarlı məlumat mənbələrinin müəyyən edilməsi;

  • BM- da yerli vahidlərin kodlaşdırılma prinsiplərinin müəyyən edilməsi;

  • struktur müayinələrində yerli vahidlər haqqında məlumatların yığılması, işlənməsi və aktuallaşdırılmasının təşkili;

  • müəssisələrin struktur bölmələrinin – yerli vahidlərin qeydiyyatı əsasında BM təşkili.

Statistikanın müxtəlif sahələrində yerli vahidin müəyyənləşdirilməsi üçün vahid yanaşmaların (qaydaların) hazırlanması məqsədilə metodikada yerli vahidlərin müəyyən edilməsinin ümumi meyarları və xüsusiyyətləri, statistik registrdə struktur bölmələrinin qeydiyyat (uçot) xüsusiyyətləri verilir.

Metodika struktur bölmələrinin qeydiyyatı və onlar haqqında məlumatların aktuallaşdırılması prinsiplərini, məlumat mənbələrini, BM-da yerli vahidlərin identifikasiyası üçün əsas qaydaları müəyyən edir, yerli vahidlərin qeydiyyatı əsasında BM məlumatlarının tərkibini təyin edir, əsas obyektin yerli vahidləri ilə əlaqəsini əks etdirir.

Yerli vahid” anlayışı, yerli vahidlərin təyinolunma meyarları və xarakteristikası. “Yerli vahid” anlayışının əsası Avropa statistikasının registrlər üzrə tövsiyələrində verilən və beynəlxalq statistika təcrübəsində istifadə edilən qaydalardır. Yerli vahid coğrafi yeri (mövqeyi) dəqiq müəyyən edilmiş müəssisə və ya müəssisənin ayrı ərazidə olan struktur bölməsidir (filial, emalatxana, sex və s). Yerli vahiddə əsas müəssisənin tapşırığı ilə təsərrüfat fəaliyyəti həyata keçirilir.

Statistik vahidlərin dövlət registrinin (SVDR) və statistik müşahidə obyektlərinin baş məcmusunun (BM) tərkibində əsasən yerli vahidlərin aşağıdakı növləri vardır:



  • əsas yerli vahid (tərkibində başqa ərazidə yerləşən bölmələr- “yerli vahid” olan hüquqi vahid (əgər hüquqi vahid ayrı ərazidə yerləşən bölmələrə malik deyilsə, onda baş (əsas) yerli vahid hüquqi vahidin özü olur);

  • hüquqi şəxsin filial və ya nümayəndəlik statusuna malik bölmələri;

  • hüquqi şəxsin filial və ya nümayəndəlik statusuna malik olmayan struktur bölmələri;

  • ölkənin dövlət hakimiyyət orqanlarının və ya yerli özünü idarəetmə orqanlarının müvafiq struktur bölmələrinin balansında olan təhsil, səhiyyə və mədəniyyət müəssisələri;

  • hüquqi şəxsin balansında olan məktəbə qədər müəssisələr, təhsil, mənzil-kommunal təsərrüfatı təşkilatları, yardımçı kənd təsərrüfatı müəssisələri və ya digər yardımçı müəssisələr.

Filial-hüquqi şəxsin olduğu yerdən kənarda yerləşən və onun bütün funksiyalarını və ya funksiyalarının bir hissəsini, o cümlədən nümayəndəlik funksiyalarını yerinə yetirən bölmədir. Nümayəndəlik - hüquqi şəxsin olduğu yerdən kənarda yerləşən, hüquqi şəxsin maraqlarını təmsil edən və qoruyan bölmədir.

Filiallar və nümayəndəliklər onları təşkil edən hüquqi şəxsin təsdiq etdiyi qaydalar əsasında fəaliyyət göstərirlər. Hüquqi şəxsin təsis sənədlərində onun bütün filialları və nümayəndəlikləri göstərilməlidir.

Filial və nümayəndəlik statusuna malik olmayan struktur bölmələri hüquqi şəxslər tərəfindən təşkil edilirlər və adətən, təsis sənədlərində göstərilmirlər.

Hüquqi şəxsin filial və nümayəndəlik statusuna malik olmayan struktur bölmələrinə, həmçinin, dövlət hakimiyyət orqanlarının, yerli özünü idarəetmə bələdiyyə orqanlarının tərkibində bu orqanların müvafiq normativ aktları ilə təşkil edilən və hüquqi şəxs səlahiyyətlərinə malik olmayan komitələr, idarələr, şöbələr və s. aid edilə bilər. Göstərilən struktur bölmələri hüquqi şəxslərlə eyni coğrafi mövqedə (yerdə) yerləşdikləri və sərbəst fəaliyyət hüququ verən hüquqi sənədlərə malik olduqları halda da yerli vahid hesab edilə bilərlər (məsələn, rayon və şəhər təhsil, səhiyyə, mədəniyyət və incəsənət şöbələrinin mərkəzləşdirilmiş mühasibatlığı).

Dövlət hakimiyyəti orqanlarının və ya yerli özünü idarəetmə orqanlarının hüquqi şəxslərin balansında olan sosial təşkilatları, müəssisələri (təhsil, səhiyyə və mədəniyyət, mənzil-kommunal təsərrüfatı) yerli vahidlərin xüsusi növünü təmsil edirlər. Yerli vahidlərin qeydiyyatının təşkili göstərilən müəssisələri (təşkilatları, idarələri) statistik müşahidə obyektləri kimi nəzərdən keçirmək imkanı verir.

Təsərrüfat fəaliyyəti göstərən subyektin başqa ərazidə yerləşən struktur bölmə kimi müəyyən edilməsi üçün əsas meyar tərkibinə daxil olduğu hüquqi şəxsdən ayrı coğrafi yerinin, faktiki (poçt) ünvanının olmasıdır. Əgər bir hüquqi şəxsin hissələri bir bələdiyyə qurumu daxilində müxtəlif ünvanlarda yerləşmişlərsə və texnoloji cəhətdən əlaqəlidirlərsə, onda bu hissələr bir ayrılmış bölmə şəklində nəzərdən keçirilə bilərlər.

Əgər hüquqi şəxsin bir neçə yerli vahidi olarsa, hər vahidin əsas təşkilatın ünvanından fərqlənən faktiki ünvanı həmin vahidin coğrafi müəyyən olunmuş yeri hesab edilir, əgər hüquqi şəxs yerli vahid kimi nəzərdən keçirilirsə, əsas təşkilatın ünvanı coğrafi müəyyən olunmuş yer hesab edilir.

Vahidin müəyyən olunmuş coğrafi yeri çox dəqiq müəyyənləşdirilməlidir:



  • hüquqi şəxsin eyni ərazidə eyni ünvanda yerləşən bölmələri məşğul olduqları fəaliyyət növlərindən asılı olmayaraq bir yerli vahidə aid edilirlər;

  • hüquqi şəxsin bir bələdiyyə qurumu daxilində müxtəlif ünvanlarda yerləşən hissələri bir (baş) müəssisənin (maliyyə cəhətdən bir müəssisəyə tabe olduqda) strukturuna daxil olduqda və texnoloji cəhətdən əlaqəli olduqda bir yerli vahid kimi göstərilə bilərlər;

  • hüquqi şəxsin bir bələdiyyə qurumu daxilində müxtəlif ünvanlarda yerləşən hissələri texnoloji cəhətdən əlaqəli olmadıqda müxtəlif yerli vahidlər kimi nəzərə alınmalıdır.

  • bununla bərabər, eyni bir ünvanda müxtəlif hüquqi şəxslərin bir neçə yerli vahidləri yerləşə bilərlər, məsələn, bir inzibati binada bir neçə müəssisənin (təşkilatın) ofisləri və ya nümayəndəlikləri yerləşə bilərlər;

  • əgər bir yerli vahid bir neçə qarışıq inzibati vahidin hüdudlarında (sərhədində) yerləşmişsə, onda müəyyənedici amil poçt ünvanı olacaqdır;

  • əsas (baş) təşkilatının ünvanı bütün bölmələrinin (hissələrinin) yeri ilə üst-üstə düşən (eyni olan) hüquqi şəxs bir yerli vahid sayılır;

  • müəssisələrin rəsmi hüquqi ünvanları bu müəssisələrin və onların hissələrinin faktiki olduğu yerdən fərqlənirsə və hüquqi ünvanda fəaliyyət yoxdursa (bir nəfər də işləmirsə), bu rəsmi hüquqi ünvanlar yerli vahidlər kimi göstərilə bilərlər.

Yerli vahid anlayışının (tərifinin) əsas şərtlərindən biri ayrılmış (ayrıca) coğrafi mövqe olduğuna görə gələcəkdə onun üçün dəqiq coğrafi kodun müəyyənləşdirilməsi aktual görünür.

Qeydiyyat obyektinin yerli vahidlər məcmusuna mənsubluğunu (aidiyyətini) müəyyənləşdirən digər meyarlar aşağıdakılardır:



  • yerli vahidin növü (əsas təşkilatın balansında olan və hüquqi şəxs olmayan müəssisə və ya hüquqi şəxs bölməsi (və ya hissəsi))

  • müəyyən hallarda - yerli vahidin iqtisadi fəaliyyətinin özünə xas xüsusiyyətinin olması (mövcudluğu).

Yerli vahidin əsas xüsusiyyətləri aşağıdakılardır:

  • əsas (baş) təşkilata münasibəti;

  • yerli vahidin növü;

  • coğrafi yeri;

  • əsas fəaliyyət növü;

  • yerli vahidin ölçüsü: işçilərin sayı, təsərrüfat fəaliyyətinin nəticəsi;

  • fəaliyyət vəziyyəti (fəal, yatmış, “saxta” fəal, ləğv edilmiş).

Əsas (baş) təşkilata münasibəti yerli vahidin identifikasiya (eyniləşdirmə) kodunda əks olunur və ya baş təşkilatın identifikasiya kodunun ayrıca göstərici kimi əlavə edilməsi yolu ilə həyata keçirilir. İqtisadiyyatın bu və ya digər sahəsinə mənsubluğundan asılı olaraq yerli vahidləri müxtəlif növlərə aid etmək olar: ayrılmış bölmə (filial, nümayəndəlik), struktur bölməsi (sex, şöbə, emalatxana və s.), icra hakimiyyəti və ya yerli özünü idarəetmə orqanının balansında olan müəssisə (məktəb, xəstəxana, poliklinika, klub (mədəniyyət evi), stadion və s.). Yerli vahidlərin spesifik tipləri (növləri) iqtisadiyyatın bütün sahələrində: sənaye, tikinti, nəqliyyat, ticarət və s. nəzərdə tutulur.

Yerli vahidlərin növləri xüsusi nomenklatura əsasında təsnifləşdirilməlidir.

Vahidin coğrafi yeri faktiki ünvanına uyğun inzibati ərazi bölgüsü obyektinə mənsubluğuna görə müəyyən olunur. Azərbaycanda regional statistikanın müşahidə obyektləri kimi yerli vahidlərin istifadəsi üçün poçt indeksi və ya daha kiçik inzibati və ərazi vahidləri (mikrorayon, məhəllə, küçə) əsas götürülür.

Yerli vahidlərin qeydiyyatı zamanı onların iqtisadi fəaliyyət növü nəzərə alınmalıdır. Yerli vahid bir və ya bir neçə fəaliyyət növünü yerinə yetirə bilər.

Bir neçə fəaliyyət növü ilə məşğul olan yerli vahidin əsas fəaliyyət növünün müəyyənləşdirilməsi Dövlət Statistika Komitəsinin mövcud təlimatları ilə yerinə yetirilir. Hüquqi vahidin və onun bölmələrinin (ayrı ərazidə olan) əsas fəaliyyət növünün müəyyənləşdirilməsi iqtisadi fəaliyyət növlərinin təsnifatı (İFNT) əsasında həyata keçirilir.

Yerli vahidin ölçüsü aşağıdakı məlumatlar əsasında müəyyən edilir:


  • işçilərin sayı;

  • hesabat dövründə vahidin təsərrüfat fəaliyyətinin nəticəsi.

Baş məcmuda yerli vahidlərin identifikasiya prinsipi. BM-da yerli vahid haqqında məlumatlar iki hissədən ibarətdir;

  • əsas təşkilat haqqında;

  • yerli vahid haqqında.

Əsas təşkilat haqqında məlumatların strukturunda yerli vahidlərin sayının göstərilməsi üçün bölmə nəzərdə tutulur. Qeyd etmək lazımdır ki, hüquqi vahidə verilmiş fəaliyyət növü kodundan əlavə baş təşkilata yerli vahidin identifikasiya kodu verilir. Əgər hüquqi şəxs ayrı ərazidə yerləşmiş bir neçə struktur bölməsindən ibarətdirsə, onda BM-da müvafiq məlumatlar olmalıdır. Yerli vahid haqqında məlumatlar bu obyektlərin özünəməxsus xüsusiyyətlərini əks etdirir. Yerli vahidə verilmiş sıra sayı onun fəaliyyət müddəti ərzində saxlanılır. Yerli vahidin yeri dəyişdikdə də onun sıra sayı saxlanılır.

Yerli vahidin identifikasiya kodunun tərtib qaydaları beynəlxalq statistika qaydalarına uyğunlaşdırılır. Yerli vahidin identifikasiyası üçün iki üsuldan istifadə edilə bilər:



  1. Əsas (baş) təşkilatın kodu və əsas təşkilatın bölməsinin sıra sayından istifadə. Bu zaman yerli vahidin identifikasiya kodu əsas təşkilatın fəaliyyət növü kodundan və yerli vahidin sıra sayından ibarət olur;

  2. Yerli vahidə müstəqil identifikasiya kodunun verilməsi. Bu zaman baş təşkilatın identifikasiya kodu ayrıca göstərici kimi əlavə edilir.

Hər yerli vahid üçün yerli vahid növünün kodu daxil edilir: filial, nümayəndəlik, struktur bölməsi (sex, şöbə, digər bölmə), məktəb və ya digər təhsil müəssisəsi, müalicə müəssisəsi, kitabxana, muzey və s.

Yerli vahidin növlərinin təsnifatı iqtisadiyyatın müxtəlif sahələrinin və sosial sahənin struktur bölmələrinin fəaliyyət xüsusiyyətlərinə və bu obyektlərin statistik müşahidəsinin təşkili tələblərinə cavab verməlidir.

Yerli vahidin əsas şərtlərdən biri coğrafi yer olduğuna görə, yerli vahidin identifikasiyası üçün dəqiq coğrafi kodun müəyyənləşdirilməsi aktualdır, bu kod yerli vahidin ünvanı haqqında ətraflı məlumatı əhatə etməlidir (obyektin coğrafi lokallaşdırılması). Əlavə olaraq yerli vahidin vəziyyətinin kodu olmalıdır: yenidən təşkil edilmiş, bütün hesabat dövründə fəaliyyət göstərmiş, ləğv edilmədən fəaliyyətini dayandırmış, təşkil edilmiş, lakin fəaliyyətə başlamamış, ləğv edilmiş, ”saxta” fəal.

Hüquqi vahidlərin filial və bölmələri SVDR-də qeydiyyata düşən zaman aldıqları vahid kod ilə birlikdə saxlanılır.


Baş məcmu (BM) məlumatlarının tərkibi





Rekvizitin (göstəricisinin) adı




1.Əsas təşkilat haqqında məlumat

1.1

Aktuallaşdırma tipi (növü)

1.2

Aktuallaşdırma tarixi

1.3

İdentifikasiya kodu

1.4

Vergi ödəyicisinin identifikasiya nömrəsi

1.5

Adı

1.6

Təşkilatın qeydə alındığı hüquqi ünvanın ərazi kodu

1.7

Baş təşkilatın faktiki ünvanının olduğu ərazinin kodu

1.8

Tabeçilik kodu (Dövlət Hakimiyyəti və İdarəetmə Orqanları Təsnifatı)

1.9

Əsas fəaliyyət növünün kodu

1.10

Əlavə əlamətlər

1.11

Mülkiyyət növü təsnifatı kodu

1.12

Təşkilati-hüquq formalarının təsnifatı kodu

1.13

Müəssisənin ölçüsü (iri, orta, kiçik)







Rekvizitin (göstəricisinin) adı

1.14

Sadələşdirilmiş qeydiyyat və hesabat sisteminə keçmiş kiçik sahibkarlıq subyektinin əlaməti (hə, yox)

1.15

Özəlləşdirilmiş müəssisənin əlaməti (özəlləşdirilmiş, özəlləşdirilmə mərhələsində olan, məlumatsız)

1.16

Ünvan (faktiki)

1.17

Qeydiyyat tarixi

1.18

Son dəyişikliyin qeydiyyat tarixi

1.19

İşçilərin orta sayı

1.20

Malların, məhsulların satışından, işlərin görülməsindən, xidmətlərdən əldə olunan pul, gəlir.

1.21

Məhsul buraxılışı

1.22

İllik mühasibat hesabatlarının və statistik hesabatların mövcudluq əlaməti

1.23

Lisenziyanın mövcudluq əlaməti

1.24

Hesabat ilində faktiki fəaliyyət növü

1.25

Yerli vahidlərin sayı




2. Yerli vahid haqqında məlumat

2.1

Aktuallaşdırılma tipi (növü)

2.2

Aktuallaşdırılma tarixi

2.3

Struktur bölməsinin identifikasiya kodu

2.4

Yerli vahidin qısa adı

2.5

Yerli vahidin tipi (növü)

2.6

Yerli vahidin müəyyən olunmuş coğrafi yeri (faktiki ünvanı)

2.7

Yerli vahidin müəyyən olunmuş coğrafi yeri (İnzibati-ərazi bölgüsü təsnifatı kodu)

2.8

Əsas fəaliyyət növünün kodu

2.9

Baş təşkilatın identifikasiya kodu

2.10

İşçilərin orta sayı

2.11

Malların, məhsulların satışından, görülən işlərdən, göstərilən xidmətlərdən əldə olunan gəlir (pul)

2.12

Məhsul buraxılışı

2.13

İllik mühasibat və statistika hesabatlarının mövcudluq əlaməti

2.14

Yerli vahidin vəziyyətinin kodu

2.15

Yerli vahidə əvvəllər verilmiş müəssisələrin və təşkilatların təsnifatı kodu


Yerli vahidlər haqqında məlumat mənbələri. Əsas (baş) təşkilat haqqında məlumat region (bölgə) səviyyəsində SVDR əsasında ayrı-ayrı rekvizitlərin (göstəricilərin) dəqiqləşdirilməsi ilə əvvəlki dövrün baş məcmusundan (BM), inteqrasiya olunmuş hesabat formalarından, müşahidə formalarından, inzibati mənbələrdən (nazirliklərin və idarələrin reyestrlərindən) əldə edilir.

Yerli vahidlər əsasında baş məcmunun (BM) təşkili dövründə məlumatların formalaşması (tərtibi) üçün əsas mənbə kimi struktur müayinələrindən əldə edilmiş məlumatlar istifadə olunmalıdır. Birinci mərhələdə, hüquqi vahidlərin bölmələri (ayrı-ayrı ərazilərdə olan) haqqında alınmış məlumatların sistemləşdirilməsi, kodlaşdırılması və baş məcmunun (BM) məlumatlar bazasına daxil edilməsi yerinə yetirilməlidir.

Baş məcmu (BM) təşkil edilən zaman mövcud olduğu dövr ərzində yerli vahidin identifikasiya kodunun saxlanılması təmin edilməlidir. Bununla əlaqədar olaraq müəssisələr tərəfindən doldurulmalı olan formalarda yerli vahidlərin identifikasiya kodlarının (BM-da əvvəlki statistik müşahidə məlumatları üzrə olan) göstərilməsi nəzərdə tutulmalıdır.

Statistik tədqiqatlarda yerli vahidlərdən istifadə. Yerli vahidlərin statistik registrdə qeydiyyatının təşkili müəssisələr statistikasında struktur müayinələri aparmağa, regional statistika çərçivəsində statistik təhlil aparmağa, ərazi çərçivəsində qruplaşdırma etməyə, milli hesablar sistemində region və ölkə səviyyələrində statistik hesablamalar üzrə məlumatlardan istifadə etməyə imkan verir. Yerli vahidlərin tabeçiliyi və iqtisadi fəaliyyət növü haqqında məlumatlar əsasında iqtisadiyyata kapital qoyuluşları və aqreqasiya olunmuş (maliyyə əlaqələri üzrə qruplar) yerli vahidlər əsasında digər maliyyə göstəricilərini toplamaq mümkündür.

Baş məcmuda yerli vahidlərin təşkili üzrə işlərin aparılması. Yerli vahidlərin əsasında statistik müşahidələrin təşkili üç mərhələdə nəzərdə tutulur.

Birinci mərhələdə əsas təşkilatların və onların yerli vahidlərinin haqqında məlumatlar almağa imkan verən BM-nin yaradılır. Əsas təşkilat haqqında məlumat BM-ya daxil olan bütün obyektləri əhatə edir. Yerli vahidlər haqqında əsas informasiya mənbəyi struktur müşahidələri olur. Birinci mərhələdə yerli vahidlər haqqında məlumatlar sənaye, tikinti və ticarət sahələrinə daxil olan təşkilatları əhatə edir.

İkinci mərhələ iqtisadiyyatın digər sahələrinə aid yerli vahidlər haqqında məlumatların yığılmasını və BM-ya daxil edilməsini nəzərdə tutur. Əsas informasiya mənbəyi kimi aşağıdakılar nəzərdə tutulur:


  • təhsil, səhiyyə, mədəniyyət, idarəetmə sahələri üzrə inzibati mənbələrin məlumatları;

  • struktur müayinələrinin məlumatları;

  • SVDR və BM-ya daxil edilən ayrı-ayrı müəssisə qruplarının xüsusi müayinələrinin məlumatları.

Üçüncü mərhələdə registrlər sistemində BM – nin modernləşdirilməsi nəzərdə tutulur.

3. Statistik məlumatların keyfiyyətinə nəzarət və keyfiyyətin

idarə olunması, informasiya axınlarının optimallaşdırılması,

respondentlərə düşən statistik yükün tənzimlənməsi

sistemlərinin yaradılmasına dair
Müqəddimə
İstehsal olunmuş statistik məlumatların keyfiyyətinin yüksəldilməsinə Milli statistika sisteminin təşkilati, metodoloji və texnoloji modernləşdirilməsi yolu ilə nail olmaq mümkündür. Milli statistika sisteminin modernləşdirilməsi dedikdə, statistik informasiya axınlarının optimallaşdırılması, respondentlərin statistik informasiya yükünün azaldılması, informasiya texnologiyasının, müasir müşahidə üsullarının tətbiqi və s. tədbirlərin yerinə yetirilməsi başa düşülür.

Rəsmi statistika sistemində dövriyyədə olan informasiya axınlarının optimallaşdırılması üçün istehlakçıların (istifadəçilərin) statistik informasiyaya olan tələbləri tədqiq edilməlidir. Milli statistika sistemi təkmilləşdikcə statistika orqanlarına daxil olan məlumatların həcmi, kütləviliyi, dövriliyi, onların toplanması, işlənməsi və istifadəçilərə təqdim edilməsi texnologiyası da daim dəyişir.

Məlumdur ki, statistik məlumatların böyük həcmi əsasən respondentlərdən toplanır. Odur ki, son zamanlar beynəlxalq aləmdə respondentlərin yükünün azaldılması problemi milli statistika orqanlarının ən vacib vəzifələrindən birinə çevrilmişdir.

İnternet texnologiyası məlumatların toplanması, işlənməsi, saxlanması və ötürülməsində köklü dəyişikliklərin əmələ gəlməsinə səbəb olmuşdur. Bunları nəzərə alaraq interaktiv istifadə olunan metaməlumatların yaradılması və istifadəsinin təşkili statistika xidmətinin qarşısında duran mühüm vəzifədir. Statistika fəaliyyətinin beynəlxalq standartlara uyğunlaşdırılması beynəlxalq metaməlumatların öyrənilməsi və tətbiq edilməsini tələb edir.

Statistik məlumatların mübadiləsinin istifadəçilər arasında intensivləşməsi, rabitə və informasiya texnologiyalarının, mikro kompüterlərin geniş tətbiqi statistik informasiya sisteminin strukturunun dəyişdirilməsini tələb edir. Bütün bunlar da öz növbəsində yeni statistik məlumat sisteminin hazırlanması, tətbiq edilməsindən asılıdır. Yeni sistem milli statistika orqanlarında statistik tədqiqatların aparılması prosesini, məlumat bazası və metaməlumatlar sistemini özündə əks etdirməlidir. Məlumat bazası və metaməlumatlar informasiya sisteminin əsas komponentləri hesab edilir.

Bununla əlaqədar olaraq, “2008-2012-ci illərdə Azərbaycan Respublikasında rəsmi statistikanın təkmilləşdirilməsinə dair Dövlət proqramı”nda statistik məlumatların keyfiyyətinə nəzarət və keyfiyyətin idarə olunması, informasiya axınlarının optimallaşdırılması, respondentlərə düşən statistik yükün tənzimlənməsi sistemlərinin yaradılmasını əks etdirən metodoloji izah və qaydaların işlənib hazırlanması nəzərdə tutulmuşdur.



3.1. Statistik məlumatların keyfiyyətinə nəzarət

və keyfiyyətin idarə olunması sisteminin əsas prinsipləri
Sosial-iqtisadi sahədə səmərəli idarəetmə məqsədilə istifadəçilərə təqdim olunan statistik məlumatların keyfiyyətinin yüksəldilməsi statistik müşahidə metodologiyasının yenidən təşkili və təkmilləşdirilməsində əsas məsələlərdən biridir.

Statistik informasiyanın keyfiyyəti dedikdə, yalnız hesablanan göstəricilərin dəqiqlik və dürüstlük dərəcəsinin, istifadə olunan statistik modellərin uyğunluq səviyyəsinin normalar çərçivəsində olması başa düşülmür, həm də tələb olunan məlumatların istifadəçilərin tələblərinə uyğunluğu, nəşrlərin asan əldə oluna bilməsi və vaxtlı-vaxtında istifadəçiyə çatdırılması kimi meyarlar başa düşülür.

Hazırda istifadəçilərə statistik məlumatların gərəkliliyi səviyyəsinin qiymətləndirilməsinə əsaslanan və daha geniş yayılmış keyfiyyət anlayışı müəyyənləşmişdir. Tətbiq olunan statistik metodologiyanın düzgünlüyü (beynəlxalq standartlara, o cümlədən MHS-nə uyğunluğu) və statistika orqanları tərəfindən məlumatların toplanması, işlənməsi, təhlili və nəşri prosesində standartlara əməl olunması keyfiyyəti geniş mənada təmin edir.

Keyfiyyət, bütövlük, tələbat, dəqiqlik və düzgünlük, vaxtında olma, əldə oluna bilmə, interpretasiya edilə bilmə və müqayisəlilik meyarları ilə ölçülür. Keyfiyyətin bu meyarları statistik müşahidə proqramları hazırlanarkən nəzərə alınır.



Bütövlük-statistik fəaliyyət elmi əsaslandırılmış metodologiyaya əsaslanmalı və müşahidə aparılarkən statistik məlumatların toplanması, işlənməsi və yayılmasında bilavasitə təsdiq olunmuş metodlara əməl olunmalıdır.

Statistik fəaliyyətin həyata keçirilməsinin metodoloji əsası beynəlxalq standartların və prinsiplərin istifadəsi ilə uyğunlaşdırılmalıdır.

Statistik məlumatlara tələbat özündə onların keyfiyyətinin istifadəçilərə gərəkliliyi səviyyəsinin qiymətləndirilməsini, yəni məlumatların istifadəçilərə nə dərəcədə xidmət etdiyini, həqiqətən də onlara çatdırılıb-çatdırılmamasını əks etdirir. Tələbat statistik tədqiqatın qarşıya qoyulmuş məqsəd və vəzifələrinin düzgünlüyünü və onların normativ-hüququ bazaya uyğunluğunu göstərir. Statistik fəaliyyətin planlaşdırılması zamanı istifadəçilərin tələblərinin ödənilməsi ilə yanaşı onların müvafiq gözləmələrinin formalaşdırılmasına sərf olunan vaxtı və onun dəyərini də nəzərə almaq lazımdır.

Dürüstlük və dəqiqlik - sosial-iqtisadi və demoqrafik hadisələri xarakterizə edən statistik müşahidələrin nəticələrinin (statistik modellərin istifadə olunan parametrlərinin qiymətlərinin, onların həqiqi qiymətlərindən kənarlaşması) adekvatlıq (eynilik) səviyyəsini əks etdirir.

Statistik göstəricilərin dəqiqliyi seçmənin səhvlərini əks etdirir və hesablanan kəmiyyətin bütün mümkün seçmələrinin orta kəmiyyətindən nə dərəcədə fərqləndiyini göstərir. Seçmə metodu ilə alınmış hər hansı göstəricinin dəqiqliyi iki amildən asılıdır: göstəricinin seçmə üzrə hesablandığı üsuldan və seçmənin özünün formalaşdırıldığı üsuldan.

Məlumatların təqdim edilməsinin vaxtında olması təsvir edilən hadisədən, müvafiq məlumatların dərc olunması anınadək keçən vaxtın istifadəçilər üçün məqbulluğunu əks etdirir. Vaxtında olma statistik məlumatların istifadəçilər üçün aktual və tələb olunan dövr ərzində zamanın yol verilən həddi ilə xarakterizə edilir.

Əldə oluna bilmə - formaların (daşıyıcıların) məqbulluğu nəzərə alınmaqla, məlumatların rəsmi yayılmaya (nəşrə) hazırlıq vəziyyətini əks etdirir. Yəni, məlumatlar istifadəçilər tərəfindən əldə edilə biləndir, istifadəçilər müvafiq metaməlumatların (məlumatlar haqqında informasiyaların) hazırlıq səviyyəsi, həmçinin onları maraqlandıran məlumatları əldə etmək imkanları və vasitələri haqqında biliklərə malikdirlər. Bu amillərin xüsusiyyətlərindən biri istifadəçilərin böyük həcmdə məlumat alma imkanına malik olması hesab edilir.

Statistik məlumatların aydın olması, istifadəçilər tərəfindən statistik məlumatlarların sosial-iqtisadi vəziyyət barədə obyektiv reallıqla əlaqələndirilməsi imkanlarını, həmçinin onların təhlilə, o cümlədən avtomatlaşdırılmış təhlilə hazırlıq dərəcəsini əks etdirir. Tədqiq edilən məcmunun əlamətlərinin, göstəricilərinin və sərhədlərinin müəyyənləşdirilməsi də daxil edilməklə, nəşrlərdə statistik terminlərdən istifadə olunmasının ciddiliyi əhəmiyyətli dərəcədə aydın (interpretasiya edilə bilən) olmanın səviyyəsini müəyyənləşdirir.



Uyğunluq - məlumatların tamlıq səviyyəsini və statistik müşahidələrin nəticələri və digər müşahidələrin məlumatları, yaxud onların əsasında hesablanmış göstəricilər arasında məntiqi qarşılıqlı əlaqə səviyyəsini əks etdirir. Uyğunlaşdırılmış (uzlaşdırılmış) məlumatlar xronoloji ardıcıllıqda bir-birinə zidd olmamalı, müqayisəlidir və vaxtın eyni bir dövrünə aid olduqda əlaqəli müşahidələrdə bir-birini tamamlamalıdır. Bununla yanaşı nəzərə almaq lazımdır ki, istifadə olunan məcmular müxtəlif müşahidələrdə fərqlənə bilərlər.

Göstərilənləri təcrübədə müvəffəqiyyətlə həyata keçirmək üçün Dövlət Statistika Komitəsinin 24 fevral 2010-cu il tarixli qərarı ilə Komitədə İSO 9001:2008 beynəlxalq standartının tələblərinə uyğun olaraq Keyfiyyətin idarə edilməsi sisteminin (KİS) tətbiq olunması qərara alınmışdır. KİS-in sənədləşdirilməsinə keyfiyyət sahəsində siyasəti, keyfiyyət üzrə vəsait, keyfiyyətə nəzarət üsulları və səmərəli idarəetmə üçün tələb olunan sənədlər daxildir.

Statistik fəaliyyət prosesinin bütün mərhələlərində (proqramların tərtibi, seçmə, məlumatlarının toplanması, mikro və makro nəzarət, məlumatların yekunlaşdırılması və istifadəçilərə təqdim edilməsi) keyfiyyətə nəzarət olmalıdır.

Bununla əlaqədar olaraq, rəsmi statistika orqanlarının fəaliyyətinin nəticələrinin keyfiyyətini artırmaq yollarını müəyyən etmək olar:



  • istifadəçilərin statistik məlumatlara olan tələbinin aydınlaşdırılması və dəqiqləşdirilməsi;

  • mövcud informasiya ehtiyatlarını nəzərə almaqla statistik tədqiqatların əsas istiqamətlərinin müəyyənləşdirilməsi;

  • statistik müşahidə məlumatlarının toplanması və işlənməsi prosesinin, eləcə də alınmış nəticələrin nəşrinin keyfiyyətinə nəzarət təmin edilməlidir.

Bu zaman nəzərə almaq lazımdır ki, keyfiyyətin komponentləri kompleks xarakter daşıyır, buna görə də bir komponentin dəyişdirilməsi digərlərinə də təsir göstərir. İstifadəçilərin tələblərinin daha dolğun və tam təmin edilməsi üçün statistik müşahidənin bütün mərhələlərində əsas anlayışların müəyyən olunması, terminologiya və standart tələblər daxil olmaqla, məlumatların keyfiyyətinə qoyulan tələblərin işlənib hazırlanması zəruridir.

Statistik məlumatların keyfiyyətinə, keyfiyyətə təsir göstərən müxtəlif amillərin təsirinin idarə edilməsinin və onların balanslaşdırılmasının nəticəsidir.

Hər bir müşahidənin yekun məlumatlarının statistik məlumat bazalarına inteqrasiya olunması və digər müşahidə məlumatları ilə birgə istifadə oluna bilməsinin təmin edilməsi vacibdir. Bu məlumatların razılaşdırılması və uzlaşdırılması üçün, məlumatın məzmunu və növləri üzrə statistik standartların işlənməsinə və bu standartlara əməl olunmasına tələbatı özündə birləşdirir. Bura ilk növbədə milli hesablar sistemi, statistik təsnifatlar və s. tərəfindən irəli sürülən standart tələblər aid edilir. Əgər onları mövcud məlumatlarla birlikdə istifadə etmək mümkün olarsa, onda yeni təşkil edilmiş statistik müşahidələrin nəticələrinin faydalılığı dəfələrlə artar.

Rəsmi statistik məlumatlarların keyfiyyətinin lazımi səviyyəyə qaldırılması üçün statistik məlumatların formalaşdırılması və nəşrinin bütün mərhələlərində keyfiyyətə nəzarət sisteminin səmərəli təşkil edilməsi zəruridir. Nəzarət sistemi dövlət statistika sisteminin bütün səviyyələrində fəaliyyət göstərməlidir.

Statistik məlumatların keyfiyyətinə qoyulan ümumi standart tələbləri yerinə yetirərkən statistik işlərin hər bir növünə uyğun olaraq, sahə statistikası məlumatlarının hazırlanmasının, tərkibinin və formalaşdırılmasının spesifik xüsusiyyətləri nəzərə alınmalıdır.

Standart tələblər statistik məlumatların formalaşdırılması mərhələlərində onların keyfiyyətə nəzarət sisteminin aşağıdakı komponentlərini əhatə edir:



  • istifadəçilərin statistik informasiyaya olan tələbatı ödənilərkən ayrı-ayrı hüquqi və fiziki şəxslər üzrə konfidensial (məxfi) xarakterli məlumatların gizli saxlanılmasının təmin olunmasına nəzarət;

  • aparılan müşahidələrin normativ-metodoloji və texnoloji sənədlərində Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi tərəfindən təsdiq olunmuş standartların tələblərinə əməl olunmasına nəzarət;

  • statistik təlimatların (müşahidə blankının göstəricilər sisteminin və onların doldurulması üzrə təlimatın) işlənib hazırlanmasında keyfiyyətə nəzarət;

  • tədqiq olunan baş məcmunun əhatə dərəcəsinə və onun məlumatlarının aktuallığına nəzarət;

  • məntiqi və hesabi nəzarət daxil edilməklə, məlumatların toplanması mərhələsində əldə olunmuş ilkin məlumatların doğruluğuna nəzarət;

  • statistik müşahidə obyektlərinin əlamət məlumatlarının qeyri-tipik qiymətlərinin müəyyənləşdirilməsi və işlənməsi də daxil olmaqla, obyektlər üzrə avtomatik qaydada redaktə (imputasiya) edilmiş məlumatlara nəzarət;

  • müşahidənin əsas göstəricilərinin alınmış qiymətlərinin dəqiqliyinin standart xarakteristikasının hesablanması və müxtəlif yerlərdən toplanmış yekun nəticələrin avtomatik birləşdirilməsi (aqreqasiya olunması) qaydaları da daxil edilməklə, seçmə məlumatlarının baş məcmuya şamil edilməsində istifadə olunan metodikanın düzgünlüyünə nəzarət;

  • məlumatların məntiqi uyğunluğuna nəzarət də daxil olmaqla, müxtəlif yerlərdən toplanmış yekun nəticələrin keçmiş dövrlərin müşahidələrinin nəticələri və digər müşahidə məlumatları ilə müqayisəliliyinə nəzarət;

  • nisbi göstəricilərə (o cümlədən region bölgüsündə) nəzarət;

  • statistik müşahidələrin aparılmasının idarə edilməsinə nəzarət;

  • statistikanın müvafiq sahələrində beynəlxalq standartların və təsnifatların tələblərinə əməl olunmasına və Milli Hesablar Sisteminin (MHS) tələblərinə uyğunluğuna nəzarət;

  • statistik nəşrlərin və istifadəçilərə elektron şəkildə təqdim olunan statistik məlumatların keyfiyyətinə nəzarət;

  • statistik məlumatların, onların hesablanması metodologiyasına əməl olunmasına nəzarət.


3.2. İnformasiya axınlarının optimallaşdırılmasının

əsas müddəaları
Statistik informasiya sistemlərini layihələndirərkən, dövr edən informasiyanın ilkin mənbədən istifadəçilərə qədər olan informasiya axınını təyin etmək vacibdir. Statistik məlumatların ilkin mənbəyi iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən idarə və təşkilatlardır (respondentlərdir). Bu məlumatlarda mülkiyyət formasından asılı olmayaraq çoxlu sayda sənaye, ticarət, tikinti, kənd təsərrüfatı müəssisələrinin, sosial yönümlü məişət və digər təşkilatların, habelə fiziki şəxslərin fəaliyyətini səciyyələndirən statistik hesabatlar, seçmə statistik müayinə, sorğu, siyahıyaalma formaları və s. əks etdirilir.

İqtisadi, maliyyə və digər sahələrdə müəyyən siyasət həyata keçirmək üçun dövlət idarəetmə orqanlarının müxtəlif informasiyaya ehtiyacı var. Statistik informasiya istifadəçiləri, mərkəzi, sahə və yerli idarəetmə orqanlarını və s. kimi qruplara ayrılır.

Statistika orqanları müəssisə, idarə və təşkilatların işini xarakterizə edən mühüm iqtisadi göstəticiləri öz hesabatlarında ümumiləşdirib təhlil etdikdən sonra onun nəticələrini təcrübədə istifadə etmək üçün müvafiq nazirlik və təşkilatlara təqdim edirlər.

Statistika orqanlarında dövriyyədə olan informasiya axının sxemi 1 nömrəli əlavədə göstərilmişdir. Sxemdən göründüyü kimi statistik informasiyanın köməyi ilə idarəetmə sahələrinin istehsal-təsərrüfat fəaliyyəti, həmçinin bu fəaliyyətin idarə olunması həyata keçirilir.

Statistik hesabatlar Dövlətstatkomun bütün səviyyələrində ardıcıl olaraq işlənilir, hər bir səviyyədə məlumatlar toplanır, müxtəlif əlamətlərə görə (ərazi, təşkilati və s.) qruplaşdırılır, təhlil olunur və yekun hesabatlar alınır. Bu zaman hər bir məqsəd və onun həlli üçün informasiya resursları konkretləşdirilir. Həmin konkret məsələlər, alt məsələlər və göstəricilər arasında informasiya əlaqələri müəyyənləşdirilir. İqtisadi göstəricilər arasında əlaqənin bir ierarxik səviyyədən digərinə keçid alqoritmi müəyyənləşdirilir.

Səmərəli informasiya axınının yaradılmasının əsas prinsiplərindən biri onun keyfiyyəti və operativliyidir. Müasir şəraitdə informasiyanın operativliyinin yüksəldilməsi üçün mürəkkəb texniki obyektlərdən-super elektron hesablama maşınları, kompüter və hesablama şəbəkələrindən təşkil olunmuş informasiya sistemlərdən istifadə edilməsi vacibdir.

İnformasiya axınının səmərəliliyinin tədqiqi informasiyanın gün-gündən artdığı müasir şəraitdə getdikcə mürəkkəbləşir. Bunun üçün vaxtaşırı iqtisadi proses və hadisələrin qarşılıqlı əlaqələri dəqiqləşdirilməlidir. Deməli, informasiya axınına yenidən baxılmalı və informasiya təminat sistemi günün tələblərinə uyğunlaşdırılmalıdır.

Müasir dövrdə istifadəçilərin rəsmi informasiya ilə təmin edilməsi, dövlət qurumlarının bir-biri ilə, əhali ilə, biznes və vətəndaş cəmiyyəti institutları ilə qarşılıqlı əlaqələrinin təkmilləşdirilməsi, eləcə də dövlət idarəçiliyinin səmərəliyinin və şəffaflığının artırılması üçün aşağıdakı işlərin görülməsi nəzərdə tutulur:



  • idarə, müəssisə və təşkilatlar arasında vahid milli informasiya sisteminin yaradılması;

  • Dövlət Statistika Komitəsinin Web-saytının müasirləşdirilməsi;

  • regionlarda informasiya kommunikasiya texnologiyaları infrastrukturunun inkişafı və müasir Web-saytların yaradılması;

  • statistik məlumatların təqdimatının və Web-nəşrlərin avtomatlaşdırılmış idarəetmə sisteminin yaradılması;

  • statistik geoinformasiya sisteminin (GİS) inkişafı;

  • siyahıyaalma və seçmə müayinələrinin mikro məlumatlarının nəşr edilməsi vasitələrinin yaradılması;

  • «Milli statistika» analitik-informasiya sisteminin yaradılması.

Cəmiyyət və iqtisadiyyat inkişaf etdikcə statistik məlumatların tərkibi və keyfiyyətinə olan tələb də artır. Lakin cəmiyyətin rəsmi statistik məlumatlara olan inamının artırılması təkcə Dövlət Statistika Komitəsinin deyil, onlarla digər təşkilatların məlumatlarından da asılıdır. Maliyyə, Vergi, Ədliyyə və Daxili işlər nazirlikləri və s. təşkilatlar da, statistik məlumatların toplanması, işlənməsi və nəşri ilə məşğul olduqlarından, informasiya axınlarının optimallaşdırılması, vətəndaşların rəsmi məlumatlarla təmin edilməsi, dövlət qurumlarının bir-biri ilə, əhali və, biznes qurumları ilə qarşılıqlı əlaqəsinin yüksək səviyyəyə qaldırılması, eləcə də dövlət idarəçiliyinin səmərəliliyinin və şəffaflığının artırılmasına vahid milli statistik informasiya sisteminin yaradılması ilə nail olmaq olar.

Dövlət idarəetmə orqanlarını zəruri statistik məlumatlarla təmin edən vahid milli statistik informasiya sistemi dünya miqyasında statistik informasiya resurslarının inteqrasiyası yolu ilə yaradıla bilər. Statistik informasiya resurslarının inteqrasiyasını aşağıda göstərilən sxemdən daha aydın görmək olar.




Müəssisə, idarə və təşkilatların vahid statistik informasiya sistemi

İnformasiya texnologiyalarından istifadə edilməsinə sistemli yanaşma onların tətbiqinin səmərəliliyini daha da artırır.

Yeni proqram modullarının tətbiqi, saytın yeniləşmiş strukturu statistik məlumatların istifadəçiləri, eyni zamanda xüsusi hazırlığı olmayan istifadəçilər üçün nəzərdə tutulur.

İnformasiya sistemi-müxtəlif miqyaslı və xarakterli müəssisələrdə informasiya texnologiyalarından istifadə edilməsinə sistemli yanaşma ilə qurulan, avadanlıq, proqram, informasiya, təşkilatı, metodoloji və hüquqi təminat vasitələrindən ibarət olan mürəkkəb kompleksdir.

İnformasiya təminatı göstəricilər sistemi və meta-göstəricilərdən, onların təsviri vasitələrindən (təsnifat və kodlar, statistik sənədlər və müəyyən şəkildə təsvir olunmuş informasiya massivləri) ibarətdir. İnformasiya təminatının əsas məqsədi idarəetmə orqanlarının tələblərini tam ödəyən göstəricilər sisteminin yaradılması, statistik informasiyanın vahid formalarının təkmilləşdirilməsi və informasiya massivlərinin səmərəli təşkili əsasında statistik məsələlərin həllində istifadə olunan məlumatlardan təkrar istifadə edilməsidir.

İnformasiya sisteminin əsas vəzifəsi idarəetmə və digər mütəxəssisləri lazımi informasiya ilə təmin etməkdən ibarətdir. Bunun üçün o, informasiyanın avtomatlaşdırılmış toplanmasını, saxlanmasını, axtarışını, emalını və nəticələrin istifadəçilərə çatdırılmasını yerinə yetirməlidir.

Müasir informasiya sistemlərində müşahidənin təşkili və aparılmasının əsas prinsiplərinin dərk edilməsi, eləcə də müşahidəyə başlamazdan əvvəlki praktiki məsələlərin həll edilməsi xüsusi əhəmiyyət kəsb edir.

Müayinənin ilkin mərhələsi hazırlıq mərhələsi adlanır. Bu mərhələ statistik müayinənin tələb olunan son məhsulunun, yəni müxtəlif nəşrlərə daxil ediləcək cədvəllərin təyini və aydınlaşdırılması proseslərinin müzakirəsinə həsr olunur.

Bu prosesdə əsas dayaq nöqtəsini istifadəçilərin müayinə nəticəsində toplanmış informasiyaya olan tələbinin sistematik olaraq öyrənilməsi, izlənməsi və inventarizasiyası təşkil edir. Hər bir statistik müayinəyə başlamazdan qabaq, ilk növbədə, istifadəçilərin uyğun informasiya sahəsində olan tələb və təklifi haqqında aydın təsəvvürə malik olmalı və informasiyanın digər mənbələrdə mövcud olmadığına tam əmin olunmalıdır.

Sonrakı mərhələni isə, istifadəçilərin tələblərinin statistik dilə çevrilməsi təşkil edir.

Birinci növbədə hər bir statistik müşahidənin forması, növü və üsullarının təsnifləşdirilməsi prinsipləri dərk olunmalı, sonra isə statistik müşahidənin forması, növü və üsulunun məğzi mənimsənilməlidir.

Statistik müşahidənin forması onların təşkilinin ən ümumi xüsusiyyətləri əsasında müəyyənləşdirilir.

Müasir informasiya sistemlərində məlumatların daxil edilməsini avtomatlaşdırmaq üçün statistik hesabat formaları və onların doldurulma qaydaları standartlaşdırılmalıdır.

Seçmə müşahidəsi zamanı təsadüfi qaydada bir neçə seçilmiş vahidlərin əsasında bütün məcmu haqqında xarakterik xüsusiyyət müəyyən edilir.

Müşahidə obyekti, müşahidə zamanı məlumatlar toplanan hadisə və proseslərin məcmusudur. Bir qayda olaraq hər bir obyekt onu təşkil edən çoxsaylı element və ya obyektlərin qeyd olunmalı əlamətini özündə əks etdirən vahidlərdən ibarətdir. Müşahidə proqramında müşahidə obyekti vahidlərinin əsas, xarakterik əlamətləri əks olunmalıdır.

Müşahidənin proqramına, müşahidə zamanı alınacaq cavabların sualları daxil edilir. Seçmə müşahidəsi Statistik Registrlərə əsasən aparılır.
3.3. Respondentlərə düşən statistik yükün tənzimlənməsi
Məlumdur ki, statistik məlumatların toplanması mərhələsində əsas rolu respondentlər oynayırlar. Odur ki, son zamanlar beynəlxalq aləmdə respondentlərin yükünün azaldılması problemi milli statistika təşkilatlarının ən vacib vəzifələrindən birinə çevrilmişdir.

Elektron sorğu blankları vasitəsilə respondentin məlumat bazasından verilənlərin birbaşa istifadəçinin məlumat bazasına daxil edilməsi tədqiqatçı statistiklərin, eyni zamanda respondentlərin statistik yükünün azalmasının ən perspektivli yoludur.

Dövlət (region) müşahidələrinin aparılması üçün lazım olan məlumatların respondentlər (statistik vahidlər, ailə kəndli və ev təsərrüfatları) tərəfindən dövlət statistika orqanlarına elektron sənəd formasında təqdim edilməsində məqsəd statistika orqanları ilə əlaqələrin keyfiyyətinin yaxşılaşdırılması, respondentlərə düşən informasiya yükünün və vaxt itkisinin azaldılması, müasir informasiya və kommunikasiya texnologiyalarından istifadə etməklə məlumatların təqdim edilmə üsulunun asanlaşdırılması və beynəlxalq standartlara uyğunlaşdırılmasına nail olmaqdan ibarətdir. “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 11 fevral tarixli Dövlət (region) müşahidələrinin aparılması üçün lazım olan məlumatların elektron sənəd formasında dövlət statistika orqanlarına təqdim edilməsi qayda”sına əsasən Dövlət Statistika Komitəsi tərəfindən müəyyən edilmiş formatda tərtib edilən və statistika orqanına təqdim olunan elektron sənədin məlumatları kağız formasında olan sənədin məlumatlarına bərabər tutulur və hər iki sənəd eyni hüquqi qüvvəyə malikdir. Elektron hesabat (məlumat) informasiyanın elektron-rəqəmsal formada təqdim olunduğu sənəddir. İmzalanmış elektron hesabat (məlumat)istifadəçiyə aid elektron poçt (e-mail) vasitəsilə ötürülən elektron sənəddir.

Statistik vahidlər – rəsmi statistika üçün ilkin məlumatları təqdim edən, yaxud statistiklər tərəfindən müşahidələrin aparılması, məlumatların toplanması və təhlili üçün müəyyənləşdirilmiş hüquqi şəxslər (onların nümayəndəlik və filialları) və fiziki şəxslərdir.

Statistik müşahidələrin aparılması üçün lazım olan məlumatların elektron formada tərtib edilməsi və statistika orqanlarına təqdim olunması üçün zəruri proqram təminatları və izahedici materialların hazırlanması mikro səviyyədə informasiya təklifi və tələbinin uyğunlaşmasıdır. Zəruri proqram təminatı hesa­batların (məlumatların) elektron şəkildə tərtibi və göndərilməsi üçün istifadə olunan proqram təminatıdır (Elektron Hesabatın Tərtibatı Proqramı – EHTP); Məlumatların daxil edilməsi zamanı statistik yükün kəmiyyət və keyfiyyət tərəfləri nəzərə alınır.

Sorğu blankları məzmununa görə informasiyaya olan tələb və təklif arasındakı tarazlığı əks etdirir. Sorğu blankının hazırlanması-mikro səviyyədə informasiya təklifi və tələbinin uyğunlaşmasıdır.

İnformasiyaya olan tələbi statistik cədvəllərin maketlərinin yaradılması mərhələsində istifadəçilərin təklifləri əks etdirir. Memarın tikinti çertyoju olduğu kimi, statistik tədqiqat zamanı müşahidə nəticəsində alınacaq məlumatların detallaşma səviyyəsi, vaxtı-vaxtında olması və dəqiqliyi haqqında ümumi təsəvvür yaradan cədvəllərin maketlərinin olması çox zəruridir.

İnformasiyanın təklifi isə məlumatları təqdim edənlərin arzu və imkanları ilə təyin edilir. Buna görə də sorğu blankları hazırlanarkən informasiyaya olan təkliflə tələb arasındakı uyğunluq nəzərə alınmalıdır. Statistik cədvəl maketi istifadəçilərin tələbini ödədiyi kimi, sorğu blankı da respondentlərin tələbini ödəməlidir.

Elektron informasiya texnologiyaları sahəsindəki yeni nailiyyətlər yəni, elektron məlumat toplayıcıları, elektron informasiya sistemlərinin texniki və proqram təminatının meydana gəlməsi informasiya axınlarının idarə edilməsinin avtomatlaşdırılmasına və respondentlərin statistik yükünün azaldılmasına imkan yaratmışdır. Elektron informasiya mübadiləsi sistemlərinin potensial üstünlüklərinin (respondentlərin statistik yükünün azaldılması, məlumatların uyğunluğu və s.) həyata keçirmək üçün müəssisələrin mühasibat və idarəetmə sistemlərində istifadə olunan bir neçə statistik müayinənin suallarının birləşdirilməsi zəruridir. Yeni qabaqcıl texnologiyaların, yəni elektron sorğu blanklarının yaradılması respondentlərin başa düşəcəyi dildə, beynəlxalq tələblərə uyğun yüksək keyfiyyətli sorğunun aparılmasına imkan verir. Statistika orqanları ilə müəssisələr arasındakı informasiya axınlarının idarə edilməsinin avtomatlaşdırılmasının çox mürəkkəb proses olmasına baxmayaraq, hal-hazırda müşahidənin ənənəvi kağız sorğu blankları çox intensiv surətdə elektron məlumat daşıyıcıları (kompüter proqramları) ilə əvəz olunur. Bu zaman respondent bütün proseslərə tam nəzarət etmək imkanına malik olur və məlumatların toplanması zamanı respondentin avtomatik idarəetmə sistemində baş verən nasazlıqlar və buraxılan səhvlərdə statistika orqanlarının məsuliyyəti xeyli azalır. Elektron sorğu formasının tərkibində olan xüsusi proqram modulu müəssisələrin idarəedici xidmətlər sahələrinin (maliyyə, əmək haqqı, kadrlar və s.) məlumatlarını toplamağa imkan verir. Göndərilən məlumatlara xüsusi proqramlarla nəzarət edilməsi toplanan məlumatların keyfiyyətinin artırılmasını təmin edir.

Statistik müşahidə planlaşdırılarkən toplanmış ilkin məlumatların avtomatik redaktə edilməsi mərhələsini nəzərə almaq zəruridir. Məlumatların redaktə metodu və onların texnologiyası statistik məlumatların keyfiyyətinə, statistik məhsulun əlavə dəyərinin səmərəliyinə mühüm təsir göstərir.

Respondentlər elektron sorğu blankının məlumatlarını statistika idarələrinə göndərməzdən əvvəl proqram paketinə daxil olan xüsusi funksiyalar vasitəsilə məlumatları redaktə etmək və statistika orqanlarının məlumat bazalarına daxil etmək imkanına malikdirlər. Bu isə, statistika orqanlarının toplanmış elektron məlumatların həmin anda əldə etməsinə imkan verir.

Redaktə edilmə sisteminin planlaşdırılması mərhələsində informasiyanın keyfiyyətinə təsir edən əsas amillər aşağıdakılardır:



    • toplanmış məlumatların keyfiyyəti hər şeydən əvvəl statistik formaların əsaslı işlənib hazırlanması və təkmilləşdirilməsi yolu ilə təmin olunur;

    • dövri müşahidələrin aparılmasının gedişi müntəzəm olaraq təhlil olunmalı; nəticə etibarilə məlumatların redaktəsi, eləcə də bilavasitə məlumatların toplanması ilə məşğul olan mütəxəssislər və uyğun formalar tədqiqatçılar arasında “əks əlaqə” olmalıdır;

    • redaktə işinə ayrılan vəsait təminatı müşahidə nəticələrinin keyfiyyətinə əhəmiyyətli dərəcədə təsir edən problemlər üzərində təmərküzləşməlidir.

Təqdim olunan informasiyanın keyfiyyətini qiymətləndirərkən keyfiyyət əmsalını aşaqıdakı düsturla hesablamaq olar:

burada, K - keyfiyyət əmsalı;

Q – səhv göstəricilərin sayı;

P – statistik müşahidə formaları üzrə doldurulmuş göstəricilərin ümumi sayı.

Keyfiyyət əmsalı ayrı-ayrılıqda hər bir statistik müşahidəyə ğörə, bütövlükdə rayon və ərazi üzrə avtomatik üsulla hesablanır.

Keyfiyyət əmsalının 90%-ə qədər olması təqdim olunan hesabatlarda səhvlərin aşağı səviyyədə olmasını, yəni statistik məlumatların yüksək keyfiyyətə, 80-90% arasında olması məlumatların orta, 80%-dən aşağı olması isə aşağı keyfiyyətə malik olmasını göstərir.

Rayon səviyyəsində elektron formada təqdim olunan statistik hesabatlar üzrə yekun keyfiyyət əmsalı aşağıdakı düsturla hesablanır:

burada - yekun keyfiyyət əmsalı;



- statistik müşahidə formaları üzrə səhv göstəricilərin cəmi;

- statistik müşahidə formaları üzrə doldurmuş göstəricilərin cəmi.

Müşahidənin sonrakı dövrləri üzrə statistik formaların və məlumatların toplanması strategiyasının təkmilləşdirilməsi səhvlərin səviyyəsinin, ölçüsünün və təsnifləşmənin ayrılmış qruplarına respondentlərin mənsubiyyəti əsasında həyata keçirilir.

Hər bir konkret halda obyekt üzrə məlumatların redaktəsinin tətbiqindən alınan iqtisadi səmərə qiymətləndirilməlidir. Yalnız bunu nəzərə almaqla redaktə əməliyyatının aparılmasına çəkilən xərclərin, sərf olunan vaxtın məqsədəuyğun olması haqqında qərar çıxarmaq olar. Bundan başqa, qərar qəbul edilən zaman şübhə doğuran məlumatların dəqiqləşdirilməsi məqsədilə edilən təkrar müraciətlər zamanı respondentlərə düşən statistik yükün azaldılmasına nail olunması əhəmiyyət kəsb edən meyardır.

Müşahidənin düzgün, dolğun aparılması üçün məzmunlu və tələb olunan səviyyədə təlimat hazırlanmalıdır. Təlimat, proqramda olan suallara düzgün cavab alıb, qeyd etmək məqsədilə tərtib olunmuş metodoloji göstərişlərdir. Təlimatda müşahidənin məqsədi, obyekti, vahidi, müşahidənin aparılma vaxtı və kimin müşahidə aparması göstərilməlidir. Təlimatın tövsiyələri qısa və aydın olmalıdır.

Müşahidəni planlaşdırarkən, onun aparılması üzrə ilin dövrü, müşahidənin başlanması, müşahidə müddəti, başa çatması günü və saatı təyin olunmalıdır.

Müayinənin elektron mübadilə üsulu ilə aparılmasının uğurlu olması əsasən aşağıdakı amillərdən asılıdır:



  • statistika orqanlarında müəssisələrin avtomatlaşdırılmış Statistik Registrinin mövcudluğu;

  • metaməlumatlar sistemi;

  • elektron sorğu sistemini müşayiət edən, respondentlərin tələbatını ödəmək məqsədilə istifadə olunan köməkçi-təlimat sistemi;

  • lazım gəldikdə, respondentlərə elektron sorğu sisteminin yerlərdə tətbiq edilməsinə praktiki kömək göstərən işçilər.

Ən mühüm məsələlərdən biri müşahidə nəticəsində dolğun və düzgün məlumatlar toplamaqdır. Buna isə, müşahidə üzrə tələb olunan qaydalara tam əməl olunması ilə nail olmaq olar.

Müasir informasiya sisteminin sxemində məlumatlar əsasən aşağıdakı üsullarla daxil edilir:



  • məlumatların elektron mübadiləsi yolu ilə daxil edilməsi; respondentlərin məlumatları birbaşa redaktə etmək imkanına malik olması bu üsulun əsas üstün cəhətidir;

  • müasir texnikanın yeniliyi olan skanerlər vasitəsilə məlumatların daxil edilməsi, yəni kağız blanklardan kompüterə daxil edilən uyğun məlumatların proqram təminatı vasitəsilə növbəti işlənməsi üçün qrafiki fayllara çevrilməsi;

  • işarələrin müasir optik cihazlar tərəfində qəbul edilməsi üsulu ilə məlumatların daxil edilməsi; bu üsulla daxil edilən məlumatlar bir neçə əlamətə görə nəzarətdən keçsələr də, buraxılan səhvlərin çox olması onun səmərəliyini azaldır;

  • operatorlar tərəfindən məlumatların blanklardan daxil edilərək, eyni zamanda kompüterin ekranında izlənməsi;

  • operatorlar tərəfindən məlumatların böyük sürətlə kor-koranə kompüterin ekranına baxmadan daxil edilməsi; bu üsul müasir dövrdə o qədər də məqsədəuyğun deyil.

Statistik müşahidənin dəyəri yalnız çıxış məlumatlarının faydalılığından deyil, eyni zamanda bu məlumatların doğruluğundan, onların işlənməsi və nəşr olunmasına sərf olunan vaxtın beynəlxalq standartlara uyğun olmasından da çox asılıdır. İlkin nəticələrin nəşr edilməsi vaxtının müşahidə müddətindən çox olmaması əsas tələblərdən biridir. Statistik cədvəlin maketi tədqiqatçının məqsədini istifadəçiyə təfsilatı ilə təsvir edən metaməlumatlarla təmsil olunmalıdır.

Müşahidənin çıxış məlumatlarının digər statistik müşahidələrin məlumatları ilə müqayisəliliyi nə qədər yaxşı təmin olunarsa, statistik məlumatların dəyəri bir o qədər yüksək olar. Buna görə də, tələb olunan çıxış məlumatlarının təyin olunduğu mərhələdə mövcud olan standart və metodları nəzərə almaq lazımdır.

Yeni informasiya texnologiyalarının tətbiqi, informasiyanın bilavasitə istehlakçıların istifadəsi üçün asanlıqla başa düşülən və əlverişli formada alınmasını təmin edir. Məhz bu cəhət yeni informasiya texnologiyalarının üçüncü meylini, aralıq mərhələlərin ləğv edilməsini təmin edir.

Müasir statistik informasiya sistemlərinin sxemi 2 və 3 nömrəli əlavələrdə göstə­rilmişdir.



3.4. Statistik məlumatların keyfiyyətinə nəzarət və keyfiyyətin

idarə olunmasında metaməlumatların rolu
Statistik tədqiqatın bütün mərhələlərində kollektiv şəkildə istifadə olunan məlumatların idarə olunması üçün onların spesifik xüsusiyyətləri dəqiq təsvir olunmalıdır. Bundan başqa bu məlumatlar asan istifadə olunan və nəzarət edilə bilən olmalıdırlar. Məlumatlar kompüterə daxil edildikdən sonra müxtəlif qrup istifadəçilər tərəfindən qorunub saxlanıla və istifadə oluna bilərlər.

Bu istiqamətdə birinci addım real həyatda statistik məlumatların istehsalçıları və istifadəçiləri tərəfindən istifadə edilən normativ-metodoloji sənədlər - metaməlumatlar (yaxud metaverilənlər) hesab edilir. Həmin sənədlər əsasında məlumatların toplanması, işlənməsi və yayılması texnologiyası həyata keçirilir. Metaməlumatlar ifadəsi sənədləşdirmə ifadəsinə sinonim kimi işlədilir.

Məlumat obyektlərinin təsvir olunduğu məlumatlar metaməlumatlar, yaxud metaverilənlər (metadata) adlanır ki, bu da “məlumatlar haqqında məlumatlar” deməkdir.

Statistik məlumatlar və metaməlumatlar statistik tədqiqatların aparılması prosesinin elementləri hesab edilir. Bura əsas konsepsiyalar: metaməlumatlara giriş, statistik məlumatlar, statistik informasiya sistemi, statistik məlumatların istehsalçıları və istifadəçiləri, bu məqsədlər üçün proqram təminatı, sistematik metaməlumatlardan istifadə, xüsusən statistik məlumatların istifadəçisi üçün metaməlumatlar, statistik metaməlumatların mümkün mənbələri, statistika sistemində metaməlumat infrastrukturu daxildir.

Məntiqi baxımdan metaverilənlər informasiya obyektlərinin-daşıyıcılarının identifıkasiya edilməsinə, aşkarlanmasına, qiymətləndirilməsinə və idarə edilməsinə yardımçı olan xarakteristikalarını təsvir edən strukturlaşdırılmış və kodlaşdırılmış verilənlərdir. İnformasiya sistemlərində metaverilənlər idarəetməni, sorğunun hazırlanmasını, verilənlərin başa düşülməsini və onlardan səmərəli istifadə edilməsini asanlaşdırırlar. Metaverilənlərin generasiyası, saxlanması və idarə olunması indiki vaxtda istənilən elektron formada olan böyük həcmli informasiya massivlərindən istifadə edilməsinə kömək edir.

Hal-hazırda məlumatlar bazası özünün inqilab dövrünü yaşayır. Ənənəvi relyasiyalı məlumatlar bazasında məlumatlar ciddi olaraq müəyyən şəkildə strukturlaşdırılmış informasiyadan təşkil olunmuş xüsusi formatlı (DBF) fayl olduğundan onlara müraciəti təmin edən sorğu konkret məlumatlar bazasının sxeminə uyğun olaraq yerinə yetirilir. Belə halda digər müayinələrin yekun məlumatlarının işlənməsi və ya axtarıb tapılması səmərəsiz olur və uzun vaxt tələb edir. Ona görə də müasir statistik informasiya sistemlərində müxtəlif mürəkkəb tipli məlumatların istifadəçilər tərəfindən eyni zamanda, strukturdan asılı olmayaraq işlənməsini və axtarışını təmin edən güclü sistemlərin yaradılması zəruridir.

Məlumatlar bazasının serverləri böyük tutumlu (yüzlərlə heqobayt və daha böyük) və çoxlu sayda istifadəçilərlə işləyən ümumi istifadəli məlumatlar bazasını idarə edən güclü sistemlərdən (VBİS-dən) ibarət olur. Belə sistemlərə misal olaraq yüksək məhsuldarlığı, etibarlılığı və müdafiəni təmin edən Microsoft SQL Server, Oracle və s. göstərmək olar.

Beynəlxalq statistika institutlarının təcrübəsi göstərir ki, metaməlumatlar müxtəlif məqsədlər və istifadəçilər üçün hazırlanır. Bu sistem statistik tədqiqatların əsasını təşkil edir. Onun daim təkmilləşdirilməsi və günün tələblərinə uyğunlaşdırılması, çevik fəaliyyət göstərən bir vəziyyətdə saxlanması istifadəçilərin və istehsalçıların tələbidir. Bunlar bilavasitə statistika işlərinin keyfiyyətinə müsbət təsir göstərir. Metaməlumatlar sisteminin yaradılması, aktuallaşdırılması və aparılması üçün statistika institutlarında metaməlumatların meneceri struktur vahidi fəaliyyət göstərir.

Məlumatların keyfiyyətli hazırlanması metaməlumatların keyfiyyətindən, problemin həllinə uyğunluğundan (adekvatlığından), beynəlxalq normativ sənədlərə və statistika standartlarına müvafiqliyindən asılıdır. Hazırlanmış metaməlumatların istifadəçilər tərəfindən yoxlanması, metodoloji və texnoloji cəhətdən təkmilləşdirilməsi statistik məlumatların keyfiyyətinə ciddi təsir göstərir.

Əgər resurs, yəni təsvir olunan obyekt müxtəlif xarakteristikalardan (atribut və xüsusiyyətlərdən), bir-biri ilə müəyyən şəkildə bağlı olan bölmələrdən ibarət mürəkkəb sənəd olarsa, onu ətraflı təsvir etmək üçün istifadə olunan metaməlumatlar da mürəkkəb formaya malik olmalıdırlar. Buna görə də metaməlumatların yaradılmasında əsas məsələ obyektlərin xarakterik xüsusiyyətlərini, onlar arasındakı məntiqi asılılığı təsvir edən, beynəlxalq standartlara uyğun olan modelin yaradılmasıdır.

Müxtəlif istifadəçilər tərəfindən nəzarət edilən və istifadə oluna bilən qarşılıqlı əlaqəli metaməlumatlar məcmusu metaməlumatların məlumat bazasını təşkil edir.

Metaməlumatları istifadəçinin məlumatları ilə qarışdırmaq olmaz. Metaməlumatlar istifadəçi məlumatlarının xarakteristikasının identifikasiya olunması, təyini və təsvirinə xidmət edir. Başqa sözlə, metaməlumatlar istifadəçi məlumatlarını təsvir edir. Statistik məlumatların işlənməsi zamanı istifadə edilən metaməlumatlar aşağıdakı cədvəldə göstərilmişdir.




N-si

Anlayışlar

Alt anlayışlar

Açıqlanması

1.

Əlaqə




Məlumatlar və metaməlumatlar üzrə təyin olunmuş şəxs və yaxud təşkilatın təyin edilmiş əlaqəli qurumu və onlarla əlaqənin yaradılması yolu haqqında məlumatın göstərilməsi

1.1.




Təşkilatla əlaqə

Məlumatlar və metaməlumatlar üzrə əlaqəli təşkilatın adı

1.2.




Təşkilatın əlaqə bölməsi

Təşkilatda məlumatlar və metaməlumatlar üzrə təyin olunmuş əlaqə bölməsinin adı

1.3.




Əlaqələndirici şəxsin adı

Məlumatlar və metaməlumatlar üzrə əlaqələndirici məsul şəxsin adı

1.4.




Əlaqələndirici şəxsin fəaliyyət funksiyası

Fəaliyyət funksiyasının sahəsi (metodologiya, məlumat bazasının idarə olunması və yaxud məlumat yayımı)

1.5.




Əlaqələndirici şəxsin poçt ünvanı

Məlumatlar və metaməlumatlar üzrə əlaqələndirici məsul şəxsin poçt ünvanı

1.6.




Əlaqələndirici şəxsin elektron poçt ünvanı

Məlumatlar və metaməlumatlar üzrə əlaqələndirici məsul şəxsin elektron poçt ünvanı

1.7.




Əlaqələndirici şəxsin telefon nömrəsi

Məlumatlar və metaməlumatlar üzrə əlaqələndirici məsul şəxsin telefon nömrəsi

1.8.




Əlaqələndirici şəxsin faks nömrəsi

Məlumatlar və metaməlumatlar üzrə əlaqələndirici məsul şəxsin faks nömrəsi

2.

Metaməlu-matların ye-niləşdirilməsi




Məlumat bazasında metaməlumatların tərkib elementlərinin dəyişdirilməsi (yeniləşdirilməsi) və yaxud daxil edilməsi tarixləri.

2.1.




Metaməlumatların təsdiq edilmə tarixi

Metaməlumatların təsdiq olunmasının tarixini məlumat bazasına rəhbərlik edən şəxs tərəfindən təmin edilir, yeniləşdirilmiş metaməlumatların yayılması tarixini təsdiq edir

2.2




Metaməlumatların yayılması tarixi

Metaməlumatların yayılması tarixi

2.3.




Metaməlumatların son yeniləşdiril-məsi tarixi

Metaməlumatların sonuncu dəfə yeniləşdirilməsi tarixi

3.

Statistik mə-lumatın təq-dimi (prezen-tasiyası)







3.1




Məlumatların təsviri

Yayılmış məlumatların, göstəricilərin mahiyyətini asan başa düşmək imkanını yaradan məlumatların əsas xarakteristikaları

N-si

Anlayışlar

Alt anlayışlar

Açıqlanması

3.2.




Təsnifat sistemi

Ümumi xarakteristikaya malik obyektlərin qruplar üzrə bölünməsi

3.3




Sektor əhatəsi

Statistik məlumatla əhatə edilən əsas iqtisadi və ya digər sektorlar

3.4.




Statistik anlayışlar və təriflər

Statistik müşahidənin statistik xarakteristikası

3.5.




Statistik vahid

Müşahidə olunan obyekt və onun üçün toplanan məlumat

3.6.




Statistik məcmu

Əhali, hadisə və obyektlər çoxluğu

3.7.




Əhatə dairəsi

Statistik hadisənin aidiyyəti olan ölkə və ya coğrafi ərazisi

3.8.




Zaman əhatəsi

Məlumatların mövcud olduğu zaman müddətləri

3.9.




Bazis dövrü

İndekslərin hesablanması üçün bazis dövrü

4.

Ölçü vahidi




Məlumatların dəyərini ölçən vahid

5.

İstinad dövrü




Müşahidənin istinad olunduğu zaman və yaxud zaman dövrü

6.

İnstitusional mandat




Statistik məlumatların toplanması, işlənməsi və yayılmasının təşkili üçün qaydalar və digər rəsmi sənədlər, təlimatlar (göstərişlər)

6.1.




Hüquqi aktlar və digər razılaşmalar

Statistik məlumatların toplanması, işlənməsi və yayılmasının təşkili üçün hüquqi aktlar və digər formal razılaşmalar

6.2.




Məlumat mübadiləsi

Məlumat istehsalçıları qurumları arasında məlumatların mübadiləsi razılaşmaları və koordinasiya prosedurası

7.

Məxfilik




Məlumat mənbələri sahiblərinin maraqlarına xələl gətirilməsinin qarşısını almaq məqsədi ilə məlumatların məxfiliyinin qorunması proseduraları

7.1.




Məxfilik siyasəti

Birbaşa və yaxud dolaylı yollarla fiziki və hüquqi şəxslərin identifikasiya məlumatlarının icazəsiz olaraq aşqar edilməsinin qarşısını almaq üçün hüquqi və formal proseduralar

7.2.




Məxfilik-məlumatlarla rəftar

Məlumatların icazəsiz əldə edilməsinin qarşısının alınması üçün məlumatlarla rəftar qaydaları

8.

Buraxılış siyasəti




Statistik məlumatların istifadəçilərə yayılması qaydası

8.1.




Buraxılış təqvimi

Statistik məlumatların buraxılışı tarixləri üçün cədvəl

8.2.




Buraxılış təqviminin əldə edilməsi yolu

Buraxılış təqvimi üzrə informasiyasının əldə edilməsi

8.3.




İstifadəçilərin məlumatları əldə etmə yolları

Məlumatların istifadəçilərə yayılması siyasəti. İstifadəçilərin məlumatların buraxılışı haqqında məlumatlandırılması üsulları (ictimaiyyətdə, seçmə qaydada)

9.

Məlumat yayımının tezliyi




Statistik məlumatların yayılmasının zaman intervalları




N-si

Anlayışlar

Alt anlayışlar

Açıqlanması

10

Yayılma formatı




Statistik məlumatların və metaməlumatların yayan kütləvi informasiya vasitələri

10.1.




Yeni buraxılışlar

Mütəmadi qaydada və yaxud bir dəfəlik buraxılan press-relizlər.

10.2.




Nəşrlər

İctimaiyyət üçün yayılmış mütəmadi qaydada və yaxud bir dəfəlik buraxılan nəşrlər

10.3




Onlayn məlumat bazası

İstifadəçilər üçün məlumat yayımı üzrə onlayn məlumat bazası haqqında informasiya

10.4




Mikroməlumatların əldə edilməsi yolları

Mikro məlumatların yayılması haqqında məlumatlar

10.5




Digər

Digər əhəmiyyətli və yayılmış məlumatlar üçün istinadlar


11.

Sənədlərin əldə oluna bilməsi







11.1.




Metodoloji sənədlər

Mövcud metodoloji sənədləri izah edən mətnlər və ya istinadlar

11.2.




Keyfiyyət üzrə sənədlər

Keyfiyyəti təyin etmək və keyfiyyəti idarə etmək üçün tətbiq edilən prosedura sənədləri

12

Keyfiyyətin idarə edilməsi




Statistik məhsulların keyfiyyətinin idarə edilməsinin təşkili sistemi

12.1.




Keyfiyyətin təmin olunması

Statistik buraxılışlar üçün tələb olunan bütün proseduraların sistemli yerinə yetirilməsi üçün təminat

12.2.




Keyfiyyətin qiymətləndirilməsi

Standart keyfiyyət meyarlarına əsasən məlumatların keyfiyyətinin qiymətləndirilməsi

13.

Münasiblik




Statistik informasiyanın istifadəçilərin potensial tələblərinə uyğun olunması dərəcəsi

13.1.




İstifadəçilərin tələbatı

Statistik məlumatlarla bağlı istifadəçi tələblərinin qeydiyyatı

13.2.




İstifadəçilərin tam təmin edilməsi

İstifadəçilərin tam təmin edilməsinin müəyyən edilməsi, ölçülməsi

13.3.




Tamlıq

Tələb olunan statistik məlumatların tam şəkildə mövcud olması dərəcəsi

14.

Dəqiqlik və etibarlılıq




Dəqiqlik: hesablanan və yaxud qiymətləndirilən göstəricinin doğru dəyərə yaxınlılığı. Etibarlılıq: İlkin hesablanan dəyərin növbəti hesablanan dəyərinə yaxınlığı.

14.1.




Dəqiqlik

Müxtəlif komponentlərin yekunlaşdırılması nəticəsində əldə edilmiş məlumatlar massivinin dəqiqliyinin təyin edilməsi

14.2.




Seçmə xətası

Baş məcmunun statistik xarakteristikası ilə sadə təsadüfi seçmə üsulu ilə əldə edilmiş nümunələr alt çoxluğunun statistik xarakteristikası arasındakı fərq

14.3.




Qeyri-seçmə xətası

Seçmədən kənarda qalan müşahidə xətası



N-si

Anlayışlar

Alt anlayışlar

Açıqlanması

15.

Məlumatın vaxtlılığı və zamana görə dəqiqliyi







15.1.




Məlumatın vaxtlılığı

Müşahidə anından mövcud məlumatların əldə edilmə arasındakı müddət zamanı

15.2.




Zamana görə dəqiqlik

Faktiki əldə edilən məlumatların təqdim olunma tarixi arasındakı zaman müddəti

16.

Müqayisə-lilik



Tətbiqi statistikada müxtəlifliyin təsirinin ölçülməsi. Coğrafi ərazi və zamana görə müqayisə prosesi və ölçmə vasitələri

16.1.




Müqayisəlilik-coğrafi

Coğrafi ərazilər arasında müqayisə olunma səviyyəsi

16.2.




Müqayisəlilik-zamana görə

Zamana görə müqayisə olunma səviyyəsi

17.

Uyğunluq




Fərqli yollar və müxtəlif sahədə istifadə üçün əlaqələndirilmiş statistik məlumatların uyğunluğu

17.1.




Çarpaz – uyğunluq

Statistik məlumat mənbələrindən və yaxud digər statistik sahələrdən əldə edilən məlumatlara uyğunluq dərəcəsi

17.2.




Uyğunluq - interval

Verilmiş statistik məlumat massivində məlumatların ardıcıl olmasının uyğunluğu dərəcəsi

18.

Xərclər




Statistik məhsulun toplanması və istehsalı xərcləri, respondentlərin yükü.

19.

Məlumatla-rın təftişi




İctimaiyyət üçün nəzərdə tutulmuş statistik buraxılışlarda hər-hansı məlumatların dəyərlərinin dəyişdirilməsi

19.1.




Məlumatların təftişi siyasəti

Məlumat yayımını doğruluğunu və şəffaflığını təmin etmək siyasəti. Yayılan ilkin məlumatların sonradan dəqiqləşdirilməsi

19.2.




Məlumatların təftişi üzrə təcrübə

Məlumatların təftişi təcrübəsi haqqında informasiya

20.

Statistik məlumatla-rın işlənməsi







20.1.




Məlumatların mənbələri

Statistik məcmu məlumatların toplanması üçün ilkin statistik məlumatların komponentləri və xarakteristikası

20.2.




Məlumatların toplanmasının dövr tezliyi

İlkin məlumatların mənbələrdən toplanmasının dövr tezliyi

20.3.




Məlumatların toplanması

Rəsmi statistika üçün məlumatların sistematik toplanma prosesi

20.4.




Məlumatların yararlılığı

Məlumatların kompilyasiyasına nəzarət prosesi və statistik nəticələrin keyfiyyətinin təmin edilməsi

20.5.




Məlumatların kompilyasiyası

Verilmiş qaydalar ardıcıllığına müvafiq olaraq yeni informasiyanın alınması üçün yerinə yetirilmiş əməliyyatlar

20.6.




Tənzimləmə

Milli və beynəlxalq standartlara statistik məlumatların uyğunlaşdırma proseduraları

N-si

Anlayışlar

Alt anlayışlar

Açıqlanması

21.

Şərhlər




Məlumat və metaməlumatlar üçün əlavə olaraq izahı məlumatlar

Metaməlumatlar informasiya resursu üzərində nəzarəti və idarəetmə sisteminin ayrılmaz elementidir.




Yekun hesabatlar




Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi

İdarə orqanları




Statistika orqanlarında informasiya axınının sxemi






yekun hesabatlar

Yekun hesabatlar









Naxçıvan Muxtar Respublikasının Dövlət Statistika Komitəsi

Bakı Şəhər Statistika İdarəsi



İdarə orqanları






yekun hesabatar










Yekun hesabatlar




Əlavə 1

Müəssisə və təşkilatlar

Rayon (şəhər) statistika idarələri

Rayon (şəhər) statistika idarələri


İdarə orqanları



İlkin hesabatlar

İlkin hesabatlar




Statistik informasiya sistemi



Məlumatların daxil edilməsi


Yüklə 243,69 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin