Aqreqasiya Məhsulun yayılması
Statistik modelləşdirmə
müşahidənin modelləşdirilməsi
çoxluğun modelləşdirilməsi
Məlumatların yayımı
Müayinənin hazırlanması
müayinə strategiyasının hazırlanması
seçmə müşahidəsi
Məlumatların toplanması
müqavilənin bağlanması
Məlumatların toplanması toplanması
müşahidə
mənbə məlumatlarının hazırlanması
Məlumatların hazırlanması
məlumatların daxil edilməsi
məlumatların
kodlaşdırılması
məlumatların
redaktə edilməsi
Müşahidənin sonu
Təqdimat
cədvəllər
qrafiklər
digər formaların hazırlanması
Qiymətləndirmə
Nöqtəvi qiymətləndirmə
seçmə xətasının
qiymətləndiril-
məsi
keyfiyyətin qiymətləndiril-
məsi
digər qiymətlən-
dirmələr və təhlil
ənənəvi nəşrlər
qlobal şəbəkənin verilənlər bazası
digər elektron kütləvi informasiya vasitələri
Statistik informasiya sisteminin funksional sxemi
Əlavə 2
Müsahidə
vahidləri
V
Müsahidə
obyektləri
O
obyekt 01
obyekt 02
obyekt 03
obyekt 04
obyekt 05
obyekt 06
obyekt 07
…
obyekt 0N
value v1
value v2
value v3
value v4
value v5
value v6
value v7
…
value vN
Aqreqasiya
funksiyası
f
Müşahidə
statistik xarakteristikanın
həqiqi qiyməti
C=O.V.f
Sorğu məlumatlarının daxil edilməsi
müayinə olunmuş obyektlərn təyin edilməsi
O1
müayinə vahidlərinin qiymətləri V1
obyekt 011
obyekt 012
obyekt 013
…
obyekt 01n
value v11
value v12
value v13
…
value v1n
Aqreqasiya funksiyası
e
(qiymətləndirmə)
()
Çıxış
məhsulu
İnterpretasiya
Qiymətəndiricinin təxmini (proqnozu) ilə həqiqi qiyməti (C) arasında C`fərqi
Statistik informasiya sistemi “REAL” - OBYEKT SİSTEMİ
Əlavə 3
3.5. Statistika orqanlarında dövriyyədə olan
informasiyanın həcminin müəyyənləşdirilməsi
Təbiət və cəmiyyətdə baş verən hadisələr və proseslər (ehtiyyatlar, istehsal, təsərrüfat, elmi-tədqiqat, demoqrafik və ictimai-siyası və s.) informasiya vasitəsi ilə əks edilir. İstər ekoloji, istər iqtisadi, istərsə də sosial hadisə və proseslərə dair informasiya istehsalçıları və istehlakçıları bir birindən fərqlənir. Rəsmi statistika statistik məlumatların istehsalçısı qrupuna aiddir. Ona görədə rəsmi statistika sistemində dövriyyədə olan informasiyanın həcmini müəyyənləşdirmək üçün istehalkçıların (istifadəçilərin) statistik informasiyaya olan tələbləri tədqiq edilir. Satistika orqanlarına daxil olan məlumatlar həcmi, kütləvilik və dövriliyi ilə fərqləndiyindən onların toplanması, işlənməsi və istifadəçilərə təqdim edilməsi texnolojiyası günü-gündən dəyişir və təkmilləşir.
İnformasiya sisteminin sürətlə kompüterləşdirilməsi statistika xidmətində də köklü islahatların aparılmasına səbəb olmuş və bu islahatlar metodoloji, texnoloji və təşkilati sahələri əhatə etmişdir. Lakin informasiya xidmətinin statistikası, iqtisadiyyatı, menecmenti və marketinqi sahəsində işlərin görülməsi aktual olaraq qalır.
Beynəlxalq fəaliyyət təsnifatına əsasən demək olar ki, statistik məlumatlar intellektual məhsul (zehni əməyin məhsulu) hesab edilir və ona bu sahənin tənzimlənməsində intellektual məhsulun statistikasına, iqtisadiyyatına dair metodoloji və normativ məlumatların istifadəsi daha məqsədəuyğun sayılır.
Statistik informasiya sisteminin bütövlükdə ölkə üzrə inkişafı üçün inzibati idarəetmə metodları deyil, iqtisadi metodlar tətbiq edilməsi, sahə nazirliklərində, icra orqanlarında və s. müasir statistika standartlarının tətbiqi üçün ciddi tədbirlər həyata keçirilməsi, analitik təhlil və siyasətin formalaşmasında müasir statistika standartlarından (ekonometrik təhlil, soft computing, müasir informasiya texnologiyası və s.) istifadə edilməsi aktual olaraq qalır. Çünki, köhnə üsullarla aparılan statistik tədqiqatlar yalnış informasiya təminatına, yalnış siyasətlərin formalaşmasına və həyata keçirilməsinə səbəb olur.
İnformasiya xidmətinin statistikası dedikdə ilk növbədə onun tələb və təklifi, informasiya məhsullarının həcmi, istehsalçı və istehlakçı qiymətləri, bazarın vəziyyəti (konyunkturası) və s. hesablanması metodikası, eyni zamanda dövriyyədə olan informasiyanın (məhsullarının) həcmi, dəyərinin hesablanması metodologiyası, göstəricilər sistemi, təsnifatları və s. başa düşülür. Odur ki, Azərbaycan Respublikasının Dövlət Statiatika Komitəsinin 2008-ci ilın metodoloji işlər planında “Statistika orqanlarında dövriyyədə olan informasiyanın həcminin müəyyənləşdirilməsi ” işi nəzərdə tutulmuşdur.
3.6. Statistik informasiyanın ölçülməsi aspektləri
Statistik informasiyanın ölçülməsi və qiymətləndirilməsində semantik, proqmatik və struktur aspektlər (yanaşmalar) mövcuddur. Semantik və proqmatik aspeklərdə zamandan asılılıq nəzərə alınır. Lakin iqtisadi obyektlərin idarəetmə sistemlərində zaman keçdikcə informasiyanın köhnəlməsi xüsusiyyətini nəzərə alsaq, bu aspektdə informasiyanın ölçülməsinin müəyyən müddətdən sonra əhəmiyyəti olmur. İnformasiyanın struktur nöqteyi-nəzərindən ölçülməsi isə onun yadda saxlanması, yenidən təşkili, axtarıb tapılması və elektron daşıyıcılarında məlumatların həcminin artmasından asılı olaraq daha böyük məna kəsb edir. Struktur yanaşma zamanı statistik informasiyanın təşkilinin məntiqi və fiziki strukturu araşdırılır.
Kompüterlərin meydana gəlməsi elektron daşıyıcılarında olduqca böyük həcmli məlumatların yadda saxlanmasına şərait yaratmışdır. Lakin bu informasiyadan səmərəli istifadə etmək üçün onun elektron daşıyıcılarında yerləşdirilməsinin strukturunu elə təyin etmək lazımdır ki, informasiya bazasına informasiyanın sürətlə yazılması, axtarıb tapılması və modifikasiya edilməsi mümkün olsun.
Struktur nəzəriyyəsi informasiya bazasının məntiqi səviyyədə optimal strukturunu qurmağa və sonrakı mərhələdə statistik informasiyanın həcmini təyin etməyə və müəyyən vasitələrin köməyi ilə fiziki səviyyədə informasiyanın yadda saxlanmasını həyata keçirməyə imkan verir. İnformasiya bazasının yaradılmasında strukturun düzgün seçilməsinin böyük əhəmiyyəti vardır.
Statistik informasiya-qeydiyyata alınan, ötürülən, dəyişdirilən, yadda saxlanılan və sosial, iqtisadi,ekoloji məsələlərin həllində istifadə edilən müxtəlif xarakterli məlumatlardan ibarət olan informasiyanın bir növüdür. Sosial, iqtisadi,ekoloji informasiya böyük həcm, dövrilik, vaxtlı-vaxtında emalı ilə fərqlənirlər.
Statistik informasiyanın səciyyəvi xüsusiyyətləri aşağıdakılardır:
statistik göstəricilərin vahid metodologiya əsasında hesablanması və işlənməsi;
mütəmadi olaraq təkrarlanması (hesabat dövrünün göstəricilərinin əvvəlki uyğun dövrlərin göstəriciləri kimi istifadə olunması), təzələnmə və çevrilməsi;
uzun müddət saxlanılması (cari hesabatlar, illik hesabatlar və s.).
Sosial, iqtisadi, ekoloji məsələlərin həlli informasiyanın toplanmasından istifadə edilməsinə qədər olan müxtəlif proses və əməliyyatların yerinə yetirilməsi ilə əlaqədardır. Statistik informasiya bütün bu mərhələlərdən keçməklə tam dövr edir. Statistika tədqiqiqatının son nəticəsi, hər bir tədqiqat mərhələsində işin nə dərəcədə düzgün aparılmasından, toplanmış məlumatların düzgünlüyündən, onun dolğun olmasından çox asılıdır. Hər mərhələdə statistik göstəricilər müxtəlif əlamətlərə əsasən aqreqasiya olunur, toplanmış məlumatlar yekunlaşdırılıb qruplaşdırılır, ictimai hadisə haqqında elmi və təcrübi əhəmiyyəti olan nəticələr çıxarılır. Statistik informasiyanın işlənməsinin bütün mərhələləri qarşılıqlı əlaqədə olaraq bir-biri ilə ayrılmaz surətdə bağlıdır və məlumatların işlənməsinin ierarxik sistemini təşkil edir.
Statistik informasiyanın strukturu informasiya məcmusu elementlərinin ierarxiyasından ibarətdir. Bu ierarxiya qraf şəklində şəkil 1-də qöstərilmişdir.
İnformasiya sistemləri
Göstəricilər
Massivlər
Şəkil 1. Statistik informasiyanın strukturu
Rekvizitlər
Sənədlər
İstənilən informasiya məcmusu məntiqi cəhətdən bölünməyən informasiya elementlərindən-rekvizitlərdən ibarətdir. Rekvizitlər məzmununa görə əlamət və əsas rekvizitlərə bölünürlər. Əlamət rekvizitləri göstəricinin keyfiyyət xüsusiyyətlərini xarakterizə edir. Buna təşkilatın, müəssisənin kodu və adı, işçinin kateqoriyası və s. misal göstərmək olar. Əsas rekvizitin isə hadisənin kəmiyyətini göstərir və müəyyən ölçü vahidləri ilə təsvir olunur. Məsələn, işçilərin sayı, istehsalın həcmi, hazır məmulatların miqdarı, əhalinin sayı, ölümü, qaçaqmalçılığın həcmi və s.
Rekvizitlər heç bir iqtisadi əhəmiyyət kəcb etmir. Hər bir göstərici bir əcac rekvizitdən və bir neçə əlamət rekvizitindən ibarətdir.
Şəkil 1-dən göründüyü kimi statistik informasiyanın ölçü vahidi rekvizitdir. Statistik göstərici isə informasiyanın struktur vahidi sayılır. Statistik göstəricilər informasiyanın struktur vahidi olduğundan statistik metodologiyanın təkmilləşdirilməsi prosesində ilk növbədə göstəricilərin tərkibi və göstəricilər çoxluğunun siyahısı dəqiqləşdirilməlir.
Statistik göstəricilər sistemi iqtisadi inforrmasiya təsnifatlarında əks olunmuşdur. Statistik hesabat (sənəd) qarşılıqlı əlaqədə olan göstəricilərdən təşkil olunmuş məlumatlar çoxluğudur. Belə halda, hər bir göstəriciyə forma və məzmun nöqteyi-nəzərindən baxılır. Hesabatın sətir və sütununun adı göstəricinin formasını, sətir və sütunlarda göstərilən konkret rəqəmlər isə məzmununu təşkil edir. Müəyyən əlamətlərə görə birləşdirilmiş eyni tipli hesabatlar çoxluğu informasiya massivini yaradır. Müəyyən obyektə (statistika sahəsinə) aid olan bir neçə müxtəlif tipli massiv informasiya sistemini təşkil edir. İnformasiya, proqram, texniki, riyazi və hüquqi təminat informasiya sistemlərinin tərkib elementləridır. İnformasiya təminatı göstəricilər sistemi və onların təsviri vasitələrindən (təsnifat və kodlar, statistik sənədlər və müəyyən şəkildə təsvir olunmuş informasiya massivləri) ibarətdir. İnformasiya təminatının əsas məqsədi idarəetmə orqanlarının tələblərini tam ödəyən ğöstəricilər sisteminin yaradılması, statistik informasiyanın vahid formalarının təkmilləşdirilməsi və informasiya massivlərinin səmərəli təşkili əsasında statistik məsələlərin həllində istifadə olunan məlumatlardan təkrar istifadə edilməsidir.
İnformasiya istehlakçılarının tələbatının müəyyənləşdirilməsi üçün struktur yanaşmadan istifadə edilir. Struktur yanaşma əsasən məlumatların yuxarıdan aşağıya prinsipi üzrə məntiqi modelin tərtibindən ibarətdir. Bu prinsipin əhəmiyyəti ondan ibarətdir ki, addım-addım (aqreqasiya metodu ilə) əsas statistik məsələlər alt məsələlərə, alt məsələlər isə göstəricilərə bölünür. Bu zaman hər bir məqsəd və onun həlli üçün informasiya resursları konkretləşdirilməlidir. Həmin konkret məsələlər, alt məsələlər və göstəricilər arasında informasiya əlaqələri müəyyənləşdirilməli, gostəricilıər qruplaşdırılmalıdır.
Müasir statistik informasiya sistemi yüksək dərəcədə kompüterləşmiş və dürüst ifadə edilmiş (formalizə edilmiş) sistemdir. Ona görə də bu sistemlərdə obyekt haqqında məlumatların dövriyyəsi və qorunub saxlanması avtomatlaşdırılmışdır.
Müasir statistik informasiya sisteminin sxemi əlavə 1-də göstərilmişdir.
Sxemdən göründüyü kimi hər hansı müayinə materialları (statistik) bir və ya bir neçə istifadəçi tərəfindən istifadə edilə bilər. İstifadəçilərin bu materiallardan istifadəsini artırmaq üçün meta məlumatların hazırlanması və avtomatik yayılması zəruridir. Bir çox müayinələr istifadəçilər tərəfindən ona görə istifadə edilmir ki, meta məlumatlar hazırlanmır və yayılmır. Statistik məlumatların istehsalçıları və istehlakçıları tərəfindən istifadə edilən normativ-metodoloji sənədlər meta məlumatlar hesab edilir.
Meta məlumatlar ifadəsi sənədləşdirmə ifadəsinə sinonim kimi işlədilir. İnternet texnologiyasının tətbiqi zamanı meta məlumat ifadəsindən geniş istifadə edilir. Beləliklə, statistik meta məlumat sistemi məlumatların işlənməsi, istifadəsi, saxlanması, yayılmasında istifadə edilir.
Müasir informasiya sistemlərinin əsasını məlumatlar bazası, onu idarə edən proqram paketləri, kommunikasiya sistemləri (informasiya şəbəkələri), məlumatları son istifadəçiyə təqdim edən vasitələr (stolüstü nəşriyyat sistemləri) və s. təşkil edir.
Məlumatların təhlili (işlənməsi) dedikdə, müəyyən üsul (ekonometrik) və proqram vasitələrin köməyi ilə qərarların qəbulu başa düşülür. Çıxış məlumatlarının təşkili forması dedikdə, cədvəllər, qrafiklər, emprik obyektlərin təsviri başa düşülür.
Məlumatların kodlaşdırılması onların daha yığcam və tez əks etdirilməsini, fərdi kompüterlərin köməyi ilə təhlilinin həyata keçirilməsini, ötürülməsi ilə yanaşı saxlanmasını asanlaşdırır. Bu zaman istifadə edilən əlamət rekvizitləri ilə yanaşı sözlər və informasiya elementləri şərti rəqəm və ya işarələrlə əvəz olunur.
Beləliklə, məlumatların təhlili üçün obyektlərin seçilməsi zamanı onun qeyri-statistik təsviri əsas götürülməlidir. Obyektə dair çox ölçülü məlumatların dəqiqliyi hələ nəticənin dəqiqliyi demək deyildir. Çünki nəticənin dəqiqliyi texnoloji prosesdən və bu prosesin mürəkkəbliyindən, istifadə olunan texniki və proqram vəsaitindən asılıdır. Məlumatların elektron informasiya daşıyıcılarında, yerləşdirilməsi və işlənməsi də çıxış göstəricilərinin keyfiyyətinə təsir göstərən amildir.
3.7. Statistik informasiyanın təsnifləşdirilməsi
Müəssisə, idarə və təşkilatlarda həyata keçirilən bütün proses və hadisələr, təsərrüfat əməliyyatları, hesabat və göstəricilər statistik təhlilin obyektləri hesab edilir.
Statistik təhlil obyektləri hesabatlarda və digər informasiya mənbələrində müəyyən göstəricilər sistemində əks etdirilir. Göstəricilər proses və hadisələrın, əməliyyat subyektlərinin bu və ya digər işini miqdarca ifadə edir.
Statistik təhlil obyektləri çox olduğuna, bir-biri ilə qarşılıqlı əlaqədə və bir-birindən asılı olduğüna görə, onun həcmini müəyyənləşdirmək üçün bütün obyektləri müəyyən əlamətləırə görə qruplaşdırmaq tələb olunur. Təhlil obyektlərinin qruplaşdırılmasına onların təsnifatı deyilir.
Statistik informasiyanın təsnifləşdirilməsi onun bir sıra ümumi və eyni zamanda informasiya texnologiyaları vasitəsilə emalı üçun mühüm əhəmiyyət kəsb edən xatakterik əlamətlərə görə bölunməsini nəzərdə tutur.
Statistik informasiya yaranma mərhələləri və mənbələrinə görə ilkin və törəmə olur. İlkin informasiya müəssisənin, firmanın istehsal-təsərrüfat və maliyyə fəaliyyətinin həyata keçirilməsi zəmanı, törəmə informasiya isə ilkin informasiyanın müəyyən işləmə prosesindən keçməsi nəticəsində formalaşır. Tötəmə informasiya öz növbəsində aralıq və yekun (nəticə) informasiya növlərinə bölünür.
Məlumdur ki, istənilən məlumat bir şox amillərdən, məsələn, zaman, məkan, şərait və sairədən asılı olur. Bu səbəbdən də istifadə edilən ststistik informasiya lazımlı və lazımsız ola bilər.
Statistik informasiya sabit əlamətə görə də qruplaşdırılır. Statistik informasiyanın sabitliyi dedikdə eyni tipli məsələlərin həllində öz qiymətini müəyyən dövr ərzində daimi saxlaması başa düşülür.
İdarəetmə obyektlərinə və ya idarəedici orqanlara münasibətinə görə statistik informasiya xarici və daxili, həmçinin giriş və çıxış informasiyasına ayrılır. Statistik informasiyanın xarici və daxili informasiyaya ayrılması onun yarandığı yerlə, giriş və çıxış informasiyasına ayrılması isə bir yerdən başqa yerə ötürülməsi ilə müəyyənləşdirilir.
Statistika sisteminin hər bir səviyyəsində ilkin informasiyanın əhatə dairəsi məlum olduğundan bir sıra ümumi əlamətlərə görə təsnifləşdirməsi informasiyanın yarandığı məkan (rayon, sahə, müəssisə, təşkilat vəs. ), statistik sahələr (sənaye, nəqliyyat, kənd təsərrüfatı, tikinti və s.), təqdim olunma üsulu (poşt, telefon, teleqraf, elektron poştu və s.) və s. görə aparılır. Statistik informasiyanın dövriliyi gündəlik, həftəlik, aylıq, rüblük, yarım illik, illik olur.
Statistik informasiyanın ümumi əlamətlərə görə təsnifləşdirilməsi onun emalında mühüm əhəmiyyət kəcb edən bir sıra əlamətlərini nəzərdən keçirək.
Statistik informasiya təyinatına görə bütün emal səviyyələrində giriş və çıxış məlumatlarına bölünür. Giriş və çıxış statistik məlumatları statistika orqanları ilə münasibətinə görə daxili (DSK sistemində dövr edən məlumatlar) və xarici (müxtəlif təşkilat və idarə orqanlarından daxil olan məlumatlar) olur .
İnformasiyanın göstərilən əlamətlərə görə təsnifləşdirilməsi giriş və çıxış informasiyasının ümumi həcminin müəyyənləşdirilməsi və bunun əsasında DSK-də fəaliyyət göstərən informasiya hesablama şəbəkəsinin buraxma qabiliyyıtinin (gücünün) təyin edilməsi və digər statistik informasiya sistemləriləri (SİS) ilə qarşılıqlı əlaqəsinin təşkili üçün çox zəruridir.
Bir səviyyədən digər səviyyəyə ötürülən daxili giriş (çıxış) statistik məlumatları mixtəlif formalarda (hesabat blanklarında, teletaypaqrammalarda və cədvəl şəklində müxtəlif elektron daşıyıcılarında) təqdim edilir.
Emal üsulundan asılı olaraq hər bir səviyyədə statistik informasiya ilkin, aralıq (masındaxili) və yekun statistik məlumatlara ayrılır.
İlkin (giriş) məlumatları birbaşa informasiya mənbələrində meydana gəlir və müəyyən alqoritm əsasında texniki vasitələrin köməyi ilə istənilən statistik məlumatların alınması üçün əsas olur.
Aralıq (maşındaxili) məlumatlar ilkin məlumatların yekun məlumatlara çevrilməsi prosesində yaranır. Toplanmış və yenidən işlənmiş aralıq məlumatlardan ibarət olur və EHM-nın yaddaşında və ya müxtəlif elektron daşıyıcılarda növbəti istifadə üçün yadda saxlanır.
Məlumatların emal üsuluna görə təsnifləşdirilməsi statistik məsələlərin həlli xüsusiyyətlərini təyin etməyə imkan verən informasiya bazasının strukturunu müəyyən edir.
Sabitlik dərəcəsinə görə statistik informasiya şərti olaraq şəti-sabit və dəyişən olur. Üzun müddət dəyişməyən və təkrar olaraq statistik məsələlərin maşınla emalında istifadə olunan informasiya şərti-sabit statistik informasiya sayılır (təsnifatlar, əvvəlki dövrün məlumatları və s.).
İlkin statistik hesabatlarda təqdim olunan və dövriliyindən olaraq dəyişən uyğun dövrün faktiki məlumatları dəyişən məlumatlar sayılır.
Statistik informasiyanın sabitlik dərəcəsinə görə təsnifləşdirilməsi sabit informasiya massivlərinin həcminin dəqiq təyin edilməsi və növbəti təşkili üşün çox vacibdir ki, bu da öz növbəsində məlumatların kompüterə daxil edilməsi mərhələsində görülən işlərin həcminin azaldılmasına imkan verir.
3.8. Statistik informasiya axınının müəyyənləşdirilməsi
Statistik informasiya sistemlərini layihələndirərkən, informasiya sistemində dövr edən informasiyanın ilkin mənbədən istifadəçilərə qədər olan informasiya axınını təyin etmək vacibdir.
İqtisadi, maliyyə və digər sahələrdə müəyyən siyasət həyata keçirmək üçun dövlət idarəetmə orqanlarının müxtəlif informasiyaya ehtiyacı var. Statistik informasiya istifadəçiləri dövlət idarəetmə orqanları, mərkəzi idarəetmə orqanları, sahə idarəetmə orqanları, yerli idarəetmə orqanlarını və s. kimi qruplara ayrılır.
İnformasiya axınının təhlili nəticəsində məlumatların emalı (işlənməsi) və ötürülməsinin optimal səviyyələri üzə çıxır.
Statistika orqanları müəssisə, idarə və təşkilatların işini xarakterizə edən mühüm iqtisadi göstəticiləri öz hesabatlarında ümumiləşdirib təhlil etdikdən sonra onun nəticələrini təcrübədə istifadə etmək üçün müvafiq nazirlik və təşkilatlara təqdim edirlər.
Statistik məlumatlar adətən ilkin uçota əsaslanır və onlardan icmal statistik işlər, məcmuələrin tərtib edilməsi, sosial-iqtisadi təhlil üçün istifadə olunur.
Statistika orqanlarında dövriyyədə olan informasiya axının sxemi əlavə 3-də göstərilmişdir. Sxemdən göründüyü kimi statistik informasiyanın köməkliyi ilə idarəetmə sahələrinin istehsal-təsərrüfat fəaliyyəti, həmçinin bu fəaliyyətin idarə olunması həyata keçirilir.
Statistika orqanlarına təqdim olunan statistik məlumatların ilkin mənbəyi iqtisadiyyatın müxtəlif sahələrindən olan idarə və təşkilatlardır.
Bu məlumatları mülkiyyət formasından asılı olmayaraq çoxlu sayda sənaye, ticarət, tikinti, kənd təsərrüfatı müəssisələrinin, mədəni, məişət və diqər təşkilatların, habelə fiziki şəxslərin fəaliyyətini səciyyələndirən statistik hesabatlar, seçmə müşahidələri, siyahıyaalmalar, sosial sorğular və s. təşkil edir.
Statistika hesabatları statistika müşahidələrinin bir növü olaraq, dövlət və idarə daxili statistik hesabatlara bölünür. Statistika hesabatları statistika orqanları tərəfindən təsdiq edilir və bu zaman onun təqdim edilmə vaxtı, dövriliyi, həcmi və forması müəyyənləşdirilir.
Ştatistika orqanları struktur nöqteyi-nəzərindən ölkənin inzibati-ərazi bölgüsünə üyğun olaraq qurulmuş və respublika, şəhər, rayon və sahə səviyyələrindən ibarətdir. Statistik hesabatlar DSK-nin bütün səviyyələrində ardıcıl olaraq emal olunur, hər bir səviyyədə məlumatlar toplanır, müxtəlif əlamətlərə görə (ərazi, təşkilat və s.) qruplaşdırılır, təhlil olunur və yekun hesabatlar alınır. Bu zaman hər bir məqsəd və onun həlli üçün informasiya resursları konkretləşdirilir. Həmin konkret məsələlər, alt məsələlər və göstəricilər arasında informasiya əlaqələri müəyyənləşdirilir. İqtisadi göstəricilər arasında iqtisadi əlaqənin bir ierarxik səviyyədən digərinə keçid alqoritmi müəyyənləşdirilir.
Rayon səviyyəsində alınmış yekun statistik hesabatlar istehlakçılara (ərazi idarə və statistika orqanlarının yuxarı səviyyələrinə) təqdim olunur. Bu zaman məlumatlar poçt üsulu (hesabatlar, maqnit daşıyıcıları) və eləcə də əlaqə kanaları (elektron poçt) vasitəsilə təqdim edilir.
İstifadəçilərin böyük əksəriyyətinin məlumatların elektron formasından istifadə etməkdə maraqlı olduğunu nəzərə alaraq, bu sahədəki fəaliyyəti, ən başlıcası, məlumatların kompakt disklərdə yayılmasını genişləndirmək nəzərdə tutulur.
Statistik məlumatların mübadiləsini aparan bütün müəssisələr, təşkilatlar və baş idarələrin texniki-iqtisadi və kommersiya məlumatlarının təsnifatından istifadə etməsi zəruridir.
İnformasiya axınının səmərəliliyının tətqiqi informasiyanın günu-gündən artdığı müasir şəraitdə getdikcə mürəkkəbləşir. Bunun üçün vaxtaşırı iqtisadi proses və hadisələrin qarşılıqlı əlaqələri dəqiqləşdirilməlidir. Deməli, informasiya axınına yenidən baxılmalı və informasiya təminat sisitemini günün tələblərinə uyğunlaşdırılmalıdır.
Səmərəli informasiya axınının yaradılmasının əsas prinsiplərindən biri onun operativliyidir. Müasir şəraitdə informasiyanın operativliyinin yüksəldilməsi üçün mürəkkəb texniki obyektlər-super elektron hesablama maşınları, kompüter və hesablama şəbəkələrindən təşkil olunmuş informasiya sistemlərdən istifadə edilməsi vacibdir.
Hal-hazırda məlumatlar bazası özünün inkişaf dövrünu yaşayır. Ənənəvi relyasiyalı məlumatlar bazasında məlumatlar ciddi olaraq müəyyən şəkildə strukturlaşdırılmış informasiyadan təşkil olunmuş xüsusi formatlı fayl olduğundan onlara müraciəti təmin edən sorğu konkret məlumatlar bazasının sxeminə uyğun olaraq yerinə yetirilir. Belə halda digər şirkətlərin məlumatlarının işlənməsi və ya axtarıb tapılması səmərəsiz olur və uzun vaxt tələb edirdi. Ona görə də müasir məlumatlar bazasının yaradıcıları müxtəlif mürəkkəb tipli məlumatların istifadəçilər tərəfindən eyni zamanda, strukturdan asılılı olmayaraq işlənməsini və axtarışını təmin edən güclü sistemlər yaratmışlar.
Məlumatlar bazasının serverləri büyük tutumlu (onlarla heqobayt və daha böyük) və çoxlu sayda istifadəçilərlə xidmət edən ümumi istifadəli məlumatlar bazasını idarə edən güclü sistemlərdən ibarət olur. Belə sistemlərə misal olaraq yüksək məhsuldarlığı, etibarlılığı və müdafiəni təmin edən Microsoft SQL Server, Oracle və s. göstərmək olar.
Statistik informasiyanın dövriyyəsinin (mübadiləsinin) intensivləşməsi (istifadəçilər arasında), rabitə və informasiya texnologiyalarının, mikro kompüterlərin geniş tətbiqi statistik informasiya sisteminin strukturunun dəyışdirilməsini tələb edir. Bütün bunlar da öz növbəsində statistik informasiya sisteminin yeni layihəsinin hazırlanması, tətbiq edilməsindən asılıdır. Hazırlanacaq layihələr milli statistika orqanlarında statistik tədqiqatların aparılması prosesini və meta informasiya sistemini (yerli informasiya sistemi ilə birlikdə) özündə əks etdirməlidir.
İnformasiya sisteminin əsas komponentlərindən hesab edilən məlumat bazası isə məlumatların, meta məlumatların modelləşdirilməsindən asılıdır. Statistik məlumatlar və meta məlumatlar statistik tədqiqatların elementləri hesab edilir. Bura əsas konsepsiyalar; meta məlumatlara giriş, statistik məlumatlar, statistik informasiya sistemi, statistik məlumatların istehsalçıları və istifadəçiləri, bu məqsədlər üçün proqram təminatı, sistematik meta məlumatlardan istifadə, xüsusən statistik məlumatların istifadəçisi üçün meta məlumatlar, statistik meta məlumatların mümkün mənbələri, statistika sistemində meta məlumat infrastrukturu daxildir.
3.9. Statistik informasiyanın həcminin müəyyənləşdirilməsi
Statistik informasiyanın həcmi iki səviyyədə müəyyənləşir. Rayon və respublika səviyyəsində. Hər iki səviyyədə informasiyanın həcmini hesablamaq üçün texnoloji prosesin tipik sxemi əsas götürülməlidir. Rayon səviyyəsində statistik məlumatların işlənməsi sxemi aşağıdakı kimidir.
yox
Statistik informasiyanın müxtəlif sahələrdə istifadə olunması üçün mütləq informasiya daşıyıcılarının olması vacibdir. Bu daşıyıcılarının varlığı statistik informasiyanın əsas təsvir formasıdır.
Müasir dövrdə informasiyanın texniki avadanlıqlarda səmərəli istifadə edilməsi üçün onun kodlaşdırılması tələb olunur. Kodlaşdırılma nəticəsində informasiyanın istifadə edilməsi asanlaşır və avtomatlaşdırılır.
Məlumatların yazılması və toplanması üçün istifadə olunan fiziki mühit informasiya daşıyıcısı sayılır. İnsanlar tərəfindən istifadə edilən informasiya daşıyıcıları kağız sənədlərdən və texniki vasitələrin köməyi ilə yazılan və oxunan elektron məlumat daşıyıcılarından (maqnit və optik daşıyıcılar) ibarətdir.
Gələcəkdə informasiyanın elektron mübadiləsinin inkişafı ən müasir telekommunikasiya sistemlərinin, ən başlıcası, INTERNET şəbəkələrinin imkanlarından istifadə edilməsindən çox asılıdır.
İnformasiyanı istifadəçilərə vermək üçün müasir kommunikasiya sistemindən istifadə etməklə kağızsız məlumat sisteminə keçilməsi statistika orqanlarının qarşısında duran əsas məsələlərdən biridir.
Müəssisə və təşkilatların təqdim etdikləri statistik məlumatlar ilkin sənədlərdə-statistik hesabat formalarında, ümumi xarakterli statistik məlumatlar isə, yekun statistik hesabat formalarında qeyd olunur.
İlkin statistik hesabatların layihələndirilməsi 3 mərhələdən ibarətdir.
Birinci mərhələdə bütövlükdə kompleks məsələlərin həlli üçün istifadə olunan göstəricilərin tərkibi müəyyənləşdirilməlidir. Bu zaman sabit və dəyişən məlumatların bir-birindən ayrılmasına xüsusi diqqət yetirmək lazımdır.
İkinci mərhələdə rekvizitlər blanklarda yerləşdirilir. Rekvizitlər blanklarda anket, xətti və cədvəl üsulu ilə yerləşdirilir:
Xətti üsulla rekvizitlər iki sətirdə: yuxarı sətirdə rekvizitin adı, aşağıda isə rekvizitin qiyməti yerləşdirilir.
Anket üsulu ilə rekvizitlər ardıcıl olaraq iki qrafada: sol qrafada rekvizitin adı, sağ qrafada isə rekvizitin qiyməti yerləşdirilir.
Cədvəl üsulunda müxtəlif rekvizitlər cədvəl şəkildə qrafalarla şaquli, cətirlərlə isə üfiqi şəkildə yerləşdirilir.
Üçüncü mərhələdə ilkin statistik hesabat blankının sahəsi hesablanır. Statistik hesabat blankları standarta uyğun olaraq A1-841x595, A2-594x420, A3-420x297, A4-297x210, A5–210x148, A6–148x105 və A7–105x74 formatlarında olur.
İlkin statistik hesabatlar layihələndirilərkən onların fərdi kompüterlərin yaddaşına daxil edilməsini avtomatlaşdırmaq üçün xüsusi texniki vasitələrdən istisadə edilməsi nəzərdə tutulur. Elə bu məqsədlə, ilkin statistik hesabatlar layihələndirilərkən statistik hesabat kağızının formasına, ölçüsünə, keyfiyyətinə və rənginə, eləcə də rekvizitlərin tərkibi və yerləşdirilmə qaydasına xüsusi tələblər qoyulur. Bu zaman statistik hesabat blankının ölçüsü 210x297 mm, məlumatların yerləşdirildiyi sahə 1000 mövqedən (40 sətir x 25 sütun) ibarət matrisa şəklində olur.
Müasir informasiya sistemlərində məlumatların daxil edilməsini avtomatlaşdırmaq üçün statistik hesabat formaları və onların doldurulma qaydaları standartlaşdırılmalıdır.
Yekun statistik hesabat istifadəçilər (iqtisadçılar) üçün ən geniş yayılmış və rahat olan çıxış forması sayılır.
Layihələndirilməsi nəzərdə tutulan yekun statistik hesabatlarda idarə orqanlarının tələbatını ödəyən zəruri göstəricilərin, rekvizitlərin dəqiq yerləşdirilmə qaydasının və hesabatın məzmununu tam əks etdirən konkret adının olması vacibdir.
Yekun statistik hesabatların layihələndirilməsi 3 mərhələdə yerinə yetirilir.
Birinci mərhələdə texniki vasitələrin köməyi ilə maksimum sayda alınacaq yekun statistik göstəricilərin ümumi tərkibi müəyyənləşdirilir.
İkinci mərhələdə ayrı-ayrı yekun statistik hesabatlara daxil olan konkret göstəricilərinin tərkibi müəyyənləşdirilir.
Üçüncü mərhələdə göstəricilərin yerləşdiririlməsi və yekun statistik hesabat formasının blankının işlənib hazırlanması həyata keçirilir.
Ümumiyyətlə, ənənəvi statistik cədvəllərdə göstəricilər sətir və sütun üzrə yerləşdirilmiş rekvizitlərin kombinasiyasından təşkil olunur.
Statistik hesabatların işlənməsinin təşkili zamanı elektron daşıyıcılarda yadda saxlanılan məlumatlardan ibarət olan informasiya massivlərinin yaranmasına xüsüsi diqqət yetirmək lazımdır. Onların layihələndirilməsi 3 mərhələdə yerinə yetirilir.
Birinci mərhələdə layihələndirilən ilkin və yekun statistik hesabatların məzmunu təhlil edilir və kompleks məsələlərin həll edilməsi üçün istifadə olunan informasiya bazasının ümumi tərkibi müəyyənləşdirilir.
Ilkin statistik hesabatlardakı rekvizitlərin siyahısının yekun hesabatlatların işlənib hazırlanmasını nə dərəcədə təmin etməsi təhlil nəticəsində müəyyən edilir. Lazım gələrsə, məlumat bazasının tamlığını saxlamaq şərti ilə yeni rekvizitlərin daxil edilməsi və təkrar olunanların ixtisara salınması ilə uyğun dəyişikliklər edilir.
İkinci mərhələdə sabitlik dərəcəsinə görə (sabit və dəyişən) statistik informasiyanın tərkibi, məzmunu və məlumatların daxil edilmə müddəti müəyyən edilir. Bu mərhələ yerinə yetirilərkən təkcə həll ediləcək kompleks məsələlərin tərkibini deyil, onların bütün həcm-zaman xüsüsiyyətlətini də bilmək vacibdir.
Üçüncü mərhələdə statistik informasiya massivlərinin elektron daşıyıcılarındakı strukturu və elektron məlumat daşıyıcıları layihələndirilir.
Statistik informasiya massivlərinin elektron daşıyıcılarındakı strukturu layihələndirilərkən onların rekvizitlərinin tərkibi, hər bir rekvizitin yazılış forması (yazı tipi) və onun maksimum qiyməti təyin edilir.
Elektron məlumat daşıyıcısı seçilərkən istifadə olunan kompüterin tipi, daşıyıcının tutumu, oxunma/yazılma sürəti nəzərə alınmalı və etibarlılıq dərəcəsi təmin edilməlidir.
Ümumi qəbul olunmuş informasiya nəzəriyyəsində etalon ölçü vahidi binar adlanır və onun həcmi 1 bit ilə ölçülür və bu ən kiçik ölçü vahididir. Elektron daşıyıcılarında informasiyanın ölçü vahidinin bir bayt1 olduğunu nəzərə alsaq məlumatlar bazasının həcmini müəyyənləşdirə bilərik.
Müasir məlumat bazalarının həcmi heqobaytlarla ölçülür2.
Elektron daşıyıcılarında statistik informasiyanın qiymətləndirilməsi, quruluşu, çevrilməsi və işlənməsi baxımından bir sıra əmsalların hesablanması qaydalarını bilmək lazımdır:
sabitlik əmsalı (sabit məlumatların miqdarının məlumatların ümumi miqdarına nisbəti);
mürəkkəblik əmsalı (əməliyyat vahidində informasiyanın həcminin nəticə göstəriciləri formalarının sayına nisbəti);
kütləvilik əmsalı (göstəricilərin işarələrinin ümumi sayının onların formalarının ümumi sayına nisbəti);
göstəricilərin qarşılıqlı əlaqələrini əks etdirən əmsal (göstəricilərin qarşılıqlı əlaqələrinin ümumi sayının göstəricilərin formalarının ümumi sayına nisbəti);
göstəricilərin informasiya əmsalı (ilkin göstəricilərin işarələrinin sayının nəticə göstəricilərinin işarələrinin sayına nisbəti).
Yuxarıda qeyd edildiyi kimi informasiya intellektual məhsul olduğu üçün
mühasibat uçotunda qeyri maddi aktivlər hesabında uçota alınır. Bura proqram təminatı, alınmış mücmuələr, hazırlanmış məlumat bazaları, təsnifatlar və sair məhsullar aid edilir. Təcrübədə qeyri maddi aktivlərinin dəyərinin hesablanması üçün xərclər üsulundan istifadə edilir. Xərclər üsulunun aşağıdakı 3 növü mövcuddur:
məsrəflər;
bərpa;
əvəzləmə.
Məsrəflər üsulunda texnoloji prosesin yerinə yetirilməsinə sərf olunmuş bütün məsrəflər cəmlənir, eyni zamanda həmin sahədə baş vermiş qiymət dəyişməsi (qiymət indeksi) nəzərə alınır. Məsrəflər üsulu aşağıdakı kimi hesablanır:
V=(Rişçi+Rdigər+Rmat +(Rişçi+Rigər+Rmat) * M) * İinf -A
Burada, V-qiymətləndirmə dövrünə qeyri maddi aktivinin dəyəri;
Rişçi- qeyri maddi aktivlərinin yaradılması üçün işçi qüvvəsinə
çəkilən xərc (əmək haqqı, sosial sığorta, mükafat və s.);
Rdigər- qeyri maddi aktivlərinin yaradılmasına digər məsrəflər
Rmat - material xərcləri (maqnik diskinin dəyəri, cap məhsullarının
dəyəri, texniki layihə xərcləri və s.);
qeyri maddi aktivlərin yaradılması üçün müstəqim
(ümumi) xərclərin faizi;
İinf - qiymət indeksi;
A - qeyri maddi aktivlərin amortizasiyası.
Qeyri maddi aktivlərinin bərpa üsulu ilə dəyərinin hesablanmasında həmin məhsula analoji olan məhsulun bazar qiyməti əsas götürülür. Bu zaman müvafiq material və texnologiya, qiymətlədirilən obyektin köhnəlməsi və s. nəzərə alınmalıdır. Bərpa üsulu ilə qeyri maddi aktivlərin dəyərinin hesablanması aşağıdakı kimidir:
V=(Rişçi+Rdigər+Rmat +(Rişçi+Rigər+Rmat)*Mf -A
Burada, V- qiymətləndirmə dövrünə qeyri maddi aktivinin dəyəri;
Rişçi- qeyri maddi aktivlərinin bərpası üçün işçi qüvvəsinə
çəkilən xərclər (əmək haqqı,sosial sığorta,mükafat və s);
Rdigər- qeyri maddi aktivlərin yaradılmasına digər məsrəflər;
Rmat -material xərcləri (maqnik diskinin dəyəri, cap məhsullarının
dəyəri, texniki layihələr və s.);
M - qeyri maddi aktivlərin yaradılmasıa müstəqim (ümumi)
xərclərin faizi;
A - qeyri maddi aktivlərin amortizasiyası.
Qeyri maddi aktivlərinin əvəzləmə üsulu ilə dəyərinin hesablanması bərpa üsuluna oxşardır. Əsas fərq isə analoji obyektin deyil, ona oxşar digər obyektin (işin) götürülməsidir. Lakin seçilmiş obyekt qiymətləndirilən obyektin funksiyalarını yerinə yetirmək imkanına malik olmalıdır.
Qeyri maddi aktivlərin (statistik məlumat bazaları, proqram təminatı, təsnifatlar, statistik məlumatlar, cap məhsulları və s.) dəyərinin hesablanması üçün aşağıdakı informasiyalar toplanmalıdır:
Qeyri maddi aktivinin kəmiyyəti və keyfiyyəti haqqında informasiya;
Qeyri maddi aktivin miqdarı (məsələn, göstəricilərin sayı, anketlərin
sayı və s.)
Yaradılma tarixi, istifadə dövrü, amortizasiya;
Qeyri maddi aktivin yaradılması və inkişafı üçün ilkin məlumat;
Qeyri maddi aktivin bərpası üçün zəruri xərclər;
Statistika orqanlarında işin həcmini natural ifadədə müəyyənləşdirmək üçün əlavə 2-də göstərilmiş cədvəllərdən istifadə edilə bilər.
Nəticə
Statistika sistemi daxilində müasir informasiya, menecer və markentinq metodlarının tətbiqi statistik işlərin səmərəliliyinin artırılmasının strateji istiqamətdir. Bunun üçün statistik məlumatların istehsalının idarə olunmasında inzibati metodlardan tədricən iqtisadi metodlara keçirilməsi tələb olunur. Hal-hazırda statistika sistemində iqtisadi göstəricilərin hesablanması üçün təşkilatı-metodoloji işlər yerinə yetirilir. Bu işlər digər nazirliklərin menecment informasiya sistemləri ilə qarşılıqlı əlaqəli aparılır və müasir elektron hökümət haqqında Dövlət proqramlarının tələblərinə uyğunlaşdırılır.
Statistika fəaliyyətinə informasiya xidməti kimi baxılır və inkişaf etmiş ölkələrinin təcrübəsinə əsaslanaraq infomasiya xidmətinin statistikası, iqtisadiyyatı və menecmenti istiqamətində ilk addımlar atılır.
Statistik informasiya xidmətinə müasir informasiya texnologiyası və informasiya təhlükəsizliyi konsepsiyasından yanaşılaraq aşağıdakı tədbirlər yerinə yetirilməlidir.
Elmi-tədqiqat sahəsində:
statistik məlumatların işlənməsi prosesi sistemli tədqiq edilməli;
statistik məlumatların işlənməsi mərhələləri (məlumatların toplanması, mikro və makro nəzarət, emalı və mübadiləsi) layihələndirilməli;
dövriyyədə olan informasiyanın həcminin müəyyənləşdirilməsi üçün müvafiq sənədlər hazırlanmalı;
elektron informasiya sistemində mövcud informasiyanın həcmi müvafiq sahə şöbələri ilə birlikdə tədqiq edilməlidir.
Texnoloji sahədə:
məlumatların istehsalının tipik texnologiyaları layihələndirilməli;
tipik layihələrə əsasən işlərin həcmi ölçülməli (nominal, real, elektron informasiya vahidi-bayt);
ayrı-ayrı texnologiyaların (e-mail, wap, web texnologiyar) tətbiqinin iqtisadi səmərəliliyi araşdırılmalı;
informasiya təhlükəsizliyinin tələblərinə uyğun olaraq ilkin statistik məlumatın elektron mübadiləsi təşkil edilməlidir.
İqtisadi - maliyyə sahəsində:
işlərin tarifləri hazırlanmalı və təsdiq edilməli;
işlərin iqtisadi dəyəri müəyyən edilməli;
əsas iqtisadi göstəricilərin hesablanması metodologiyası hazırlanmalı;
statistika sistemində mikro və makroiqtisadi (məhsul buraxılışının həcmi (natura və dəyər ifadəsində), aralıq istehlak xərcləri, ümumi əlavə dəyər; əsas kapitalın istehlakı; xalis əlavə dəyər, işçilərin sayı, işçilərin xidmət xərcləri, əmək məhsuldarlığı, bir işçiyə düşən informasiya dövriyyəsi, texnikadan (kömpütürlərdən) səmərəli istifadə, internetdən, elektron poçtundan, mobil telefonlardan istifadə səviyyəsi, müəssisə daxili təsərrüfat hesabının təşkili).göstəricilər hesablanmalıdır.
Menecment sahəsində:
statistik proqramların bütün mərhələlərinə nəzarət təşkil edilməli (hal-hazırda işin dəyəri statistik formaya görə ödənildiyi üçün onun tərtibi və keyfiyyəti işin həcminin müəyyən edilməsində nəzərə alınmır. Nəticədə formanı minimum göstərici və keyfiyyətsiz təqdim edən icraçı ilə maksimum göstərici və keyfiyyətli təqdim edən icraçının əməyi eyni tariflə qiymətləndirilir);
dövriyyədə olan informasiyanın həcmi hər bir hesabat növü üzrə qruplaşdırılmalı (kiçik, orta və böyük həcmli);
kiçik həcmli hesabatların mobil telefonla (wap texnologiyalar), orta həcmli hesabatların elektron poctla (e-mail), böyük həcmli hesabatların web texnologiyalarından istifadə etməklə qəbulu və göndərilməsinin təşkili layihələndirilməli;
təsnifatların (müəssisə, rayon, hesabat, göstərici ) kütləvi istifadəsi təşkil edilməli;
cari və uzunmüddətli aktivlərin (kompüter, kağız, işçi qüvvəsi və maliyyə aktivlərinin) dövriyyədə olan informasiyanın həcminə görə paylanması təmin edilməli;
informasiya prosesinin bütün mərhələlərində (proqramların tərtibi, seçmə, məlumatlarının toplanması, mikro və makro nəzarət, məlumatların yekunlaşdırılması və istifadəçilərə təqdim dilməsi) keyfiyyətə nəzarət olmalıdır.
Markenting sahəsində:
statistik informasiya xidməti bazarı tədqiq edilməli;
statistik informasiya istifadəçilərinin informasiya tələbatı araşdırılmalı;
statistik informasiya sisteminin təkmilləşdirilməsi üçün istehlakçıların tələbi
dövrü olaraq öyrənilməli;
tələb və təklib arasında mövcud olan uyğunsuzluğu aradan qaldırmaq üçün
tədbirlər hazırlamalıdır.
Əlavə 1. Statistik informasiya sisteminin funksional sxemi
Statistik informasiya sistemi
MƏLUMATLARININ DAXİL EDİLMƏSİ
Dostları ilə paylaş: |