1. Klinik psixologiyanın predmeti


İnterpersonal psixoterapiya



Yüklə 167,82 Kb.
səhifə36/37
tarix21.06.2023
ölçüsü167,82 Kb.
#133392
1   ...   29   30   31   32   33   34   35   36   37
klinik ümumi cavablar

İnterpersonal psixoterapiya
İnterpersonal psixoterapiya (İPT) pasiyentin şəxslərarası qarşılıqlı münasibətlərinə yönələn müxtəlif mənşəli qeyri-psixotik depressiyalar zamanı tətbiq edilən və müəyyən vaxt məhdudiyyətində həyata keçirilən psixoterapiya üsuludur.Bu istiqamətdə aparılan ilkin fərziyyələr ondan ibarətdir ki, etialogiyasından asılı olmayaraq depresiyaların inkişafı sosial və şəxslərarası konteksdə baş verir, şəxslərarası münasibətlər birbaşa depressiyaların başlanması, gedişi, nəticəsinə və pasiyentin aparılan müalicəyə münasibətinə təsir göstərir.
Göstərilən amilləri nəzərə alaraq İnterpersonal psixoterapiyanın (İPT)əsas vəzifələri – depressiv simptomların remissiyası, şəxsiyyətlərarası problemlərin həlli və ya aradan qaldırılması, şəxsiyyətlərarası münasibətlərin fəallaşması, ətraf mühit resurslarının istifadəsi, psixi sağlamlıq sahəsində pasiyentin məlumatlandırılması və depressiyaların yenidən kəskinləşməsi profilaktikasından ibarətdir.
İPT-nin başlıca üstün cəhəti onun qısa müddətdə həyata keçirilməsindən ibarətdir. Tam müalicə kursu 50 dəqiqə olmaqla, həftədə 1-2 dəfə aparılan 16-20 seansdan çox olmur. Bir qayda olaraq, İPT pasiyentin şəxsiyyətlərarası münasibətlərində 1-2 problemli sahəyə yönəlir.
Yetkin yaşda olan pasiyentlər üçün 4 belə problemli sahə qeyd olunur:
Dərd –yaxın adamın ölümü ilə əlaqədar yaranan dərin kədər hissi olub, ya dözümlülük, itkiyə qarşı təbii reaksiyanın sıxışdırılması, ya da əksinə uzun müddət davam etməsi ilə xarakterizə olunur.
Şəxsiyyətlərarası rol konflikti – romantik, ailə, ixtisas, dostluq və digər sosial qarşılıqlı münasibətlərdə meydana gələn antoqonist tendensiyalarla xarakterizə olunur. Rol konflikti öz inkişafında 4 ardıcıl mərhələdən keçir: uzaqlaşma, münasibətlərə baxış, çıxılmaz vəziyyət və problemin həlli.
Rol keçidi – yeni sosial və şəxsiyyətlərarası vəzifələrin icrası, ya da özünə münasibətə baxışın dəyişilməsini tələb edən həyati dəyişikliklərə uyğunlaşmanın çətinləşməsi ilə müəyyən olunur.

Yüklə 167,82 Kb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin