1. Klinik psixologiyanın predmeti


Aqressiv davranışın psixoloji determinantları



Yüklə 167,82 Kb.
səhifə8/37
tarix21.06.2023
ölçüsü167,82 Kb.
#133392
1   ...   4   5   6   7   8   9   10   11   ...   37
klinik ümumi cavablar

Aqressiv davranışın psixoloji determinantları
İnsanın aqressiv davranışa meylli olmasına daha çox hansı – daxili (endogen) və mühit faktorları təsir etməsi məsələsi özünün tam həllini tapmayıb. Çox güman ki, belə faktorlardan hər biri bu və ya digər dərəcədə aqressiv davranışın formalaşmasında iştirak edir. Hal – hazırda aqressiyanın bioloji hipotezləri irsi, hormonal və neyrofizioloji faktorları araşdırır.
Aqressiyanın təbiətini aydınlaşdıran konsepsiyalardan biri də instiktlər haqqında təlimdir. Nobel mükafatı laureatı Lorens heyvanlarda aqressiv davranışı tədqiq edərkən belə nəticəyə gəlmişdir ki, yaşamaq uğrunda mübarizədən başlanğıc götürən xüsusi aqressiv təzahürlər sağ qalıb çoxalmanı təmin etmək əhəmiyyətini daşıyır. Aqressiv davranış, Lorensin hipotezinə görə, toplanmış aqressiv enerjinin çıxmasını təmin edən və ya tormozlayan xüsusi xarici amillərdən asılıdır. Lorensin hipotezinə görə aqressivlik olmadan “nə elmin, nə mədəniyyətin, nə də digər insan xarüqələrinin” mümkün olmamasını iddia edir. Təsvir olunan hipotezin tənqidçiləri haqlı olaraq bildirirlər ki, heyvanların müşahidəsindən alınan nəticələr avtomatik olaraq insanlara şamil edilə bilməz. Bundan əlavə, heyvanlardan fərqli olaraq, insanlar sülhsevərlik, xeyirxahlıq, mərhəmət, qarşılıqlı yardım kimi xüsusiyyətlərə də malikdirlər.
Aqressivliyin təbiətini instink mövqeyindən izah edən Freyd hələ 1920-ci ildə belə qənaətə gəlmişdi ki, insanda dağıtmağa və həyatı məhv etməyə yönəlmiş xüsusi instinktiv meyl mövcüddür.
Aqressiyanın formalaşmasına dair daha maraqlı fikirlər E.Fromun “İnsanın ruhu” və “İnsanın destruktivliyinin anatomiyası” əsərlərində şərh olunmuşdur. From aqressiyanı xoşxassəli və bədxassəli növlərə bölür. Birinciyə daha çox idman yarışlarında rast gəlinən oyun aqressiyası aiddir. Burada məqsəd rəqibi öldürmək və ya yaralamaq deyil, cəldlik və məharəti nümayiş etdirməkdir. Xoşxassəli aqressiyanın daha bir növü məqsədə nail olmağa yönəlmiş özünütəsdiq meylidir.Aqressiyanın bədxassəli formalarına paxıllıq və qısqanclıq üzündən törədilmiş aqressiyalar daxil edilir. From yazır:” Həyata inamın itməsi nifrətə səbəb olur. İnsan sübut etməyə çalışır ki, həyat amansızdır, bütün insanlar qəddardırlar və sən özün qəddar olmalısan”Nəhayət, aqressiyanın ən ekstremal forması kompensator aqressiyadır. Kompensator aqressiya özündə pozitiv qüvvələr aşkar etmək qabiliyyətindən məhrum olan insanlara xasdır. Onun məntiqi “mən qurub yarada bilmirəmsə, məhv etməliyəm” formuluna uyğun gəlir. Stalin, Hitler, Himmler kimi destruktiv şəxsiyyətlərin tərcümeyi – halını öyrənən From insan aqressivliyi anlayışını genişləndirmişdir. Froma görə bədxassəli aqressiyanın mənbəələri aşağıdakılardır:

Yüklə 167,82 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin