Autogen məşq (AM) – sağlamlığın, əhvali –ruhiyyənin psixoloji özünütənzimləmə üsuludur. Onu psixoloji gimnastika və özünühipnoz da adlandırırlar. AM bacaran adam öz iradəsinin gücünə arxalanaraq istənilən vaxt öz orqanizminə təsir edə bilər.
AM-in banisi alman psixoterapevti İ.Q.Şulstun (1884-1970) fikrincə, bu üsul “qədim və etibarlı tibbi hipnozun əsasında yaranmışdır”. Müasir mülahizələrə görə hipnoz, təlqin vasitəsi ilə başqasına təsir etməkdir. Bu zaman yuxuyabənzər hal-beyin qabığının tormozlanması baş verir. Məlum olduğu kimi, hipnoz sakitləşdirici amil kimi bir sıra ruhi-əsəb pozuntularının müalicəsində tətbiq edilir. Hipnozdan fərqli olaraq AM zamanı orqanizmə göstərilən təsir şəxsin özü tərəfindən deyilən –özünütəlqin vasitəsilə yaradılır. AM –in ümdə cəhətlərindən biri onunla məşğul olanların həkimdən asılı olmamalıdır. AM-in müalicə və profilaktika imkanları bu üsulu mənimsəyənlərin və ondan vaxtaşırı istifadə edənlərin sayı ilə ölçülür.
Hazırda AM-dən yalnız əsəb pozuntuları, qan təzyiqinin artması, baş ağrıları, ürək ağrıları və b.k. digər xəstəliklərdən əziyyət çəkənlər deyil, həmçinin tam sağlam, lakin öz iradi xüsusiyyətlərini, idman və yaradıcılıq imkanlarını gücləndirmək istəyən şəxslər də geniş istifadə edirlər.
Bəzi xəstəlik əlamətlərini aradan qaldırmağa yönəldilən xüsusi özünütəlqin formulaları:
Ürək nahiyəsində ağrı və xoşagəlməz hisslərin aradan qaldırılması məqsədi ilə; 1.Sinəmdə xoş istilik hiss edirəm
2.Ürək damarları genişlənir
3.Ürək əzələlərinin qidalanması yaxşılaşır
4.Tənəffüs sərbəstdir, ürəyim ardıcıl və normal döyünür
5.Ürəyimdəki xoşagəlməz hisslər (ağrı) yoxdur.
Baş ağrılarını aradan qaldırmaq üçün 1.Beyin damarları genişlənir
2.Beyin damarlarında gərginlik yoxdur
3.Başımda və bütün bədənimdə tam rahatlıq hiss edirəm
4.Başımda aydınlıq və yüngüllük hiss edirəm.
Yorğunluq və yuxu pozuntularını aradan qaldırmaq üçün 1.Mən tamamilə sakitəm
2.Mən tam rahat və sağlamam
3.Tənəffüsüm sərbəst və rahatdır
4.Xoş yüngüllük hiss edirəm. Mən istirahət edirəm
5.Mən yatmaq istəyirəm.Tezliklə yuxuya gedib ... saatdan sonra ayılacağam