1. Klinik psixologiyanın predmeti


Sağlam psixologiyalı insanın xüsusiyyətləri nələrdir?



Yüklə 167,82 Kb.
səhifə27/37
tarix21.06.2023
ölçüsü167,82 Kb.
#133392
1   ...   23   24   25   26   27   28   29   30   ...   37
klinik ümumi cavablar

Sağlam psixologiyalı insanın xüsusiyyətləri nələrdir?
Bu suala ən qısa və mahiyyət etibarı ilə ən dolğun cavabı Freyd vermişdir: Sevmək və çalışmaq sağlam ruhun təməl xüsusiyyətləridir. Yəni siz sevə, paylaşa bilirsinizsə və gündəlik işlərinizin öhdəsindən rahatlıqla gələ bilirsinizsə çox böyük ehtimalla sağlamsınız. Sevmək və çalışmaq anlayışının fərdə görə dəyişə biləciyini də nəzərə alsaq, deməli, bu ifadənin güvən payı dəyişə bilər. Bildiyimiz kimi, hər xəstəliyin özünə məxsus fərqləndirici əlamətləri olur ki, biz həkim olaraq məhz bu əlamətlərə əsaslanaraq diaqnoz qoyuruq. Psixiatriyada işin maraqlı tərəflərindən biri ondan ibarətdir ki, müayinə etdiyimiz pasiyentlərdə rast gəlinən əlamətlərin böyük əksəriyyəti digər sağlam insanlarda da var. Məsələn, evdən çıxarkən, yəqin ki, çoxumuzun ağlına gəlir ki, görəsən işığı söndürdümmü, qapını bağladımmı və ya hər hansı hərəkəti 2 dəfə etməsəm birdən doğmalarımın başına bəla gələr və s. Tanış hislərdir deyilmi? Nəzərinizə çatdırım ki, bu əlamətlər obssesiv-kompulsiv pozuntu (sarışan hallar nevrozu) adlanan xəstəliyin əlamətidir. Deməli, bu fikirlər kimin ağlına gəlirsə ona bu diaqnozu qoymalıyıqmı?- Təbii ki, xeyr. Bu əlamətləri olan insana o halda xəstə deyə bilərik ki, əlamətlər şəxsin gündəlik ən azı 1-3 saatını alsın, gündəlik iş qabiliyyətinə təsir etməyə başlasın. Deməli, əlamətlərin var olması o insanın xəstə olmasına dəlalət etmir. Diaqnostik kriterilərin sərhədləri kifayət qədər dəqiq çəkilib. Digər bir misal: bir neçə gün kefimiz olmayanda depressiyada olduğumuzu düşünürük, reallıqda isə bir insanın depressiyada olduğunu demək üçün kefsizlik, tez yorulma, enerji tükənməsi, günahkarlıq hissi, ağlama, kövrəlmə və s. kimi əlamətlər ən azı 2 həftə müddətində müşahidə olunmalıdır.
Psixi sağlamlıq psixogigiyenadan başlayır. Psixogigiyena psixi sağlamlığın qorunması deməkdir. O, təkcə beyinin yox, həm də hislərin sağlam və gümrah olmasıdır. Psixi sağlamlıq, həm də psixoloji dayanıqlılığı özündə ehtiva edən antipandemiyadır. Psixogigiyenanın tarixi qədim dövrlərə – Hippokrata qədər gedib çıxır. Tibb elminin banisi Əbu Əli İbn Sina yazırdı ki, mənəvi faktor, ilk növbədə, xarakterin müvazinətli olması sağlamlıq və xəstəliyin ən mühüm şərtidir. Deməli, İbn Sina xarakterin müvazinətli olmasını psixogigiyenik faktor kimi qeyd etməklə onun psixi sağlamlığın əsasını təşkil etdiyini nəzərimizə çatdırır.
Psixogigiyenanın məqsədi bilavasitə insan psixikasının ətraf mühitdən gələn müxtəlif zərərli təsirlərə qarşı müqavimət gücünü artırmaqla onun psixi sağlamlığının keşiyində durmaqdır. Psixi sağlamlığın qorunması və möhkəmləndirilməsi yolunda ilk addım məhz psixi pozuntu və xəstəliklərin baş qaldıracağı ilə bağlı xəbərdarlığın edilməsindən başlayır. İnsanlar bilməlidirlər ki, sağlamlıq və xəstəlik haqqında müasir düşüncə davranışla sağlamlıq vəziyyəti arasındakı əlaqənin başa düşülməsindən ibarətdir.
Psixi sağlamlıq həm də dövlətin və millətin mövcudluğunu və inkişafını təmin edən təhlükəsizlik məsələsidir. Fərdin və ya əhalinin psixi sağlamlığı sosial, psixoloji və bioloji amillərlə müəyyən edilir. Məsələn, hal-hazırda dünyanın üzləşdiyi koronovirus xəstəliyi sosial, bioloji və psixoloji təzyiq kimi əhalinin psixi sağlamlıq üçün böyük təhlükə mənbəyidir. Xəstəliklə bağlı KİV-də və sosial şəbəkələrdə əhalinin aldığı informasiya (sürətlə yayılma, ölüm riski, yaşlı adamların həssas yaş qrupuna daxil edilməsi, iş yerlərinin bağlanması, karantin rejimində yaşamaq, xəstəlikdən qorunmaq üçün insanların evlərdə qalmasının qanuniləşdirilməsi və s.) əhalinin qorunmasına xidmət edir.
Narahatlıq anında fikrinizi sizi əhatə edən əşyalara yönəldin, onların rəngini, toxunduqda çıxardığı səsləri yada salın. Şüurlu fəaliyyətlə məşğul olmaq, hər şeyin nəzarətinizdən çıxdığını hiss etdiyiniz vaxt sakitləşməyin bir yoludur. Hislərinizi gizlətməyin. Əlavə dəstəyə ehtiyacınız varsa, əlaqə saxlayın. Fikir və düşüncələrinizi qohumlarınızla, özünüzə yaxın bildiyiniz insanlarla bölüşün. Valideynlər və yaxınlarınızla söhbət edin. Ciddi bir narahatlıq hiss edirsinizsə və bunun öhdəsindən gələ bilmirsinizsə, psixoloji yardım mərkəzlərinə zəng vuraraq dəstək alın. Unutmayın ki, karantin zamanı həyat dayanmır. Karantin müddətini, özünüzü və yaxınlarınıza inkişaf etdirmək üçün əla fürsət kimi dəyərləndirin. Ruhunuzu qidalandırın. Yada salın ki, insan yalnız bədəndən ibarət deyil. Onun həm də ruh tərəfi var. İnsanın ruh tərəfi ya qəsdən, ya da bilməyərəkdən ona unutdurulur. Ona görə də insanlar yalnız fiziki sağlamlıq haqqında düşünür və bədənə qulluq edirlər. Bədən və imunitetimizin zəifləmə səbəbindən, bəlkə də, ən əsası elə ruhumuzun qorunmaması, onun zəifləməsidir. Ruhun, canın qidası isə sevgi və məhəbbətdir – Allaha və onun yaratdıqlarına olan sevgi.
Məlumat gigiyenasına əməl edin. Xəbəri yalnız rəsmi mənbələrdən alın. Sağlam olmayan qida bədən üçün necə zərərlidirsə, yalan məlumat da insan düşüncəsi üçün bir o qədər ziyanlıdır. Sosial şəbəkələrdə, internet səhifələrində yayılan hər növ informasiyanı oxumayın. Məlumat almağa da bir məhdudiyyət qoyun və xəbərlərə sizə lazım olduğu vaxtda qulaq asın.
Pozitiv düşünün. Özünüzü pozitivə yönəltməklə psixi sağlamlığınızı, o cümlədən ruh halınızı gücləndirə bilərsiniz. Neqativ düşüncə, pis fikirlər bədəninizin enerjisini aldığı üçün immunitetinizi də zəiflədir. İmmunitet zəifliyi də orqanizmin, xüsusilə də, yoluxucu xəstəliklərə tutulma ehtimalını çoxaldır. Ona görə də müsbət fikirləşin. Baş vermiş hadisələrə yaxşı tərəfdən baxmağa çalışın, insanlarda qüsur, səhv tapmağa çalışmayın. Əksinə, özünüzü adamların müsbət xüsusiyyətlərini görməyə öyrədin. Belə olmaq sizin həm əhvalınıza, həm də həmin şəxslə daha yaxşı münasibət qurmağınıza müsbət təsir göstərəcəkdir. Düşüncəmiz bədənimizə, bədənimiz də düşüncəmizə təsir göstərir. Əgər müsbət düşünməkdə çətinlik çəkirsinizsə, onda bədəninizin gücündən istifadə edərək düşüncənizə təsir göstərin. Özünüzə “niyə?” yox, “necə?” sualını verin. Çünki “niyə?” sualı günahkar axtarmağa meyillidir. O ya özünüzü, ya da başqasını günahlandıracaq. “Necə?” sualı isə sizə çıxış yolunu göstərəcək.
Hərəkətdə olun. İdman hərəkətləri edin, asta templə qaçın, meditasiya edin və s. Bütün bu hərəkətlər sizin ruh halınızı müsbətə dəyişdirəcək. Çünki onlar həyacan səviyyənizin aşağı düşməsinə, gümrahlıq hissinin isə çoxalmasına səbəb olacaqdır.
31.Psixoterapiyada mövcud oln nəzəri mülahizələr və məktəblər




    1. Yüklə 167,82 Kb.

      Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin