1. Klinik psixologiyanın predmeti



Yüklə 167,82 Kb.
səhifə12/37
tarix21.06.2023
ölçüsü167,82 Kb.
#133392
1   ...   8   9   10   11   12   13   14   15   ...   37
klinik ümumi cavablar

Suisid və ya intihar hazırda klinik psixologiyaya aid edilən ən əhəmiyyətli problemlərdəndir. Əhali arasında baş verən ölümün səbəbləri içərisində intihar ilk onluğa daxildir.
Ölüm özlüyündə həyat tsiklinin təbii sonu olub, insan üçün nisbətən gec və qeyri – müəyyən vaxtda baş verən və onun nəzarət edə bilmədiyi prosesdir. İntihar bu prinsiplə sanki, ziddiyyət təşkil edir. Müxtəlif xalqlar tarixi inkişafın müxtəlif dövrlərində intihara fərqli münasibət bəsləmişlər. Qədim yunanların intihara münasibəti ambivalent idi: yəni onlar suisidi məqbul davranış hesab etməsələr də, müəyyən şəraitdə bəzi vətəndaşların həyatdan könüllü getməyinə də pis baxmırdılar. Qədim Romalılar suisidlərə daha çox neytral, bəzən isə müsbət münasibət bəsləyirdilər. Yəhudilər və xristianlar isə intihara son dərəcə mədəni hal kimi yanaşmışlar. Orta əsrlərdə Avropa və müsəlman ölkələrində intihar edənləri qəbirstanlıqda deyil, yollar kəsişən yerdə torpağa tapşırır, dəfn mərasimində din xadimləri iştirak etmirdilər.
XX əsrdən başlayaraq Avropadan intihar dalğası keçdiyi zaman tədqiqatçılar bu problemin kliniki aspektlərinə müraciət etdilər. Hal – hazırda psixi xəstəliklər və intihar arasında sıx əlaqələr olması qənaətinə gəlmişlər.
Müxtəlif məlumatlara görə, suisid icra edənlərin 98%-i psixi sağlamlıq cəhətdən problemlərə malikdirlər. Eyni zamanda bir çox məsələlər tam həllini tapmamışdır. Məsələn, bəzi alimlər hesab edirlər ki, bir çox hallarda bədbəxt hadisələr nəticəsində baş vermiş ölümlər gizli suisidal tendensiyalarla şərtləndirilmişdir. Onu da qeyd etmək lazımdır ki, problemi tədqiq edənlərin bəziləri ekstremal idman növləri ilə (alpinizm, paraşütlə tullanma və s.) məşğul olmanı, avtonəqliyyatın ehtiyatsız idarəsini suisidal davranışın formalarından biri kimi qəbul etməyi təklif etmişlər.
Suisidlərin epidemiologiyası.Suisidlərin sayı haqqında dəqiq məlumatlar əldə etmək bir sıra çətinliklərlə bağlıdır. Belə ki, bəzi intihar halları bədbəxt hadisə kimi qiymətləndirilir, bəzən isə ölümün intihar və qəsd nəticəsində olduğunu müəyyən etmək mümkün olmur. Ümumidünya Səhiyyə Təşkilatının məlumatlarına görə, hər il intiharlardan ölüm halları 0,5 mln-a çatır. ABŞ-da intihardan ildə 30 000 ölüm halı qeydə alınır, bu da hər 100 000 nəfər əhaliyə 12,5 və ya gündə təqribın 75 nəfər təşkil edir. Böyük Britaniyada bu göstərici 100 000 nəfərə 10 nəfərdən bir qədər az təşkil edir. Bu, əhalinin 1%-ni təşkil edir. (təqribən o qədər də insan ürək – damar xəstəliklərindən ölür). Almaniyada həmin göstərici xeyli yüksək olub, ildə 13 000 tamamlanmış intihar, yəni 100 000 nəfərə 20 nəfər təşkil edir. Bu, avtomobil qəzalarında həlak olanlardan çoxdur. Ən aşağı göstəricilər Aralıq dənizi ölkələrində (İspaniya, Portuqaliya, İtaliya) qeydə alınıb. Bu ölkələrdə hər 100 000 nəfərə 3 intihar düşür ki, bu da tədqiqatçılara dini faktorlardan, daha dəqiq desək, katolizmin təsirindən danışmağa əsas verir. Lakin katolik Macarıstanında yaxın vaxtlara qədər ən yüksək intihar göstəricisi 100 000 nəfərə 40 nəfər qeydə alındı. Maraqlıdır ki, ABŞ – da yaşayan 11 ölkədən gəlmiş mühacirlər arasında intiharların sayının müqayisəsi onların onların öz ölkələrindəki göstərucilərə müvafiq olduğunu göstərdi. Keçmiş Sovet İttifaqında suisidlərin statistikası yam məxfi saxlanılırdı.

Yüklə 167,82 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin