1. Klinik psixologiyanın predmeti


Psixoterapiya haqqında ümumi anlayış



Yüklə 167,82 Kb.
səhifə28/37
tarix21.06.2023
ölçüsü167,82 Kb.
#133392
1   ...   24   25   26   27   28   29   30   31   ...   37
klinik ümumi cavablar

Psixoterapiya haqqında ümumi anlayış

Psixoterapiya “psycho”-psixika (ruh) və “therapy” –müalicə sözlərindən götürülüb, psixoloji vasitələrlə müalicə deməkdir. Psixoterapiyanın özəyini təşkil edən başlıca şərt bir şəxsin digərinə (və ya çoxsaylı şəxslərə) təsir edərək qarşı tərəfin iztirablarını yüngülləşdirmək, onu xəstəlik və gərginlikdən xilas etmək arzusudur.
İnsan həmişə başqalarından asılıdır. Böhran vəziyyətində, ehtiyac olduqda insanlar biri digərinə müraciət edir, ondan kömək diləyir. Kömək göstərməyin geniş yayılmış universal formalarından biri psixoloji yardımdır – yəni psixoterapiyadır. Psixoterapiyanın tarixi olduqca qədimdir, onu təbabətin yaşıdı hesab etmək olar. Qədim yunan mənbələrində kahinlərin, bir çox Şərq ölkələrində dərvişlərin müalicə məqsədilə tətbiq etdikləri üsulları erkən psixoterapiya adlandırmaq olar. Lakin elmi psixoterapiya X1X əsrin ortalarından inkişaf etməyə başlamışdır. Həmin dövrlərdə hipnozun geniş yayılması və ondan müalicə məqsədilə istifadə edilməsi psixoterapiyanın inkişafına güclü təkan verdi.
Müasir psixoterapiya kliniki təbabətin bir bölməsi olmaqla son 100 il ərzində onlarla yeni-yeni metodlar işləyib hazırlamış, külli miqdarda xəstələrə yardım göstərmək üçün zəmin yaratmışdır.Frans Mesmerin (1734-1815) vaxtından XX əsrin ortalarınadək empirik – elmi psixoterapiya ilə, əsasən nevroloqlar məşğul olmuş, sonralar isə bu elm sahəsi psixiatriyanın bir bölməsinə çevrilmişdir. Hal-hazırda həkim – psixiatr, həkim –psixoterapevtlərlə yanaşı, kliniki psixoloqlar, tibb müəssisələrində çalışan sosial işçilər,bir sıra hallarda hətta tibb bacıları da bu məsələ ilə məşğul olur və həkimlərin rəhbərliyi altında səmərəli fəaliyyət göstərirlər.İnkişaf etmiş ölkələrdə psixoterapevtə müraciət edənlərin sayı psixiatra müraciət edənlərin 40%-ni təşkil edir. Psixoterapiyanın bütün formalarının məqsədi insanlara sağlam, xöşbəxt həyat bəxş etməkdir.
Dünyada psixoterapiyanın inkişafı çoxlu miqdarda psixoterapiya formaları vəməktəbləri yaratmışdır. Mübaliğəsiz demək olar ki, nə qədər psixoterapevt varsa, bir o qədər də psixoterapiya üsulu vardır. Psixoterapevt adı daşımayan, təbabətin digər sahələrində çalışan həkimlər bəzən özləri də hiss etmədən psixoterapevt rolunda çıxış edirlər. Həkimə hörmət gətirən, onu əhali arasında populyar edən, ilk nıvbədə, onun psixoloji təsir vasitələrinə nə dərəcədə malik olmasıdır. Tarixi- mədəni baxımdan bütün psixoterapiya məktəblərini iki ad altında birləşdirmək olar:

  1. Dini – magik əsaslara söykənən;

  2. Empirik – elmi əsaslara söykənən psixoterapiya məktəbləri.

Psixoterapiyada özünəməxsus müvqe qazanmış psixoanaliz həm elmi konsepsiya, həm də psixoterapevtik üsul kimi Z.Freyd yaradıcılığının ana xəttini təşkil edir. Psixoanalizin psixoloji əlamətlərə və şəxsiyyətə, lik növbədə, isteriya xəstəliyinin (İsteriya yun. – uşaqlıq) tibbi psixika, hərəkət sferası, həssasiyyat cəhətdən müxtəlif pozğunluqlar şəklində təzahür edən funksional əsəb xəstəliyi, isteriyada hərəki, sensor, vegetativ psixi pozğunluqları qeyd etmək olar) gedişinə təsir göstərərək müalicəvi effekt yaratması X1X əsrin axırlarına təsadüf edir. Psixoanalitik nəzəriyyə nevroza tutulmuş şəxslərin psixi həyatı ilə davranışı arasında olan qarşılıqlı əlaqələrin ümumi qanunauyğunluqlarını izah etməyə yönələn mülahizələri şərtləndirir. Bundan başqa Karl Yunqun analitik psixologiya və psixoterapiya konsepsiyası və Adlerin fərdi psixologiya və psixoterapiya konsepsiyasını göstərmək olar. Bundan başqa K.Rocers və yardım olunana (pasiyentə) yönələn terapiya, İ.Pavlov və V.Bexterevin apardıqları hipnoz və təlqindəki işlər, E.From və F.Skinnerin fəlsəfə və transpersonal psixologiya haqqındakı elmi mülahizələri müasir psixoterapiyaya öz təsirini göstərmişdir. (Transpersonal- insanın mənəvi dünyası).
Psixoterapiyanın ümumi və xüsusi metodları vardır. Hər bir həkimin gündəlik fəaliyyətində istifadə etdiyi, əsas etibarilə verbal (nitq vasitəsilə) psixoterapiya üsulları haqqında kifayət qədər məlumatımız vardır. Nəzərə alaq ki, ümumi psixoterapevtik təsir vasitələrinin formaları olduqca cox və bənzərsizdir. Hətta bəzi alimlər hesab edir ki, nə qədər həkim varsa, bir o qədər də xəstəyə psixoloji yanaşma, təsir etmə üsulu vardır. Hər bir ölkədə tətbiq edilən psixoterapevtik usul fərqlidir. Məsələn Rusiyada (o cümlədən əksər MDB ölkələrində) tətbiq edilən psixoterapiya üsullarını aşağıdakı qruplara bölmək qəbul edilmişdir:
1.Təlqin və hipnoz üsulu;
2.Özünətəlqin (autogen məşq);
3.Məqsədyönlü psixoterapiya (o cümlədən psixoanaliz), şəxsiyyətə yönəlmiş psixoterapiya;
4.Neyrolinqivistik proqramlaşdırma (NLP);
5.Qrup psixoterapiyası. Buraya daxil edilir: a)treninq qrupu, b)görüş qrupu,c)geştalt terapiya;d)psixodrama, e) vərdiş treninq qrupu, J) strespsixoterapiya və s. üsullar.
Aşağıda təqdim edilən təsnifat həm Qərb, həm də MDB ölkələrində geniş istifadə edilən, müalicənin məzmununa əsaslanan psixoterapiya üsullarını özündə birləşdirir.


  1. Yüklə 167,82 Kb.

    Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin