1. Klinik psixologiyanın predmeti


Hansı xəstəliklərdə tətbiq edilir



Yüklə 167,82 Kb.
səhifə34/37
tarix21.06.2023
ölçüsü167,82 Kb.
#133392
1   ...   29   30   31   32   33   34   35   36   37
klinik ümumi cavablar

9.Hansı xəstəliklərdə tətbiq edilir.

Nevrozlar, şəxsiyyət pozuntuları (yüngül formalar) parafiliyalar, seksual pozuntular, gizli (süst gedişli) şizofreniya, tsiklotimiya, psixosomatik pozuntular

Psixozlar, uyğunlaşmanın pozulması, impulsiv pozuntular, psixofizioloji vəziyyətlər, psixosomatik pozuntular.

10.Məqsədlər

Bəzi konfliktlərin və patoloji müdafiənin aradan qaldırılması. İlkin məqsədləri dərk etməklə, sonrakı əlamətlərin yüngülləşdirilməsi

Həkimlə müştərək sazişə girmək şəxsiyyətin yetkinləşməsinə və nevroz əlamətlərinin qarşısının alınmasına imkan yaradır. Yeni şəraitə uyğunlaşma prosesində təşviş və qorxuların reduksiyasına nail olmaq, xəstənin əvvəlki vəziyyətinin bərpa olunması.

Psixoanalitik terapiya.
Əsası Z.Freyd tərəfindən qoyulan psixoanalizin texnologiyası, müalicə imkanları bu günədək tam dəqiqləşdirilməmişdir. Bu mövzuya toxunan Z. Freyd özü vaxtilə qeyd etmişdi ki, psixoanalitik texnika nəzəriyyənin və təcrübənin vəhdəti olub, hər bir psixoterapevtin şəxsi imkanları daxilində reallaşan bir müalicə üsuludur.
Psixoanaliz texnikasının üç mərhələsini qeyd etmək lazımdır:
1.Qapalı fikirlərin aydınlaşdırılması;
2. Onun təhlili;
3.İşgüzar sazişin (həmrəyliyin) yaradılması.
Qapalı fikirlərin aydınlaşdırılmasına çalışan analitik sərbəst assosiasiyalarla, köçürmə reaksiyası və müqavimət fenomeni ilə qarşılaşmalı olur. Sərbəst assosiasiyalar yolu ilə pasiyentin qapalı (şüuraltı) fikirlərini aşkarlamaq üçün ən münasib üsul belədir: pasiyenti çarpayıya (divana) uzandıran həkim özü bir qədər kənarda stula əyləşir. Xəstənin üzü əks tərəfə yönəlməli,o, həkimi görməməlidir. Seansı apararkən elə etmək lazımdır ki, hipnoz və təlqin təəssüratı yaranmasın. Başlıca məqsəd iki nəfər arasında səmimi dialoqun yaranmasıdır. Analitikin özünü etik cəhətcə tam məqbul aparması pasiyentin etimadını artırır və sərbəst assosiasiyalar üçün şərait yaranır. Beləliklə, bu mərhələdə analitikin əsas məqsədi pasiyentin xəstələnməsinə səbəb olan fikirlərin aşkarlanmasıdır. Burada köçürmə fenomeni və ya transfer anlayışı ciddi maneə kimi özünü göstərə bilər.Köçürmə fenomeninə iki formada rast gəlinir: pozitiv və neqativ.

Yüklə 167,82 Kb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin