1. Klinik psixologiyanın predmeti


Klinik psixologiyanın vəzifələri



Yüklə 167,82 Kb.
səhifə2/37
tarix21.06.2023
ölçüsü167,82 Kb.
#133392
1   2   3   4   5   6   7   8   9   ...   37
klinik ümumi cavablar

Klinik psixologiyanın vəzifələri

  • Ümumilikdə klinik psixologiyanın əsas vəzifələrinə aşağıdakılar daxildir:

  • 1.Xəstəliyin öyrənilməsində və sağlamlığın möhkəmləndirilməsində psixikanın rolunu;

  • 2.Müxtəlif xəstəliklərin yaranmasında və gedişində psixi proseslərin rolu və yerini;

  • 3.Xəstəliyin müalicəsi prosesində (müxtəlif dərmanlara olan reaksiyalar) psixikanın dəyişməsini;

  • 4.Müxtəlif xəstəliklər zamanı psixi pozulmaları və onların aradan qaldırılması və ya korreksiyası metodlarını;

  • 5.Psixoterapiya və psixokorreksiya içinin psixiatriyada, neyrocərrahiyyədə, anomal uşaqların və somatik xəstəliklərin bərpasında tətbiqini;

  • 6.Beyinin lokal zədələri zamanı ali psixi funksiyaların pozulmasını;

  • 7.Beyinin müxtəlif patoloji hallarında psixi fəaliyyətin pozulmalarını və s.

    öyrənir.

    • KLİNİK PSİXOLOGİYA ümumi psixologiyanın bir çox nəzəri və praktik problemlərinin həllində böyük rol oynayır:

    • -Psixikanın inkişafında sosial və bioloji başlanğıcın yeri və problemin müəyyənləşdirilməsində;

    • -Psixi proseslərin tərkibinə daxil olan komponentlərin analizində;

    • -Psixikanın inkişafı və pozulması probleminin aydınlaşdırılmasında;

    • -Psixi fəaliyyətin strukturunda şəxsiyyət komponentlərinin rolunun təyin edilməsində.


    • 2. Duyğu və qavramanın pozuntuları

    Xarici aləm haqqında bütün melumatları insan duyğu organlar vasitsilə əldə edir. Duyğu orqanlarına ve ya analizatorlara görmə, eşitmə, qoxu, dad, orqanizmin xaricinde va daxilində yerləşən ümumi hissiyyat reseptorları aiddir. Cisim və hadisələrin duyğu orqanlarına təsiri nəticəsində əmələ gələn ve bu cisim, yaxud hadisələrin ayrı-ayrı xassələrinin inikasından ibarət olan ən sadə psixi proses duyğu adlanır.
    Duygu vasitəsilə insan soyuğu, istini, işığı, qaranlığı, acını, şirini, ağrını ve s.-ni hiss edir. Duyğu biz əhatə edən maddi varliq, ümumiyyətlə, bütün biliklərimizin başlanğıcı, ilkin mərhələsdir.
    Duyğu prosesinin pozulması nəticəsində semestopatiyalar baş verir. Bunlara göynəmə, dartılma, təzyiq, qıcıqlanma, sancma, soyuqluq və bir sıra digər xoşagəlməyən hislər aiddir. Semestopatiyalar əksər hallarda əzabverici ve davamlı olur. Onlar bədənin bütün sahələrində müşahidə oluna bilər.
    Semestopatiyalar bir sıra hallanda samotoform va ya ipoxondrik şikayətlərlə birlikdə təsadüf edilir. Bu əlamətlər həm somatik, həm də psixi xəstəliklərdə, travmatik ensefalopatiyalarda, beynin damar xəstəliklərin- də, təşvişli pozuntularda və s. xəstəliklərdə rast gəlinir. Reseptor duyğu prosesinin pozuntularına sadə psixopatoloji əlamətlər kimi tazahür edən hipersteziyalar va hiposteziyalar da aid edilməlidir.
    Hipersteziya pelarin koskinləşmiş (güclü) qavranılmasıdır.
    Adi lampa ilə gözqamaşıdırıcı projektor, ətrafdakı əşyaların rəngi olduqca əlvan, səslər gurultu kimi və s. qavranılır. Hipertsiteziyalar əksər hallarda somatik xəstəliklərdə, yorğunluqla əlaqədar və digər stress hallarında rast gəlinir. Bir sıra hallarda psixi xəstəliklərin başlanğı motholindo da meydana çıxır. Hiposteziya-qıcıqlarınn zəif qavranılmasıdır. Belə pozuntu zamanı mühitdəki əşya ve hadisələr solğun, səslər zəif, qoxular kütləşmiş qavranılır, MSS üzvi patologiyası zamanı tez-tez rast gəlinir. Parasteziyalar daxili orqanlarda gedon bir ça patoloji proseslaria olaqadar yaran. Parasteziyalar senestopatiyalardan fərqli olaraq, müxtəlif daxili orqanlarda meydana çıxan patoloji proseslər nəticəsində müşahidə olunur.
  • 1   2   3   4   5   6   7   8   9   ...   37




    Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
    rəhbərliyinə müraciət

    gir | qeydiyyatdan keç
        Ana səhifə


    yükləyin