1. Klinik psixologiyanın predmeti



Yüklə 167,82 Kb.
səhifə37/37
tarix21.06.2023
ölçüsü167,82 Kb.
#133392
1   ...   29   30   31   32   33   34   35   36   37
klinik ümumi cavablar

İnterpersonal defisit – şəxsiyyətlərarası münasibətlərin formalaşmasına mane olan müəyyən sosial çatışmazlıq olub, sosial təcridolunma, özünə əmin olmama, emosiyaların sıxışdırılması, sosial mühitdə qeyri-adekvatlıq hissi kimi təzahür edir.Bir çox pasiyentlərdə eyni zamanda bir neçə problemli sahələr aşkar oluna bilər və belə hallarda effektli nəticə əldə etmək üçün psixoterapevtik müdaxilənin bir və ya ən çoxu 2 daha aktual problemli sahəyə yönəldilməsi vacibdir.
İPT üzrə standartlaşdırılmış vəsaitlərə uyğun olaraq müalicədə 3 dəqiq terapiya dövrü müəyyən olunur: başlanğıc, əsas və son dövr.

QRUP Psixoterapiyası

Qrup və ya kollektiv psixoterapiya bu günədək psixoterapevtlərin tam aydınlaşdıra bilmədiyi, daha doğrusu mübahisə doğuran bir anlayışdır. Bəzi alimlərin fikrincə qrup psixoterapiyası iki və daha çox şəxsin eyni vaxtda xüsusi təşkil olunmuş idarə olunan qaydalar əsasında bir-birinə emosional psixoloji təsir etmək yolu ilə müalicəvi nəticə almaq formasıdır. Morenoya (1932) görə isə qrup psixoterapiyası bir neçə şəxslə eyni vaxtda aparılan müalicədir. Kollektiv psixoterapiya ilə qrup psixoterapiyasını bir – birindən fərqləndirmək lazımdır. Kollektiv psixoterapiya qrup psixoterapiyasından onunla fərqlənir ki, bu zaman qrupa daxil edilən şəxslərin bir – birinə psixoloji təsirindən istifadə edilmir. Başqa sözlə, bir çox şəxsi bir yerə toplayaraq eyni vaxtda onlarla məşğul olmaqdan söhbət gedir. Kollektiv psixoterapiyada iştirak edənlərin sayı daha çox olarsa (məs.100 və daha çox) buna kütləvi psixoterapiya deyilir. Psixoterapiyanın bu formasından daha çox hipnoz terapiyasında istifadə edilir.


Qrup psixoterapiyasının əsas tələbləri aşağıdakılardan ibarətdir:
1.Hər bir iştirakçının həmin qrupa məxsus olmasını dərk etməsi;
2.Qrup üzvləri arasında müvafiq emosional – psixoloji əlaqənin olması;
3.Qrup üzvlərinin əksəriyyətinin qəbul etdiyi norma və tələblərə hər kəsin riayət etməsi.
İştirakçıların sayına görə qruplar kiçik(8-10) və böyük (12-30) nəfər ola bilər.Son illərdə aşağıdakı formalarda psixokorreksiya qrupları daha geniş yayılmışdır:
1.Daha çox qrupun aparıcısına yönəlmiş –vərdiş treninq qrupu;
2.Daha çox iştirakçılara yönəlmiş – görüş qrupu.
Əsası K.Rocers tərəfindən qoyulan qrup psixoterapiyasının məzmununu təşkil edən şərt hər bir iştirakçının qrupun digər üzvləri tərəfindən tənqidə tutulmamaqla öz hisslərini aşkar ifadə etməsidir.
Psixokorreksiya məqsədilə təşkil edilən qrupda xüsusi intizam və müəyyənləşdirilmiş şərtlərə əməl etmək prinsipi hökm sürməlidir.
Yüklə 167,82 Kb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin